Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
kitab.AILe seadetine nece nail olmaq olar.doc
Скачиваний:
1
Добавлен:
29.09.2019
Размер:
932.86 Кб
Скачать

Ailə rifahinin əhəmiyyəti

Ailəni rifahda yaşatmaq sədəqə və bəxşiş verməkdən daha yaxşıdır. Atalar sözü olan “mənzili işıqlandıran çıraq məscid üçün haramdır”, çox gözəl deyilib, sanki İslam tə`limindən sərçeşmə almışdır. Demək lazımdır ki, bə`ziləri yersiz xərclər edirlər, məsələn, bir qonaqlıq vermək üçün neçə minlərlə pul xərcləyirlər, belə ki, sonrakı gecələr arvad-uşaqları ac yatmağa məcburdurlar, yaxud xaricdə israfa yol verirlər, amma öz ailələri üçün pul xərcləməyə paxıllıq edirlər. Bu adət çox pisdir, haram olmasa da harama yaxındır.

Həmçinin, bə`zi kişilər isə özlərinə, öz yemək-içmək və geyiminə həddən artıq diqqət yetirərək ailələrinə fikir vermir, onları çətinlikdə qoyurlar ki, bu da insanlıq sifətindən uzaqdır.

Sə`y edin ailənizi hamıdan və hər bir şeydən əvvəl bilib, onların rifahı üçün şərait yaradasınız. Ailəni heç vaxt çətinlikdə qoymayın. Onların sevinc və xoşhallığını ələ gətirin, çalışın bu məsələyə hətta yemək yeyəndə də riayət edəsiniz. Belə ki, tək və ya xaricdə yemək yeməyin. Bir yerə qonaq getdikdə ailəliklə qonaq gedin.

Belə nəticəyə gəlirik ki, ailə yalnız iki halda çətinliyə düşə bilər ki, hər iki hal sağlam ağıl və İslam nəzərindən məqbul sayılmır:

1–Mübah işlərdə hədsiz tələbkarlıq;

2-Paxıllıq.

ON ÜÇÜNCÜ FƏSİL

Kiçik yaşli uşaqlarin tərbiyəsi

Valideynin çox mühüm vəzifə və məs`uliyyətlərindən biri də kiçik uşaqların tərbiyəsidir.

İslam bu məs`uliyyətə böyük əhəmiyyət verərək ümumi tərbiyə yollarını bəyan etmişdir. Uşaq tərbiyəsi haqda Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) və mə`sum İmamlardan mindən yuxarı hədis əlimizə çatmışdır ki, onun beş yüzü “Vəsailüş-şiə” kitabında qeyd olunmuşdur. Tərbiyə mərhələlərində uşaqların dini tərbiyəsi üçün müxtəlif qayda-qanunlar müəyyən olunub ki, uşaq doğumundan əvvəl və sonrakı mərhələləri əhatə edir. Belə ki, uşaqların tərbiyəsi amilləri, hətta valideynlərin evlənməsi şəraitini belə əhatə etmişdir. Çünki irsiyyət qanununa görə valideyn şəxsiyyəti uşaqların şəxsiyyət kimi formalaşmasında çox böyük tə`sirə malikdir.

Həyat yoldaşi seçməkdə me`yar

İslam dini həyat yoldaşını seçməyin yollarını bəyan edərək kişi və qadınlara onların həyat yoldaşlarının hansı şəraitə malik olmasını açıqlamışdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə belə buyurmuşdur:

“Suyu çirkin gölməçədə bitən güldən uzaq olun.” Soruşdular ki, ya Rəsuləllah bu sözlə nəyə işarə edirsiniz? Gölməçədə bitən gül nə deməkdir? Buyurdu ki: Pis ailədə tərbiyə olunmuş gözəl qadın.”

İslam baxımından din və əxlaq hakim olmayan ailə ən pis ailədir.

Başqa bir hədisdə buyurulduğu kimi,

“Əxlaq və dinindən razı olduğunuz bir kəs elçiliyə gələrsə ona qız verin.”

Şərif hədisdə evlənmək üçün iki əsas me`yar müəyyən olunmuşdur: Dindarlıq və gözəl əxlaq.

Evlənməkdə uğursuzluq

Hədislərdə oxuyuruq ki, dindarlıq və xoş əxlaqı nəzərə almadan dövlətli və gözəl qadınlarla evlənənlər, həyatda mütləq uğursuzluğa düçar olacaqlar. Təcrübə ilə sübut olunmuşdur ki, əgər qadının din və əxlaq sahibi olmazsa öz gözəlliyi onun yoldan çıxmasına səbəb olacaqdır. Necə ki, bir çox iffətsizlik və xoşagəlməzliyin aqibəti gözəllikdən nəş`ət alır ki, din və insaniyyətdən uzaqdır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]