Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Geniş ürəkliliyin tə`sirində sözün nüfuzu

Aydındır ki, insan “geniş ürək” sahibi olarsa sözü nüfuz edər, amma əgər xoşa gəlməzliklər və çətinliklər qarşısında özünü itirərsə, moizə və haqq sözünün əsər və nüfuzunu əldən verəcəkdir. İnsan Allah-Taala ilə əlaqə sayəsində “geniş ürəyə” və möhkəm iradəyə malik olur. İnsanın Allah ilə rabitəsi nə qədər sıx və güclü olarsa, hümmət və iradəsi də bir o qədər möhkəm olacaqdır. Əgər ailədə, ata möhkəm iradəyə malik olarsa, uşağı tənbeh və ya danlamağa etiyac olmayacaqdır. Çünki ata söz nüfuzu vasitəsi ilə onları daha yaxşı surətdə tərbiyə edəcəkdir.

Ər və arvadin zəifliyindən yaranan ixtilaflar

Qeyd etmək lazımdır ki, qadınlarınızda müəyyən bir çatışmamazlıq hiss etsəniz onlara moizə etməniz gərəkdir, heç vaxt bəd əxlaqlıq göstərməyin ki, lazım olan nəticəni verməyəcəkdir. Bilmək lazımdır ki, ixtilaf və çətinliklərin yaranmasında qadın həmişə müqəssir ola bilməz, çox vaxt hər iki tərəf təqsirkar olur. Bəlkə də, ailənin bir çox ixtilaf və narazılıqlarında əsas müqəssir kişidir ki, öz güc və qüdrətinə güvənir. Qadınların islah olunmasına çalışmağımıza baxmayaraq, özümüzü də yaddan çıxarmamalıyıq. Həyat yoldaşımızın islahından da mühümü öz əxlaqımızı müxtəlif pislik və çirkinliklərdən pak etməkdir. İlk növbədə özümüzü islah etməliyik ki, müxtəlif problemlərin yaranması və ixtilafların baş qaldırması zəminəsini azaltmış olaq. Belə də olmamalıdır ki, kişi məişət, iş və ictimai problemləri ev mühitinə çəkərək çətinlikləri evdə həll etsin. Buna görə ki, ata və ananın bədəxlaqlığı və əsəbiliyinin uşaqlara da xoşagəlməz və mənfi tə`siri vardır. Psixoloqlar bu mühüm məsələni ciddi surətdə xəbərdarlıq ediblər ki, ata-ananın bəd əməlləri, kobud və əsəbi davranışı uşaqların əxlaq və xasiyyətini xarab edərək onların mə`nəvi şəxsiyyət kimi böyüməsində, hətta maddi işlərində böyük və islaholunmaz izlər buraxır.

Ev insanin xoş əxlaq, mehriban olmasi və düzgün tərbiyə almasi üçün ilk məktəbdir

Ev şəraiti uşaqların bir-birini düşünmək, məhəbbət, güzəşt və səfa-səmimiyyəti dərk etmələri üçün ilk insaniyyət sinfi olmalıdır ki, bütün bu sadaladıqlarımız orada öyrənilir. Evi ata-ananın dava-dalaş məskəninə çevirmək düzgün deyildir, çünki bu iş, uşaqların ən ümdə və mühüm olan mütləq hüququnu aradan aparır. O zaman övladlarınıza olan birinci böyük zülm öz tərəfinizdən hesab olunmazmı? Onların bədbəxt olmaları öz əlinizlə olmamışdırmı?!

Ata və ana ayıq surətdə, diqqət etməlidirlər ki, onların evdəki kiçik bir əməl və ya rəftarı uşaqların tərbiyəsinə birbaşa tə`sir qoyur. Övlad şəxsiyyətinin formalaşmasının ev mühitindən başlaması bir həqiqətdir. Əgər bu mühüm məsələdə süstlük göstərsək, aşağıda qeyd olunan Qur`an ayəsi bizə aid olacaqdır:

“Ey Peyğəmbər, de: O kəslər ziyan-kardırlar ki, özləri və yaxın adamlarını (həyat yoldaşı və övladlarını) Qiyamət günü əbədi zərər və ziyana salarlar. Agah olun! Bu aşkar bir ziyandır.”1

Ailə ocağinin istiliyi

Əziz oxucular! Ailə mühitini isti saxlamaqdan ötrü evdəki şadlıq və aramlığınızı qoruyun!

Həyat yoldaşınızla yanaşı övladlarınızla da eyni təbəssüm və vüqarla davranın ki, pərişanlıq və nigaranlığı ev mühitindən uzaqlaşdırasınız.

Problem və çətinliklərlə qarşılaşarkən tam ciddiyyətlə rəftar etməyiniz müşgüllərin gözlənilmədən aradan qalxmasına zəmin yaradır. Qəm-qüssə, pərişanlıq ilan və əqrəb kimidir ki, onların aradan qaldırılmasında geciksəniz, onlar sizi aradan aparcaqlar.

Dilinizdən muğayat olun, məbada bir dil yarası ilə aranızdakı səfa-səmimiyyət və mehribanlığı uzaqlaşdırasınız.

Öz yoldaş və övladlarınıza məhəbbət göstərib, mülayim və qəlboxşayan sözlərlə lətafətli qəlblərini özünüzə cəzb etdirin ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur:

“Ərin öz arvadına söylədiyi “səni sevirəm, səni çox istəyirəm” kəlməsi onun qəlbindən heç vaxt çıxmayacaq, onun mehribanlıq və səmimiyyət yaradan müsbət tə`siri həmişəyaşardır.”2

Bu kiçik cümləni dilə gətirib söyləməklə qadındakı məişət və məs`uliyyət yükünün bütün ağrı-acısını, çətinlik və yorğunluğunu aradan aparmaq mümkündür ki, qadın əlavə qüvvə və tam hazırlıqla ailə həyatını və uşaqlarının tərbiyəsini davam etdirsin.

Ailənin intizamı və möhkəmliyinin əsası məhəbbət, ər-arvadın arasında olan qarşılıqlı ehtirama bağlıdır. Odlu nəvaziş qığılcımlarını qəlbinizdə şö`lələndirin. Uşaqların ikitirəlik, pərişanlıq və qanıqaraçılıqdan, habelə mehribanlıq, mə`nəviyyət, məhəbbət və səfa-səmimiyyətin olmamasından çəkdikləri əziyyət qədər, maddi çatışmamazlıqdan çəkmirlər. Məhəbbət və nəvaziş istər-istəməz maddi çatışmazlıqların yerini tutacaqdır.

Həyatda qadın və kişinin dostluq, sədaqət, səfa-səmimiyyətin olması ilə, eləcə də uşaqlara qarşı nəvaziş və can yandırmaları olmasaydı, bəşəriyyət dəhşətli fəlakətə uğrayıb məhv olardı. Necə ki, şərqdə və qərbdə bütün bu ağır cinayət, zülm, təcavüzlər, adam öldürmə, qətl və qarətlər, eləcə də öz əslindən dönüb yad mədəniyyətə meyl edənlərlə yanaşı bu boşanma və ixtilafları səfa, səmimiyyət və mən`əvi ruhiyyənin olmaması səbəbindən onlar ruhsuz bir əşyalara çevrilərək vücudlarında eşqdən, məhəbbət və atifi duyğulardan bir xəbər olmayan mövcudata bənzəyirlər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]