Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi ödəyicisində növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə bildirişdə hansı məlumatlar əks etdirilir?

A) yalnız vergi yoxlamasının əsası və tarixi

B) vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri

C) yalnız vergi yoxlamasının keçirilməsi tarixi və vergi ödəyicisinin hüquq və vəzifələri

D) yalnız vergi yoxlamasının keçirilməsi tarixi və vergi orqanının hüquq və vəzifələri

#359

Müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər?

A) 60 günədək

B) 30 günədək

C) 31 günədək

D) 90 günə qədər

#360

Yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən müəyyən hallarda səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti neçə gündən çox olmayan müddətdə uzadıla bilər?

A) 60 gündən

B) 30 gündən

C) 20 gündən

D) 15 gündən

#361

Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərilməlidir?

1. vergi ödəyicisinin hüquq və vəzifələri

2. vergi orqanının hüquq və vəzifələri

3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri

4. vergi yoxlamasının əsası və tarixi

5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması

A) 1, 2, 3 B) 1, 2, 4 C) 3, 4, 5 D) 2, 3, 5

#362

Aşağıda göstərilən hansı hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətdə uzadıla bilər:

1. yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmadıqda

2. nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda

3. səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda

4. səyyar vergi yoxlaması keçirilən zaman aparılan inventarizasiyanın müddəti uzadıldıqda

A) 1, 3 B) 2, 4, C) 2, 3 D) 1, 4

#363

Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər:

1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;

2. digər vergi ödəyicilərindən daxil olmuş anonim məlumatlar olduqda

3. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.

4. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə

5. vergi ödəyicisi ödənilməli olan vergi məbləğlərini vaxtında və tam ödəmədikdə

A) 1, 2, 3 B) 1, 3, 4 C) 2, 4, 5 D) 1, 3, 5

#364

Aşağıda göstərilən hallardan hansılar vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas ola bilər?

1. vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlərin və ya onların lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanının müraciətinə əsasən vergi ödəyicisi tərəfindən 20 gün müddətində təqdim edilməməsi və yaxud təhrif olunmuş məlumatların təqdim edilməsi

2. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilməməsi

3. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsinin daxil olması

4. vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlərin və ya onların lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanının müraciətinə əsasən vergi ödəyicisi tərəfindən 10 gün müddətində təqdim edilməməsi

5. vergi ödəyicisində 3 il ərzində səyyar vergi yoxlaması keçirilmədiyi halda

A) 1; 4; 5 B) 3; 4; 5 C) 2; 3; 4 D) 1; 2; 3

#365

Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən hansı hallarda keçirilə bilər:

1. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;

2. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin

gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri muəyyən edildikdə

3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda

4. vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarındakı hesablarına sərəncam verildikdən sonra da vergi öhdəliyi yerinə yetirilmədikdə

5. vergi ödəyicisinin əmlakını siyahıya aldıqdan sonra da ödənilməli olan vergilər ödənilmədikdə

A) 1, 2, 3 B) 1, 3, 5 C) 2, 4, 5 D) 1, 3, 4

#366

Növbəti səyyar vergi yoxlaması ildə neçə dəfədən çox olmayaraq keçirilir?

A) 1 dəfədən

B) 3 dəfədən

C) 2 dəfədən

D) 2 ildən bir

#367

Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər?

1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə

2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər;

3. «Müflisləşmə və İflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan etdikdə;

4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri muəyyən edildikdə;

5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

A) 1; 2; 3 B) 2; 3; 5 C) 1; 3; 4 D) 2; 4; 5

#368

Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər?

1. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və [və ya] təhrif olunmuş məlumatlar aşkar edildikdə;

2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. [Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər];

3. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

4. Vergi ödəyicisində 3 il ərzində səyyar vergi yoxlaması keçirilmədiyi halda;

A) 1; 3; 4 B) 1; 2; 3 C) 1; 2; 4 D) 2; 3; 4

#369

Səyyar vergi yoxlaması günün hansı vaxtında həyata keçirilir?

A) iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində

B) yalnız iş günü ərzində

C) yalnız vergi ödəyicisinin iş vaxtı ərzində

D) günün istənilən vaxtı

#370

Səyyar vergi yoxlaması zamanı inventarizasiya hansı orqanın əsaslandırılmış qərarı ilə aparılır?

A) məhkəmənin

B) prokurorluğun

C) vergi orqanının

D) maliyyə orqanının

#371

Səyyar vergi yoxlaması zamanı inventarizasiya aşağıda göstərilən hansı hallarda aparılır?

1. vergi ödəyicisinin sahibliyində olan malların miqdarı böyük həcmdə olduqda

2. vergi ödəyicisinin sahibliyində olan malların alış sənədləri olmadıqda və ya bu malların fiziki şəxslərdən alınması müəyyən edildikdə

3. vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə

4. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda

5. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə

A) 1, 2, 3 B) 2, 4, 5 C) 1, 3, 5 D) 3, 4, 5

372

Səyyar vergi yoxlaması zamanı inventarizasiya aşağıda göstərilən hansı hallarda aparılır?

1. vergi ödəyicisinin sahibliyində olan malların miqdarı böyük həcmdə olduqda

2. vergi ödəyicisinin sahibliyində olan malların alış sənədləri olmadıqda və ya bu malların fiziki şəxslərdən alınması müəyyən edildikdə

3. vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə

4. vergi odəyicisində əmlak vergisinin hesablanmasının və odənilməsinin duzgunluyu yoxlanıldıqda

5. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə

A) 1, 2, 3 B) 2, 4, 5 C) 1, 3, 5 D) 3, 4, 5

#373

Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları hansı orqan tərəfindən müəyyən edilmişdir?

A) Milli Məclis

B) Nazirlər Kabineti

C) Vergilər Nazirliyi

D) İqtisadi İnkişaf Nazirliyi

374

Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması neçə aydan çox olmamaqla dayandırılır (təxirə salınır)?

  1. 1 aydan çox olmamaqla

  2. 3 aydan çox olmamaqla

  3. 6 aydan çox olmamaqla

  4. 9 aydan çox olmamaqla

375

Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hansı hallarda və müddətlərdə dayandırılır (təxirə salınır):

1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər;

2. vergi orqanının yoxlamanı aparan işçisinin təşəbbüsü ilə istədiyi vaxt – rəhbərin qərarının qüvvədə olma müddətinədək

3. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;

4. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;

5. səyyar vergi yoxlaması aparılan vergi orqanının rəhbəri (onu əvəz edən şəxs) və ya vergi müfəttişi müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək

  1. 1,2,3 B) 2, 3, 4 C) 1,3,4 D) 3,4,5

376

Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hansı hallarda və müddətlərdə dayandırılır (təxirə salınır):

1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər;

2. vergi orqanının yoxlamanı aparan işçisinin təşəbbüsü ilə istədiyi vaxt –rəhbərin qərarının qüvvədə olma müddətinədək

3. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək

4. Vergi ödəyicisinin sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirildikdə -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək

5. səyyar vergi yoxlaması aparılan vergi orqanının rəhbəri (onu əvəz edən şəxs) və ya vergi müfəttişi müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək

  1. 1,2,3 B) 2, 3, 4 C) 1,3,4 D) 3,4,5

#377

Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?

A) vergi yoxlaması aktı ilə

B) arayışla

C) bildirişlə

D) rəsmiləşdirilmir

#378

Səyyar vergi yoxlaması aktı kim tərəfindən tərtib edilir?

A) vergi ödəyicisinin vəzifəli şəxsləri tərəfindən

B) yoxlanılan vergi ödəyicisinin rəhbəri [onu əvəz edən şəxs] və ya fərdi sahibkar tərəfindən

C) vergi yoxlamasında iştirak edən mütəxəssis tərəfindən

D) vergi orqanının vəzifəli şəxsi tərəfindən

#379

Səyyar vergi yoxlaması aktında aşağıdakı məlumatlardan hansılar göstərilməlidir?

