Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, aşağıdakı hansı məbləğ vergi ödəyicisinə qaytarılmır?

A) maliyyə sanksiyaları

B) dövlət rüsumu

C) faizlər

D) inzibati cərimə

#559

Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün [ödəmə günü də daxil olmaqla] vergi ödəyicisinə müvafiq məbləğlərin neçə faizi miqdarında faiz ödənilir?

A) 0,05 faizi

B) 0,01 faizi

C) 0,1 faizi

D) 0,2 faizi

#560

Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?

A) 50 manat

B) 150 manat

C) 200 manat

D) 400 manat

#561

Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına- növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin neçə faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir?

A) 40

B) 60

C) 20

D) 50

#562

Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?

A) növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi

B) sərəncamda göstərilən məbləğin 20 faizi

C) növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin 20 faizi

D) ödəmə tapşırıqlarında göstərilən məbləğin 30 faizi

#563

Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına tətbiq edilən maliyyə sanksiyalarının məbləği hansı həddən çox olmamalıdır?

A) vergi orqanının sərəncamında göstərilən məbləğin 20 faizindən

B) ödəmə tapşırıqlarında göstərilən məbləğin 20 faizindən

C) vergi orqanının sərəncamında göstərilən məbləğin 100 faizindən

D) ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamında göstərilən məbləğin 50 faizindən.

#564

Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Milli Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin neçə faizinədək hesabdakı valyuta vəsaitini dondurur?

A) 50

B) 100

C) 105

D) 150

#565

Vergi orqanları və onların vəzifəli şəxsləri aşağıda göstərilən hansı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar?

1. vergi orqanlarının hüquqa zidd hərəkətlərinə [qərarlarına] və ya hərəkətsizliyinə görə

2. vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətlərinə [qərarlarına] və ya hərəkətsizliyinə görə

3. vergi orqanlarının qanunla müəyyən edilmiş hərəkətlərinə [qərarlarına] görə

4. 1-ci və 3-cü bəndlərdə sadalanmış hərəkətlər və ya hərəkətsizlik nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə

5. 1-ci və 2-ci bəndlərdə sadalanmış hərəkətlər və ya hərəkətsizlik nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə

A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 4, 5 D) 1, 2, 5

#566

Vergi ödəyicilərinə vergi orqanlarının hüquqa zidd hərəkətləri [qərarları] və ya hərəkətsizliyi, vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri [qərarları] və ya hərəkətsizliyi nəticəsində dəymiş zərər hansı qaydada ödənilir?

A) məhkəmənin qərarı əsasında

B) yuxarı vergi orqanının qərarı əsasında

C) ərazi vergi orqanının qərarı əsasında

D) qeyd olunan hərəkətlər [qərarlar] və ya hərəkətsizliklər nəticəsində dəymiş zərər ödənilmir

#567

Vergi ödəyicisinin vergilər üzrə borcu olmadıqda, vergi orqanları tərəfindən düzgün tutulmayan vergilərə, maliyyə sanksiyalarına, faizlərə və inzibati cərimələrin məbləğlərinə münasibətdə hansı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur?

A) vergi ödəyicisinin müraciətinə əsasən 60 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər

B) vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər

C) vergi orqanının məlumatına əsasən 45 gün müddətində gələcək ödənişlərin hesabına aid edilə bilər

D) vergi orqanının qərarına əsasən 45 gün müddətində geri qaytarılmalıdır

#568

Vergi orqanları vəzifəli şəxsləri hansı məsələlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar?

1. özlərinin qanuna uyğun hərəkətləri [qərarları] nəticəsində vergi ödəyicisinə dəymiş zərərə görə

2. özlərinin hüquqa zidd hərəkətlərinə [qərarlarına] və ya hərəkətsizliyinə görə

3. öz xidməti vəzifələrini yerinə yetirmədiyinə və ya lazımınca yerinə yetirmədiyinə görə

4. 1-ci və 2-ci bəndlərdə sadalanan hərəkətlərə görə

A) 1, 3 B) 2, 3 C) 1, 4 D) 3, 4

#569

Hansı şəxslərin vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət etmək hüququ vardır?

