Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Yoxsulluq evlənməyə maneə olmamalidir

İslam valideynləri, habelə onların simasında bütün insanları öz qız və oğlanlarını evləndirməyə sövq edir:

“Ərsiz arvadları, kənizləri və arvadsız kişiləri və öz layiqli qullarınızı (mö`minlər arasında, arvadsız kişi və ərsiz arvad qalmasın deyə) bir-biri ilə evləndirin. Əgər arvad və ya kişi kasıb olarsa, Allah Öz məhəbbəti ilə onları ehtiyacsız edəcəkdir. Allah bəndələrinin halından agahdır və Onun rəhməti böyük və tükənməzdir.”2

Bu şərif ayə demək istəyir ki, kasıblıq evlənməyin qarşısına sədd çəkməməlidir. Əks halda bu şeytan vəsvəsəsidir. Şeytanın və`dəsindən qorxmaq isə, həqiqətdə mehriban Allah barəsində sui-zənn etməkdir. Allaha qarşı bədgüman olmaq haramdır. Allah evlənən yoxsullara, onların çətinliklərinini aradan qaldıracağına və onları Öz köməkliyi ilə ehtiyacsız edəcəyinə söz vermişdir.3

Peyğəmbər (səlləllahu əleyhi və alih) müsəlmanlarin evlənməyi ilə fəxr edir

Evlənmək və müsəlman nəslinin qorunması Allah rəsulunun iftixarıdır. Belə ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) buyurub:

“Evlənib ailə qurun və nəsil artırın ki, qiyamət günü sizlərlə, hətta ana bətnindən düşmüş uşaqla belə fəxr edəcəyəm.”1

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) başqa bir hədisdə buyurub: “Mən sizə peyğəmbər olmaqla yanaşı evlənir, dadlı yemək yeyir, camaatla əlaqə saxlayaraq onların arasında yaşayıram. hər kəs mənim sünnət və həyat tərzimdən üz döndərsə məndən deyil.”2

Evlənməkdə maneə olmamalidir

İslam evlənməyin asan olması üçün sədd və maneələri bu mühüm işin yolundan qaldırmışdır. İslam nəzərincə cehiz və mehriyyə nə qədər az olsa bir o qədər yaxşıdır. Bir qayda olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, mə`sum İmamların (əleyhissalam) və İslam dininə iman gətirmiş ilk müsəlmanların adətindən mə`lum olur ki, evlənmək qarşısında maneə yoxdur, ona görə ki, onlar bütün çətinlikləri aradan götürmüşlər.

İslam batil və xurafat olan məsələləri kənara atmışdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu barədə “Xurafat İslamın ayağı altında (əzilmiş və) aradan getmişdir”-deyə buyurmuşdur. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz izdivacı, eləcə də qızı Həzrət Fatimeyi Zəhra salamullah əleyhanın ər evinə getməsi bunu göstərir ki, İslam xurafat və cahiliyyətlə lazımınca mübarizə aparmışdır.

Həzrəti əmirəl-mö`minin əli (əleyhissalam)-in izdivaci

Bir gün həzrət Əli (əleyhissalam) Allah Rəsulunun (səlləllahu əleyhi və alih) yanına gələrək bir az söhbətdən sonra Peyğəmbərə belə deyir: Ya Rəsuləllah, siz mənim dünya və axirətdə pənahım və köməyimə yetənimsiniz. Ya Rəsuləllah, mənə qarşı göstərdiyiniz bu qədər hörmət və mehribanlıqla yanaşı, ünsiyyət tapmaq üçün evlənib ailə sahibi olmaq istəyirəm. Ya Rəsuləllah, mən sizin yanınıza gəlmişəm və xahiş edirəm ki, qızınız Fatimənin nikahını mənə oxuyasınız.

Ümmü Sələmə deyir: Bu sözdən sonra Peyğəmbərin mübarək üzünün sevincdən nurlanmasının şahidi oldum.

Həzrət, Əmirəl-mö`minin (əleyhissalam) mübarək üzünə təbəssüm edib buyurdu: Ya Əbəl Həsən, mən Fatimənin nikahını sənə oxumaqdan ötrü mehriyyən varmı?

Əli (əleyhissalam) dedi: Atam-anam sənə fəda olsun, mənim vəziyyətim sizə mə`lumdur, təkcə bir qılınc bir zirehli paltar və bir dəvə varımdır ki, onunla da su daşıyıram. Bunlardan başqa heç bir şeyim yoxdur.

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Ya Əli, qılınca ehtiyacın vardır, çünki Allah yolunda cihad edib Onun düşmənləri ilə döyüşməlisən. Dəvə isə su gətirmək, xurma ağaclarını suvarmaq, ona yük yükləmək üçün lazımdır, mən sənin zirehli paltarını mehriyyə əvəzində səninlə Fatiməni (səlləllahu əleyhi və alih) evləndirirəm.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]