Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergitutma məqsədləri üçün muzdla işləyən şəxs necə adlandırılır?

A) əməkdaş

B) kontraktçı

C) işçi

D) mütəxəssis

#103

Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən “xeyriyyəçilik fəaliyyəti” anlayışına aid deyil?

A) xeyriyyəçilik fəaliyyəti fiziki şəxs və ya xeyriyyə təşkilatı tərəfindən həyata keçirilir

B) xeyriyyəçilik fəaliyyəti zamanı alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa, mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik də qəbul edilir

C) maddi və ya digər köməyə [yardıma] ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək [yardım] göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək [yardım] göstərilir

D) əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud Vergi Məcəlləsində digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətlər göstərilir

#104

Vergitutma məqsədləri üçün aşağıdakılardan hansı xeyriyyəçilik fəaliyyəti sayılır?

A) köməyi [yardımı] alan və köməyi [yardımı] göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa

B) kömək [yardım] hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə

C) kömək [yardım] maddi və ya digər köməyə [yardıma] ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək [yardım] göstərən təşkilatlara göstərilirsə

D) köməyi [yardımı] alan şəxs köməyi [yardımı] göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik [alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa] qəbul edirsə

#105

Xeyriyyə təşkilatı nədir?

A) xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı

B) xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı

C) əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs

D) məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı

#106

Sahibkarlıq fəaliyyətinin əsas məqsədi nədir?

A) şəxsin vətənə xidmət göstərməsi ilə əlaqədar olan fəaliyyətidir

B) şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir

C) şəxsin müstəqil surətdə, digər şəxslərlə müqavilələr bağladığı fəaliyyətdir

D) şəxsin gəlir əldə etməklə bağlı olmayan fəaliyyətidir

#107

Vergitutma məqsədləri üçün büdcə təşkilatını səciyyələndirən başlıca əlamətlər hansılardır?

A) büdcə smetası əsasında fəaliyyətinin tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilməsi, hesablaşma hesabının olmaması və qeyri-kommersiya təşkilatı olması

B) təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olması, gəlir əldə etməsi

C) büdcədənkənar vəsaitlərlə özünü maliyyələşdirməsi, hesablaşma hesabının olması

D) xərclərini öz vəsaiti hesabına maliyyələşdirməsi, gəlir götürmək məqsədinin olması

#108

Vergi Məcəlləsinin məqsədləri üçün müəssisə dedikdə nə nəzərdə tutulur?

1. sahibkarlıq fæaliyyætini hæyata keçiræn væ bu cür fæaliyyæt üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər

2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

3. sahibkarlıq fæaliyyætini hæyata keçiræn væ bu cür fæaliyyæt üçün xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər [korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar], habelə onların filialları və ya daimi nümayəndəlikləri

4. sahibkarlıq fæaliyyætini hæyata keçiræn væ bu cür fæaliyyæt üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri

A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 4

#109

ƏDV-nin depozit hesabı dedikdə nə nəzərdə tutulur?

A) ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabı

B) vergi ödəyicilərinin özlərinin ƏDV ilə bağlı əməliyyatlarının uçotunun aparılması üçün banklarda açdıqları xüsusi depozit hesabı

C) vergi ödəyicilərinin özlərinin vergi öhdəlikləri ilə bağlı əməliyyatlarının uçotunun aparılması üçün banklarda açdıqları xüsusi hesablar

D) digər şəxslərlə aparılan təsərrüfat əməliyyatlarında hesablaşmaların uçotunu aparan hesab

#110

Kommersiya hüquqi şəxsi nədir?

A) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur

B) “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunla bu cür müəyyən edilmiş qurumdur

C) Mülki Prosessual Məcəllə ilə bu cür müəyyən edilmiş qurumdur

D) Azərbaycan Respublikasının Konstitusiyası ilə bu cür müəyyən edilmiş qurumdur

#111

Qeyri-kommersiya hüquqi şəxsi nədir?

A) Mülki Prosessual Məcəllə ilə bu cür müəyyən edilmiş qurumdur

B) “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunla bu cür müəyyən edilmiş qurumdur

C) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur

D) Azərbaycan Respublikasının Konstitusiyası ilə bu cür müəyyən edilmiş qurumdur

#112

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]