Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi ödəyicisindən sənədlərin kim tərəfindən təsdiq edilmiş surətləri götürülür?

A) vergi ödəyicisi tərəfindən

B) həmin sənədlər təsdiq edilmir

C) vergi orqanı tərəfindən

D) vergi orqanı ilə birlikdə vergi ödəyicisi tərəfindən

#423

Sənədlərin və nümunə kimi əşyaların günün hansı vaxtında götürülməsinə yol verilmir?

A) yalnız nahar fasiləsində [saat 13.00-dan saat 14.00-dək olan müddətə]

B) iş vaxtı [saat 9.00-dan saat 18.00-dək olan müddətə]

C) vergi ödəyicisinin iş vaxtı

D) gecə vaxtı [axşam saat 20.00-dan səhər saat 8.00-a qədər olan müddətə]

#424

Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir?

A) saat 13.00-dan saat 14.00-dək olan müddətə

B) gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]

C) mühasib məşğul olduğu müddətdə

D) zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.

#425

Sənədlərin və nümunə kimi əşyaların götürülməsi kimlərin iştirakı ilə həyata keçirilir?

A) sənədləri və əşyaları götürülən şəxslərin və [və ya] onların nümayəndələrinin

B) yalnız vergi orqanının yoxlamanı həyata keçirən vəzifəli şəxslərinin

C) vergi ödəyicisinin və yoxlamada iştirak edən mütəxəssislərin

D)müşahidəçi və mütəxəssislərin

#426

Vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər hansı hərəkətləri edir?

A) yalnız götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir

B) yalnız iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir

C) götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir

D) vergi ödəyicisinə vergi orqanının rəhbərinin sənədlərin və nümunə kimi əşyaların verilməsi barədə şifahi göstərişini çatdırır

#427

Sənədlərin və əşyaların nümunə kimi götürülməsi barədə hansı sənəd tərtib olunur?

A) heç bir sənəd tərtib olunmur

B) akt

C) bildiriş

D) protokol

#428

Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun surəti kimə verilir?

A) müşahidəçilərə verilir

B) sənədləri və əşyaları götürülən şəxsə verilir

C) məhkəməyə göndərilir

D) vergi orqanının vəzifəli şəxslərinə verilir

#429

Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda vergi orqanı tərəfindən hansı tədbirlər görülür?

A) vergi ödəyicisinin hesabları bağlanılır

B) vergi ödəyicisinin əmlakı siyahıya alınır

C) imtina aktı tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır

D) vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət olunur

#430

Vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən hansı orqanın qərarı ilə həyata keçirilir?

A) məhkəmənin qərarı ilə

B) yuxarı vergi orqanının qərarı ilə

C) daxili işlər orqanının qərarı ilə

D) prokurorun qərarı ilə

#431

Səyyar vergi yoxlaması keçirilərkən hansı hallarda ekspertiza təyin edilir?

A) ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda

B) yoxlama aktının tərtibində çətinliklər yarandıqda

C) istənilən hallarda

D) səyyar vergi yoxlamasını vaxtında başa çatdırmaq mümkün olmadıqda

#432

Səyyar vergi yoxlaması keçirilərkən ekspert hansı sənəd əsasında cəlb edilir?

A) göndəriş əsasında

B) məhkəmənin qərarı əsasında

C) müqavilə əsasında

D) ekspertin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında

#433

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında ekspert cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir?

1. müqavilə tərəflərinin vergi öhdəlikləri

2. müqavilə tərəflərinin hüquqları və vəzifələri

3. ekspert qarşısında qoyulan suallar

4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

5. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

A) 3, 4, 5 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 4, 5

#434

Səyyar vergi yoxlaması keçirilərkən ekspertiza hansı orqanın qərarı ilə təyin edilir?

A) məhkəmənin

B) yuxarı vergi orqanının

C) Nazirlər Kabinetinin

D) səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının

#435

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertizanın təyin edilməsi haqqında vergi orqanının qərarında aşağıdakı hansı məlumatlar göstərilir?

1. ekspertə təqdim olunan materiallar

2. ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı

3. ekspertiza təyin edilən vergi ödəyicisi barədə məlumatlar

4. ekspetrizanın təyin edilməsi üçün əsaslar

5. ekspert qarşısında qoyulan məsələlər

A) 2, 3, 4, 5 B) 1, 2, 3, 4 C) 1, 3, 4, 5 D) 1, 2, 4, 5

#436

Səyyar vergi yoxlaması keçirilərkən cəlb edilmiş ekspertin hansı hüquqları vardır?

A) yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq

B) yoxlama aktının tərtibində bilavasitə iştirak etmək

C) sənədləri və əşyaları nümunə kimi götürmək

D) ancaq ona təqdim edilən materiallarla işləməlidir

#437

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında cəlb edilən ekspert hansı hallarda rəy verilməsindən imtina edə bilər?