A) heç kimin vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət etmək hüququ yoxdur

B) vergi ödəyicisi olmayan istənilən şəxsin

C) hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin

D) yalnız vergi agentlərinin

#570

Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət qanunla müəyyən edilmiş qaydada kimə verilir?

A) vergi ödəyicisinin tabe olduğu yuxarı təşkilata

B) yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] və [və ya məhkəməyə]

C) şikayət verilməsi qadağandır

D) hüquq mühafizə orqanlarına

#571

Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayətin yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna edirmi?

A) istisna etmir

B) istisna edir

C) məhkəmədən qabaq mütləq vergi ödəyicisi tərəfindən tabe olduğu yuxarı təşkilata şikayət edilməlidir

D) şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] və məhkəməyə eyni vaxtda verilməlidir

#572

Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən neçə ay müddətində verilir?

A) 1 ay

B) 2 ay

C) 3 ay

D) 6 ay

#573

Məlumdur ki, vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu müddəti buraxmışdırsa,

A) yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayət verən şəxsin ərizəsinə əsasən həmin müddət daha 2 ay uzadıla bilər

B) yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayət verən şəxsin ərizəsinə əsasən həmin müddət daha 1 ay uzadıla bilər

C) yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi şikayət verən şəxsin ərizəsinə əsasən həmin müddəti bərpa edə bilməz

D) yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayət verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər

#574

Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından [aktlarından], vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən neçə gün müddətində baxılır?

A) 15

B) 60

C) 10

D) 30

#575

Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, …

A) verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq vergi orqanına və ya məhkəməyə şikayət edə bilər

B) verginin ödənilməsini dayandırmaqla bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq vergi orqanına və ya məhkəməyə şikayət edə bilər

C) verginin ödənilməsini dayandırmadan yalnız məhkəməyə şikayət edə bilər

D) verginin ödənilməsini dayandırmaqla yalnız məhkəməyə şikayət edə bilər

#576

Vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində nəyi ödəməmək hüququ vardır?

A) maliyyə sanksiyasını

B) əlavə hesablanmış vergi məbləğini

C) inzibati cəriməni

D) vergini

#577

Şikayət edilən qərar [akt] və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan vergi orqanı [vəzifəli şəxsi] onun icrasını dayandıra bilərmi?

A) dayandıra bilməz

B) yalnız tam dayandıra bilər

C) yalnız qismən dayandıra bilər

D) tam və ya qismən dayandıra bilər

#578

Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən şikayət edilən qərar [akt] və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, həmin qərarın [aktın] və ya hərəkətin tam və ya qismən dayandırılması barədə qərarı hansı orqan verə bilər?

A) yalnız yuxarı vergi orqanı

B) həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı

C) həmin qərar [akt] və ya hərəkət yalnız məhkəmə orqanları tərəfindən tam və ya qismən dayandırıla bilər

D) yalnız həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri

#579

Vergi orqanı tərəfindən hesablanmasından və ya tətbiq edilməsindən şikayət edilən verginin, faizlərin və ya maliyyə sanksiyasının məbləği hesablanmaya [tətbiq edilməyə] uyğun şəkildə ödənildiyi və bu şikayətin təmin edilməsi nəticəsində vergi, faizlər və ya maliyyə sanksiyası tamamilə və ya qismən ləğv edildiyi halda, vergi ödəyicisinin hansı hüququ vardır?

A) səhv tutulan vergi məbləğinin 3 misli həcmində vergini qaytarmaq

B) səhv tutulan məbləğlərə görə kompensasiya almaq

C) səhv tutulan vergi məbləğinin 2 misli həcmində vergini əvəzləşdirmək

D) heç bir hüququ yoxdur

#580

Hesablanmasından və ya tətbiq edilməsindən şikayət edilən verginin, faizlərin və ya maliyyə sanksiyasının məbləği hesablanmaya [tətbiq edilməyə] uyğun şəkildə ödənildiyi və bu şikayətin təmin edilməsi nəticəsində vergi, faizlər və ya maliyyə sanksiyası tamamilə və ya qismən ləğv edildiyi halda, vergi ödəyicisinin hansı hüququ vardır?

