Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, müəssisənin [təşkilatın] ləğv edilən filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini kim yerinə yetirməlidir?

A)vergi orqanının müəyyən etdiyi şəxs

B) bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə [təşkilat]

C) müəssisənin [təşkilatın] ləğvetmə komissiyası

D) ləğv edilən filialının və ya digər ayrıca bölməsinin ləğvetmə komissiyası

#672

Hansı halda müəssisənin [təşkilatın] vergi öhdəlikləri üzrə qalan borcu qanuna, Nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin [təşkilatın] öhdəlikləri üçün onun iştirakçıları [təsisçiləri] birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar [təsisçilər] tərəfindən ödənilməlidir?

A) müəssisənin [təşkilatın] yalnız pul vəsaiti onun vergi öhdəliklərinin qismən yerinə yetirilməsi üçün kifayət etdiyi halda

B) müəssisənin [təşkilatın] pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etdiyi halda

C) müəssisənin [təşkilatın] pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda

D) müəssisənin [təşkilatın] vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü yalnız əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etdiyi halda

#673

Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri hansı qaydada yerinə yetirilir?

A) qanunla müəyyən edilmiş növbəlilik qaydasında

B) istənilən qaydada

C) debitor borcları ödənildikdən sonra

D) bu halda vergi öhdəlikləri ləğv olunur

#674

Yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəlikləri kim tərəfindən və hansı qaydada yerinə yetirilir?

A) onun törəmə müəssisələri tərəfindən Vergi Məcəlləsində müəyyən edilmiş qaydada

B) onun hüquqi varisi [hüquqi varisləri] tərəfindən Vergi Məcəlləsində müəyyən edilmiş qaydada

C) heç kim tərəfindən yerinə yetirilmir

D) yenidən təşkil etmə zamanı vergi öhdəlikləri yerinə yetirilmir

#675

Yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməməsinin, yaxud lazımi qaydada yerinə yetirməməsinin yenidən təşkil başa çatanadək hüquqi varisə [hüquqi varislərə] məlum olub-olmamasından asılı olmayaraq yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?

A) onun hüquqi varisi [hüquqi varisləri]

B) onun səlahiyyətli nümayəndəsi

C) onun sponsoru

D) onun debitorları

#676

Hüquqi şəxsin yenidən təşkil edilməsi onun vergi öhdəliklərinin bu hüquqi şəxsin hüquqi varisi [hüquqi varisləri] tərəfindən yerinə yetirilməsi müddətlərini dəyişdirirmi?

A) dəyişdirmir

B) qismən dəyişdirir

C) iki dəfə azaldır

D) iki dəfə artırır

#677

Bir neçə hüquqi şəxs birləşdikdə, onların vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi hansı şəxs sayılır?

A) həmin birləşmə iştirakçısı olan istənilən hüquqi şəxs

B) bu cür birləşmə nəticəsində yaranan hüquqi şəxs

C) bu halda hüquqi varis vergi orqanının qərarı əsasında müəyyən edilir

D) heç kim

#678

Bir hüquqi şəxs digər hüquqi şəxsə birləşdirildikdə, bu halda hüquqi varis hansı şəxs sayılır?

A) vergi orqanının qərarına əsasən bu hüquqi şəxslərdən hər biri hüquqi varis sayıla bilər

B) birləşən hüquqi şəxs vergilərin ödənilməsinə dair öhdəliklərin yerinə yetirilməsi üzrə hüquqi varis sayılır

C) onun birləşdiyi hüquqi şəxs birləşdirilmiş hüquqi şəxsin vergilərinin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi sayılır

D) həmin birləşmə iştirakçısı olan istənilən şəxs hüquqi varis ola bilər

#679

Hüquqi şəxs bölündükdə, bölünmüş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi [varisləri] kimlər sayılırlar?

A) bu halda hüquqi varisi [varisləri] müəyyən etmək mümkün deyildir

B) bu cür bölünmə nəticəsində əmələ gələn hüquqi şəxslərdən bölüşdürücü balansa uyğun olaraq daha az paya malik olan şəxs

C) bu cür bölünmə nəticəsində əmələ gələn hüquqi şəxslərdən bölüşdürücü balansa uyğun olaraq daha çox paya malik olan şəxs

D) bu cür bölünmə nəticəsində əmələ gələn hüquqi şəxslər

#680

Bir neçə hüquqi varis olduqda, onların hər birinin yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməsində iştirak payı hansı sənədlərə əsasən müəyyənləşdirilir?

A) onların nizamnaməsinə uyğun olaraq

B) yalnız bölüşdürücü balansa uyğun olaraq

C) bölüşdürücü balansa və ya digər təhvil aktına uyğun olaraq

D) yalnız digər təhvil aktına uyğun olaraq

#681

Bölüşdürücü balans və ya digər təhvil aktı yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin hər bir hüquqi varisinin payını müəyyənləşdirməyə imkan vermirsə və ya hər hansı hüquqi varis tərəfindən vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi imkanını aradan qaldırırsa, yeni yaranan hüquqi şəxslər yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərini və ya bu öhdəliklərin müvafiq hissəsini yerinə yetirmək üçün hansı qaydada məsuliyyət daşıyırlar?