1. heç bir halda imtina edə bilməz

2. ekspert qarşısında qoyulan məsələlər onun xüsusi biliyi dairəsində olduqda

3. ekspertə təqdim edilmiş materiallar kifayət qədər olmadıqda

4. ekspertizanın keçirilməsi üçün ekspertin bilikləri kifayət qədər olmadıqda

A) 2, 4 B) 2, 3 C) 3, 4 D) 1, 4

#438

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir?

1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir

2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir

3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır

4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir

A) 2, 4 B) 2, 3 C) 3, 4 D) 1, 4

#439

Səyyar yoxlaması aparılarkən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin hansı hüquqları vardır:

1. ekspertə etiraz etmək

2. ekspertiza keçirilməsinə etiraz etmək

3. ekspertin rəyi ilə tanış olmaq

4. ekspertizanın təyin olunması ilə əlaqədar məhkəməyə müraciət etmək

5. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək

A) 1, 2, 3 B) 2, 4, 5 C) 2, 3, 4 D) 1, 3, 5

#440

Səyyar vergi yoxlaması keçirilərkən cəlb edilmiş ekspert rəyi kimin adından verir?

A) mənsub olduğu təşkilatın adından

B) dövlətin adından

C) öz adından

D) vergi orqanının adından

#441

Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirildikdə ekspertin rəyində hansı məlumatlar əks etdirilir?

A) yalnız ekspert tərəfindən aparılan araşdırma

B) ekspert tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar

C) ekspertiza zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan hallar və faktlar

D) yalnız ekspert tərəfindən qoyulan suallara əsaslandırılmış cavablar

#442

Səyyar vergi yoxlaması zamanı ekspertiza aparıldıqda barəsində onlara dair suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə …

A) yalnız müstəsna hallarda həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ yoxdur

B) ekspert tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar

C) həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır

D) yalnız yuxarı vergi orqanının bu barədə qərarı əsasında həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır

#443

Səyyar vergi yoxlaması keçirilərkən cəlb edilmiş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər kimə verilir?

A) məhkəməyə

B) yoxlanılan şəxsə

C) mənsub olduğu təşkilata

D) vergi orqanına

#444

Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi üçün dəvət olunmuş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verildikdə, həmin şəxsin aşağıdakı hansı hüquqları vardır?

1. izahat vermək, öz etirazlarını bəyan etmək

2. ekspertə əlavə sualların qoyulmasını tələb etmək

3. ekspertin rəyi ilə tanış olmaqdan imtina etmək

4. bu halda heç bir hüququ yoxdur

5. əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək

A) 2, 3, 4 B) 1, 2, 5 C) 3, 4, 5 D) 1, 4, 5

#445

Səyyar vergi yoxlaması keçirilərkən əlavə ekspertiza nə vaxt təyin edilir?

A) heç bir halda təyin edilmir

B) ekspert xəstələndikdə

C) yalnız vergi ödəyicisinin tələbi ilə

D) ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda

#446

Səyyar vergi yoxlaması keçirilərkən təkrar ekspertiza nə vaxt təyin edilir?

A) ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda

B) ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda

C) heç bir halda təyin edilmir

D) yalnız vergi ödəyicisinin tələbi ilə

#447

Səyyar vergi yoxlaması zamanı yoxlanılan şəxsin ekspertizanın aparılması ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqları ilə əlaqədar vəsatəti təmin edilmədikdə, vergi orqanının rəhbəri [rəhbərin müavini] tərəfindən hansı tədbirlər görülür?

A) vəsatətin təmin edilməməsi səbəbləri barədə vergi ödəyicisinə məlumat göndərilir

B) bu barədə yuxarı vergi orqanına və vergi ödəyicisinə məlumat verilir

C) vəsatətin rədd edilməsi səbəbləri göstərilməklə əsaslandırılmış qərar çıxarılır və qərarın surəti yoxlanılan şəxsə təqdim edilir

D) heç bir tədbir görülməməsi barədə vergi ödəyicisinə məlumat verilir

#448

Səyyar vergi yoxlaması zamanı hansı hallarda mütəxəssis dəvət oluna bilər?

A) vergi ödəyicisinin tələbi ilə

B) məhkəmənin qərarı ilə

C) dəvət olunmur

D) səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda

#449

Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı orqanın qərarı əsasında dəvət olunur?

A) məhkəmənin

B) yuxarı vergi orqanının

C) Nazirlər Kabinetinin

D) səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının

#450

Səyyar vergi yoxlaması zamanı cəlb edilən mütəxəssisin xüsusi bilik və təcrübəsi olmaqla yanaşı, aşağıdakı hansı vəziyyətin olması məcburidir?

