Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti kimi hansı qiymət qəbul edilir?

A) maya dəyəri və rentabellik norması nəzərə alınmaqla müəyyən edilən qiymət

B) statistik qiymət

C) bazar qiyməti

D) tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət

#123

Məlum olduğu kimi, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi götürülə bilərmi?

A) götürülə bilər

B) müstəsna hallarda götürülə bilər

C) müstəsna hallarda götürülə bilməz

D) heç bir halda götürülə bilməz

#124

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hansı hallarda həyata keçirilə bilər?

1. barter [mal mübadiləsi], idxal-ixrac əməliyyatları aparıldıqda

2. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 20 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə

3. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə

4. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə

5. təsərrüfat əqdləri oxşar fəaliyyətlə məşğul olan şəxslər arasında həyata keçirildikdə

A) 2, 3, 4 B) 1, 3, 4 C) 1, 2, 5 D) 2, 4, 5

#125

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hansı hallarda həyata keçirilə bilər?

1. barter [mal mübadiləsi], idxal-ixrac əməliyyatları aparıldıqda

2. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 20 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə

3. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə

4. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 10 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə

5. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda

A) 2, 3, 4 B) 1, 3, 4 C) 1, 3, 5 D) 2, 4, 5

#126

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hansı hallarda həyata keçirilə bilər?

1. daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda

2. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 20 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə

3. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə

4. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 10 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə

5. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda

A) 2, 3, 4 B) 1, 3, 4 C) 1, 3, 5 D) 2, 4, 5

#127

Neçə gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 %-dən çox dəyişdikdə, bazar qiyməti tətbiq edilir?

A) 10 gün

B) 25 gün

C) 30 gün

D) 45 gün

#128

Bazar qiyməti aşağıdakılardan hansılara əsasən müəyyənləşdirilir?

1. mal [iş, xidmət] satılan anadək, lakin malın [işin, xidmətin] təqdim edildiyi andan çoxu 30 gün keçənədək [əvvəl və ya sonra] ən yaxın tarixdə eyni [analoji] mal [iş, xidmət] üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən

2. malın [işin, xidmətin] istehsalına və [və ya] təqdim edilməsinə çəkilən adi məsrəflər [alınma qiyməti və ya qalıq dəyəri], nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər nəzərə alınmaqla

3. qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınmaqla

4. vergitutma məqsədləri üçün tərəflərin əməliyyatda mallar [işlər, xidmətlər] üçün təsbit etdikləri qiymət nəzərə alınmaqla

A) 1, 2, 4 B) 1, 2, 3 C) 1, 3, 4 D) 2, 3, 4

#129

Qiymətli kağızın bazar qiyməti necə müəyyənləşdirilir?

A) qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin müxtəlif növlü qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən

B) qiymətli kağızın təqdim edildiyi andan əvvəlki bir həftə müddətində həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən

C) qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən

D) qiymətli kağızlar üçün bazar qiyməti müəyyənləşdirilmir

#130

Bazar qiyməti müəyyənləşdirilərkən Vergi Məcəlləsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat hansı halda nəzərə alına bilər?

A) bütün hallarda nəzərə alınır

B) yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərmiş olsun

C) heç bir halda nəzərə alına bilməz

D) yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun

#131

Bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakı hansı amillər [göstəricilər] nəzərə alınır?

1. adətən qarşılıqlı surətdə asılı olan şəxslər arasında əməliyyatlar zamanı tələb və təklif amilinə əsasən müəyyən edilən əlavə yığım və güzəştlər

2. malın [işin, xidmətin] istehsalına və [və ya] təqdim edilməsinə çəkilən adi məsrəflər [alınma qiyməti və ya qalıq dəyəri]

3. nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər

4. adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər

5. bir-biri ilə ailə üzvü münasibətində olan şəxslər arasında əməliyyatlar zamanı tələb və təklif amilinə əsasən müəyyən edilən əlavə yığım və güzəştlər

A) 2, 3, 4 B) 1, 3, 4 C) 1, 2, 5 D) 2, 4, 5

#132

Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edən amillər hansıdır?

