Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Mübah işlərdə tələbkar olmamaq

Hədsiz tələbkarlığın başqa nümunələrindən biri də mübah (vacib, haram, müstəhəb və məkruh olmayan) işlərdə çox tələbkar olmaqdır. Əgər mübah əməllərdə tələbkar olmasaq, məkruh əməllərin qarşısını da ala bilərik. Bə`zi vaxtlar hətta məkruh (Allah bəyənməyən) işlərdə də tələbkarlıq göstərməməliyik ki, baş verə biləcək haram işlərin belə qarşısını ala bilək. Əgər insan Allah-Taalanın icazə verdiyi, habelə həm ağlın qəbul etdiyi, həm də müsəlman camaatın nəzərinin əksinə olmayan işlərdə hədsiz tələbkar olub quru “müqəddəslik” etsə, mənfi tə`siri olacaqdır.

Məkruh əməllərdə tələbkarliq

Unutmayın ki, əgər moizə və ya nəsihət halında olub məsləhət və zərər verə biləcək amilləri açıqlamaq fikrinə düşsək, məkruh əməlləri yerinə yetirməyib mübah işləri daha çox əncam verməyimiz haqqında israr etməliyik. Lakin əməl vaxtı ailədən hədsiz tələbkar olmamalıyıq ki, nəticəsi xoşagəlməz olsun.

Buna görə də əgər həyat yoldaşınız məkruh bir iş görərsə, bu zaman onun qarşısını kobudluq və hiddətlə almamalısınız. Belə ki, mümkündür bu tələbkarlıq inadın yaranmasına səbəb olub lazım olan nəticəni verməməklə yanaşı, əks tə`sir göstərsin.

Qadının evdə meyl göstərib istədiyi şeylər yerinə yetirilərsə, bu əməl evdən xaricdə baş verə biləcək bir çox ziyanların qarşısını tamamilə alar.

Əziz oxucular, üzümü sizə tutub tövsiyə edirəm ki, təqvalı olun, çalışın ki, evdə heç vaxt “quru” olmayasınız. Eləcə də qadın və uşaqların haqqında yersiz tələblərdən özünüzü qoruyun.

Vacib işlərdə tələbkarliq

Çox vaxt hədsiz tələbkarlıq Müqəddəs Şəriət qaydaları, eləcə də cəmiyyətin nəzər və əqli ilə uyğun olmur. Biz o yerdə çox tələbkar olmalıyıq ki, Allah Özü çox tələb etmiş olsun. Məsələn, vacibi işlərdə. Əlbəttə, elə işlərdəki tələbkarlıq heç də kobudluq və tündlük mə`nasına deyildir, əksinə, onların vacibi işlərimizdə ciddi və möhkəm olmağımızı çatdırır. Haram işlərdə də bu cürdür.

Mübah işlərdəki tələbkarliq barəsində islamin nəzəri

Mübah, bə`zən isə məkruh işlərdə həddindən artıq tələbkarlıq düzgün deyil. Məsələn, həyat yoldaşınızı dörd divar arasında oturdub “ata-ana və ya qohumların evinə getməyə haqqın yoxdur” deyəsiniz. Beləliklə, sə`y edin mübah işlərdə tələbkar olmaqda həddi aşmayasınız. İslam Şəriətindən qabağa keçməyin, əksinə Şəriətimiz buyurduğu işləri yerinə yetirin.

Unutmayın ki, kobudluq və ya tələbkarlıqla qadını təftiş və moizə edə bilməyəcəksiniz. Hədsiz tələbkarlıq göstərmək bir çox işləri zay və tələf etmək deməkdir. İctimaiyyətdə, ailə mühitində və ya hər hansı bir işdə həddini aşmaq və tələb etməyin hər ikisi ziyan gətirəndir. İslam həmişə orta həddi istəyir. Deməli, mübah işlərdəki tələbkarlıq Müqəddəs İslam Şəriətinin qanunu deyil və belə işlərdə dəlilsiz qadın və uşaqlarımıza əziyyət verməməliyik.

Maddi işlərdə tələbkar olmamaq

Ailədəki tələbkarlığın üçüncü nümunəsi iqtisadi məsələlərə aiddir. Əgər kişi öz ailəsini iqtisadi baxımdan tə`min etməyi bacararsa, çox savabı vardır.

Bu barədə hədislərimiz də çoxdur. Məsələn:

“Öz ailəsinin rifahı naminə çalışıb sə`y göstərən bir kimsə Allah yolunda mücahid edənlər kimidir.”

Başqa bir hədisdə oxuyuruq ki, “bazara gedən bir nəfər arvad-uşağı üçün bir şey alıb onları sevindirsə, Allah da ondan razı olar.”

Eyni zamanda, ən pis insanlar imkanları ola-ola arvad-uşaqlarını maddi çətinliyə mə`ruz qoyanlardırlar. Bu barədə hədislərdə belə deyilib: Bir gün İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bütün var-dövlətini Allah yolunda bağışlayan bir şəxsin cənazəsinə namaz qılır. Lakin, Həzrətə bu şəxsin bütün var-yoxunu Allah yolunda verib arvad-uşaqlarını ac-yalavac saxlaması xəbərini çatdırırlar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) narahat olur və buyurur: “Əgər bilsəydim cənazəsinə namaz qılmazdım.”

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]