A) mütəxəssis vergi ödəyicisinin ailə üzvü olmalıdır

B) o, işin nəticələrində maraqlı olmamalıdır

C) o, işin nəticələrində maraqlı olmalıdır

D) o, müəyyən edilmiş qaydada vergi orqanında mütəxəssis kimi qeydiyyatdan keçməlidir

#451

Səyyar vergi yoxlaması zamanı cəlb edilən mütəxəssisin işin nəticələrində maraqlı olması aşkar edildikdə …

A) müstəsna hallarda mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz

B) bütün hallarda mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilər

C) heç bir halda mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz

D) məhkəməyə müraciət edilməlidir

#452

Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı sənəd əsasında cəlb edilir?

A) göndəriş əsasında

B) məhkəmənin qərarı əsasında

C) müqavilə əsasında

D) mütəxəssisin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında

#453

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında mütəxəssis cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir?

1. müqavilə tərəflərinin hüquqları və vəzifələri

2. müqavilə tərəflərinin vergi öhdəlikləri

3. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

5. mütəxəssis qarşısında qoyulan suallar

A) 3, 4, 5 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 4, 5

#454

Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi vergi yoxlaması aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda hansı tədbirləri görə bilər?

A) bu barədə öz etirazlarını yazılı şəkildə tərtib edərək yoxlama materiallarına əlavə edə bilər

B) bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər

C) heç bir tədbir görə bilməz

D) bu halda yalnız yuxarı vergi orqanına müraciət edə bilər

#455

Səyyar vergi yoxlaması zamanı dəvət edilmiş mütəxəssisin səhv və ya bilərəkdən yalan rəy verməsi nəticəsində vergi orqanlarına və ya vergi ödəyicisinə dəyən zərərin ödənilməsi hansı qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər?

A) vergi qanunvericiliyinə

B) mülki qanunvericiliyə

C) gömrük qanunvericiliyinə

D) tələb oluna bilməz

#456

Səyyar vergi yoxlaması zamanı hansı hallarda tərcüməçi dəvət oluna bilər?

A) zəruri hallarda

B) istənilən hallarda

C) vergi ödəyicisinin tələbi ilə

D) yoxlayıcının tələbi ilə

#457

Səyyar vergi yoxlaması zamanı tərcüməçi kim olmalıdır?

A) işin nəticələrində marağı olan şəxs

B) vergi ödəyicisinin yaxın qohumu

C) əcnəbi vətəndaş

D) tərcümə üçün lazım olan dili bilən, işin nəticələrində marağı olmayan şəxs

#458

Səyyar vergi yoxlaması zamanı tərcüməçi hansı sənəd əsasında dəvət olunur?

A) müqavilə əsasında

B) məhkəmənin qərarı əsasında

C) göndəriş əsasında

D) tərcüməçinin işlədiyi təşkilatın rəhbərinin əmri əsasında

#459

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında tərcüməçi dəvət edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir?

1. müqavilə tərəflərinin hüquqları və vəzifələri

2. müqavilə tərəflərinin vergi öhdəlikləri

3. bilərəkdən yalan tərcüməyə görə tərcüməçinin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

4. bilərəkdən yalan tərcüməyə görə tərcüməçinin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

A) 2, 4 B) 3, 4 C) 1, 3 D) 1, 4

#460

Səyyar vergi yoxlaması zamanı dəvət edilən müşahidəçi ən azı neçə nəfər olmalıdır?

A) məhdudiyyət qoyulmur

B) 4 nəfər

C) 2 nəfər

D) 1 nəfər

#461

Səyyar vergi yoxlaması zamanı hansı fiziki şəxslər müşahidəçi qismində dəvət edilə bilərlər?

A) istənilən rezident və qeyri-rezident fiziki şəxs

B) yoxlamanın nəticələrində maraqlı olan fiziki şəxslər

C) vergi ödəyicisinin ailə üzvü olan istənilən fiziki şəxs

D) yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər

#462

Səyyar vergi yoxlaması zamanı müşahidəçi kimi kimlərin iştirakına yol verilmir?

A) maliyyə orqanlarının vəzifəli şəxslərinin

B) sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların

C) hüquq-mühafizə orqanı işçilərinin

D) vergi orqanlarının vəzifəli şəxslərinin

#463

Səyyar vergi yoxlaması zamanı dəvət edilən müşahidəçilər onların iştirakı ilə keçirilən hərəkətlərlə bağlı hansı məlumatları protokolda təsdiq etməyə borcludurlar?

A) ödənilməyən vergilər barədə məlumatları

B) hərəkətlərin faktı, məzmunu və nəticələri barədə məlumatları

C) ödənilən vergilər və vergi borcları barədə məlumatları

D) vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilə bilən məsuliyyət tədbirlərini

#464

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı dəvət edilən müşahidəçi həyata keçirilən hərəkətlərə dair aşağıdakı hansı tədbirləri görə bilərlər?