1. göndərilmiş malların [görülmüş işlərin, göstərilmiş xidmətlərin] həcmi [əmtəə partiyasının həcmi]

2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri

3. malların alınma qiymətləri və digər istehsal göstəricilərinin səviyyəsi

4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer

5. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi

A) 1, 2, 3 B) 1, 3, 5 C) 1, 2, 4 D) 1, 4, 5

#133

Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir etməyən amil hansıdır?

A) malların mənşə ölkəsi, alındığı və ya təqdim olunduğu yer

B) göndərilmiş malların həcmi

C) malların sahibinin vətəndaşlığı

D) mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməsi

#134

İşlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən hansı amillər nəzərə alınır?

1. işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi

2. istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi

3. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi

4. işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazinin keyfiyyət göstəriciləri

5. qiymətlərə təsir edə bilən digər şərtlər

A) 1, 2, 3 B) 1, 3, 5 C) 1, 2, 5 D) 1, 4, 5

#135

Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla [işlərlə, xidmətlərlə] müvafiq əmtəə [iş, xidmət] bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların [işlərin, xidmətlərin] bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, hansı qiymətləndirmə üsullarından istifadə edilə bilər?

1. sonrakı [təkrar] satış qiymətinə əsasən

2. dəyərin toplanması üsuluna əsasən

3. dəyərin çıxılması üsuluna əsasən

4. malların [işlərin, xidmətlərin] bazar qiymətlərini Vergi Məcəlləsində göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməklə

5. əvvəlki satış qiymətinə əsasən

A) 1, 2, 3 B) 1, 2, 4 C) 1, 3, 5 D) 1, 4, 5

#136

Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir?

A) maya dəyərinə rentabellik normasını əlavə etməklə

B) tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla

C) sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla

D) belə bir qayda müəyyənləşdirilməmişdir

#137

Malların [işlərin, xidmətlərin] bazar qiyməti dəyərin toplanması üsuluna əsasən hansı qaydada müəyyənləşdirilir?

A) malları [işləri, xidmətləri] təqdim edənin əsaslandırılmış xərclərindən mənfəəti çıxmaqla

B) belə bir qayda müəyyənləşdirilməmişdir

C) malların [işlərin, xidmətlərin] sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla

D) malları [işləri, xidmətləri] təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla

#138

Hansı halda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir?

A) malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olmadıqda

B) malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız dəyərin toplanması üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda

C) malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız sonrakı [təkrar] satış qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda

D) heç bir halda

#139

Müəyyənləşdirilmiş bazar qiymətlərindən hansı məqsədlər üçün istifadə edilir?

A) satış məqsədləri üçün

B) vergitutma məqsədləri üçün

C) uçota alınma məqsədləri üçün

D) qalıq dəyərinin müəyyən edilməsi məqsədləri üçün

#140

Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və

A) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada alış qiyməti ilə uçota alınır

B) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada bazar qiyməti ilə uçota alınır

C) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır

D) mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta statistik qiymətlə uçota alınır

#141

Malların bazar qiymətləri müəyyənləşdirilərkən, mallar hansı qiymətlərlə uçota alınır?

A) faktiki satış qiyməti ilə

B) faktiki alış qiyməti ilə

C) maya dəyəri ilə

D) topdansatış qiyməti ilə

#142

Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hansı hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır?

1. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsaslı olaraq artırılması aşkar edildiyi halda

2. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda

3. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olmadıqda

4. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olduqda

A) 1, 3 B) 2, 3 C) 3, 4 D) 2, 4

#143

Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətlərindən neçə faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır?

A) 20%-dən

B) 30%-dən

C) 15%-dən

D) 35%-dən

#144

Vergi ödəyicilərinin təqdim olunan mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən neçə faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır?

A) 40%-dən

B) 20%-dən

C) 50%-dən

D) 30%-dən

#145

Vergi ödəyicilərinin təqdim olunan mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı və ya yuxarı olduqda, vergilər malların hansı qiymətlərinə əsasən hesablanır?

A) çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır

B) çox aşağı olduqda, vergilər malların qalıq dəyəri əsasında, yuxarı olduqda isə faktiki bazar qiymətləri ilə hesablanır

C) çox aşağı olduqda, vergilər malların faktiki satış qiyməti əsasında, yuxarı olduqda isə faktiki alış qiymətləri ilə hesablanır

D) çox aşağı olduqda, vergilər malların yığım və güzəştlər nəzərə alınmaqla maya dəyəri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır

#146

Malın [işin, xidmətin] bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən hansı məlumatlardan istifadə edilir?

1. malın [işin, xidmətin] bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən

2. dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan

3. malın ixrac olunduğu ölkədəki bazar qiymətləri haqqında məlumat mənbələrindən

4. vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan

A) 1, 2, 4 B) 1, 2, 3 C) 1, 3, 4 D) 2, 3, 4,

#147

Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar [işlər, xidmətlər] təqdim olunarkən [ixrac istisna olmaqla] və alınarkən vergitutma məqsədləri üçün hansı qiymətlər əsas götürülür?

A) malların [işlərin, xidmətlərin] faktiki təqdim olunma qiymətləri

B) malların [işlərin, xidmətlərin] bazar qiyməti

C) malların [işlərin, xidmətlərin] malların yığım və güzəştlər nəzərə alınmaqla maya dəyəri

D) malların [işlərin, xidmətlərin] müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətləri

Fəsil II

#148

Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə münasibətdə qanunvericiliyə əməl etmədikdə, vergi ödəyicisinə hansı hüquq verilir?

A) daxili işlər orqanlarına şikayət etmək

B) vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək

C) vergi orqanlarının vəzifəli şəxslərini vergi ödəyicisinin obyektinə daxil olmağa icazə verməmək

D) vergilər haqqında qanunvericiliyə riayət olunmasını hüquq-mühafizə orqanlarından tələb etmək

#149

Vergi orqanları ilə qarşılıqlı münasibətlərdə kommersiya sirri ilə bağlı vergi ödəyicisinin hansı hüququ var?

A) ümumi razılığa əsasən kommersiya [vergi] sirrinin qorunmasını tapşırmaq

B) qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasına nəzarət etmək

C) şifahi razılaşmalarla müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasını tələb etmək

D) qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasını tələb etmək

#150

Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar vergi ödəyicisinin hansı hüququ vardır?

A) xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etmək

B) bu barədə vergi orqanına məlumat vermək

C) xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından xahiş etmək

D) xronometraj metodu ilə özü tərəfindən yeni müşahidə aparmaq və nəticəsi barədə vergi orqanına məlumat vermək

#151

Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?

A) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq

B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək C) vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək

D) vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq

#152

Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?

A) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq

B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək C) vergi risklərinin minimallaşdırılması məqsədi ilə “Vergi partnyorluğu sazişi” bağlamaq ucun muvafiq icra hakimiyyəti orqanının muəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına muraciət etmək

D) vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq

#153

Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

A) vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək

B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək

C) vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək

D) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək

#154

Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması nəyə səbəb olur?

A) vergi daxilolmalarının azalmasına

B) vergi ödəyiciləri arasında narazılığa

C) sahibkarlıq fəaliyyətinin zəifləməsinə

D) qanunla müəyyən edilmiş məsuliyyətə

#155

Vergi ödəyicisinin hüquqları və qanuni maraqları hansı formada təmin edilir?

A) vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə

B) dövlət gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri ilə

C) vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti ilə

D) vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərarları ilə

#156

Vergi ödəyicisi vergi münasibətlərində bilavasitə və Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, hansı formada iştirak edə bilər?

A) öz qanuni və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə

B) yalnız özü iştirak etməlidir

C) özünün istənilən əməkdaşı vasitəsi ilə

D) özünün ailə üzvlərinin vasitəsi ilə

#157

Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?