A) birgə məsuliyyət daşıyırlar

B) heç bir məsuliyyət daşımırlar

C) bu cür bölünmə və ya yenidən təşkil vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə məsuliyyəti istisna edir

D) müstəsna hallarda məsuliyyət daşıya bilərlər

#682

Bir hüquqi şəxs təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi hansı şəxs sayılır?

A) vergi orqanının qərarına əsasən istənilən hüquqi şəxs

B) yeni yaranan hüquqi şəxs

C) bu halda hüquqi varis yaranmır

D) təşkilati-hüquqi formasını dəyişən şəxs

#683

Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs çıxdıqda, hansı şərt daxilində çıxmış hüquqi şəxslərin yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməsi üzrə hüquqi varisliyi yaranmır?

A) bu cür yenidən təşkil hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməməsinə yönəldilmiş olsun

B) heç bir şərt nəzərdə tutulmamışdır

C) bu cür yenidən təşkil hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməməsinə yönəldilməmiş olsun

D) bu cür yenidəntəşkil hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməsinə yönəldilməmiş olsun

#684

Fiziki şəxs vəfat etdikdə onun vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

A) öhdəlik yerinə yetirilmir

B) başqa fiziki şəxslər tərəfindən ödənilir

C) miras qalan əmlakın dəyəri hüdudlarında vərəsələr tərəfindən ödənilir

D) dövlət tərəfindən bağışlanır

#685

Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi [varisləri] hansı qaydada ödəyirlər?

A) həmin fiziki şəxsin vergi öhdəlikləri heç bir halda onun varisləri tərəfindən ödənilə bilməz

B) bir hissəsi miras qalan əmlakın dəyəri hüdudlarında ödənilir, digər hissəsi isə silinir

C) vergi öhdəlikləri silinir

D) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə

#686

Varis [varislər] olmadıqda vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri hansı qaydada yerinə yetirilir?

A) həmin fiziki şəxsin vergi öhdəlikləri silinir [ləğv edilir]

B) bir hissəsi miras qalan əmlakın dəyəri hüdudlarında ödənilir, digər hissəsi isə silinir

C) Vergi Məcəlləsində bu hal nəzərdə tutulmamışdır

D) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə

#687

Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayılan fiziki şəxsin vergi öhdəlikləri kim tərəfindən və hansı qaydada ödənilir?

A) həmin şəxsin əmlak sərəncamçısı kimi səlahiyyətləndirilən şəxs tərəfindən özünün əmlakının dəyəri hüdudlarında

B) itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin əmlak sərəncamçısı kimi səlahiyyətləndirilən şəxs tərəfindən həmin əmlakın hesabına

C) itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin ailə üzvləri tərəfindən onun əmlakı hesabına

D) həmin fiziki şəxsin vergi öhdəlikləri silinir [ləğv edilir]

#688

Qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınan fiziki şəxsin əmlakı onun vergi öhdəliklərini ödəmək üçün kifayət deyilsə, vergilərin əmlakın çatışmaması ilə əlaqədar ödənilməyən hissəsi hansı qaydada ödənilir?

A) itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin varis [varisləri] tərəfindən onların öz vəsaitləri hesabına ödənilir

B) itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin əmlak sərəncamçısı kimi səlahiyyətləndirilən şəxs tərəfindən onun öz vəsaiti hesabına ödənilir

C) itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsin ailə üzvləri tərəfindən ödənilir

D) müəyyən edilmiş qaydada ümidsiz borc kimi silinir

#689

Fiziki şəxsin itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş kimi tanınmasının ləğv olunmasına dair məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edildikdə, onun əvvəllər silinmiş vergi öhdəlikləri ilə bağlı hansı tədbir görülür?

A) əvvəllər silinmiş vergi öhdəlikləri bərpa edilir

B) əvvəllər silinmiş vergi öhdəlikləri onun gəlirinə aid edilir

C) onun gəlirdən çıxılan xərclərinə aid edilir

D) müəyyən edilmiş qaydada ümidsiz borc kimi silinir

#690

Fiziki şəxsin itkin düşməsi barədə məhkəmənin qərarı ləğv edildikdən sonra itkin düşmənin ləğv olunduğuna dair qərar qəbul edildiyi vaxtadək olan dövr üçün faizlər və maliyyə sanksiyaları hansı qaydada hesablanır?

A) faizlər hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir

B) hesablanmış məbləğlərin 50 faizi həcmində

C) faizlər və maliyyə sanksiyaları tam məbləğdə hesablanır

D) yalnız faiz hesablanır

#691

Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövri üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır?

