Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi orqanları öz vəzifələrini hansı orqanlar ilə qarşılıqlı əlaqədə həyata keçirirlər?

A) yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə

B) mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə

C) yalnız maliyyə orqanları ilə

D) ancaq hüquq mühafizə orqanları ilə

#227

Dövlət hakimiyyəti orqanları vergi orqanlarına hansı hallarda kömək etmək və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar?

A) vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olduqda

B) bütün hallarda

C) yalnız məhkəmənin qərarı olduqda

D) belə bir hal nəzərdə tutulmayıb

#228

Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?

A) Vergilər Nazirliyinə

B) Maliyyə Nazirliyinə

C) Dövlət Statistika Komitəsinə

D) Nazirlər Kabinetinə

#229

Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur?

A) pedaqoji

B) elmi

C) məsləhətçi

D) yaradıcılıq

#230

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr hansı meyarlar əsasında verilir?

A) işgüzarlığına, ixtisasına və iş stajına görə

B) yalnız ixtisasına və iş stajına görə

C) yalnız vəzifəsinə və ixtisasına görə

D) vəzifəsinə, ixtisasına və iş stajına görə

#231

Hansı halda vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?

A) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda

B) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olmadıqda

C) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda

D) vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda

#232

Hansı halda vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?

A) vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində [onun fəaliyyətində] maliyyə marağı olduqda

B) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olduqda

C) həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda

D) vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda

#233

Vergi orqanları və onların vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini hansı dövr ərzində qorumağa borcludurlar?

A) yalnız vergi orqanında işlədikləri dövrdə

B) vergi orqanında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra

C) vergi orqanları və onların vəzifəli şəxsləri kommersiya [vergi] sirrini qorumağa borclu deyildirlər

D) yalnız vergi orqanından işdən çıxdıqdan sonra

#234

Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur?

1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən

2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat

3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən

4. vergi ödənişləri üzrə borclar

5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında

A) 2, 4, 5 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 2, 3

#235

Hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) kommersiya sirri hesab olunurmu?

A) hesab olunur

B) hesab olunmur

C) bunu vergi orqanı müəyyənləşdirir

D) bunu hüquqi şəxs müəyyənləşdirir

#236

Kommersiya [vergi] sirri vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər?

A) vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi müstəsna hallarda

B) heç bir halda

C) vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi bütün hallarda

D) qanunla nəzərdə tutulmuş hallarda

#237

Kommersiya [vergi] sirrinin açılmasına aşağıdakılardan hansılar aiddir?

1. vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə bəlli olmuş vergi ödəyicisinin kommersiya[vergi] sirrinin istifadə edilməsi

2. vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə bəlli olmuş vergi ödəyicisinin kommersiya[vergi] sirrinin başqa şəxsə verilməsi

3. vergi yoxlaması zamanı cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya[vergi] sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi

4. vergi yoxlaması zamanı cəlb edilmiş müşahidəçilərə bəlli olmuş vergi ödəyicisinin kommersiya [vergi] sirrinin başqa şəxsə verilməsi

A) 1, 2, 4 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 3

#238

Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hansı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər?

1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə

2. büdcə qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün maliyyə orqanlarına

3. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına

4. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına

A) 1, 2, 4 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 3

239

Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hansı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər?

1 vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına

2. büdcə qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün maliyyə orqanlarına

3. inzibati xətalar və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar müvafiq məhkəmələrə

4. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına

A) 1, 2, 4 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 3

240

Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hansı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər?

1 vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına

2. büdcə qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün maliyyə orqanlarına

3. inzibati xətalar və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar müvafiq məhkəmələrə

4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə maliyyə monitorinqi orqanına

A) 1, 2, 4 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 3

241

Vergi ödəyicisinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə məlumatların maliyyə monitorinqi orqanına verilməsi kommersiya (vergi) sirrinin yayılması sayılırmı?

