Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti [obyekti] olduqda vergi ödəyicisi necə uçota alınır?

A) gəlirin əldə edildiyi yer üzrə uçota alınır

B) fəaliyyət göstərdiyi ünvanda uçota alınır

C) istənilən vergi orqanında uçota alınır

D) həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınır

#258

Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilərmi?

A) ayrıca uçota alına və onlara VÖEN verilə bilər

B) yalnız xüsusi hallarda uçota alına və onlara VÖEN verilə bilər

C) uçota alına və onlara VÖEN verilə bilməz

D) uçota alına bilər, ancaq VÖEN verilə bilməz

#259

Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınması hansı qaydada həyata keçirilir?

A) Mülki Məsəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir

B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir

C) Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir

D) vergi orqanının rəhbərinin müəyyən etdiyi qaydada həyata keçirilir

#260

Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır?

A) rezidenti olduğu dövlətdə uçota alınır

B) uçota alınmır

C) ayrıca uçota alınır və onlara VÖEN verilir

D) uçota alınır, lakin onlara VÖEN verilmir

#261

Vergi nəzarətini həyata keçirməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı orqanda uçota alına bilərlər?

A) yerli [bələdiyyə] orqanında

B) vergi orqanında

C) maliyyə orqanında

D) gömrük orqanında

#262

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alınırlar?

A) onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur

B) Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar

C) həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır

D) Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada vergi orqanında uçota alına bilərlər

263

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hansı sənəd əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar

  1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə ilə

  2. xarici ölkədəki öz pasportu ilə

  3. əcnəbilərin gəldiyi ölkənin vergi orqanının arayışı ilə

  4. əcnəbilərin gəldiyi ölkənin miqrasiya orqanının arayışı ilə

#264

Dövlət qeydiyyatını həyata keçirən Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə daha hansı sənədi verməlidir?

A) qəbz verməlidir

B) protokoldan çıxarış verməlidir

C) həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir

D) heç nə verməli deyil

#265

Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması hansı qaydada həyata keçirilir?

A) daimi nümayəndəlik yaradan qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir

B) vergi orqanı özü müəyyənləşdirdiyi qaydada həyata keçirir

C) Azərbaycan Respublikasının və qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir

D) Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir

#266

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan [tutulması mümkün olmayan] gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir?

A) 30 gün müddətində

B) istənilən vaxt

C) gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq

D) sahibkarlıq fəaliyyətinə başladığı günədək

#267

Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir?

A) 30 gün müddətində

B) istənilən vaxt

C) gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq

D) sahibkarlıq fəaliyyətinə başladığı günədək

#268

Qeyri kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən sonra neçə gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizə verməlidirlər?

A) 10 gün

B) 15 gün

C) 30 gün

D) 45 gün

#269

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidirlər?

A) 30 gün müddətində

B) istənilən vaxt

C) gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq

D) sahibkarlıq fəaliyyətinə başladığı günədək

#270

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]