1. vergi bazasını

2. verginin elastikliyini

3. verginin miqyasını

4. vergi dərəcəsini

5. vergi güzəştlərini

A) 2, 3, 4 B) 1, 4, 5 C) 3, 4, 5 D) 2, 3, 5

#692

Hansı hallarda ödənilməli olan vergi məbləğini hesablamaq vəzifəsi vergi agentinə həvalə edilə bilər?

A) yalnız işçilərə əmək haqqı və ona bərabər tutulan digər ödənişlər aparıldıqda

B) heç bir halda

C) Vergi Məcəlləsində müəyyən edilən bütün hallarda

D) yalnız qeyri-rezidentə işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ödənişlər aparıldıqda

#693

Müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği kim tərəfindən ödənilir [köçürülür]?

A) yalnız vergi agenti tərəfindən

B) istənilən şəxs tərəfindən

C) yalnız vergi ödəyicisi tərəfindən

D) vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən

#694

Vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması dedikdə aşağıdakı hansı hallar başa düşülür?

1. konkret hesabat dövri üçün ödənilməli olan vergi məbləğinin vergi ödəyicisi tərəfindən hesablanması

2. konkret hesabat dövri üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi

3. hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi

4. hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda yenidən hesablanması

A) 2, 3 B) 1, 4 C) 3, 4 D) 1, 2

#695

Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergiləri hesablamaq hüququ yoxdur?

A) ödəmələr haqqında məlumata əsasən

B) vergi yoxlaması materiallarına əsasən

C) vergi bəyannamələrində olan məlumata əsasən

D) mənbəyi bəlli olmayan hər hansı məlumata əsasən

#696

Vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı hansı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır?

1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata

2. vergi yoxlaması materiallarına

3. vergi ödəyicisi ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin qeyri-rəsmi məlumatlarına

4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara

5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumata

A) 1, 2, 4 B) 1, 4, 5 C) 3, 4, 5 D) 2, 3, 5

#697

Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövri qurtardıqdan sonra neçə il ərzində yenidən hesablamaq hüququ vardır?

A) 1 il ərzində

B) 3 il ərzində

C) 5 il ərzində

D) 10 il ərzində

#698

Aşağıda göstərilən hansı hallarda vergi orqanı qanunvericiliyə uyğun olaraq vergiləri hesablayır və sonra verginin hesablanmasına dair bildirişi 5 gün müddətində vergi ödəyicisinə göndərir?

1. verginin vergi bəyannaməsini verməmək şərti ilə ödənilməsində səhv olunduğu müəyyən edildiyi hallarda

2. istənilən halda

3. verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində səhv olunduğu müəyyən edildiyi hallarda

4. əvvəllər verginin hesablanmasında səhv olunduğu müəyyən edildiyi hallarda

A) 2, 3 B) 1, 4 C) 3, 4 D) 1, 2

#699

Vergilərin hesablanmasına dair bildiriş hansı müddətdə vergi ödəyicisinə göndərilir?

A) 3 gün müddətində

B) 5 gün müddətində

C) 10 gün müddətində

D) hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq

#700

Verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi …

A) bu cür verginin hesablanması və onun ödənilməsinə dair razılıqdır

B) bu cür verginin hesablanması və onun ödənilməsinə dair tələbnamədir

C) bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir

D) bu cür verginin yalnız hesablanmasına dair bildirişdir

#701

Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, vergi orqanı tərəfindən verginin hesablanması kimin qərarı əsasında həyata keçirilir?

A) hesablamanı həyata keçirən vergi orqanının

B) yuxarı vergi orqanının

C) məhkəmənin

D) qərar çıxarılmadan hesablama həyata keçirilir

#702

Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, vergi orqanının vergini hansı müddətdə hesablamaq hüququ vardır?

A) bir ilədək olan müddətdə

B) verginin ödənildiyi tarixədək

C) vergi orqanının müəyyən etdiyi tarixədək

D) vergi ödəyicisinin müəyyən etdiyi müddətədək

#703

Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumata əsasən verginin hesablanması barədə vergi orqanının qərarından aşağıdakı əsaslardan hansı olduqda, vergi ödəyicisinin məhkəməyə müraciət etmək hüququ vardır?

A) vergi ödəyicisi öz fəaliyyətini müvəqqəti olaraq dayandırdıqda

B) vergi ödəyicisinin verginin ödənilməsi üçün kifayət qədər vəsaiti olmadıqda

C) vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğu zaman

D) vergi ödəyicisi öz səhvini boynuna aldıqda

#704

Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumata əsasən verginin hesablanması barədə vergi orqanının qərarından aşağıdakı əsaslardan hansı olduqda, vergi ödəyicisi məhkəməyə müraciət edə bilər?

A) vergi ödəyicisi öz fəaliyyətini müvəqqəti olaraq dayandırdıqda

B) vergi ödəyicisinin verginin ödənilməsi üçün vəsaiti olmadıqda

C) verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığı zaman

D) vergi ödəyicisi başqa fəaliyyət növü ilə məşğul olduqda

#705

Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) hansı orqan tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır?