1. vergi ödəyicisinin cinayət məsuliyyətinə cəlb olunması barədə müvafiq orqanlara müraciət edilməsi barədə təklif verə bilər

2. vergi orqanlarının yoxlamanı keçirən vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərini protokola daxil edə bilər

3. keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil edə bilər

4. zərurət olduqda həmin hərəkətlərə dair öz izahatlarını verə bilər

A) 2, 4 B) 3, 4 C) 1, 3 D) 1, 4

#465

Vergi yoxlamaları zamanı eyni şəxs vergi orqanları tərəfindən vergi ili ərzində neçə dəfədən artıq müşahidəçi kimi dəvət oluna bilməz?

A) 3 dəfədən

B) 4 dəfədən

C) 2 dəfədən

D) 1 dəfədən

#466

Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolda aşağıdakılardan hansılar göstərilir?

1. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və vaxtı

2. vergi ödəyicisinin əvvəlki yoxlamalarda məsuliyyətə cəlb edilib-edilməməsi

3. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda onun ünvanı, vətəndaşlığı, azərbaycan dilində danışa bilib-bilməməsi

4. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı

5. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin olub-olmaması

A) 2, 4, 5 B) 1, 3, 4 C) 1, 3 , 5 D) 1, 2, 4

#467

Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı tərtib edilən protokolda aşağıdakı məlumatlardan hansılar göstərilir?

1. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin məbləği

2. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı

3. vergi ödəyicisinin vergitutma məqsədləri üçün hansı uçot metodundan istifadə etməsi

4. hərəkətlərin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar

5. Vergi Məcəlləsinə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə həmin əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri

A) 2, 4, 5 B) 1, 3, 4 C) 1, 3 , 5 D) 1, 2, 4

#468

Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolu imzalayan şəxslərin hansı hüququ vardır?

A) həmin şəxslərin protokolu imzalamaqdan başqa heç bir hüququ yoxdur

B) həmin şəxslərin yalnız protokola daxil edilməli olan qeydlər etmək hüququ vardır

C) həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ yoxdur

D) həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ vardır

#469

Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokol kimlər tərəfindən imzalanır?

A)vergi orqanının vəzifəli şəxsi və hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən

B) vergi ödəyicisi və vergi orqanının vəzifəli şəxsləri tərəfindən

C) yalnız vergi ödəyicisi tərəfindən

D) vergi orqanı tərəfindən dəvət edilmiş mütəxəssislər, tərcüməçilər və müşahidəçilər tərəfindən

#470

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarır?

A) 10 gün

B) 5 gün

C) 15 gün

D) 20 gün

#471

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində hansı qərarı çıxarır?

A) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında

B) vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında

C) xronometraj metodu ilə müşahidə aparılması haqqında

D) operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında

#472

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində hansı qərarı çıxara bilməz?

A) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında

B) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında

C) vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında

D) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında

#473

Vergi orqanının rəhbəri [rəhbərin müavini] səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılması mümkün olan 3 qərardan eyni vaxtda neçəsini çıxara bilər?

A) 2-ni

B) 1-ni

C) 3-nü

D) heç birini

#474

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər?

1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi

2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması

3. vergi ödəyicisinin əmlakının siyahıya alınması

4. xronometraj metodu ilə müşahidə aparılması

5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi

A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 2, 5 D) 3, 4, 5

#475

Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda aşağıdakı hansı məlumatlar ona izah olunur?

1. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin vaxtında ödənilməsinin vacibliyi

2. vergi yoxlaması ilə müəyyən olunmuş vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar

3. vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri

4. hərəkətlərin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar

5. vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması

A) 1, 3, 5 B) 1, 3, 4 C) 2, 3 , 5 D) 1, 2, 4

#476

Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə hansı sənəd göndərilir?

A) arayış

B) protokol

C) tələbnamə

D) akt

#477

Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə nə barədə tələbnamə göndərilir?

A) vergi borcunun və faizlərin ödənilməsi barədə

B) vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə

C) aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə

D) inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə

#478

Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və [və ya] tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər [sənəd] hansı vaxtdan təqdim edilmiş hesab edilir?

A) onların [onun] sifarişli məktubla alınması günündən

B) qərarın çıxarıldığı gündən

C) tələbnamədə göstərildiyi tarixdən

D) aktın yazıldığı gündən

#479

Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında hansı sənədi tərtib edir?

A) inzibati hüquq pozuntusu barədə akt

B) inzibati hüquq pozuntusu haqqında arayış

C) inzibati hüquq pozuntusu haqqında bildiriş

D) inzibati hüquq pozuntusu haqqında protokol

#480

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir ?

1. müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi

2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması

3. vergi ödəyicilərinin vergilərinin düzgün hesablanması

4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi

5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması

A) 1, 2, 3 B) 1, 2, 4 C) 3, 4, 5 D) 1, 3, 5

#481

Operativ vergi nəzarəti aşağıdakı hansı məsələləri əhatə edən vergi nəzarəti formasıdır?

1. "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi

2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması

3. qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi

4. valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalarda istifadəsinə lisenziyanın verilməsini təmin edilməsi

5. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi

A) 1; 2; 3; 5 B) 1; 2; 4 C) 2; 3; 4 D) 4; 5

#482

Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün aşağıdakılardan hansılar əsas götürülə bilər?

1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar

2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar

3. vergi orqanları tərəfindən mənbəyinin bəlli olub olmamasından asılı olmayaraq əldə edilən məlumatlar

4. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumatlar

5. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərinin, Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi

A) 1; 3; 5 B) 1; 2; 5 C) 2; 3; 4 D) 1; 4; 5

#483

Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün vergi orqanının əsaslandırılmış qərarında aşağıdakı hansı məlumatlar göstərilməlidir?

1. vergi ödəyicisinin yerləşdiyi ərazi

2. operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ [məsələlər]

3. operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] adları

4. vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] pasport məlumatları

5. vergi ödəyicilərinin yaşadığı ünvan

A) 1; 2; 3 B) 1; 3; 4 C) 2; 4; 5 D) 3; 5

#484

Operativ vergi nəzarəti hansı qaydada başlanır və nə vaxt həyata keçirilir?

A) vergi ödəyicisinə bildiriş göndərilməklə başlanır və vergi ödəyicisinin iş vaxtı həyata keçirilir

B) vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicisinin iş vaxtı həyata keçirilir

C) vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və səhər 9.00-dan axşam 20.00-dək həyata keçirilir

D) vergi ödəyicisinə bildiriş göndərilməklə başlanır və səhər 9.00-dan axşam 20.00-dək həyata keçirilir

#485

Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində aşağıdakı hansı məsələlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılır?

1. vergi ödəyicilərinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olması

2. vergi ödəyicilərinin ərazilərinə, binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla], habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi

3. sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi

4. ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi

5. aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması

A)yalnız 1, 3, 5 B) yalnız 1, 3, 4, 5 C) 1, 2, 3, 4, 5 D)yalnız 1, 2, 4

#486

Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır?

1. vergi ödəyicisinin adı

2. vergi ödəyicisinin VÖEN-i

3. vergi ödəyicisinin elektron imzası

4. vergi ödəyicisinin fəaliyyət növü

5. obyektin adı və yerləşdiyi ünvan

A) 1; 2; 3 B) 1; 3; 4 C) 1; 2; 5 D) 1; 4; 5

#487

Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır?

1. nəzarət-kassa aparatının inventar nömrəsi

2. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi

3. nəzarət-kassa aparatının markası və zavod nömrəsi

4. vergi ödəyicisinin telefon və ya faks nömrəsi

5. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti)

A) 1; 3; 4 B) 2; 3; 5 C) 1; 2; 5 D) 1; 2; 3

488

Xronometraj metodu ilə müşahidə aparılmasının məqsədi nədən ibarətdir?

A) Vergi ödəyicilərini uçota almaqdan və bank hesabları barədə məlumat almaqdan

B) Vergi ödəyicilərinin obyektlərində istehsal həcminin və malların [işlərin, xidmətlərin] satış dövriyyəsinin həcmini müəyyənləşdirmək və dəqiqləşdirmək

C) Vergi ödəyicilərinin uçotu haqqında vergi orqanlarında olan məlumatları dəqiqləşdirməkdən

D) Vergitutma obyektinin yerini müəyyənləşdirməkdən

#489

Aşağıda göstərilən hansı hallarda vergi orqanları tərəfindən xronometraj metodu ilə müşahidə aparıla bilər:

1) vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda

2) vergi orqanlarında vergi ödəyiciləri barəsində olan uçot məlumatlarını dəqiqləşdirmək zərurəti yarandıqda;

3) vergi ödəyicilərinin vergitutma obyektlərinin yerinin müəyyən olunması zərurəti yarandıqda;

4) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda

5). vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə

A) 1,3,5 B) 2,3,4 C) 3,4,5 D) 1,4,5

490

Aşağıda göstərilən hansı hallarda vergi orqanları tərəfindən xronometraj metodu ilə müşahidə aparıla bilər:

  1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda,

  2. vergi orqanlarında vergi ödəyiciləri barəsində olan uçot məlumatlarını dəqiqləşdirmək zərurəti yarandıqda

  3. dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ;

  4. vergi ödəyicilərinin vergitutma obyektlərinin yerinin və fəaliyyət növünün müəyyən olunması zərurəti yarandıqda

  5. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda;

  1. 1,2 3 B) 2,4,5 C) 1,3,5 D) 2,3,4

491

Xronometraj metodu ilə müşahidə başlamamışdan neçə gün əvvəl vergi ödəyicisinə xəbərdarlıq göndərilir ?