  1. Sayılır

  2. Sayılmır

  3. yalnız məhkəmənin qərarı olduqda sayılmır

  4. yalnız yuxarı vergi orqanının qərarı olduqda sayılmır

#242

Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri onlara verilən kommersiya [vergi] sirrini təşkil edən məlumatları əks etdirən sənədləri istifadə etdikdən sonra hara təqdim etməlidirlər?

A) həmin sənədlərdə cinayət tərkibi olduğu təqdirdə müvafiq hüquq-mühafizə orqanına

B) həmin sənədləri onlara təqdim etmiş vergi orqanlarına

C) həmin sənədləri özlərində saxlamalıdırlar

D) dövlət arxivinə təhvil verilməlidir

#243

Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər?

A) heç bir halda verilə bilməz

B) bütün hallarda verilə bilər

C) vergi ödəyicisinin yazılı icazəsi ilə

D) vergi orqanının qərarı ilə

#244

Aşağıda göstərilən vəzifələrdən hansılar vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələrinə aiddir?

1. qanunvericiliklə nəzərdə tutulmuş qaydada vergi ödəyicilərinin gəlirlərinin [xərclərinin] uçotunu aparmaq

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına ciddi riayət etmək

3. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək

4. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq

A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 4

Fəsil IV

#245

Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

A) vergi ödəyicilərini məsuliyyətə cəlb etmək

B) vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq

C) vergilərin tam və vaxtında yığılmasını təmin etmək

D) vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək

#246

Vergi nəzarətini hansı dövlət orqanları həyata keçirir?

A) yalnız Vergilər Nazirliyi

B) Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi

C) Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi

D) Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

#247

Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

A) bələdiyyə ərazisindəki vergi orqanı

B) bələdiyyələrin vergi xidməti orqanı

C) bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı

D) bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı

#248

Vergi orqanları vergi nəzarətini hansı formalarda həyata keçirirlər:

1. vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla

2. uçot və hesabat məlumatlarını yoxlamaqla

3. dövlət orqanlarının həyata keçirdikləri nəzarət məlumatlarından istifadə etməklə

4. vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla

5. mənbəyi bəlli olmayan məlumatlardan istifadə etməklə

A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 2, 4 D) 2, 3, 5

#249

Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər harada uçota alınırlar?

A) vergi ödəyicisinin faktiki fəaliyyət yeri üzrə

B) olduqları yer [dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan]üzrə

C) vergi ödəyicisinin istədiyi yer üzrə

D)vergi orqanının müəyyən etdiyi yer üzrə

#250

Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınırlar?

A) Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınırlar

B) uçota alınmırlar

C) istənilən vergi orqanında uçota alınırlar

D) ancaq rezidenti olduğu ölkədə uçota alınırlar

#251

Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınırlar?

A) gəlirin əldə edildiyi yer üzrə uçota alınırlar

B) uçota alınmırlar

C) istənilən vergi orqanında uçota alınırlar

D) yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar

252

Xüsusi notariuslar hansı vergi orqanlarında uçota alınır?

  1. gəlirin əldə edildiyi yer üzrə uçota alınırlar

  2. uçota alınmırlar

  3. fəaliyyət göstərdiyi yer üzrə

  4. yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar

#253

Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları nə zaman vergi uçotuna alınmış hesab olunurlar?

A) qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman onlara vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

B) vergi öhdəliyinin yarandığı andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

C) eyniləşdirmə nömrəsi almaq üçün ərizə verdiyi andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

D) Ədliyyə orqanlarında dövlət qeydiyyatına alındığı andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

#254

Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına nə zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir?

A) ədliyyə orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman

B) vergi orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman

C) vergi öhdəliyi yarandığı zaman

D) həmin şəxslərinə istədiyi vaxt

#255

Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman hansı sənəd [kod] verilir?

A) vergi ödəyicisinə qeydiyyata alınma tarixi göstərilməklə müvafiq arayış verilir

B) vergi ödəyicisinə heç bir sənəd verilmir

C) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir

D) vergi ödəyicisinin statistik kodu verilir

#256

Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyata alınırlar?

A) Maliyyə Nazirliyində

B) Vergilər Nazirliyində

C) Ədliyyə Nazirliyində

D) Dövlət Gömrük Komitəsində

#257

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]