Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Gözəl əxlaq

Kişinin müxtəlif növ ixtilaf və çətinliklərin əmələ gəlməsində təqsiri olmasa belə, yoldaşı ilə pis və tündlüklə rəftar etməyə haqqı yoxdur. Ər və arvadın isti ailə ocağını, uşaqların ilk tə`lim-tərbiyə məktəbini soyutmağa haqları yoxdur.

İslam tarixində oxuyuruq: Allah Rəsulunun (səlləllahu əleyhi və alih) səhabələrindən (dostlarından) biri dünyadan köçdüyü zaman Həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən ölənin anası üzünü qəbrə sarı tutub deyir “Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən”. Anası qəbrin üstündən çəkilən zaman, Peyğəmbər (səlləllahu əleyhi və alih) üzünü səhabələrə tutub buyurur: “Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu.” Səhabələr soruşdular: “Ya Peyğəmbər, o ki yaxşı adam idi!”

Həzrət buyurdu: “Bəli, amma evdəki rəftarı pis idi.”

Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə problemləri öz həllini tapar, həm də ilk qəbir gecəsində rahat olar və Allah-Taala Qiyamət günü onu bağışlayar. İnşaallah!

Hüsnü-niyyətli olmaq

Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də, insanın cəmiyyət və ailədə mənfi baxışlı olmaması və bütün məsələlərə hüsnü-niyyətlə yanaşmasıdır. Mənfi baxışlı olmaq insanda kin, qüssə, qeybət və şayiələrin yaranmasına bais olur. Mənfi nəzərli adamlar Qiyamət günü məhşər səhnəsinə milçək şəklində daxil olacaqlar, çünki dünyada milçək kimi həmişə çirkinlik, eyb, nöqsan və iyrənc işlər ardıncadırlar.

Buna görə də dost və həmkarların yaxşılıqlarını, ələlxüsus ailənin yaxşı cəhətlərini nəzərə alaraq zəif nöqtələrinə göz yummalıyıq.

Həzrət İsa (əleyhissalam) bir gün öz səhabələrindən bir neçəsi ilə yol gedirdilər ki, murdar olmuş bir keçi ilə rastlaşdılar. Səhabələrdən hər biri o heyvanın bir eybini sadalamağa başladılar, amma Həzrət İsa (əleyhissalam) “Bu murdar olmuş heyvanın nə qəşəng ağ dişləri vardır!”-deyə onların eybləri sadalamaqlarının qarşısını aldı.

Allah peyğəmbərinin bu rəfarı bizə başqalarının eybini axtarmamağı, hətta bir murdarın belə cəsədində müsbət bir nöqtəni görməyi öyrədir.

ÜÇÜNCÜ FƏSİL

Ləyaqətli qadinin sifətləri

Ötən səhifələrdə ləyaqətli qadınların iki xüsusiyyətinə işarə olundu, beləliklə söhbətimizi onların başqa sifətlərini saymaqla davam etdiririk.

Həyat yoldaşini himayə etmək

Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə isbata yetir:

Birinci: Qohum-əqrəba və ya tanışlardan bə`zisinin qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam cəsarət, cür`ət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.

İkinci: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü əldən verməməlidir.

Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmamazlıqlarını başqalarına bildirməməlidir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]