Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda hansı orqan tərəfindən qərar qəbul edilir?

A) təqdim olunmuş məlumatlar əsasında məhkəmə tərəfindən

B) təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən

C) təqdim olunmuş məlumatlar əsasında yerli vergi orqanları tərəfindən

D) təqdim olunmuş məlumatlar əsasında bələdiyyə orqanları tərəfindən

#271

Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə:

A) əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar

B) onlara yeni eyniləşdirmə nömrələri verilir

C) VÖEN ilə yanaşı əlavə kod verilir

D) əvvəlki VÖEN saxlanılmaqla yeni VÖEN verilir

#272

Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, onlar hansı eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar?

A) əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar

B) əvvəlki ləğv edilməklə yeni verilmiş eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar

C) əvvəlki saxlanılmaqla yeni verilmiş eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar

D) eyniləşdirmə nömrələri olmadan mərkəzləşdirilmiş uçota alınırlar

#273

Mərkəzləşdirilmiş uçota alınmış iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin] vergi uçotu hansı normativ sənədlə müəyyən edilmiş qaydada həyata keçirilir?

A) Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir

B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir

C) Vergilər Nazirliyinin əmri ilə müəyyən edilmiş qaydada həyata keçirilir

D) yerli vergi orqanları tərəfindən müəyyən edilən qaydada həyata keçirilir

#274

Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?

A) 5 gün

B) 10 gün

C) 15 gün

D) 20 gün

#275

Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, onların xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması barədə onların mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həyata keçirilməlidir?

A) 5 gün

B) 10 gün

C) 15 gün

D) 20 gün

#276

İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən nə vaxtadək qərar qəbul edilir?

A) hər il may ayının 1-dək

B) hər il may ayının 15-dək

C) hər il iyun ayının 10-dək

D) hər il iyun ayının 30-dək

#277

İri vergi ödəyicilərinə aid edilən müəssisələrin mərkəzləşdirilmiş uçota alınması nə vaxt həyata keçirilir?

A) onların mərkəzləşdirilmiş uçota alınması barədə qərar qəbul edildiyi vergi ilinin sonundan

B) onların mərkəzləşdirilmiş uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında

C) onların mərkəzləşdirilmiş uçota alınması barədə qərar qəbul edildiyi vaxt

D) onların mərkəzləşdirilmiş uçota alınması barədə qərar qəbul edildiyi vergi ilinin sonunadək

#278

Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

A) fəaliyyətə başladığı günədək

B) gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq

C) 20 gün

D) 30 gün

#279

Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

A) fəaliyyətə başladıqdan 5 gün müddətində

B) fəaliyyətə başladıqdan 10 gün müddətində

C) fəaliyyətə başladıqdan 20 gün müddətində

D) fəaliyyətə başladıqdan 30 gün müddətində

#280

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

A) idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 10 gün müddətində

B) idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində

C) fəaliyyətə başladığı günədək

D) gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq

#281

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

A) 30 gün

B) 20 gün

C) 10 gün

D) 5 gün

#282

Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması üçün verilən ərizə kim tərəfindən imzalanmalıdır?

A) xarici hüquqi şəxs və ya onun müvəkkil etdiyi şəxs tərəfindən

B) xarici hüquqi şəxsin uçotda olduğu vergi orqanı tərəfindən

C) ancaq xarici hüquqi şəxs tərəfindən

D) ancaq xarici hüquqi şəxsin müvəkkil etdiyi şəxs tərəfindən

#283

Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakı göstərilən sənədlərdən hansıları əlavə edilməlidir:

1. xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat [inkorporasiyA) sənədi və ticarət reyestrindən çıxarış

2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərar və təsis sənədləri

3. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdə əldə etdiyi gəlirlər barədə məlumatlar

4. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti

5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və bölmənin rəhbərinin [təmsilçisinin] şəxsiyyətini təsdiq edən sənədin surəti;

A) 1, 2, 3 B) 3, 4, 5 C) 1, 3, 5 D) 1, 2, 5

#284

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir?

1. qeydiyyata alındığı dövlətdə qeydiyyat [inkorporasiyA) sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri

2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və hüquqi şəxsin rəhbərinin [təmsilçinin] şəxsiyyətini təsdiq edən sənədin surəti

3. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti

4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat

5. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki fəaliyyət növləri barədə məlumat

A) 1, 2, 3 B) 3, 4, 5 C) 1, 2, 4 D) 2, 4, 5

#285

Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir?

1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə

2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda

3. daimi nümayəndəlik yaratmayan bölmə fəaliyyətini müvəqqəti dayandırdıqda

4. daimi nümayəndəlik yaratmayan bölmənin rəhbəri [təmsilçisi] köçdükdə

A) 1,2 B) 2,3 C) 3,4 D) 2,4

#286

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir?