1. aşkar olunmuş vergi qanunvericiliyinin pozulması halları

2. pozuntulara görə məsuliyyəti nəzərdə tutan qanunların konkret maddələri

3. yoxlama zamanı aşkar olunmayan halların olma ehtimalı

4. vergi ödəyicisi tərəfindən qanunların mənimsənilmə dərəcəsi

5. qanunvericiliyin pozulması hallarının olmaması

A) 1, 2, 3 B) 2, 4, 5 C) 1, 2, 5 D) 2, 3, 4

#380

Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər hansı orqan tərəfindən müəyyən edilmişdir?

A) Maliyyə Nazirliyi

B) Nazirlər Kabineti

C) Vergilər Nazirliyi

D) İqtisadi İnkişaf Nazirliyi

#381

Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə [onun səlahiyyətli nümayəndəsinə] verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayaraq verilir və ya göndərilir?

A) 10 gündən

B) 15 gündən

C) məhdudiyyət qoyulmur

D) 5 gündən

#382

Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə hansı üsulla verilir və ya göndərilir?

A) yalnız vergi ödəyicisinə şəxsən təqdim edilmə üsulu ilə

B) yalnız sifarişli bildirişli poçt vasitəsilə

C) yalnız elektron daşıyıcılar vasitəsilə

D) verilmə tarixini təsdiq edən istənilən üsulla

#383

Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən neçə gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər?

A) 10gün

B) 30 gün

C) 20 gün

D) 15 gün

#384

Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadığı halda hansı hüquqları vardır?

A) vegi ödəyicisi yoxlama aktını imzalamaması və akta və ya onun hər hansı bir hissəsinə etiraz etməsi barədə öz yazılı izahatını vergi orqanına təqdim edə bilər

B) vergi ödəyicisi yoxlama aktını imzalamaması və akta və ya onun hər hansı bir hissəsinə etiraz etməsi barədə yalnız müvafiq təsdiqedici sənədləri vergi orqanına təqdim edə bilər

C) vergi ödəyicisi yoxlama aktını imzalamaması və akta və ya onun hər hansı bir hissəsinə etiraz etməsi barədə öz yazılı izahatına müvafiq təsdiqedici sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim edə bilər

D)heç bir hüququ yoxdur

#385

Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır?

1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə

2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması

3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi

4. qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayaraq məsuliyyət məsələsinə

5. heç bir məsələyə baxılmır

A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 3, 5 D) 2, 4, 5

#386

Hansı hallarda səyyar vergi yoxlaması materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və [və ya] onların nümayəndələrinin iştirakı ilə baxılır?

A) vergi ödəyicisi hüquq mühafizə orqanlarına şikayət etdikdə

B) vergi ödəyicisi tərəfindən yoxlama aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə

C) vergi ödəyicisi tərəfindən yoxlama aktı ilə əlaqədar yuxarı vergi orqanına şikayət etdikdə

D) vergi ödəyicisinin iştirakı aktın baxılması zamanı vacib sayılmır

#387

Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxıla bilərmi?

A) heç bir hallarda baxıla bilməz

B) müstəsna hallarda yalnız yuxarı vergi orqanının qərarı əsasında baxıla bilər

C) yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında baxıla bilər

D) vergi ödəyicisinin iştirakı olmadan baxıla bilər

#388

Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına [yaşayış binaları [sahələri] istisna olmaqla] bilavasitə daxil olması hansı sənədləri təqdim etdikdən sonra həyata keçirilir?

A) həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin [onun müavininin] həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını

B) həmin şəxslər tərəfindən yalnız xidməti vəsiqələri

C) həmin şəxslər tərəfindən yalnız vergi orqanının və ya məhkəmənin qərarı

D) həmin şəxslər tərəfindən sənəd təqdim olunmasına ehtiyac yoxdur

#389

Vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxslərinin yaşayış binalarına [sahələrinə] orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya onların iradəsinə zidd olaraq daxil olmasına hansı hallarda yol verilir?

A) vergi orqanının rəhbərinin qərarından sonra

B) daxili işlər orqanlarının müdaxiləsindən sonra

C) vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxsləri istənilən vaxt daxil ola bilərlər

D) heç bir halda yol verilmir

#390

Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamanı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən hansı sənəd tərtib edilir?

A) akt tərtib edilir

B) vergi orqanının rəhbərinin adına məruzə hazırlanır

C) arayış tərtib edilir

D) protokol tərtib edilir

#391

Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamanı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən tərtib edilən akta əsasən vergi orqanının hansı hüquqları vardır?

A) ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək

B) heç bir hüququ yoxdur

C) vergi ödəyicisini inzibati məsuliyyətə cəlb etmək

D) vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək

#392

Səyyar vergi yoxlamasını bilavasitə keçirən vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmasına qeyri-qanuni maneçilik nə hesab olunur?

A) cinayət əməli

B) vergi qanunvericiliyinin pozulması

C) gömrük qanunvericiliyinin pozulması

D) qanun pozuntusu hesab olunmur

#393

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını hansı sənəd əsasında keçirmək hüququ vardır?

A) ətrafda yerləşən ticarət obyektləri sahiblərinin tələbləri əsasında

B) vergi orqanın əsaslandırılmış qərarı əsasında

C) vergi orqanının rəhbərinin göstərişi əsasında

D) maliyyə orqanının tələbi əsasında

#394

Hansı hallarda səyyar vergi yoxlaması keçirilmədən ərazilərin, binaların, sənədlərin və əşyaların baxışının keçirilməsinə yol verilir?

A) sənədlər və əşyalar vergi orqanının vəzifəli şəxsi tərəfindən əvvəl həyata keçirilmiş səyyar vergi yoxlaması zamanı əldə edilmişdirsə və ya həmin sənədlərin və əşyaların sahibinin razılığı olduqda

B) səyyar vergi yoxlaması keçirilmədən ərazilərin, binaların, sənədlərin və əşyaların baxışının keçirilməsinə yol verilmir

C) sənədlər və əşyalar vergi orqanının vəzifəli şəxsinə kənar şəxs tərəfindən təqdim edildikdə

D) səyyar vergi yoxlaması keçirilmədən ərazilərin, binaların, sənədlərin və əşyaların baxışının keçirilməsinə istənilən halda yol verilir

#395

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını kimlərin iştirakı ilə həyata keçirir?

A) müşahidəçilərin

B) digər vergi orqanının nümayəndəsinin

C) heç kim iştirak etmir

D) daxili işlər orqanı əməkdaşlarının

#396

Baxış keçirildiyi zaman müşahidəçilərdən başqa daha hansı şəxslərin baxışda iştirak etmək hüququ vardır?

A) vergi orqanının istənilən əməkdaşının

B) daxili işlər orqanı işçilərinin

C) vergi yoxlaması həyata keçirilən şəxsin və [və ya] onun nümayəndəsinin, habelə mütəxəssislərin

D) müşahidəçilərdən başqa heç kimin hüququ yoxdur

#397

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən baxışın keçirilməsi barəsində hansı sənəd tərtib edilir?

A) protokol tərtib edilir

B) akt tərtib edilir

C) arayış tərtib edilir

D) vergi orqanının rəhbərinin adına məruzə hazırlanır

#398

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi vergi yoxlaması keçirərkən vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə daha nəyi tələb edə bilər

  1. yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları 

  2. yalnız elektron faylları

  3. sənədlərin notarial qaydada təsdiq edilmiş surətini

  4. yoxlama üçün zəruri olmayan sənədləri, habelə rəhbərin şəxsiyyət vərəqəsinin surətini

399

Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları necə iş günü müddətində vergi orqanına təqdim etməlidir.