A) Müşahidədən əvvəl 5 gün müddətində

B) Müşahidədən əvvəl 15 gün müddətində

C) Müşahidədən əvvəl 20 gün müddətində

D) Vergi ödəyicisinə xəbərdarlıq göndərilmir

#492

Xronometraj metodu ilə müşahidənin aparılması kimin qərarına əsasən həyata keçirilir?

A) Vergi orqanlarının rəhbərinin

B) Vergilər nazirinin

C) Vergi ödəyicisinin rəhbərinin

D) Qərar qəbul edilmir

493

Xronometraj metodu ilə müşahidə sutkanın hansı vaxtında aparılır?

A) Vergi orqanının vəzifəli şəxslərinin iş vaxtı ərzində

B) Vergi ödəyicisinin iş vaxtı ərzində

C) Vergi ödəyicisi ilə vergi orqanının razılaşdığı vaxt ərzində

D) Vergi orqanının müəyyən etdiyi vaxt ərzində

494

Vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında birinci dəfə vergi orqanına hansı müddət ərzində tələb irəli sürə bilər?

  1. sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra

  2. sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 3 ay keçdikdən sonra

  3. sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 6 ay keçdikdən sonra

  4. sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 9 ay keçdikdən sonra

495

Vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında növbəti dəfə vergi orqanına hansı müddət ərzində tələb irəli sürə bilər?

  1. sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra

  2. sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 2 ay keçdikdən sonra

C) sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 3 ay keçdikdən sonra

D) sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 6 ay keçdikdən sonra

#496

Xronometraj metodu ilə müşahidə hansı müddət ərzində aparıla bilər?

A) 15 iş günündən çox olmayan müddətdə

B) 7 iş günündən çox olmayan müddətdə

C) Vergi ödəyicisinin xahişi ilə göstərilən müddətdə

D) Müşahidənin aparılması müddəti məhdudlaşdırılmır

#497

Müşahidəyə başlamazdan əvvəl müşahidə aparılmalı olan obyektdə nə məqsədlə nəzarət qaydasında mal alqısı həyata keçirilir?

A) Malin (işin,xidmətin) qiymətini müəyyənləşdirmək üçün

B) Əvvəlki dövrlərdə ödənilməli olan vergiləri hesablamaq üçün

C) Malların (işlərin, xidmətlərin) bazar qiymətini müəyyənləşdirmək üçün

D) Nəzarət qaydasında mal alqısına icazə verilmir

#498

Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi necə hesablanır?

  1. nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən çox olanda artıq olan qiymətlə

  2. nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla

  3. nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən az olduqda aşağı olan qiymətlə

  4. vergi ödəyicisinin ilkin uçot sənədlərində və ya alış aktlarında göstərdiyi qiymətlə

499

Müşahidə zamani müəyyən edilmiş göstəricilər hansı qaydada rəsmiləşdirilir?

A) Hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir

B) 3 iş günündə bir dəfə günün sonunda aktla rəsmiləşdirilir

C) 5 iş günündə bir dəfə günün sonunda aktla rəsmiləşdirilir

D) Müşahidə müddətinin sonunda bir dəfə aktla rəsmiləşdirilir

#500

Xronometraj metodu ilə aparılan müşahidənin nəticələri hansı qaydada ümumiləşdirilir?

A) Gündəlik göstəricilər kifayət edir

B) Müəyyən edilmiş gündəlik göstəricilər əsasında orta günlük göstərici hesablanmaqla

C) Vergi ödəyicisinin təqdim etdiyi məlumat əsasında ümumiləşdirilir

D) Nəticələr ümumiləşdirilmir

#501

Vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinə və ya onun sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka hansı məbləğdə qanunsuz olaraq zərər vurulmasına yol verilir?

A) 50 manat

B) 100 manat

C) yol verilmir

D) 150 manat

#502

Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə

A) buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir

B) buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir

C) buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir

D) buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir

#503

Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə qanunsuz hərəkətləri nəticəsində vurduqları ziyana görə …

A) heç bir məsuliyyət daşımırlar

B) yalnız inzibati qaydada məsuliyyət daşıyırlar

C) qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar

D) müstəsna hallarda cinayət məsuliyyəti daşıyırlar

#504

Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan hansı qaydada ödənilir?

A) heç bir halda ödənilmir

B) bütün hallarda ödənilir

C) qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilir

D) qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir

#505

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən müəyyən edilən maliyyə sanksiyalarını hansı qaydada alır?

A) Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında

B) yalnız məhkəmə qaydasında

C) yalnız Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada

D) vergi orqanının müəyyən etdiyi istənilən qaydada

Fəsil V və VI

#506

Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına hansı qanunvericilik aktına uyğun olaraq baxılır?