A) qanunla müəyyən edilmiş vergiləri habelə bu Məcəllə ilə muəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi odənişləri ödəmək

B) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq

C) vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri habelə muhasibat ucotu

elektron formatda aparıldığı halda, ozunun və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən cıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək

D) vergilərə dair normativ aktları almaq

#158

Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir?

A) qanunla müəyyən edilmiş vergiləri ödəmək

B) vergi orqanlarından VÖEN almaq

C) vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək

D) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq

#159

Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1. Qəzet və jurnalların satışı [belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda]

2. Qiymətli kağızların satışı

3. Xırda topdansatış ticarət

4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]

5. Çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti

A) 1, 3, 5 B) 1, 2, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#160

Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti

2. Poçt məntəqələrinin fəaliyyəti

3. İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı

4. Orta məktəblərdə ticarət fəaliyyəti

5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı

A) 1, 3, 5 B) 1, 2, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#161

Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti

2. İxtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı

3. Qiymətli kağızların satışı

4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]

5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti

A)1, 3, 4 D) 1, 2, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#162

Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1 Dekorativ bitkilərin və bəzək ağaclarının satışı

2. Poçt məntəqələrinin fəaliyyəti

3. lotereya biletlərinin satışı, idman mərc oyunları uzrə operator və satıcı tərəfindən həyata kecirilən fəaliyyət

4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]

5. Dövlət orqanlarında və Nazirliklərdə ictimai-iaşə fəaliyyəti

A) 1, 3, 5 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#163

Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı

2 Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti

3. Qiymətli kağızların satışı

4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa]

5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı

A) 1, 3, 5 B) 1, 2, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#164

Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1. səhiyyə xidməti fəaliyyəti

2. avtomobil dayanacaqlarının fəaliyyəti

3. xırda topdansatış ticarət fəaliyyəti

4. kanalizasiya və sanitar təmizləmə xidməti fəaliyyəti

5. çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti

A) 1, 2, 4 B) 1, 3, 5 C) 3, 4, 5 D) 1, 2, 5

#165

Aşağıdakı hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti

2. avtomobil dayanacaqlarının fəaliyyəti

3. işçilərin sayı üç nəfərdən az olan apteklərdə dərman satışı fəaliyyəti

4. orta məktəblərdə ticarət fəaliyyəti

5. cildləmə xidməti fəaliyyəti

A) 1, 3, 5 B) 1, 2, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#166

Vergi ödəyiciləri aşağıda göstərilən hansı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər?

1. işçilærinin sayı 2 næfærdæn çox olmayaraq hæyata keçirilæn nəqliyyat vasitələrinə texniki və digər xidmətlər göstərilməsi fəaliyyəti

2. ixtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı fəaliyyəti

3. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti

4. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən bərbər xidməti fəaliyyəti

5. müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti

A) 1, 3, 4 b) 1, 2, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#167

Aşağıda göstərilən hansı fəaliyyət növləri istisna olmaqla, vergi ödəyiciləri nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər?

1 dekorativ bitkilərin və bəzək ağaclarının satışı fəaliyyəti

2. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi fəaliyyəti

3. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən mebellərin təmiri və hazırlanması fəaliyyəti

4. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən foto, audio-video xidməti fəaliyyəti

5. Dövlət müəssisələrində ictimai-iaşə fəaliyyəti

A) 1, 3, 5 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 2, 5

#168

Aşağıda göstərilən hansı fəaliyyət növlərində vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir?

1. işçilərinin sayı 4 nəfərdən ibarət olmaqla həyata keçirilən televizorların təmiri fəaliyyəti

2. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən ayaqqabıların təmiri fəaliyyəti

3. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən mebellərin təmiri və hazırlanması fəaliyyəti

4. işçilərinin sayı 2 nəfərdən ibarət olmaqla həyata keçirilən apteklərdə dərman satışı fəaliyyəti

5. işçilərinin sayı 5 nəfərdən ibarət olmaqla həyata keçirilən mənzillərin təmiri və tikintisi fəaliyyəti

A) 1, 2, 4 B) 1, 3, 4 C) 1, 4, 5 D) 3, 4, 5

#169

Vergi ödəyiciləri tərəfindən aşağıda göstərilən hansı fəaliyyət növlərində nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir?

1. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən cildləmə xidməti fəaliyyəti

2. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən bərbər xidməti fəaliyyəti

3. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən mebellərin təmiri və hazırlanması fəaliyyəti

4. işçilərinin sayı 5 nəfərdən ibarət olmaqla həyata keçirilən vəkillik və digər hüquq xidmətləri fəaliyyəti

5. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik məmulatlarının təmiri və hazırlanması fəaliyyəti

A) 1, 3, 5 B) 1, 2, 4 C) 2, 3, 5 D) 3, 4, 5

#170

Vergi ödəyiciləri tərəfindən aşağıda göstərilən hansı fəaliyyət növlərində nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilmir?

1. işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən nəqqaşlıq və rəssamlıq emalatxanaları və təmiri məntəqələrinin fəaliyyəti

2. işçilərinin sayı 5 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti

3. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən nəqliyyat vasitələrinə texniki və digər xidmətlər fəaliyyəti

4. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti

5. işçilərinin sayı 4 nəfərdən ibarət olmaqla həyata keçirilən mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti

A) 1, 2, 3 B) 1, 2, 4 C) 1, 2, 5 D) 2, 3, 5

#171

Aşağıdakı fəaliyyət növlərinin hansında nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir?

A) kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti

B) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti

C) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti

D) işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən bərbər xidməti fəaliyyəti

#172

Nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilən fəaliyyət növünü göstərin.

A) avtomobil dayanacaqlarının fəaliyyəti

B) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti

C) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti

D) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən saatların və televizorların təmiri fəaliyyəti

#173

Nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyən fəaliyyət növünü göstərin.

A) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti

B) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən bərbər xidməti fəaliyyəti

C) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti

D) işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi fəaliyyəti

#174

İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal hansı dövlət orqanına məlumat verilməlidir?

A) Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına

B) Vergi orqanlarına

C) Nəzarət-kassa aparatlarının satıcılarına

D) Servis-texniki xidmət mərkəzlərinə

#175

İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi ödəyicisi hansı tədbiri görməlidir?

A) Nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal vergi orqanına məlumat verilməlidir

B) Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatlarının satıcılarına məlumat verilməlidir

C) Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Servis-texniki xidmət mərkəzlərinə məlumat verilməlidir

D) Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına məlumat verilməlidir

#176

Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?

A) artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək

B) sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək

C) xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək

D) qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasını tələb etmək

177

Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?

A) artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək

B) İstehlakcıların huquqlarının mudafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq nağdsız odənişlərin aparılması ucun POS-terminalların quraşdırılmasını və istifadəsini təmin etmək

C) xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək

D) qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasını tələb etmək

178

Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?

A) artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək

B) vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dovrdə və həmin şikayət uzrə məhkəmənin cıxardığı qərar qanuni quvvəyə minənədək (vergi odəyicisinin həmin vəsaitləri oz razılığı ilə odədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları uzrə dondurulmasını təmin etmək

C) xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək

D) qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirrinin qorunmasını tələb etmək

#179

Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?

A) Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir

B) Vergi hesabatını boş göstərməklə təqdim edir

C) Vergi hesabatını təqdim etmir

D) Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir

#180

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, bu barədə vergi orqanına təqdim edilən müvafiq arayışda hansı müddət göstərilməlidir?

A) yalnız sahibkarlıq fəaliyyətinin dayandırılması gününü

B) yalnız vergi tutulan əməliyyatların dayandırılması tarixini

C) sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti

D) sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasınadək keçən müddəti

#181

Vergi Məcəlləsinə müvafiq olaraq hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı üçün vergi hesabatı əvəzinə arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və [və ya] torpağı olduqda

A) yalnız torpaq vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanına təqdim edilir

B) əmlak və [və ya] torpaq vergisinin hesabatları əvəzinə də arayış təqdim edilir

C) əmlak və ya torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir

D) yalnız əmlak vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə vergi orqanına təqdim edilir

#182

Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir?

A) vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra

B) arayışın təqdim edildiyi gündən

C) vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən

D) vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən

#183

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, vergi orqanına göndərilən müvafiq arayış nə vaxtdan qüvvəsini itirir?

A) vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən

B) vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən

C) vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra

D) arayışın təqdim edildiyi gündən

#184

Kimlər vergi agenti hesab olunur?

A) vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər

B) vergi ödəyicisinin ailə üzvləri

C) vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər

D) vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

#185

Hansı şəxslər vergi agenti ola bilərlər?

A) həm fiziki, həm də hüquqi şəxslər

B) yalnız hüquqi şəxslər

C) yalnız fiziki şəxslər

D) yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs

#186

Vergi agentinin hüquqları ilə vergi ödəyicisinin hüquqları arasında hansı fərq vardır?

A) onların hüquqları əhəmiyyətli şəkildə bir-birindən fərqlənir

B) vergi agenti daha geniş hüquqlara malikdir

C) vergi ödəyicisinin hüquqları daha genişdir

D) Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, eyni hüquqları vardır

#187

Vergi agenti aşağıdakı hansı vəzifələri yerinə yetirməyə borcludur?

1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə

2. vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə

3. vergi ödəyicilərindən sahibkarlıq fəaliyyətinə xitam verməyi tələb etməyə

4. vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən, hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa

A) 1, 2, 4 B) 1, 2, 3 C) 2, 3, 4 D) 1, 3, 4

#188

Verginin tutulması mümkün olmadığı halda neçə gün müddətində vergi agenti bu barədə vergi orqanına yazılı məlumat verməlidir?

A) 30 gün

B) 20 gün

C) 15 gün

D) 10 gün

#189

Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agenti hansı qaydada məsuliyyət daşıyır?

A) yalnız İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada

B) Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada

C) Konstitusiya ilə müəyyən edilmiş qaydada

D) heç bir məsuliyyət daşımır

#190

Vergi agenti tərəfindən birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada kim [hansı şəxs] məsuliyyət daşıyır?

A) həm vergi agenti, həm də onun bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs

B) vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs

C) yalnız vergi agentinin özü

D) heç kim məsuliyyət daşımır

#191

Vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər kimlərdir?

A) aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə dolayısı təsir göstərə bilən fiziki şəxslər və [və yA) hüquqi şəxslər

B) aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və [və yA) hüquqi şəxslər

C) aralarındakı münasibətlər fəaliyyətlərinin ümumi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilməyən fiziki şəxslər və [və yA) hüquqi şəxslər

D) aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən yalnız fiziki şəxslər

#192

Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?

A) 20 faiz

B) 15 faiz

C) 10 faiz

D) 5 faiz

#193

Vergitutma məqsədləri üçün aşağıdakı hansı şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?

1. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə

2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir

3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər

4. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 15 faizdirsə

A) 1, 2, 4 B) 1, 2, 3 C) 2, 3, 4, D) 1, 3, 4

#194

Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

A) 183 gündən

B) 90 gündən

C) 60 gündən

D) 30 gündən

#195

Aşağıda göstərilən fəaliyyət növlərindən hansı daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

A) qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsi

B) məsləhət xidməti göstərməsi

C) qeyri-rezident müəssisəsinin özü üçün hər hansı hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi

D) qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması

#196

Aşağıdakılardan hansılar daimi nümayəndəliyi əhatə edir?

1. tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyət göstərilməsini

2. rezident şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini

3. müxtəlif məsləhət xidməti üzrə yerlərini

4. filialı və agentliyi

5. rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı [yeri]

A) 2, 4, 5 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 3

#197

Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır?

A) qeyri-rezidentin apardığı tikinti və təmir işləri

B) qeyri-rezident müəssisənin özü üçün malların alınması

C) məsləhət xidməti

D) təbii ehtiyatların kəşfiyyatı

#198

Daimi nümayəndəlik aşağıdakılardan hansını əhatə etmir?

