Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

A) statistika orqanlarının məlumatları əsasında

B) kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında

C) analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında

D) maliyyə orqanlarının məlumatları əsasında

#612

Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq mümkün olmadıqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, gəlir vergisi necə hesablanır?

A) gəlir vergisi hesablanmır

B) vergi ödəyicisinin məlumatı əsasında

C) ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında

D) ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı əsasında

#613

Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, vergi hansı məlumata əsasən hesablanır?

A) optimal məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən

B) ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən

C) orta məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən

D) ən aşağı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən

#614

Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin hansı artıq ödəmələri nəzərə alınır?

A) artıq ödəmələr nəzərə alınmır

B) yalnız artıq ödənilmiş faizləri və maliyyə sanksiyaları

C) yalnız artıq ödənilmiş vergiləri və maliyyə sanksiyaları

D) artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları

#615

Hansı hallarda əlaqəli məlumata əsasən vergi hesablanmır?

A) vergi ödəyicisinin xahişi olduqda

B) vergi tutulan əməliyyatın olmadığı barədə arayış təqdim edildikdə

C) həmişə hesablanır

D) heç vaxt hesablanmır

#616

Əlaqəli məlumata əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?

A) əlaqəli məlumata əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə

B) əlaqəli məlumata əsasən hesablanmış vergilər yenidən hesablanmır

C) mənbəyi məlum olmayan məlumatlar daxil olduqda

D) vergi ödəyicisinin xahişi olduqda

#617

Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirlərə və ya xərclərə münasibətdə hansı tədbiri görə bilər?

A) yalnız xərcləri həmin şəxslər arasında bölə bilər

B) yalnız gəlirləri həmin şəxslər arasında bölə bilər

C) xərcləri iki dəfə artıra bilər

D) gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər

#618

Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri necə müəyyənləşdirir?

A) həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən

B) həmin şəxsin əvvəlki dövrlərdəki vergi yükünü nəzərə almaqla

C) yalnız həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini nəzərə almaqla çəkdiyi xərclərə əsasən

D) həmin şəxsin əvvəlki dövrlərdəki mənfəətinə əsasən

#619

Verginin məqsədləri üçün barter əməliyyatları malların [işlərin, xidmətlərin] bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar necə rəsmiləşdirilməlidir?

A) yazılı razılaşma ilə

B) rəsmiləşdirilmə tələb olunmur

C) vergi hesab-fakturaları ilə

D) müvafiq mal nomenklaturası ilə

#620

Hansı halda vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir?

A) barter əməliyyatının vergi hesab fakturasında məbləği göstərilməmişdirsə

B) barter əməliyyatının vergi hesab fakturasında göstərilən məbləği azaldılmışdırsa

C) barter əməliyyatının vergi hesab fakturasında göstərilən məbləği artırılmışdırsa

D) barter əməliyyatı vergi hesab fakturası ilə rəsmiləşdirilməmişdirsə

620-1

Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini Vergi Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə:

  1. Heç bir şərt qoyulmadan vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir

  2. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir

  3. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürməyən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri tam müddət ərzində verilir

  4. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürməyən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir

620-2

Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini Vergi Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə:

  1. Heç bir şərt qoyulmadan vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir

  2. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri Vergi Məcəllə ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir

  3. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürməyən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri tam müddət ərzində verilir

  4. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir

620-3

Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt müddəti bitəndən sonra təqdim etdikdə:

  1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalını davam etdirən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri verilmir

  2. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürməyən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri yenidən tam müddət ərzində verilir

  3. Müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) müvafiq Qərarı ilə yeni rezidentə 3 il ərzində vergi güzəştləri verilə bilər

  4. Müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) müvafiq Qərarı ilə yeni rezidentə 5 il ərzində vergi güzəştləri verilə bilər

620-4

Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt müddəti bitəndən sonra təqdim etdikdə:

  1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürməyən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri yenidən tam müddət ərzində verilir

  2. Müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) müvafiq Qərarı ilə yeni rezidentə 3 il ərzində vergi güzəştləri verilə bilər

  3. Müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) müvafiq Qərarı ilə yeni rezidentə 5 il ərzində vergi güzəştləri verilə bilər

  4. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir

620-5

Sənaye, yaxud texnologiyalar parklarının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında digər istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri rezidentin sənaye, yaxud texnologiyalar parklarında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hansı tarixdən hesablanır.