A)Vergilər Nazirliyi

B) Maliyyə Nazirliyi

C) Nazirlər Kabineti

D) yoxlama aparan vergi orqanı

#706

Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilmir?

A) vergi ödəyicisinin adı və ya obyektin adı

B) verginin ödənildiyi yer və üsul

C) verginin ödənilmə müddətləri

D) tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği

#707

Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilmir?

A) verginin hesablanmasına əsas olmuş hallar

B) verginin ödənildiyi yer və üsul

C) şikayət etmə qaydası

D) verginin hesablanmasını aparan vəzifəli şəxsin adı

#708

Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?

A) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada

B) Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada

C) Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada

D) Vergi ödəyicisinin xahişinə əsasən

#709

Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?

A) müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir

B) müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir

C) inzibati qaydada cərimə edilir

D) əmlakı siyahıya alınır

#710

Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış [yenidən hesablanmış] məbləğini neçə il ərzində tutmaq hüququna malikdirlər?

A) 1 il

B) müddət müəyyən olunmayıb

C) 3 il

D) 5 il

#711

Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?

A) 1 il

B) müddət müəyyən olunmayıb

C) 3 il

D) 5 il

#712

Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?

A) 1 il

B) müddət müəyyən olunmayıb

C) 3 il

D) 5 il

#713

Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri hansı halda müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər?

A) vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyi ilə bağlı cinayət işi qaldırıldıqda

B) təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə

C) vergi öhdəliyin yerinə yetirilməsi müddəti dəyişdirilmir

D) istənilən halda

#714

Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilməsi üçün vergi ödəyicisi müvafiq dövlət orqanlarından alınmış aşağıdakı hansı sənədləri təqdim etməlidir?

1. vergi ödəyicisinin ödəniş qabiliyyətli olmaması barədə akt

2. hadisənin baş verməsi nəticəsində əldə edilməyən gəlirlər [buraxılmış fayda] barədə arayış

3. hadisənin baş verməsi barədə arayış

4. hadisə nəticəsində dəymiş zərərin məbləği barədə arayış

A) 2, 3 B) 1, 4 C) 3, 4 D) 1, 2

#715

Vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti hansı hallarda dəyişdirilə bilər?

A) vergi öhdəliyin yerinə yetirilməsi müddəti dəyişdirilmir

B) vergi ödəyicisinin xahişi olduqda

C) vergini birdəfəyə ödədiyi təqdirdə iflasa uğramaq təhlükəsi olduqda

D) vergi ödəyicisi barədə cinayət işi qaldırıldıqda

#716

Verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilməsi üçün vergi ödəyicisi aşağıdakı hansı sənədləri təqdim etməlidir?

1. müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı barədə arayış

2. debitorların və kreditorların adı barədə arayış

3. vergi ödəyicisinin xüsusi kapitalı və borc vəsaitləri barədə arayış

4. əvvəlki ilə əldə edilmiş mənfəətin [zərərin] məbləği barədə arayış

5. VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayış

A) 2, 3, 4 B) 1, 4, 5 C) 3, 4, 5 D) 1, 2, 5

#717

Vergilərin ödənilmə müddətinin dəyişdirilməsi nəticəsində yeni vergi öhdəliyi yaranırmı?

A) yeni vergi öhdəliyi yaranmır

B) vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırırsa yeni vergi öhdəliyi yaranır

C) vergi ödəyicisi ləğv edilirsə yeni vergi öhdəliyi yaranır

D) yuxarı vergi orqanının göstərişi olarsa yeni vergi öhdəliyi yaranır

#718

Hansı hallarda vergi öhdəliyinin yerinə yetirilmə müddəti dəyişdirilə bilməz?

A) vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyi ilə bağlı cinayət işi qaldırıldıqda

B) təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə

C) vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda

D) vergi ödəyicisinin xahişi olduqda

#719

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi nəyi vergi orqanına göndərir?

A) vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girov və ya zəmanət barədə məlumatları

B) yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini

C) vergitutma obyektləri barədə məlumatları özündə əks etdirən müraciəti

D) vergi potensialı barədə məlumatları

#720

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına nə vaxt təqdim etməlidir?

A) vergi öhdəliyinin yerinə yetirilməsi üçün vəsaiti olmadıqda

B) müddət müəyyən olunmayıb

C) ilin əvvəlindən təqdim olunmalıdır

D) ödəmə müddətinədək təqdim olunmalıdır

#721

Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir?

A) 10 gün

B) müddət müəyyən olunmayıb

C) 15 gün

D) 30 gün

#722

Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər?

A) 1 aydan 9 ayadək

B) 1 aydan 6 ayadək

C) 1 aydan 3 ayadək

D) 1 aydan 1 ilədək

#723

Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?