A) filialı və agentliyi

B) bölməni

C) qeyri-rezident müəssisəsinin özü üçün hər hansı hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsini

D) qeyri-rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı [yeri]

#199

Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmadıqda, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?

A) bu gəlirlərdən vergi tutulmur

B) Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur

C) Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur

D) Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir

Fəsil III

#200

Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?

A) müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları

B) müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları

C) yalnız vergi orqanları

D) yalnız müvafiq icra hakimiyyəti orqanları

#201

Azərbaycan Respublikasında vergi orqanları öz səlahiyyətləri çərçivəsində hansı orqanların səlahiyyətlərini həyata keçirirlər?

A) icra hakimiyyəti orqanlarının

B) maliyyə institutlarının

C) auditorların

D) hüquq mühafizə orqanlarının

#202

Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidirmi?

A) məcburi deyil

B) məcburidir

C) yalnız məhkəmənin qərarı ilə təsdiq edildiyi halda

D) qəbul edilən qərarlar yalnız hüquqi şəxslər üçün məcburidir

#203

Vergi orqanları öz fəaliyyətlərini yerli dövlət hakimiyyəti orqanlarına münasibətdə hansı formada həyata keçirirlər?

A) bəzi hallarda öz fəaliyyətlərini onlarla razılaşdırırlar

B) öz fəaliyyətlərini onlardan asılı olmayaraq müstəqil həyata keçirirlər

C) bütün hallarda öz fəaliyyətlərini onlarla razılaşdırırlar

D) öz fəaliyyətlərini onlardan asılı olaraq həyata keçirirlər

#204

Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?

A) iddia məbləğinin 10%-i məbləğində

B) iddia məbləğinin 15%-i məbləğində

C) iddia məbləğinin 20%-i məbləğində

D) dövlət rüsumunu ödəməkdən azaddırlar

#205

Dövlət vergi orqanlarının başlıca təyinatı nədən ibarətdir?

A) bütün növ vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər

B) yol vergisindən, yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, digər vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər

C) yerli vergilər [bələdiyyə vergiləri], habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər

D) yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, bütün vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər

#206

İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?

A) Maliyyə Nazirliyi

B) Vergilər Nazirliyi

C) Dövlət Gömrük Komitəsi

D) Nazirlər Kabineti

#207

Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?

A) yalnız Vergi Məcəlləsi

B) Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları

C) yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları

D) ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları

#208

Dövlət vergi orqanlarının işçilərinin icbari qaydada sığorta olunmaları hansı vəsait hesabına həyata keçirilir?

A) vergi orqanı işçilərinin öz vəsaitləri hesabına

B) vergi orqanlarında yaradılmış xüsusi fond hesabına

C) dövlət büdcəsinin vəsaiti hesabına

D) vergi orqanlarının işçiləri sığorta olunmurlar

#209

Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?

A) vəzifə maaşı ilə pensiyası arasındakı fərq

B) yalnız vəzifə maaşı

C) adi qaydada pensiya hesablanır

D) birdəfəlik 500 min manat pul vəsaiti ödənilir

#210

Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?

A) sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına

B) vergi orqanlarının büdcədənkənar fondunun vəsaiti hesabına

C) həmkarlar təşkilatının vəsaitləri hesabına

D) yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına

#211

Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə büdcədənkənar fondu hansı qaydada yaradılır?

A) vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına

B) vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 10 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 50 faizindən çox olmamaqla]

C) vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları və inzibati cərimə məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]

D) vergi orqanları tərəfindən dövlət büdcəsinə daxil olan vəsaitlərin, maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]

#212

Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir?

1. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək

2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək

3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək

4. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək

5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

A) 1; 2; 4 B) 1; 2; 5 C) 2; 3; 4 D) 3; 4; 5

#213

Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir?

1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək

2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək

3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq

5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

A) 1; 2; 4 B) 1; 2; 5 C) 2; 3; 4 D)3; 4; 5

214

Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir?