A) 5 iş günü

B) 10 iş günü

C) 15 iş günü

D) 20 iş günü

#400

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?

A) Mülki Məcəllə ilə

B) Cinayət Məcəlləsi ilə

C) Gömrük Məcəlləsi ilə

D) Vergi Məcəlləsi ilə

#401

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin tələbi əsasında yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən hansı qaydada təqdim edilir?

A) sənədlərin lazımi qaydada təsdiq edilməmiş surətləri təqdim edilir

B) sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir

C) sənədlərin əsli təqdim edilir

D) sənədlərin əsli ilə birgə surətləri təqdim edilir

#402

Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər və ya elektron fayllar vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir?

A) vergi orqanının rəhbərinin adına məruzə hazırlanır

B) akt tərtib edilir

C) arayış tərtib edilir

D) protokol tərtib edilir

#403

Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu necə rəsmiləşdirilir?

A) imtina aktı tərtib edilir

B) arayış yazılır

C) protokol tərtib edilir

D) vergi ödəyicisinə bildiriş göndərilir

#404

Səyyar vergi yoxlamasının keçirildiyi müddətdə tələb olunan sənədləri və ya surətlərini digər mənbələrdən əldə etmək mümkün olmadıqda vergi orqanının hansı hüquqları vardır?

A) heç bir hüququ yoxdur

B) tərtib olunan akta əsasən ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək

C) tərtib olunan akta əsasən vergi ödəyicisini inzibati məsuliyyət cəlb etmək

D) tərtib olunan akta əsasən vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək

#405

Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərinvə ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edildikdə, vergi orqanının səyyar vergi yoxlamasını keçirən vəzifəli şəxsi hansı tədbirləri həyata keçirə bilər?

A) vergi ödəyicisini inzibati məsuliyyətə cəlb edə bilər

B) ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edə bilər

C) Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər

D) heç bir tədbir görmək hüququ yoxdur

#406

Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən vergi ödəyicisi tərəfindən neçə gün müddətində təqdim edilməlidir?

A) 5 gün

B) 10 gün

C) 20 gün

D) 15 gün

#407

Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə hansı halda yol verilir?

A) yalnız kameral vergi yoxlaması keçirildikdə

B) istənilən vaxt

C) yalnız səyyar vergi yoxlaması keçirildikdə

D) heç bir halda yol verilmir

#408

Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi hansı orqanının əsaslandırılmış qərarı ilə həyata keçirilir?

A) məhkəmənin

B) prokurorluğun

C) vergi orqanının

D) maliyyə orqanının

#409

Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər?

1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda

2.vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda

3. təqdim olunan sənədlərin Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə

4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə

5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda

A) 3, 4, 5 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 4, 5

#410

Səyyar vergi yoxlaması zamanı nümunə kim əşyalar hansı məqsədlər üçün götürülür?

1. gəlirdən çıxılan xərclərə aid edilən malların [işlərin, xidmətlərin] dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənbəyi və digər göstəricilərlə uyğunluğunun yoxlanılması;

2. malların istehsal mənşəyinin müəyyənləşdirilməsi;

3.vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi

4. malların keyfiyyət göstəricilərinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi

5. malların [işlərin, xidmətlərin] bazar qiymətlərinin müəyyənləşdirilməsi

A) 1, 2, 3 B) 1, 3, 5 C) 2, 3, 4 D) 2, 4, 5

#411

Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi həmin gün vergi orqanının rəhbərinə və ya onun müavininə bu barədə nə təqdim etməlidir?

A) şifahi məlumat

B) arayış

C) akt

D) yazılı məlumat

#412

Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi nə vaxt vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir?

A) yoxlama başa çatdıqdan sonra

B) həmin gün

C) yoxlamaya başlanıldıqdan 3 gün sonra

D) məlumat verilmir

#413

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]