1.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyata alındığı [inkorporasiya] dövlətdə ləğv edildikdə

2.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə

3.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs fəaliyyətini müvəqqəti dayandırdıqda

4.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs zərərə düşdükdə

A) 1,3 B) 2,4 C) 1,2 D) 3,4

#287

Yerli vergilərin [bələdiyyə vergilərinin] ödəyicilərinin uçotu hansı orqan tərəfindən aparılır?

A) yerli icra nümayəndəlikləri tərəfindən

B) dövlət vergi xidməti orqanları tərəfindən

C) bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır

D) dövlət vergi xidməti orqanları ilə bələdiyyələrin vergi xidməti orqanı tərəfindən birgə aparılır

#288

Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri [kommersiya hüquqi şəxsləri habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla] uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına aşağıdakı hansı sənədlərin müəyyən edilmiş qaydada təsdiq edilmiş bir nüsxədə surətlərini təqdim etməlidir?

1. dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin [və ya əsasnaməsinin]

2. Dövlət Əhalinin Sosial Müdafiəsi Fondunda uçota alınması barədə şəhadətnamənin

3. rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin,

4. rəhbərin şəxsiyyətini təsdiq edən sənədin

A) 2, 3, 4 B) 1, 2, 4 C) 1, 3, 4 D) 1, 2, 3

#289

Vergi ödəyiciləri olan hüquqi şəxslər [kommersiya hüquqi şəxsləri habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla] nə vaxt uçota alınırlar?

A) istənilən vaxt

B) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra

C) onların səhmdarlarına VÖEN verildikdən sonra

D) müstəsna hallarda həmin şəxslər onların yuxarı təşkilatlarına VÖEN verilmədən də uçota alına bilərlər

#290

Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir?

1. onların adı, doğulduğu tarix və yer

2. cinsi və yaşadığı ünvan

3. ailə vəziyyəti barədə məlumat

4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı

5. siyasi mənsubiyyəti

A) 2, 3, 4 B) 1, 2, 4 C) 1, 3, 4 D) 1, 2, 3

#291

Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə kim tərəfindən doldurulur?

A) vergi orqanının «Vergi ödəyicilərinə xidmət şöbəsi»nin əməkdaşları tərəfindən

B) yalnız vergi ödəyicisi tərəfindən

C) yalnız vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən

D) vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən

#292

Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına nə təqdim edir?

A) uçota alınmaq üçün bank idarəsinə köçürdüyü pulun qəbzini

B) şəxsiyyətini təsdiq edən sənədin surətini

C) uçota alınmaq haqqında öz qərarının surətini

D) yaşadığı yer haqqında məlumatı

293

Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması hansı formatda aparılır.

  1. elektron və (və ya) kağız formatda

  2. dövlət qeydiyyatında olduğu kimi

  3. yalnız elektron formatda

  4. yalnız kağız formatda

#294

Uçota alınmaq üçün ərizənin forması hansı orqan tərəfindən təsdiq olunur?

A) Maliyyə Nazirliyi tərəfindən

B) Vergilər Nazirliyi tərəfindən

C) Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən

D) təsdiq olunmur

#295

Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?

A) vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir

B) vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir

C) heç nə təqdim etmir

D) şəhadətnamə təqdim edir

#296

Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və Vergi Məcəlləsində göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir?

A) 2 gün

B) 10 gün

C) 4 gün

D) 20 gün

#297

Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir?

A) Şəhadətnamənin yeni nüsxəsi

B) Şəhadətnamə-dublikat

C) Şəhadətnamənin surəti

D) heç bir sənəd verilmir

#298

Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verilməlidir?

A) 5 gün

B) 10 gün

C) 40 gün

D) 20 gün

#299

Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?

A) 5 gün

B) 10 gün

C) 15 gün

D) 20 gün

#300

Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?

A) 5 gün

B) 10 gün

C) 40 gün

D) 20 gün

#301

Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?

A) 3 manat miqdarında

B) Ödənişsiz həyata keçirilir

C) Şərti maliyyə vahidinin 5 misli miqdarında

D) Şərti maliyyə vahidinin 8 misli miqdarında

#302

Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?

A) 2 VÖEN verilə bilər

B) məhdudiyyət qoyulmur

C) 1 VÖEN verilə bilər

D) 4 VÖEN verilə bilər

#303

Vergi ödəyicilərinin hər hansı tədiyyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə …

A) ödənişi aparan müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər

B) vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə müstəsna hallarda yol verilə bilər

C) müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər, lakin vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir

D) ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir

#304

Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər hansı sənəd əsasında aparılır?

A) Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında

B) Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında

C) vergi ödəyicisinin telefon məlumatı əsasında

D) vergi ödəyicisi tərəfindən təqdim edilən rəsmi məktub əsasında

#305

Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması hansı hallarda mümkündür?

A) yalnız fəaliyyətinə xitam verildikdə

B) yalnız məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda

C) yalnız vəfat etdikdə

D) fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, vəfat etdikdə

#306

Vergi ödəyicisi uçotdan çıxarıldıqda o, vergi orqanına nəyi təhvil verməlidir?

A) mühasibat sənədlərini

B) onun uçota alınmasını təsdiq edən şəhadətnaməni

C) möhür və ştampları

D) heç nəyi

#307

Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?

A) Maliyyə Nazirliyi

B) Ədliyyə Nazirliyi

C) Nazirlər Kabineti

D) Vergilər Nazirliyi

#308

Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən hansı məlumatlardan istifadə olunur?

A) mənbəyi bəlli olan istənilən məlumatdan

B) onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan

C) dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin dövlət qeydiyyatından keçməsi barədə verilən arayışın məlumatlarından

D) vergi ödəyicisinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, yaxud nizamnaməsinin [əsasnaməsinin] məlumatlarından

#309

Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir?

1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin

reyestr jurnalının aparılması

2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin

aparılması

3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması

4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi

5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması

A) 1, 2, 3 B) 1, 2, 4 C) 2, 3, 4 D) 3, 4, 5

#310

Vergi ödəyiciləri haqqında məlumatlar hansı müddətdən sonra vergi sirrini təşkil edir?

A) onlar dövlət qeydiyyatına alındıqdan sonra

B) vergi ödəyicisi barədə məlumatlar vergi sirrini təşkil edə bilməz

C) onların vergi uçotuna alınması anından

D) onlar fəaliyyətə başladıqdan sonra

#311

Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?

A) vergi orqanının istəyi olduqda

B) vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda

C) vergi ödəyicisi sənədləri təqdim etmədikdə

D) vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə

#312

Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir?

A) büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda

B) vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda

C) istənilən halda verilir

D) vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda

#313

Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnamə aldıqdan sonra vergi orqanı tərəfindən ona bank idarəsində hesab açmaq üçün neçə gün müddətində şəhadətnamə-dublikat verir?

A) 3 gündən gec olmayaraq

B) 2 gündən gec olmayaraq

C) 6 gündən gec olmayaraq

D) 5 gündən gec olmayaraq

#314

VÖEN neçə rəqəmdən ibarətdir?

A) 10

B) 9

C) 11

D) 7

#315

Bir vergi ödəyicisinə neçə şəhadətnamə-dublikat verilə bilər?

A) 3

B) 5

C) 1

D) şəhadətnamə-dublikatın sayı məhdudlaşdırılmır

#316

Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur?

A) Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi

B) Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi

C) Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi

D) Vergilər Nazirliyi

#317

Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat hansı hallarda vergi ödəyicisinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə verilməyə bilər?

A) vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda

B) vergi orqanının məqbul hesab etdiyi istənilən halda

C) vergi hesabatlarını Vergi Məcəlləsində müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanına təqdim etmədikdə

D) vergi ödəyicisi Vergi Məcəlləsində müəyyən edilmiş qaydada mənfəət vergisi üzrə vergi hesabatının müddətinin uzadılması ilə bağlı müraciət etdikdə

#318

Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları bank idarəsində hesab açmaq üçün nə vaxt vergi orqanına ərizə verir?

A) dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt

B) yalnız dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə 3 gün müddətində

C) dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra yalnız 10 gün müddətində

D) dövlət qeydiyyatına alındıqdan sonra yalnız 1 ay müddətində

#319

Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra neçə gün müddətinə müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı göndərir?

A) 1 gün müddətinə

B) 10 gün müddətinə

C) 3 gün müddətinə

D) 15 gün müddətinə

#320

Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir?

A) yalnız elektron daşıyıcı vasitəsilə

B) elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə

C) istənilən qaydada

D) bu barədə məlumat göndərilmir

#321

Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara nə vaxt bank hesabları açırlar [qeyri rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla]?

A) istənilən vaxt

B) vergi ödəyicisi yalnız VÖEN aldıqdan sonra

C) vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat və digər zəruri sənədlər banka təqdim etdikdən sonra

D) yalnız ərizə ilə müraciət etdikdə

#322

Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?

A) 15 gün

B) 20 gün

C) 10 gün

D) 5 gün

#323

Şəhadətnamə-dublikat neçə hissədən ibarətdir?

A) 4 hissədən

B) 1 hissədən

C) 3 hissədən

D) 2 hissədən

#324

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]