  1. Sənaye, yaxud texnologiyalar parklarının şəhadətnaməsini aldığı

  2. Ilk dəfə sənaye, yaxud texnologiyalar parklarında qeydiyyatdan keçdiyi

  3. yeni investisiya layihəsi üzrə qeydiyyata alındığı

  4. Sənaye, yaxud texnologiyalar parklarının şəhadətnaməsini aldığı tarixdən 30 gün sonrakı

620 -6

Sənaye, yaxud texnologiyalar parklarının rezidenti vergi güzəştlərinin tətbiq olunduğu dövrdə sənaye, yaxud texnologiyalar parklarından kənarda fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu necə aparmalıdır.

  1. Ümumi qaydada bir uçot aparmalıdır

  2. Yalnız sənaye, yaxud texnologiyalar parkındakı fəaliyyətin uçotunu aparmalıdır

  3. Yalnəz sənaye, yaxud texnologiyalar parkından kənardakı fəaliyyatin uçotunu aparmalıdır

  4. sənaye, yaxud texnologiyalar parkındakı və parkdan kənardakı fəaliyyatin uçotunu ayrılıqda aparmalıdır

#621

Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axımı hansı vaxtdan başlanır?

A) müddətin onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən

B) müddətin hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi gündən

C) müddətin hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi gündən 3 gün sonra

D) müddətin hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi əvvəlki gündən

#622

Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?

A) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün

B) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında

C) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün

D) Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində

#623

Vergi Məcəlləsində nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edirsə, həmin müddətlə bağlı hansı tədbir görülür?

A) həmin müddətlə bağlı heç bir tədbir görülmür

B) həmin müddət onun ardınca gələn iş gününə keçirilmir

C) həmin müddət ondan əvvəlki iş gününün sonuna keçirilir

D) həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçirilir

#624

Xarici valyuta ilə aparılan və vergiyə cəlb edilməyə aid olan hər hansı əməliyyat nə vaxt və hansı qaydada manatla hesablanır?

A) həmin əməliyyatın həyata keçirildiyi gün Milli Bankın rəsmi mübadilə məzənnəsi ilə

B) həmin əməliyyatın həyata keçirildiyi gün banklararası kredit hərracında olan mübadilə məzənnəsi ilə

C) həmin əməliyyatın həyata keçirildiyi ən yaxın dövrdə banklararası kredit hərracında olan mübadilə məzənnəsi ilə

D) ] həmin əməliyyatın həyata keçirildiyi gün Azərbaycan Respublikası Milli Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərə uyğun olaraq

#625

Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbinin hansı halda hüquqi qüvvəsi vardır?

A) istənilən halda

B) tələb şifahi bildirildikdə

C) tələb yalnız yazılı tərtib olunduqda

D) tələb yazılı şəkildə və ya elektron formada tərtib edildikdə və bir tərəf onu digər tərəfə lazımı qaydada verdikdə

#626

Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd kim tərəfindən imzalanmalı və təsdiq edilməlidir?

A) yalnız vergi orqanının rəhbəri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir

B) adı göstərilməklə vergi orqanının rəhbəri [onun müavini] tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir

C) adı göstərilməklə vergi orqanının müvafiq struktur bölməsinin rəhbəri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir

D) adı göstərilməklə vergi orqanının yalnız rəhbərinin müavini tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir

#627

Vergi orqanının vergi ödəyicisinə göndərdiyi sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxslərin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana hansı qaydada çatdırıldıqda və ya verildikdə lazımi qaydada verilmiş sayılır?

A) zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırılmadıqda

B) zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə

C) yalnız şəxsən verildikdə

D) yalnız zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda

#628

Aşağıdakı hansı hallarda vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri [aşağıdakılara əməl edildiyi halda,] etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz?

1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə

2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilməmişdirsə

3. onlar öz məzmununa və mahiyyətinə görə gömrük qanunvericiliyinə uyğun gəlirsə

4. onlar öz məzmununa və mahiyyətinə görə mülki qanunvericiliyinə uyğun gəlirsə

5. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə

A) 1; 5 B) 3; 4 C) 3; 5 D) 4; 5

#629

Vergi ödəyicisi olan hər hansı şəxs aşağıda göstərilən hansı əməliyyatları sənədləşdirməyə və onlarla bağlı uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludur?