A) İnzibati Xətalar Məcəlləsinə

B) Vergi Məcəlləsinə

C) Mülki-Prosessual Məcəlləyə

D) Mülki Məcəlləyə

#507

Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qanunvericilik aktlarına əsasən məsuliyyət daşıyırlar?

A) İnzibati Xətalar Məcəlləsi

B) Vergi Məcəlləsi

C) İnzibati Xətalar və Vergi Məcəlləsi

D) İnzibati Xətalar, Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi  və Azərbaycan Respublikasının digər qanunları ilə

#508

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı məsuliyyət tədbirləri tətbiq edilir?

A) maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr

B) maliyyə sanksiyaları və faizlər

C) faizlər və inzibati cərimələr

D) yalnız maliyyə sanksiyaları və inzibati cərimələr

#509

Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə [hərəkətsizliyə] görə təkrarən neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

A) 2 dəfə

B) təkrarən cəlb oluna bilməz

C) 1 dəfə

D) istənilən sayda

#510

Hansı hallarda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir?

A) yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri sübut edilməyənədək

B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri sübut edildikdən sonra

C) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri sübut edilməyənədək

D) yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada təqsiri sübut edilməyənədək

#511

Vergi ödəyicisinin və vergi agentinin hansı sahələrdə yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır?

1. istənilən səhvləri

2. vergitutma obyektinin uçotunda

3. vergilərin ödənilməsində

4. vergilərin hesablanmasında

5. yol verilən səhvlərin müstəqil düzəldilməsi qadağandır

A) 1, 3, 5 B) 3, 4, 5 C) 2, 3, 4 D) 1, 2, 4

#512

Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi hansı orqanın üzərinə qoyulur?

A) maliyyə orqanlarının

B) icra hakimiyyəti orqanlarının

C) hüquq-mühafizə orqanlarının

D) vergi orqanlarının

#513

Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar kimin xeyrinə şərh olunur?

A) Vergi orqanlarının

B) Məhkəmə orqanlarının

C) Gömrük orqanlarının

D) Vergi ödəyicisinin

#514

Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə aşağıdakı hansı məsələlər müəyyən edilməlidir?

1. onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi

2. inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması

3. vergi ödəyicisi olan fiziki şəxsin sağlamlıq vəziyyəti

4. yüngülləşdirici və ya ağırlaşdırıcı hallar

5. qanun pozuntusunun qanunvericilikdə ziddiyyətli məqamların olması səbəbindən törədilməsi

A) 1, 3, 5 B) 3, 4, 5 C) 2, 3, 4 D) 1, 2, 4

#515

Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə hansı Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır?

A) Gömrük Məcəlləsi

B) Vergi Məcəlləsi

C) Mülki-Prosessual Məcəlləsi

D) Cinayət Məcəlləsi

#516

Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?

A) Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir

B) hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir

C) Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir

D) pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir

#517

Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin yerinə yetirilməsindən azad edirmi?

A) azad edir

B) qismən azad edir

C) azad edilib-edilməməsi vergi orqanının rəhbəri tərəfindən həll edilir

D) azad etmir

#518

Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi onları aşağıdakı hansı məsələlərdən azad etmir?

1. yalnız hesablanmış faizlərin ödənilməsindən

2. vergi öhdəliklərinin yerinə yetirilməsindən

3. vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən

4. yalnız tətbiq edilmiş maliyyə sanksiyalarından

A) 1, 3 B) 3, 4 C) 2, 3 D) 1, 2

#519

Aşağıdakı hallardan hansı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallara aid deyil?

A) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması

B) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması

C) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun törədilməsi

D) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması

#520

Hansı hal vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edir?

A) vergi ödəyicisinin xahişi olduqda

B) vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması

C) vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda

D) vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə

#521

Aşağıdakı hallardan hansı vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aid deyil?

A) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi

B) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi-fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət [özünə hesabat verməyi] və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi

C) Vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi

D) Vergi hesabatının əsas olmadan müəyyən edilmiş vaxtda təqdim edilməməsi

#522

Aşağıdakılardan hansılar vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aiddir?

1. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi

2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi

3. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması

4. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması

A) 1, 3, 4 B) 2, 3, 4 C) 1, 2, 3 D) 1, 2,4

#523

Hansı hal vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir?

A) vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda

B) vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə

C) vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsasların olması aşkar edildikdə

D) vergi ödəyicisinin xahişi olduqda

#524

Vergi Məcəlləsi ilə müəyyən edilən şəxsin təqsirini istisna edən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşıyırmı?

