Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Həccacin bədbəxtliyi

Həccac ibni Yusif Səqəfi çox alçaq və nanəcib bir adam idi. O, daşürəklilikdə demək olar ki, hamını ötmüşdü. Öz e`tirafına görə yüz iyirmi min şiəni Əhli-beytə məhəbbət bəslədiklərinə görə öldürmüşdü. O, qızmar günəş altında bir zindan düzəltmiş, məhbusların yeməyini iki tikə torpaq qarışıq çörək qərar vermişdi. Belə ki, zindana düşənlər bir-birinin ardınca, elə birinci gündən canlarını tapşırardılar.

Bu namərd o qədər qansız və nanəcib idi ki, “şiənin qanına qəltan olub əl-ayaq çalmasından çox ləzzət alıram”, deyərdi. Buna görə də nahar yeməyi zamanı əmr edərdi ki, qarşısında bir şiənin başını kəssinlər ki, o yeməyini qurtarana qədər başı kəsilmiş şiə qanına qəltan olaraq əl-ayaq atıb çırpınsın!! Bütün bu zülm və şəqavətliliyin səbəbi bu idi ki, şeytan bu murdar şəxsin nütfəsinin bağlanmasında şərik olmuşdur. Belə ki, İmam Səccad (əleyhissalam) və İmam Sadiq (əleyhissalam) buyurmuşlar ki, “Həccacın qəsavətli və şəqavətli olması şeytanın onun nütfəsində şərik olmasına görə olmuşdur.”

Həmçinin tarixə nəzər salsaq, görərik ki, Həccacın anası iffətsiz bir qadın olmuşdur.

Nütfənin bağlanmasinda niyyətin rolu

Mərhum Şeyx Ənsari haqqında deyilmişdir ki, anası hamilə olduğu dövrdə təharətini heç vaxt əldən verməyib şeyxə, iki yaşı tamam olana qədər süd vermiş və həmişə dəstəmazlı gəzərmiş.

Şəkk yoxdur ki, nütfənin bağlanması dövründə saleh və savab işlərin fikri və niyyətini etmək uşaqların gələcək ruhiyyəsində müsbət və mə`nəvi əsər qoyur. Amma günaha bulaşmış fikirlər isə pis və mənfi tə`sir göstərir. Buna görə, analar hamiləlik dövründə, habelə körpəyə südvermə zamanı təharətli olmalı, həm onlar, həm də atalar özlərini naməhrəmə baxmaqdan saxlamalıdırlar ki, bu məsələ uşaqların daşürəkli olması üçün zəminə yaradır. Pak və sağlam uşaqlara malik olmaq üçün nütfənin bağlanması zamanı səmimi və xoşhal olun. Allah zikrini və mə`sumları xatırlamağı unutmayın.

Körpə uşaqlarda qərizələr

İnsan dünyaya gələn gündən bə`zi iste`dadları yavaş-yavaş özünü büruzə verərək üzə çıxır, bəziləri isə hələ gizlin qalır. Məsələn, anadan olduğu ilk saatda körpə yemək (süd əmmək) iste`dadına malik olub anasından süd əmir.

Həqiqəti arayıb elm sorağında gəzmək və s. kimi qərizələr insanın zatında əmanət qoyulmaqla, zamanın keçməsi ilə əməli olaraq özlərini göstərirlər.

Məşhur “beşikdən qəbrə kimi elm öyrən” hədisindən mə`lum olur ki, uşağın tə`lim-tərbiyəsi dünyaya gəldiyi andan e`tibarən başlanır.

HEKAYƏ

Hekayə ikinci dünya müharibəsində almanların Fransanı işğal etdiyi zamana aiddir. Bir fransız qadının beynində cərrahiyyə əməliyyatına ehtiyacı olur. Cərrahiyyə əməliyyatı zamanı cərrah həkimin bıçağı qadının beynində bir damara toxunur və qadın bihuş halda alman nəğmələri oxumağa başlayır. Elə ki, cərrah bıçağı beyinin damarından çəkir qadının oxumağı kəsilir. Cərrah ikinci dəfə bıçağını həmin damara toxundurarkən qadın yenidən oxumağa başlayır. Bu iş həkimləri çox heyrətləndirir. Qadın huşa gələndən sonra həkimlərin təəccübü daha da artır. Çünki o qadın alman dilində danışmağa qadir olmadığını bildirir

Bu qəribə əhvalatı araşdırmaq üçün bir dəstə həkim-psixoloq bu barədə təhqiqata başlayır. Nəhayət mə`lum olur ki, müharibə vaxtı alman əsgərləri bunların evinə hücum edərkən o qadın kiçik yaşlı bir uşaq olubmuş və almanların o zaman oxuduqları mahnılar onun beynində əsər qoymuş və zehnində əbədi qalmışdır.

Belə hadisələr hədislər vasitəsi ilə də təsdiq olunmuşdur. Hədislərdə deyilir ki, “körpə doğularkən qulağına azan və iqamə söyləyin.”

Eləcə də ər-arvadın körpə yanında bir yerdə yatması, yaxud bir-biri ilə cinsi əlaqədə olmağa haqqları yoxdur. Əgər belə hərəkətə yol versələr və gələcəkdə uşaq zinakar olarsa özlərini müqəssir bilib danlamalıdırlar.

Uşaq tərbiyəsinin yaşayış dövranına namütənasib olaraq üç qismətə bölünür.

1–Anadan olandan yeddi yaşına qədər.

2-Yeddi yaşdan on dörd yaşa qədər.

3–On dörd yaşdan evlənmə müddətinə qədər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]