1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən

2. həmin şəxsin mülki öhdəliklərinin yaranmasına səbəb ola bilən

3. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən

4. həmin şəxsdə Vergi Məcəlləsinə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən

A) 1, 2, 4 B) 1, 2, 3 C) 1, 3, 4 D) 2, 3, 4

#630

Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə …

A) yalnız məhkəmənin qərarı əsasında həmin sənədlər vergi ödəyicisi tərəfindən Azərbaycan dilinə tərcümə edilə bilər

B) həmin sənədlər vergi ödəyicisi tərəfindən Azərbaycan dilinə tərcümə edilməməlidir

C) vergi orqanları onları Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir

D) vergi orqanlarının həmin sənədləri Azərbaycan dilinə tərcümə olunmasını tələb etməyə ixtiyarı yoxdur

631

Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə hansı müddətdən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır

  1. 5 ildən

  2. 3 ildən

  3. 1 ildn

  4. 6 aydan

#632

Vergi Məcəlləsinin məqsədləri üçün vergi hesabatı hansı sənəddən ibarətdir?

A) vergi hesab-fakturasından

B) vergilərlə bağlı mühasibat sənədlərindən

C) vergi bəyannaməsindən

D) vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən

#633

Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

A) Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına

B) Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına

C) Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına

D) Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına

#634

Vergi hesabatı vergi ödəyicisi tərəfindən hansı qaydada təqdim edilə bilər?

1. hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla [müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla]

2. şəxsən

3. vergi ödəyicisinin istədiyi qaydada

4. hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla [rabitə təşkilatına təhvil verilməsi də daxil olmaqla]

A) 1, 2, 4 B) 1, 2, 3 C) 1, 3, 4 D) 2, 3, 4

#635

Vergi hesabatını aşağıda göstərilən hansı şəxslər imzalamalıdırlar?

1. vergi ödəyicisi

2. vergi ödəyicisinin ailə üzvü olan istənilən şəxs

3. vergi ödəyicisinin müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi

4. vergi ödəyicisi və vergi orqanının vəzifəli şəxsi

A) 1, 2, 4 B) 1, 3 C) 1, 3, 4 D) 2, 3

#636

Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə, o, hansı tələbləri yerinə yetirməlidir?

A) vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir

B) yalnız vergi hesabatını imzalamalıdır

C) yalnız öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir

D) vergi hesabatının düzgün tərtib olunması barədə ayrıca rəy yazmalıdır

#637

ƏDV üzrə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi istisna olmaqla, hansı hallarda vergi ödəyiciləri tərəfindən hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir?

A) heç bir halda

B) əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olduqda

C) əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadıqda

D) əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar vergi orqanında olan məlumatlara uyğun olmadıqda

#638

Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim edilə bilər?

A) istənilən vaxt

B) dəqiqləşdirməyə icazə verilmir

C) səyyar vergi yoxlamasının başladığı günədək

D) növbəti hesabat verilənədək

#639

Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsi şərtləndirilə bilərmi?

A) Vergi orqanının qərarı ilə şərtləndirilə bilər

B) Müstəsna hallarda şərtləndirilə bilər

C) Vergi ödəyicisinin müraciətinə əsasən şərtləndirilə bilər

D) Şərtləndirilməsi yolverilməzdir

#640

Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul edilmir?

1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;

2. vergi dövrü əks olunmadıqda;

3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə

4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda

5. vergi ödəyicisinin vergi borcu olduqda

A) 1, 2, 4 B) 1, 2, 3 C) 1, 3, 5 D) 2, 3, 4

#641

Vergi orqanına təqdim edilmiş vergi hesabatı Vergi Məcəlləsində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən neçə iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir?

A) 2 iş günü ərzində

B) 3 iş günü ərzində

C) 1 iş günü ərzində

D) 5 iş günü ərzində

#642

Hansı şəxslər qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidirlər?

A) təqdim edilən malların dəyərini ödəyən şəxslər

B) yalnız göstərilmiş xidmətlərin haqqını ödəyən şəxslər

C) qeyri-rezidentin daimi nümayəndəliyinə icarə haqqı ödəyən şəxslər

D) görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxslər

#643

Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs qanunla müəyyən edilmiş hallarda və qaydada nə barədə vergi orqanına məlumat verməlidirlər?

A) ödənilmiş məbləğlər haqqında

B) görülmüş işlər və ya göstərilmiş xidmətlər haqqında

C) işləri görən və ya xidmətləri göstərən şəxslər barədə

D) işləri görən və ya xidmətləri göstərən şəxslərin rezident və ya qeyri-rezident olması barədə

#644

Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

A) gəlir vergisi və mədən vergisi

B) mənfəət vergisi və əlavə dəyər vergisi

C) sadələşdirilmiş vergi və əmlak vergisi

D) gəlir vergisi və mənfəət vergisi

#645

Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti uzadıla bilər?

A) vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə

B) vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanadək müraciət etdikdə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə

C) vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və ödənilməli olan vergiləri ödədikdə

D) vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanadək müraciət etdikdə və bu zaman ödənilməli olan vergi məbləği ödənilmədikdə

#646

Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər?

A) 1 ayadək

B) 3 ayadək

C) 6 ayadək

D) 9 ayadək

#647

Qanunvericiliyə müvafiq olaraq hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda, yaranan fərqlə bağlı hansı tədbir görülməlidir?

A) verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərq büdcəyə keçirilməlidir

B) verginin ödənilməsinin son müddəti günündən 3 gün sonra hesablanan faizlər nəzərə alınmaqla həmin fərq büdcəyə keçirilməlidir

C) verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmadan həmin fərq büdcəyə keçirilməlidir

D) verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərqin 50%-i büdcəyə keçirilməlidir

#648

Vergi Məcəlləsinə uyğun olaraq hansı hallarda gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması verginin ödənilməsi müddətini dəyişdirə bilər?

A)bütün hallarda

B) yalnız qanunvericiliklə müəyyən edilmiş müstəsna hallarda

C) müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir

D) vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda

#649

Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə münasibətdə aşağıdakı hansı tədbirləri aparmağa borcludurlar?

1. bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə, hesablar üzrə əməliyyatlar aparmağa

2. milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa

3. bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə, hesablar üzrə əməliyyatlar aparmamağa

4. 1-3-cü bəndlərdə göstərilən bütün tədbirləri

A)1, 3, 4 B) 2, 3 C)1, 2 D) 1, 2, 4

#650

Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin öz hesablaşma, milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını hansı hallarda icra etməyə borcludurlar?

A) heç bir halda

B) yalnız mülki qanunvericilikdə nəzərdə tutulan hallarda

C) yalnız müstəsna hallarda

D) bütün hallarda

#651

Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün daha hansı əməliyyatları aparmağa borcludurlar?

A) vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə [bank və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə]

B) vergi məbləğlərini vergi ödəyicilərindən tutmağa

C) vergi məbləğlərini hesablamağa

D) vergi məbləğlərinin hesablanmasının düzgünlüyünə nəzarət etməyə

#652

Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergi ödəyicisinin banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarından apardığı əməliyyatlar barədə məlumat almaq hüququ vardır?

1. müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmaması

2. fəaliyyəti dayandırıldığı zaman bank əməliyyatlarının aparılması

3. istənilən halda vergi orqanının təşəbbüsü ilə

4. mühasibat və hesabat sənədlərinin məhv olunması (itirilməsi) halları aşkar edildikdə 5. xronometraj metodu ilə müşahidə aparıldıqda

A) 1, 2, 3 B) 1, 2, 4 C) 2, 3, 5 D) 2, 4, 5

#653

Aşağıda göstərilən hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər?

1. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə

2. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edildikdə

3. vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edildikdə

4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə

5. Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı vergi məsələlərinə dair beynəlxalq müqavilələrin məlumat mübadiləsi haqqında müddəalarına əsasən digər dövlətin aidiyyəti orqanları tərəfindən vergi məqsədləri üçün həmin müqavilənin tətbiq edildiyi şəxsin Azərbaycan Respublikasındakı banklarda olan hesabları və həmin hesablar üzrə əməliyyatlar barədə məlumatların alınması üçün sorğu

A)1, 3, 4 B) 2, 3, 5 C)1, 2, 4 D) 1, 4, 5

#654

Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada göndərilən bildirişi aldıqdan sonra hansı məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü mü ddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir

A) verginin hesablanması üçün zəruri olan məlumatların

B) vergitutma obyekti ilə bağlı məlumatların

C) həmin bildirişdə göstərilən məlumatların

D) vergi ödəyicisinin fəaliyyəti haqqında məlumatların

#655

Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bildirişdə tələb olunan məlumatları neçə gün müddətində vergi orqanına təqdim etməlidir?

A) 3 gün müddətində

B) 10 gün müddətində

C) 15 gün müddətində

D) 5 gün müddətində

#656

Qanunvericiliklə müəyyən edilmiş qaydada bank hesabları və ya əməliyyatlar barədə alınmış məlumatlar müvafiq beynəlxalq müqavilənin müddəaları əsasında digər dövlətin aidiyyəti orqanlarına verilə bilərmi?

