Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Qur`an və hədislərin yol göstərməsi

Şərif Qur`an bu barədə belə yol göstərir.

Ümumiyyətlə Qur`an bu nəzərə malikdir ki, insan gərək başqalarının eyblərini örtməklə yanaşı, eyni zamanda bilməlidir ki, özü başdan-ayağa eyb, nöqsan, günah və üsyankarlıqdadır. Əgər eybləri örtən Allah onun eyblərini camaatın gözündən gizlətməsəydi hər yerdə rüsvay olardı.

Bu böyük ne`mət müqabilində şükr edərək gözlərimizi başqalarının nöqsan və çatışmamazlıqlarından örtərək eyblərini görməməliyik. Bu mühüm məsələdə hamıdan çox qadın çalışmalı və bilməlidir ki, pullu və pulsuz olmağın hər ikisi insan üçün bir imtahandır. Yə`ni Allah insanı pullu və pulsuz olmaqla yoxlayır.

Qadın pulsuzluğuna görə heç vaxt ərini təhqir etməməli və yaşayışda yoxsulluq ilə üzləşdikdə öz ərini digər tanışları, həmkarları və qohumları ilə müqayisə etmək fikrinə düşməməlidir ki, bu surətdə ailənin şirin yaşayışı acı zəhərə çevrilər.

Hədislərdə deyilir ki, Əmirəl-mö`minin (əleyhissalam) hər vaxt xanım Fatimə (əleyha salam)-ın zahirdə kiçik və yoxsul evinə daxil olsaydı, rahatlıq hiss edər, təskinlik tapardı. Amma, əgər bir qadın salehə və eləcə də sayılan sifətlərə malik olmazsa və ərin haqqı ödənilməzsə çarəsi nədir? Çarəsi nəsihət etməkdir!

Qadinin ürfi qaydalara əməl etməsi

Kişinin qadına qarşı hüququ əxlaqi vəzifələr və ürfi qaydalardan istisna olunur. Belə ki, kişinin öz arvadını “nə üçün partarlarını yumayıb və ya xörəyi yaxşı bişirməyib” deyə sorğu-suala tutmağa haqqı yoxdur. Kişinin qadına qarşı tam haqqı təkcə ər-arvad məsələləri ilə bağlıdır ki, bu barədə qadın gərək yalnız öz ərinə təslim olsun. Salehə qadın öz ərinin ruhiyyəsindən xəbərdar olub ərinin ondan bir şey istəməsindən əvvəl onun istəyinə müvafiq əməl edən qadınlara deyilir.

Moizənin tə`sir etməsi şərtləri

Yuxarıda qeyd edildi ki, moizə üç əsas şərt əsasındadır ki, yalnız onların mövcud olduğu surətdə moizə tə`sir edib nəticə verəcəkdir:

1-Mehr-məhəbbət göstərmək: Yə`ni moizə edən mehribanlıq və ürək yanğısı ilə nəsihət etməlidir.

2-Dəlil gətirmək: Yə`ni moizənin əsası aşkar və mə`lum bir dəlil ilə qeyd olunsun.

3-Ürək genişliyinə malik olmaq.

Moizə zamanı sonuncu şərt çox mühüm əhəmiyyətə malik olması ilə yanaşı, həm də qeyd etmək lazımdır ki, böyük ne`mətdir. Belə ki, Allah-Taala Qur`anda Öz Rəsuluna bu cür xitab edir:

“Ey əziz Rəsul, Biz sənə geniş ürək və açıq qəlb əta etmədikmi?”1

Yə`ni, Allah-Taala Öz Rəsulunun mübarək sinəsinin genişliyini və ona mə`nəvi aramlıq və sakitlik əta etməsini minnət ünvanı kimi yad edir.

Peyğəmbərlər geniş ürəyə malikdir

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildiyi zamandan vəfat edənə qədər təbliğlərini adətən geniş ürəkli və çox səbirli olmaq əsası üzrə planlaşdırmışdı. Həzrətin öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsi dəlillərindən biri çox ali bir xasiyyətə geniş ürəkliliyə malik olması idi.

Həmçinin, Mütəal Allah tərəfindən Musa ibn İmrana (əleyhissalam) xitab olunan zaman:

“Ya Musa indi qardaşın Harunla Fir`onun yanına gedin ki, o küfrdə həddi aşmışdır və onunla tam mülayimliklə söhbət edin, bəlkə qürur və qəflət yuxusundan ayılıb haqqı qəbul etsin və öz Allahından qorxsun.”2

Həzrət Musa (əleyhissalam) bu əmri eşitdikdən sonra, Fir`onun çoxlu hərbi təchizata, döyüşçü qüvvələrinə və qüdrətə malik olmasına baxmayaraq, Allah-Taaladan yalnız “ürək genişliyi”, sakitlik və aramlıq istədi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]