Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

İslami davranişdan nümunə

Təsəvvür edin ki, evə daxil olduğunuz vaxt evin səliqəsiz olduğunu görür və belə ev mühitini İslama uyğun yaşayış üçün münasib hesab etmədikdə, yoldaşınızı nəsihət edərək mehribanlıqla çatışmazlıqları ona göstərib “təmizlik iman nişanəsidir”-söyləmək borcunuzdur.

Daha sonra ev mühitinin təmiz olmasının uşaqların düzgün tərbiyəsində, böyüməsində və sağlamlığında göstərdiyi müsbət tə`sirə işarə edib ata-ananın bu zəminədə olan vəzifələrini xatırladın və buna bənzər mülayim sözlər söyləyin ki, həyat yoldaşınız nəsihətinizi qəbul edib öz səhvini düzəltsin. Nəsihət məhəbbətlə başlayıb düzgün dəlil ilə sona yetərsə mütləq öz müsbət tə`sirini göstərəcəkdir.

Bə`zən mətləbin müxtəlif sözlərlə, müxtəlif şəkillərdə təkrar edilməsi sözün düzgün tə`sir göstərməsinə səbəb olur. Amma nəsihət və onun dəfələrlə təkrar olunması möhkəm əsəb sistemi və ürək genişliyi tələb edir, ki, qüssə və dad-fəryad etmək lazım gəlməsin. Əgər insan geniş ürəkli olub öz əsəblərini tam surətdə ələ ala bilərsə, böyük bir qələbəni ələ gətirmişdir. Necə ki, Musa Kəlimullah (əleyhissalam) öz peyğəmbərlik vəzifəsini yerinə yetirmək üçün Allah-Taaladan qəlbinin genişliyini istədi:

“Ey Allah, mənim sinəmi geniş və işimi asan elə, dilimin düyününü aç və sözümü onlara düşündür.”1

Bu ayədən mə`lum olur ki, əgər insan geniş ürəkli və öz əsəblərini tam surətdə ələ ala bilsə, çətinlikləri aradan qaldırar, işləri asan edib, sözünü qəbul etdirər, nəticədə isə başqalarının ürəyinə nüfuz edər.

İkinci fəsil mehribanliğin ailə həyatinda rolu

Ailə məs`uliyyətlərini yerinə yetirmək güzəşt, geniş ürək, siyasət, ağıl, səbr, alicənablıq, bağışlamaq və elm tələb edir. Evin böyüklüyü ailəni qorumaq və ondan muğayat olmaqdadır. Necə ki, “bir millətin və ya cəmiyyətin başçısı onun xidmətçisidir” demişlər.

Yuxarıda qeyd etdik ki, nəsihətin müsbət tə`sir bağışlanmasında mehribanlıq, məhəbbət və mülayimliyin rolu böyükdür. Qur`ani Kərim “Loğman” barəsində buyurur:

Loğman oğlunu nəsihət edərkən belə dedi: Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şəksiz şirk böyük günahdır.”1

Bu ayədə Loğmanın nəsihət etdiyi vaxt mehribanlıq və məhəbbətlə danışdığının və oğlunu mülayimliklə nəsihət etdiyinin şahidi oluruq. Sonra isə dediklərini dəlil ilə əsaslandırır. Çünki kobudluq və tündlük nəsihətin tə`sir imkanını aradan aparmaqla bərabər ədəbsizlik və həyasızlıq nümunəsidir.

Moizə zamani hədislərdən istifadə etmək

Ailəyə nəsihət etmək üçün Əhli-beyt (əleyhimussalam) hədisləri xüsusilə də baş vermiş hadisə və ya məsələ ilə nəsihət etmək daha münasib, daha səmərəlidir. Məsələn, moizə zamanı həmin məsələyə işarə edərək İmamlarımızdan gəlib çatan hədisi belə zikr edəsiniz. Hədislərdə deyilibdir ki, “qadın əri qarşısında uzundillik edərsə, qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar.” Və yaxud bu hədis: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) me`rac gecəsində Cəhənnəmdə öz dillərindən asılmış bir dəstə qadın görür. Bunun səbəbini Cəbraildən soruşanda, Cəbrail “bunlar ərləri qarşısında uzundillik edən qadınlardır”-deyə cavab verir

Əlbəttə, nəsihət zamanı bu hədislərin bəyanının son dərəcədə mülayim və məhəbbətlə olmasını unutmamalıyıq. Çalışmaq lazımdır ki, heç vaxt kobudluq və bəd xasiyyətlə nəsihət olunmasın. Əks halda nəsihət lazım olan tə`siri göstərməməklə yanaşı, mənfi və pis tə`sirini bağışlayacaqdır.

ƏR-ARVAD ARASINDA İXTİLAFIN MƏNŞƏYİ

Qeyd etmək lazımdır ki, ər-arvad arasındakı narazılıq və ixtilafların səbəbi adətən hər iki tərəfin təqsiri üzündən baş verir. Təkcə qadın və ya kişinin müqəssir sayılaraq qınanması düzgün deyildir. İxtilafların mənşəyi xudbinlik, öz sözünü yeritmək və geniş ürəyin olmamasıdır. Belə ki, əgər cəmiyyət geniş ürəyə malik olub xudbinliyi özündən kənar edərsə çəkişmələr və narahatlıqlara da son qoyular. Belə olan təqdirdə çətinlik və narazılıq da yaranmaz.

Aydın məsələdir ki, iki nəfər, o cümlədən çox vaxt ər-arvad arasında tam müvəffəqiyyət hasil olmur. Çünki, bu müvafiqlik təkcə ruhları bir, eləcə də Allahın əmrinə qeydsiz-şərtsiz təslim olan peyğəmbər və ilahi övliyalar arasında mövcuddur. Elə buna görə də ailədə ər-arvadın bütün məsələlərdə bir-biri ilə tam razılığa gəlmələri mümkün deyildir. Bir məsələ barəsində nəzərlərin müxtəlif olması təbiidir. Bu da gözəl ailə münasibətlərini öz mənfi tə`siri altına salmamalı, hətta ailə mühitini belə tənəzzülə uğratmamalıdır.

Ailədəki nəzər və xasiyyətlərin müxtəlif olmasının çarəsi geniş ürəyə malik olub ixtilaf və çətinliklərlə qarşılaşarkən tündlük göstərməkdən, dad-fəryad etməkdən çəkinməkdədir. Belə ki, ağıl və səbrlə ixtilaf və ya çətinliyin kökünü tapıb həll edilməsinin, aradan qaldırılmasının yolları barədə fikirləşməlidirlər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]