A) 15 gün müddətində verə bilər

B) məlumat verilməsi qadağandır

C) verilə bilər

D) bank sirri olduğundan məlumat məhkəmə qərarı ilə verilə bilər

#657

Qanunvericiliklə müəyyən edilmiş qaydada bank hesabları və ya əməliyyatlar barədə alınmış məlumatlar müvafiq beynəlxalq müqavilənin müddəaları əsasında digər dövlətin aidiyyəti orqanlarına verilə bilər. Digər hansı hallarda bank hesabları və əməliyyatlar barədə alınmış məlumatların digər orqanlara və ya vətəndaşlara verilməsi qadağandır.

A) digər heç bir halda yol verilmir

B) bütün hallarda yol verilir

C) bu yalnız müstəsna hallarda mümkün ola bilər

D) müvəkkil bankın müəyyən etdiyi bütün hallarda həmin məlumatların verilməsinə yol verilə bilər

#658

Vergi öhdəliyi nədir?

A) vergitutma obyekti

B) vergi hesablamaq vəzifəsi

C) vergi bəyannaməsi vermək vəzifəsi

D) vergini [o cümlədən cari vergi ödəməsini] ödəmək vəzifəsi

#659

Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri hansı sənədlə müəyyən edilir?

A) Mülki Məcəllə ilə

B) Əmək Məcəlləsi ilə

C) yalnız Vergi Məcəlləsi ilə

D) Nazirlər Kabinetinin müvafiq qərarı ilə

#660

Vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehliyi hansı andan başlayır?

A) vergi qanunvericiliyi ilə tanış olduğu andan

B) verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan

C) vergi orqanlarında qeydiyyata alındığı andan

D) vergilər üzrə borc yarandığı andan

#661

Vergi öhdəliyinə xitam verildiyi halları göstərin:

1. vergi ödəyicisinin pul vəsaiti olmadığı halda

2. vergi ödənildikdə

3. verginin ödənilməsi öhdəliyinə xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda

4. ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə

5. vergi ödəyicisinin yazılı xahişi olduqda

A) 1, 2, 3 B) 1, 3, 4 C) 3, 4, 5 D) 2, 3, 4

#662

Vergi öhdəliyinə xitam verildiyi halları göstərin:

1. vergi ödəyicisinin pul vəsaiti olmadığı halda

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda

3. verginin ödənilməsi öhdəliyinə xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda

4. ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə

5. vergi ödəyicisinin yazılı xahişi olduqda

A) 1, 2, 3 B) 1, 3, 4 C) 3, 4, 5 D) 2, 3, 4

#663

Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?

A) vergi ödəyicisi fəaliyyətini dayandırdıqda

B) vergilər ödənildikdə

C) hüquqi şəxs müflis olduqda

D) vergi ödəyicisi olan fiziki şəxs köçdükdə

#664

Vergi öhdəliklərinin yerinə yetirilməsi dedikdə nə başa düşülür?

A) verginin [o cümlədən cari vergi ödəmələrinin] ödənilməsi

B) ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada hesablanması

C) ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsi

D) verginin [o cümlədən cari vergi ödəmələrinin] hesablanması

#665

Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq.........

A) müstəsna hallarda vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir

B) vergi öhdəliklərinin yerinə yetirilməsi könüllüdür

C) vergi öhdəliklərinin yerinə yetirilməsi məcburi deyil

D) bütün hallarda vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir

#666

Vergi öhdəliklərinin yerinə yetirilməsi ardıcıllığı hansı qanunvericilik sənədinə əsasən həyata keçirilir?

A)Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada

B) İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada

C) Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla

D) Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada

#667

Vergi öhdəliklərinin yerinə yetirilməsi kim tərəfindən həyata keçirilir?

A) vergi ödəyicisinin nümayəndəsi tərəfindən

B) Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən

C) vergi ödəyicisinin ailə üzvü tərəfindən

D) vergi ödəyicisinin tərəfdaşı tərəfindən

#668

Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilərmi?

A) qoyula bilməz

B) müstəsna hallarda vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilər

C) vergi öhdəliklərinin yerinə yetirilməsi yalnız onun ailə üzvlərinin üzərinə qoyula bilər

D) vergi öhdəliklərinin yerinə yetirilməsi onunla qarşılıqlı surətdə asılı olan şəxslərin üzərinə qoyula bilər

#669

Ləğv edilən müəssisənin [təşkilatın] vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin [təşkilatın] əmlakının satışından əldə edilən gəlir hesabına kim yerinə yetirir?

A) vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi

B) ləğvetmə komissiyası

C) vergi orqanının nümayəndəsi

D) maliyyə orqanının nümayəndəsi

#670

Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

A) öhdəlik yerinə yetirilmir

B) ləğvetmə komissiyası tərəfindən

C) digər şəxslər tərəfindən

D) öhdəlik bağışlanır

#671

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]