1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək

2. muhasibat ucotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri ucun vergi odəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən cıxış imkanının yaradılmasını tələb etmək

3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq

5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

A) 1; 2; 4 B) 1; 2; 5 C) 2; 3; 4 D)3; 4; 5

215

Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir?

1. hesablanmış vergilər uzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dovlət budcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq

2. muhasibat ucotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri ucun vergi odəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən cıxış imkanının yaradılmasını tələb etmək

3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək

4. vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi odəyiciləri ilə muvafiq icra hakimiyyəti orqanının muəyyən etdiyi qaydada və formada “Vergi partnyorluğu sazişi” bağlamaq

5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

A) 1; 2; 4 B) 1; 2; 5 C) 2; 3; 4 D)3; 4; 5

#216

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunun həyata keçirilməsi vergi orqanlarının hüquqlarına aiddirmi?

A) aiddir

B) yalnız yuxarı orqanların tələbi olduğu halda

C) ancaq məhkəmənin qərarı olduğu halda

D) aid deyil

#217

Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi?

A) ləğv edə bilməzlər

B) ləğv edə bilərlər

C) qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz

D) yalnız qismən ləğv edə bilər

#218

Vergi ödəyicisinin hüquqları və qanuni maraqları kim tərəfindən təmin edilir?

A) maliyyə orqanları tərəfindən

B) gömrük orqanları tərəfindən

C) vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir

D) vergi ödəyicisinin özü tərəfindən

#219

Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir?

1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək

2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək

3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq

4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq

5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək

A) 1; 2; 4 B) 1; 2; 5 C) 1; 3; 5 D)3; 4; 5

220

Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir?

1. vergi odəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən muraciət daxil olduqda, muraciətdə qeyd edilən faktları həmin vergi odəyicilərində keciriləcək novbəti operativ vergi nəzarəti tədbiri və ya novbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa

catdıqdan sonra nəticələri barədə muraciət edən şəxslərə məlumat vermək

2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək

3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq

4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq

5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək

A) 1; 2; 4 B) 1; 2; 5 C) 1; 3; 5 D)3; 4; 5

#221

Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanlarının vəzifələrinə aiddirmi?

A) aiddir

B) aid deyil

C) ancaq məhkəmənin qərarı olduğu halda

D) yalnız yuxarı orqanlardan tələb olunduğu halda

#222

Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir?

1. vergi odəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən muraciət daxil olduqda, muraciətdə qeyd edilən faktları həmin vergi odəyicilərində keciriləcək novbəti operativ vergi nəzarəti tədbiri və ya novbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa

catdıqdan sonra nəticələri barədə muraciət edən şəxslərə məlumat vermək

2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək;

3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək;

4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları (kommersiya huquqi şəxslərin təsisciləri (iştirakcıları) və onların nizamnamə kapitalındakı payları barədə

məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək;

5.dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;

A) 1; 2; 3 B) 2; 4; 5 C) 1; 3; 5 D) 1; 2; 4

#223

Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir?

1. Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək;

2. İctimai və siyasi təşkilatların kənar audit yoxlamasından keçməsini tələb etmək;

3. Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicilərinin sosial – inkişaf fondlarına yönəldilmiş vəsaitlərin xərclənməsinə nəzarət etmək;

4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək;

5. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək;

A) 1; 2; 3 B) 2; 4; 5 C) 1; 3; 4 D) 1; 4; 5

#224

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları (kommersiya huquqi şəxslərin təsisciləri (iştirakcıları) və onların nizamnamə kapitalındakı payları barədə

məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi?

A) aid deyil

B) aiddir

C) Ədliyyə orqanlarının vəzifələrinə aiddir

D) Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir

#225

Dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirildikdə, vergilərin tutulması sahəsində hansı hüquq və vəzifələri yerinə yetirirlər?

A) yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqları və vəzifələri

B) heç bir hüquq və vəzifə yerinə yetirmirlər

C) yalnız Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hüquqları və vəzifələri

D) Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri

#226

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]