A) faizlər hesablanmır

B) 0,01 faiz dərəcəsi ilə hesablanır

C) 3 ayadək olan dövrədək hesablanmır

D) 6 ayadək olan dövrədək hesablanmır

#724

Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəymiş olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

A) faiz hesablanmır

B) 0,01 faiz dərəcəsi ilə

C) 0,05 faiz dərəcəsi ilə

D) 0,1 faiz dərəcəsi ilə

#725

Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?

A) faiz hesablanmır

B) 0,01 faiz dərəcəsi ilə

C) 0,05 faiz dərəcəsi ilə

D) 0,1 faiz dərəcəsi ilə

#726

Vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarında aşağıda göstərilən məlumatlardan hansılar göstərilməlidir?

1. vergi üzrə borcun məbləği

2. nizamnamə kapitalı barədə qeydlər

3. əlavə vergi güzəştlərinin verilməsi barədə qeydlər

4. ödənilmə müddəti uzadılan verginin növü [növləri], ödənilmənin müddəti və qaydası

5. girov və ya zəmanət haqqında qeydlər

A) 2, 3, 4 B) 1, 4, 5 C) 3, 4, 5 D) 1, 2, 5

#727

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərar hansı vaxtdan qüvvəyə minir?

A) qərarın vergi ödəyicisinə rəsmi təqdim edildiyi müddətdən

B) bu qərarın vergi ödəyicisinə verilmə tarixini təsdiq edən üsulla təqdim edildiyi müddətdən

C) bu qərarda müəyyən edilmiş müddətdən

D) bu qərarın imzalandığı tarixdən

#728

Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilməsi zamanı tərtib olunan girov müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini ləğv edirmi?

A) bütün hallarda ləğv edir

B) müstəsna hallarda ləğv edə bilər

C) müstəsna hallarda ləğv etmir

D) ləğv etmir

#729

Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilməsi zamanı tərtib olunan girov müqaviləsinin qeydiyyatı ilə bağlı xərclər kim tərəfindən ödənilir?

A) vergi ödəyicisi tərəfindən

B) vergi orqanı tərəfindən

C) dövlət büdcəsinin vəsaiti hesabına

D) bu qeydiyyat ödənişsiz aparılır

#730

Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verildiyi halları göstərin:

1. vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə

2. vergi ödəyicisinin pul vəsaiti olmadıqda

3. vergi ödəyicisi barədə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda

4. vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə

5. vergi orqanının təşəbbüsü ilə istənilən halda

A) 1, 2, 4 B) 1, 3, 4 C) 2, 3, 4 D) 1, 3, 5

#731

Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə hansı hallarda vaxtından əvvəl xitam verilir?

A) vergi ödəyicisinin xahişi daxil olduqda

B) vaxtından əvvəl xitam verilmir

C) vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə

D) vergi orqanının öz təşəbbüsü olduqda

#732

Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar vermiş vergi orqanı neçə gün müddətində vergi ödəyicisinə bu barədə məlumat verməlidir?

A) 15 gün

B) müddət müəyyən olunmayıb

C)5 gün

D)10 gün

#733

Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında qərarı vergi ödəyicisi aldığı tarixdən neçə gün müddətində borc məbləğini və ödəmə gününə qədər həmin məbləğə qanunvericiliyə uyğun olaraq hesablanmış faizləri büdcəyə ödəməlidir?

A) 10 gün

B) 30 gün

C) 15 gün

D) rübün sonunadək

#734

Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə hansı icra orqanına məlumat verir?

A) Nazirlər Kabinetinə

B) İqtisadi İnkişaf Nazirliyinə

C) Maliyyə Nazirliyinə

D) Dövlət Gömrük Komitəsinə

#735

Vergi hansı yerlərdə ödənilir?

1. bildirişdə göstərilən yerdə;

2. vergi ödəyicisinin uçotda olduğu yer üzrə;

3. vergi ödəyicisinin hesablaşma hesabı olduğu yerdə

4. vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə

5. vergi ödəyicisinin istədiyi yerdə

A) 1, 3, 5 B) 1, 2, 4 C) 2, 3, 5 D) 2, 3, 4

#736

Vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri hansı yerdə ödəyirlər?

A) özlərinin uçotda olduqları yer üzrə

B) vergi ödəyicisinin uçotda olduğu yer üzrə

C) vergi orqanının olduğu yer üzrə

D) istənilən yerdə, ancaq büdcə hesabına

#737

Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər:

A) digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir

B) artıq ödənilmiş məbləğlər vergi ödəyicisinə qaytarılmır

C) vergi ödəyicisinin müraciəti əsasında dərhal ona qaytarılır

D) vergi ödəyicisinin müraciəti əsasında başqa vergi ödəyicilərinin borclarının ödənilməsi hesabına aid edilir

#738

Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra qalan hissəsi hara aid edilir?

