Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Kişinin öz səhvini e`tiraf etməsi

İxtilafın yaranmasında müqəssir kişidirsə, gərək öz səhvini iqrar edib çəkinmədən üzr istəsin. Çünki bunun özü mərdlik və onun tələbidir. Əgər kişi təqsirkar olub öz səhvini boynuna almazsa nə qadını nə danlaya bilər, nə də nəsihətinin müsbət tə`siri olar. Bu zaman kişinin özü daha artıq nəsihətə möhtacdır.

Böyük ustadımız, əzəmətli İslam İnqilabının rəhbəri İmam Xomeyni həzrətləri bu barədə belə buyururdu: Xalq arasında işlənən “kişinin sözü bir olar” atalar məsəli doğru deyildir. Əsl kişi odur ki, səhvə düçar olarkən öz səhvini e`tiraf etsin. Çünki biz mə`sum deyilik, səhvlərimiz də çoxdur. Buna görə də lazımdır ki, səhvlərimizi boyunumuza alaq.

İnsan haqq qarşısında diz çökməyi bacarmalıdır. İctimai mühitdə yalnız mülayim və öz səhvini qəbul edənlər müvəffəqiyyət əldə edə bilərlər. Belə olmazsa insan cəmiyyətdən uzaqlaşacaqlar.

Mürüvvət və mərdlik nişanələrindən biri də ixtilaf zamanı haqqı sahibinə verməkdir. Bə`zilərinin “əgər kişi öz səhvini e`tiraf edərsə qadın qorxmaz və ədəbsiz olub kişinin hörmətini saxlamaz” deməsi şeytan vəsvəsəsidir. Haqqın qarşısında hər bir şey qiymətsizdir, haqqa baş əymək gərəkdir.

İmam Həsən Müctəba (əleyhissalam) səhabələrindən biri olan Cünadəyə belə buyurdu:

Əgər bir adam qohum-əqrəbası olmadan əziz olmaq, ürəklərə nüfuz tapıb heç bir qüdrətə malik olmadan heybətli hörmətli olmaq istəyərsə, günahın xar zəlillik libasını əynindən çıxardıb Allaha bəndəçiliyin izzət şərəfli libasını geyinməlidir.”1

Bu barədə Qur`ani Kərim belə buyurur:

“İman gətirib yaxşı əməllər görənləri, Rəhman Allah məhbub edəcəkdir.”

Qarşiliqli güzəşt və xətalari örtmək

Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir.

Bu gözəl xislət özünü ilahi peyğəmbərlərin və mə`sum İmamların (əleyhimussalam) rəftarında tam və bariz şəkildə göstərmişdir. O alicənab və nümunəvi insanlar çox güzəşt edib xəta və səhvləri gizlədirdilər.

Bir gün şamlı bir nəfər Mədinə şəhərinə gələrək İmam Həsən (əleyhissalam)-la rastlaşır, amma o həzrəti tanımır. Həzrətdən kim olduğunu soruşduqda onu tanıyır. Əhli-beyt düşmənlərinin apardıqları xoşagəlməz və yanlış təbliğatın tə`siri ona da nüfuz etdiyindən “qürbətən iləllah” (Allaha xoş getsin deyə) o həzrətə nalayiq sözlər deyərək ürəyindəki kin-küdurəti aşkara çıxartdı, öz ədəbini göstərdi. Bu nalayiq hərəkit müqabilində İmam Həsən (əleyhissalam) əsəbiləşmədən, narahtlığını büruzə vermədən mülayim və məhəbət dolu nəzərini o kişiyə salır və gözəl xasiyyətə sahib olmaq haqqında onun üçün bir neçə Qur`an ayəsi tilavət edir və sonra buyurur: “Mən sənə hər cür kömək və xidmət göstərməyə hazıram.” Sonra həzrət ondan soruşur: “Şam əhlindənsən?” O kişi cavab verir: “Bəli”. Həzrət belə buyurur: “Sən bizim şəhərdə qəribsən, əgər bir şeyə ehtiyacın varsa sənə kömək etməyə hazıram, gəl səni öz evimə qonaq aparım. Paltarın yoxdursa, səni geyindirim, pulun yoxdursa sənə pul verim.” Şamlı kişi öz yaramaz əxlaqı müqabilində kəskin reaksiya gözləyirdi və bu cür güzəşt və əfvi təsəvvür etmirdi. Amma İmamın bu cür mülayim rəftarından sonra elə dəyişdi ki, “o vaxt arzu etdim kaş yer aralanaydı və mən yerə girəydim ki, bu cür ədəbsizlik və ölçüsüz kobudluğa yol verməyəydim. O vaxta kimi mənim üçün yer üzündə Həsən ibni Əli və atasından, (Allahın salamı onlara olsun) başqa bir düşmən yox idi, amma bu hadisədən sonra mənim ondan və atasından yaxın və məhbub bir kəsim yoxdur” deyə xatırlayırdı.1

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]