A) səhv tutulan vergi məbləğinin 2 misli həcmində vergini əvəzləşdirmək

B) həmin məbləğlərdən faizlər almaq

C) səhv tutulan vergi məbləğinin 3 misli həcmində vergini qaytarmaq

D) heç bir hüququ yoxdur

#581

Vergi orqanlarının qərarları [aktları], onların vəzifəli şəxslərinin hərəkətləri [hərəkətsizliyi] barəsində məhkəməyə verilmiş şikayətlərə [iddia ərizələrinə] Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada baxılır?

A) İnzibati Prosessual Məcəllə ilə

B) Vergi Məcəlləsi ilə

C) Mülki Məcəllə ilə

D) Cinayət Məcəlləsi ilə

Fəsil VII

#582

Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə nə göndərir?

A) bildiriş

B) xəbərdarlıq

C) şəxsi hesab vərəqinin surətini

D) məlumat

#583

Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?

A) 5 gün müddətində

B) 3 gün müddətində

C) məhdudiyyət qoyulmur

D) 2 gün müddətində

#584

Hansı halda vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?

A) vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə

B) vergi ödəyicisi vergi öhdəliyini tam yerinə yetirdikdə

C) vergi ödəyicisi bəyannaməni vaxtında təqdim etmədikdə

D) bildiriş göndərilmir

585

Hansı hallar istisna olmaqla vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bildirişdə müəyyən edilmiş müddətdə ödənilmədikdə;

2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;

3. məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq;

4. vergi ödəyicisinin yazılı razılığı olduqda

A) 1,2 B) 2,3 C) 1,4 D) 3,4

586

Vergi orqanı aşağıdakı hansı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir:

1. vergi nəzarəti zamanı əraziyə (binaya) daxil olmağa icazə verilmədikdə;

2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;

3. məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq;

4. vergi ödəyicisinin yazılı razılığı olduqda

5. vergi ödəyicisi əmlakı siyahıya almağa razılıq vermədikdə

A) 1,2,3 B) 2,3,4 C) 3,4,5 D) 1,3,5

587

Vergi orqanı aşağıdakı hansı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir:

1. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə

2. vergi nəzarəti zamanı əraziyə (binaya) daxil olmağa icazə verilmədikdə;;

3. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bildirişdə müəyyən edilmiş müddətdə ödənilmədikdə

4. vergi ödəyicisinin yazılı razılığı olduqda

5. vergi ödəyicisi əmlakı siyahıya almağa razılıq vermədikdə

A) 1,2,3 B) 2,3,4 C) 3,4,5 D) 1,3,4

588

Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs verilmiş sərəncamın icrasını necə təmin edir.

A) məhkəəməyə şikayət etdikdə sərəncam icra olunmur

B) məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq

C) məhkəməyə şikayət etməsindən asılı olmayaraq sərəncam həmin gün icra edilir

D) vergi ödəyicisinin xahişi olduqda

#589

Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı hesablarına verilir?

A) yalnız hesablaşma hesabına

B) milli və ya xarici valyutada cari və ya digər hesablarında

C) yalnız valyuta hesabına

D) yalnız digər hesablarına

#590

ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin hansı hesablarına sərəncam verilə bilər?

A) sərəncam verilə bilməz

B) yalnız valyuta hesabına

C) digər hesablarına

D) vergi orqanını razılığı ilə yalnız qeyri-rezident banklarda olan hesablara

#591

Vergi orqanı vergi ödəyicisinin hansı hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir?

A) hesablaşma hesabından

B) yalnız valyuta hesabından

C) ƏDV depoziti hesabından

D) vergi orqanını razılığı ilə rezident banklarda olan hesablardan

#592

Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?

A) sərəncam daxil olan gün

B) 5 gün müddətində

C) 30 gün müddətində

D) 90 gün müddətində

#593

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya vergilər üzrə borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə vergi orqanının sərəncamı necə icra olunur?

A) bu halda sərəncam icra olunmur

B) bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir

C) sərəncam geri qaytarılır

D) bank tərəfindən kredit verilərək sərəncam icra edilir

#594

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən hansı normativ-hüquqi sənədə uyğun olaraq icra edilir?

A) Vergi Məcəlləsinə

B) İnzibati Xətalar Məcəlləsinə

C) Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq

D) Əmək Məcəlləsinə

#595

Hansı halda bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir?

A) vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə

B) vergi orqanlarının yalnız vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə

C) yalnız vergi orqanlarının faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə

D) vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin hesablaşma hesabına yönəldildikdə

#596

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə, vergi ödəyicisi tərəfindən hansı əməliyyat aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir?

A) hesabatların dürüstləşdirilməsi

B) konvertasiya əməliyyatı

C) bəyannamələrin təqdim edilməsi

D) heç bir əməliyyat tələb olunmur

#597

Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?

A) 2 gün

B) dərhal

C) 3 gün

D) 5 gün

#598

Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?

A) üzləşmə aktı

B) məlumat

C) xəbərdarlıq

D) heç nə göndərmir

#599

Vergi orqanının vergilər üzrə borcların və faizlərin dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar və faizlər vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda, vergi orqanı hansı tədbiri görür?

A) heç bir tədbir görülmür

B) digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir

C) digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların mərhələ-mərhələ geri qaytarılmasını təmin edir

D) digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların orada saxlanılmasını təmin

600

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyəsanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamı necə icra edir?

  1. Sərəncamın icrasını dayandırır

  2. Ödənişdən asılı olmayaraq sərəncam icra olunur

  3. Vergi orqanı sərəncamı qaytarmır

  4. Bank sərəncamı ozü geri qaytarır

#601

Qeyri-qanuni əldə edilən gəlir nə vaxt vergiyə cəlb edilmir?

A) gəlir müsadirə edilirsə

B) gəlir müsadirə edilmirsə

C) heç vaxt vergiyə cəlb olunmur

D) müstəsna hallarda vergiyə cəlb olunur

#602

Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergini əlaqəli məlumata əsasən hesablamaq hüququ vardır?

A) mühasibat uçotu aparılmadıqda

B) heç vaxt

C) istənilən halda

D) vergi ödəyicisinin xahişi olduqda

#603

Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır?

1. vergi ödəyicisinin yaşayış binasına [sahəsinə] daxil olmağa icazə verilmədikdə

2. ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə

3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə

4. heç bir halda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ yoxdur

5. vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda

A) 1, 3, 4 B) 2, 3, 5 C) 1, 4, 5 D) 3, 4, 5

#604

Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır?

1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda

2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə]

3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə təqdim edildikdə

4.vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda

5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparıldıqda

A) 1, 3, 4 B) 2, 3, 5 C) 1, 2, 4 D) 3, 4, 5

#605

Aşağıdakı hansı məlumatlar əlaqəli məlumatlara aid edilir?

1. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumatlar

2. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə mənbəyi bəlli olmayan məlumatlar

3. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar

4. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar

5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı məlumatlar

A) 1, 3, 4 B) 2, 3, 5 C) 2, 3, 4 D) 3, 4, 5

#606

Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir

1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar

2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri

3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar

4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri

5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları

A) 1, 3, 4, B) 1, 2, 4, 5 C) 2, 3, 4, 5 D) 3, 4, 5

#607

Aşağıdakılardan hansı əlaqəli məlumatlar hesab olunmur?

A) xronometraj müşahidələrin nəticələri

B) idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar

C) mənbəyi bəlli olmayan məlumatlar

D) bank hesablarındakı vəsaitlərin hərəkəti barədə məlumatlar

#608

Əlaqəli məlumata əsasən vergi hesablamaq üçün analoji vergi ödəyicisinin seçilməsində istifadə olunan meyarlar hansılardır?

1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı

2. nizamnamə kapitalının eyni olması

3. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi

4. fəaliyyət göstərilən ərazi

5. işçilərin sayının eyni olması

A) 1, 2, 5 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 4, 5

#609

Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən hansı meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir?

1. qeyri-maddi aktivlərinin eyni olması

2. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı

3. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi

4. nizamnamə kapitalının eyni olması

5. fəaliyyət göstərən ərazi

A) 1, 3, 4 B) 2, 3, 5 C) 2, 3, 4 D) 3, 4, 5

#610

Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği necə müəyyənləşdirilir?

A) vergi ödəyicisinin həmin hesabat dövründə mənfəətində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir

B) vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir

C) vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala bölməklə müəyyənləşdirilir

D) vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala əlavə etməklə müəyyənləşdirilir

#611

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]