A) vergi ödəyicisinin razılığı ilə digər vergi ödəyicisinin borcları üzrə ödəmələrin hesabına aid edilir

B) vergi ödəyicisinin razılığı ilə sosial müdafiə fonduna olan öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir

C) vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir

D) vergi ödəyicisinin xahişi ilə müvəqqəti olaraq vergi ödəyicisinin mal satanlara olan borcları hesabına aid edilir

#739

Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona hansı sənədlər verilir [göndərilir]?

A) şəxsi vərəqədən çıxarış verilir, habelə ayda bir dəfə ay başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir.

B) rübdə bir dəfə rüb başa çatdıqdan sonra 30 gün ərzində ona bildiriş göndərilir

C) yalnız şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir

D) şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir

#740

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilirmi?

A) şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir

B) yalnız şəxsi vərəqədən çıxarış verilir

C) verilmir

D) yalnız üzləşmə aktı verilir

#741

Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra artıq ödənilmiş qalan məbləğlər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən neçə gün ərzində vergi ödəyicisinə qaytarılır?

A) 15 gün

B) 45 gün

C) 60 gün

D) 30 gün

#742

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

A) Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla

B) Nazirlər Kabineti

C) Vergilər Nazirliyi

D) Maliyyə Nazirliyi

#743

Vergilər üzrə yaranmış borc aşağıdakı hansı sıra qaydası ilə ödənilir?

A) hesablanmış faizlərin məbləği, yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği, tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği

B) tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği, hesablanmış faizlərin məbləği, yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği

C) yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği, hesablanmış faizlərin məbləği, tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği

D) hesablanmış faizlərin məbləği, tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği, yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği

#744

Vergilər üzrə borclar ödənilərkən hesablanmış faizlər neçənci növbədə ödənilir?

A) 1-ci

B) 2-ci

C) 3-cü

D) 4-cü

#745

Vergilər üzrə borclar ödənilərkən tətbiq edilmiş maliyyə sanksiyaları neçənci növbədə ödənilir?

A) 1-ci

B) 2-ci

C) 3-cü

D) 4-cü

#746

Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən sonra yerinə yetirmədikdə, bu öhdəliyin yerinə yetirilməsinin üsulu kimi nə tətbiq edilməlidir?

A) vergi ödəyicisinin fəaliyyətinin dayandırılması

B) vergi ödəyicisinin VÖEN-nin ləğv edilməsi

C) vergi ödəyicisinin əmlakının siyahıya alınması

D) vergi ödəyicisinin bank hesabının bağlanması

#747

Vergi ödəyicisi vergi öhdəliyini qanunvericiliklə müəyyən olunmuş müddətdən sonra hansı müddətdə yerinə yetirmədikdə onun əmlakı siyahıya alına bilər?

A) 1 ay ərzində

B) 2 ay ərzində

C) 3 ay ərzində

D) müddət müəyyənləşdirilməmişdir

#748

Əmlakın siyahıya alınması dedikdə, nə başa düşülür?

A) vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sahiblik hüququna malik olmur, həmin əmlaka sərəncam vermək və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir

B) vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə yalnız sahiblik və ondan istifadə edilməsi hüququna malik olur

C) vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

D) vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış həmin əmlakdan yalnız istifadə edilməsi hüququna malik olur

#749

Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan nəyi tələb edə bilər?

A) vergi ödəyicisinin fəaliyyətinin dayandırılmasını

B) vergi ödəyicisinin VÖEN-nin ləğv edilməsini

C) vergi öhdəliyinin dərhal yerinə yetirilməsini [ödənilməsini]

D) vergi ödəyicisinin bank hesabının bağlanmasını

#750

Məlumdur ki, vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Bu halda da vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinə münasibətdə hansı tədbiri görə bilər?

A) onu malik olduğu əmlakdan istifadə hüququndan məhrum edə bilər

B) onu əmlaka sahiblik hüququndan məhrum etmək üçün məhkəməyə müraciət edə bilər

C) onun bank hesablarını bağlaya bilər

D) onun əmlakının siyahıya alınmasını həyata keçirə bilər

#751

Təxirəsalınmaz hallar istisna olunmaqla, günün hansı vaxtı əmlakın siyahıya alınmasına yol verilmir?

A) gecə vaxtı [axşam saat 18.00-dan səhər saat 24.00-a qədər]

B) gecə vaxtı [axşam saat 20.00-dan səhər saat 8.00-a qədər]

C) gecə vaxtı [axşam saat 24.00-dan səhər saat 8.00-a qədər]

D) axşam saat 21.00-dan səhər saat 9.00-a qədər]

#752

Vergi ödəyicisi olan hüquqi şəxsin hansı əmlakı siyahıya alına bilər?

A) bütün əmlakı

B) mövcud qanunvericiliyə əsasən tələb yönəldilə bilməyən əmlakdan başqa digər əmlakı

C) hüquqi şəxsin rəhbərinin göstərdiyi əmlaklar

D) hüquqi şəxs etiraz etdikdə əmlak siyahıya alınmır

#753

Vergi ödəyicisi olan fiziki şəxsin hansı əmlakı siyahıya alına bilər?