A) heç bir halda məsuliyyət daşımır

B) bütün hallarda məsuliyyət daşıyır

C) Vergi Məcəlləsi ilə müəyyən edilən maliyyə sanksiyalarının və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır

D) Vergi Məcəlləsi ilə müəyyən edilən faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır

#525

Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?

A) 3 il

B) 1 il

C) 2 il

D) 4 il

#526

Vergi hesabatını və ya hesabatın əvəzinə nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin [onun müavininin] qərarına əsasən hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

A) 25 manat

B) 40 manat

C) 50 manat

D) 75 manat

#527

Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 200 manat

B) 100 manat

C) 40 manat

D) 50 manat

#528

Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı neçə gün ərzində vergi orqanına təqdim etməlidir?

A) 10 gün

B) 5 gün

C) 15 gün

D) 20 gün

529

Yoxlama zamanı sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

A) 40 manat

B) 100 manat

C) 200 manat

D) 300 manat

530

Uçot sənədlərin və ya məlumatların müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir.

  1. 100 manat

  2. 200 manat

  3. 300 manat

  4. 400 manat

531

Aşağıda göstərilən hansı hallarda vergi ödəyicilərinə 100 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilir?

  1. vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə

  2. ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda

  3. sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə

  4. Uçot sənədlərin və ya məlumatların müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə

  5. uçot məlumatlarında [vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər] dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə

  1. 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) 1,3,4

#532

Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

A) 20 faizi

B) 40 faizi

C) 50 faizi

D)100 faizi

#533

Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya Məcəllədə göstərilən müddətdə olduğu yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında [vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər] dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə Vergi Məcəlləsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?

A) 20 manat

B) 50 manat

C) 25 manat

D) 40 manat

#534

Bu Məcəllənin müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının necə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

A) 50 faizi

B) 40 faizi

C) 25 faizi

D) 100 faizi

#535

ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

A) 20

B) 40

C) 50

D) 10

#536

Hansı hallarda ƏDV üzrə vergi hesab-fakturasının təqdim edilməsinə görə vergi ödəyicisinə təqdim edilmiş vergi hesab-fakturalarında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

A) Vergi Məcəlləsinə müvafiq olaraq nağdsız əməliyyatların aparıldığı bütün hallarda

B) Vergi Məcəlləsinə müvafiq olaraq ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda

C) bütün hallarda

D) heç bir halda

#537

Vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

A) 100 faizi

B) 50 faizi

C) 25 faizi

D) 20 faizi

#538

ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilərkən hansı müddətdə ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

A) ödənilən gündən 3 gün müddətində

B) ödənilən gündən gec olmamaqla

C) ödənilən gündən 5 gün müddətində

D) ödənilən gündən 10 gün müddətində

539

Aşağıda göstərilən hansı hallarda vergi ödəyicilərinə apardığı əməliyyatların 50 faizi miqdarında maliyyə sanksiyaları tətbiq edilir?

  1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa

  2. büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa

  3. ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə

  4. vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə

  5. Uçot sənədlərin və ya məlumatların müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə

  1. 1,2,4 B) 2,3,5 C) 1,2,3 D) 3,4,5

#540

Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına təqvim ili ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 200 manat

#541

Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına təqvim ili ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 200 manat

#542

Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə nağd pul hesablaşmalarının aparılmasına təqvim ili ərzində üçüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#543

Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə nağd pul hesablaşmalarının aparılmasına təqvim ili ərzində dördüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#544

Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına təqvim ili ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#545

Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə nağd pul hesablaşmalarının aparılmasına təqvim ili ərzində üçüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#546

Alıcıya təqdim edilməli olan çekin bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə təqvim ili ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#547

Alıcıya təqdim edilməli olan çekin bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə təqvim ili ərzində altıncı dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#548

Nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#549

Nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində üçüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 800 manat

B) 400 manat

C) 1200 manat

D) 900 manat

#550

Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında

B) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında

C) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında

D) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi miqdarında

#551

Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində təkrar yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında

B) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 10 faizi miqdarında

C) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında

D) gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında

#552

Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

A) 500 manat

B) 50000 manat

C) 5000 manat

D) 50 manat

#553

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

A) 1000 manat

B) 100 manat

C) 5000 manat

D) 400 manat

#554

Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin neçə faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?

A) 200 faizi

B) 50 faizi

C) 100 faizi

D) 25 faizi

#555

Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin neçə faizi məbləğində faiz tutulur?

A) 0,05 faizi

B) 0,1 faizi

C) 0,01 faizi

D) 0,2 faizi

#556

Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir?

A) vergi ödənişlərinə faiz hesablanmır

B) bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə

C) bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti

D) bütün ötmüş müddətə

#557

Səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə münasibətdə faizlər hansı müddətdən tətbiq edilir?

A) həmin vergi məbləğlərinə faiz hesablanmır

B) bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə

C) bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti

D) həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən

#558

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]