Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vegitutma məqsədi ilə “nəzarət-kassa aparatı” dedikdə nə başa düşülür?

A) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və ədliyyə orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri

B) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və gömrük orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri

C) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və maliyyə orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri

D) malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri

#92

Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?

A) vergi orqanları

B) maliyyə orqanları

C) ədliyyə orqanları

D) gömrük orqanları

#93

Forvard kontraktı nədir?

A) işçi ilə bağlanan müqavilə, kontraktdır

B) şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə [satmağa] öhdəliyini təsdiq edən müqavilədir

C) şəxsin mallar və ya pul vəsaitini alınması məqsədi ilə bağlanan müqavilədir

D) şəxsin yalnız qiymətli kağızlar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə öhdəliyini təsdiq edən müqavilədir

#94

Opsion nədir?

A) qiymətli kağızların əldə edilməsi hüququnu təsdiq edən sənəddir

B) qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən, bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə [satmağa] hüququ təsdiq edən sənəddir

C) malgöndərənlərlə bağlanılan müqavilədir

D) şəxsin barter əməliyyatları ilə əlaqədar öhdəliyini təsdiq edən müqavilədir

#95

Qeyri-kommersiya fəaliyyəti dedikdə, hansı fəaliyyət nəzərdə tutulur?

A) məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutan fəaliyyət

B) məqsədi gəlir götürmək olan və əldə etdiyi gəliri yalnız kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutan fəaliyyət

C) yalnız xeyriyyəçilik fəaliyyəti

D) əldə etdiyi gəliri qeyri-kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutmayan fəaliyyət

#96

Malların ixracı dedikdə nə başa düşülür?

A) gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması

B) gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları hesab edilən malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi

C) idxal malları hesab edilən malların xarici ölkənin gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası ərazisindən çıxarılması

D) vergi qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması

#97

Malların təkrar ixracı nədir?

A) vergi qanunvericiliyinə uyğun olaraq, ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi

B) idxal malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə satması

C) idxal malları sayılan malları ixrac etmiş şəxsin həmin malları ixrac etməsi

D) gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi

#98

Malların idxalı nədir?

A) vergi qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi

B) gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi

C) gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları sayılan malların Azərbaycan Respublikası ərazisindən çıxarılması

D) gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların yalnız hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilməsi

#99

Malların təkrar idxalı nədir?

A) gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi

B) vergi qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi

C) gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə idxal etmiş şəxsin həmin malları idxal etməsi

D) gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malların təqdim edilməsi

#100

Azərbaycan Respublikası ərazisindən tranzit nədir?

A) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır

B) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır

C) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır

D) gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır

#101

Beynəlxalq daşıma dedikdə nə başa düşülür?

A) yüklərin və sərnişinlərin Azərbaycan Respublikasında iki məntəqə arasında daşınması

B) yüklərin və sərnişinlərin Azərbaycan Respublikasındakı məntəqə ilə digər dövlətlərdəki məntəqə arasında daşınması

C) yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə [Azərbaycan Respublikasının sərhədlərindən] digər dövlətlərdəki məntəqə arasında daşınması

D) yüklərin və sərnişinlərin Azərbaycan Respublikasındakı məntəqə ilə digər dövlətlərin sərhədinədək daşınması

#102

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]