A) fiziki şəxsin göstərdiyi əmlaklar

B) bütün əmlakı

C) mövcud qanunvericiliyə əsasən tələb yönəldilə bilməyən əmlakdan başqa digər əmlakı

D) fiziki şəxs etiraz etdikdə əmlak siyahıya alınmır

#754

Vergi ödəyicisinin hansı miqdarda əmlakı siyahıya alınır?

A) vergi borcunun və əmlakın satışı üzrə xərclərin ödənilməsinə kifayət olan, satış üçün yararlı və əmtəə xassəsini itirməmiş əmlakı miqdarında

B) vergi ödəyicisinin bütün əmlakı

C) vergi ödəyicisinin göstərdiyi miqdarda olan əmlakı

D) satış üçün yararlı və əmtəə xassəsini itirməmiş bütün əmlakı miqdarında

#755

Vergi ödəyicisinin hansı həcmdə və keyfiyyətdə əmlakı siyahıya alına bilər?

A) borcun məbləğindən asılı olmayaraq vergi ödəyicisinin bütün əmlakı

B) yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün lazım olan həcmdə əmlak

C) yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak

D) yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak

#756

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı hazır məhsullar neçənci növbədə siyahıya alınır?

A) 1-ci

B) 2-ci

C) 3-cü

D) 4-cü

#757

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı istehsalda bilavasitə iştirak edən əsas vəsaitlər neçənci növbədə siyahıya alınır?

A) 1-ci

B) 2-ci

C) 3-cü

D) 4-cü

#758

İkinci növbədə hansı əmlaklar siyahıya alınır?

A) bilavasitə məhsulların [malların] istehsalında iştirak etməyən əmlak [qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair]

B) hazır məhsullar [mallar], habelə istehsalda iştirak etməyən və [və yA) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər

C) istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər

D) inventarizasiya aparılmaqla digər əmlak

#759

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı nağd pul vəsaitləri neçənci növbədə siyahıya alınır?

A) 1-ci

B) 2-ci

C) 3-cü

D) 4-cü

#760

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı qeyri-istehsal binaları neçənci növbədə siyahıya alınır?

A) 1-ci

B) 2-ci

C) 3-cü

D) 4-cü

#761

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar neçənci növbədə siyahıya alınır?

A) 1-ci

B) 2-ci

C) 3-cü

D) 4-cü

#762

Əmlakın siyahıya alınması haqqında qərarda hansı məlumatlar göstərilməlidir?

A) vergi ödəyicisinin adı və əmlakının miqdarı

B) vergi ödəyicisinin adı və əsas vəsaitlərinin miqdarı

C) vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan

D) müşahidəçilərin adı və əmlakın yerləşdiyi yer

#763

Əmlakın siyahıya alınması kimlərin iştirakı ilə həyata keçirilir?

A) vergi orqanı tərəfindən yalnız vergi ödəyicisinin iştirakı ilə

B) vergi orqanı tərəfindən yalnız müşahidəçilərin iştirakı ilə

C) vergi orqanı tərəfindən vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə

D) yalnız müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə

#764

Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin [onun qanuni və [və ya] səlahiyyətli nümayəndəsinin] əmlakın siyahıya alınması prosesində iştirak etməsini qadağan edə bilərmi?

A) bütün hallarda qadağan edə bilər

B) müstəsna hallarda qadağan edə bilər

C) icazə verməyə səlahiyyətli deyildir

D) icazə verməməyə səlahiyyətli deyildir

#765

Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə [onun nümayəndəsinə] hansı məsələlər izah edilməlidir?

A) onların hüquq və vəzifələri

B) əmlakın siyahıya alınması qaydası

C) vergi orqanlarının hüquq və vəzifələri

D) vergi orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri

#766

Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinə [onun nümayəndəsinə] hansı sənədləri təqdim etməlidirlər?

A) siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını, özlərinin səlahiyyətlərini və şəxsiyyətini təsdiq edən sənədləri

B) yalnız siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını

C) siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin səlahiyyətlərini təsdiq edən sənədi

D) yalnız özlərinin səlahiyyətlərini təsdiq edən sənədi

#767

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən hansı sənədlər tərtib olunur?

A) əmlakın siyahıya alınması haqqında akt və əmlakın siyahısı

B) əmlakın siyahıya alınması haqqında protokol və əmlakın siyahısı

C) əmlakın siyahıya alınması haqqında protokol və əmlakın mövcud vəziyyəti barədə akt

D) əmlakın siyahıya alınması haqqında protokol, əmlakın siyahısı və onun yararlılıq dərəcəsi barədə arayış

#768

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən tərtib edilən əmlak siyahısında aşağıdakı hansı göstəricilər göstərilməklə əmlak tam təsvir edilir?

1. əmlakın mənşə ölkəsi

2. əmlakın dəqiq adı, sayı

3. əmlakın fərdi əlamətləri, mümkün olduqda qiymətləri

4. əmlakın istismara buraxıldığı il və aşınma dərəcəsi

A) 1, 2 B) 2, 4 C) 2, 3 D) 1, 4

#769

Vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı siyahıya alınan bütün əmlak baxış üçün hansı şəxslərə təqdim edilir?

A) müşahidəçilərə və vergi orqanının siyahıya alınmada iştirak edən vəzifəli şəxslərinə

B) vergi orqanının siyahıya alınmada iştirak edən vəzifəli şəxslərinə və vergi ödəyicisinə [onun nümayəndəsinə]

C) yalnız müşahidəçilərə

D) müşahidəçilərə və vergi ödəyicisinə [onun nümayəndəsinə]

#770

Vergi ödəyicisinin Vergi Məcəlləsinin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayıla bilərmi?

A) bütün hallarda etibarsız sayılır

B) etibarsız sayıla bilməz

C) müstəsna hallarda etibarsız sayılır

D vergi orqanının müəyyənləşdirdiyi hallarda etibarsız sayıla bilər

#771

Əmlakın siyahıya alınması haqqında olan qərar hansı hallarda öz qüvvəsini itirir?

A) əmlakın siyahıya alınmasına vergi ödəyicisi etiraz etdikdə

B) vergi öhdəliyinin yerinə yetirildiyi andan

C) əmlakın siyahıya alınmasının üstündən 2 ay keçdikdə

D) qərar heç vaxt qüvvəsini itirmir

#772

Aksiz markaları ilə markalanmalı olan aksizli malların [içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının] həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satışı və ya saxlanılması aşkar edildikdə, bu hansı qaydada sənədləşdirilir?

A) yalnız aksizli malların ümumi miqdarı müəyyən edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir

B) aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların miqdarı müəyyən edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir.

C) aksizli malların ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların miqdarı müəyyən edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir.

D) aksizli malların ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların miqdarı müəyyən edilmiş formaya uyğun olan protokolla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, protokol vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir

#773

Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların [içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının] Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun olan tərtib edilmiş siyahısında aşağıdakı hansı məlumatlar əks etdirilir?

1. aşkar edilmiş aksizli malların istehsal tarixi, yararlılıq vəziyyəti

2. aksizli malların adı, fərqləndirici əlamətləri, mənşə mənbəyi, alış və satış qiymətləri

3. vergi orqanının adı, siyahıya almanı həyata keçirən vəzifəli şəxslərin adı, soyadı və atasının adı

4. siyahıya almanın həyata keçirildiyi tarix və yer

5. vergi ödəyicisi və onun nümayəndəsi haqqında məlumat, müşahidəçilər və dəvət olunmuş mütəxəssislər haqqında məlumatlar

A) 1, 2, 3 B) 1, 4, 5 C) 1, 2, 3, 4 D) 2, 3, 4, 5

#774

Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların [içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının] mənşə mənbəyi, alış və satış qiymətləri hansı sənədlər əsasında müəyyənləşdirilir?

1. ilkin sənədlərlə

2. vergi orqanının vəzifəli şəxslərinin araşdırmaları əsasında

3. istehsalçı müəssisədə, yaxud şəxsdən alınan rəsmi məlumat əsasında

4. vəzifəli şəxsdən [vəzifəli şəxs olmadıqda satıcıdan] alınmış izahatla

A) 1, 4 B) 2, 3 C) 1, 2 D) 2, 4

#775

Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınmasını həyata keçirən vergi orqanının nümayəndəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində göstərilən inzibati xətalara yol vermiş vəzifəli şəxs [şəxslər] barəsində hansı sənədi tərtib edir?

A) akt

B) protokol

C) tələbnamə

D) bildiriş

#776

Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınmasını həyata keçirən vergi orqanının nümayəndəsi vergi ödəyicisinin [onun qanuni və [və ya] səlahiyyətli nümayəndəsinin] əmlakın siyahıya alınması prosesində iştirak etməsini qadağan edə bilərmi?

A) icazə verməməyə səlahiyyətli deyildir

B) müstəsna hallarda qadağan edə bilər

C) icazə verməyə səlahiyyətli deyildir

D) bütün hallarda qadağan edə bilər

#777

Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması prosesində vergi orqanının nümayəndəsi tərəfindən vergi ödəyicisinə və ya onun nümayəndəsinə hansı məsələlər izah edilməlidir?

A) əmlakın siyahıya alınması qaydası

B) onların hüquq və vəzifələri

C) vergi orqanlarının hüquq və vəzifələri

D) vergi orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri

#778

Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?

A) istənilər yerdə

B) yalnız vergi ödəyicisində

C) vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə

D) yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə

#779

Vergi ödəyicisi siyahıya alınmış malların məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, aşağıda göstərilən hansı şəxslərin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq üçün götürülür?

1. vergi orqanının vəzifəli şəxslərinin [şəxsinin]

2. iki müşahidəçinin

3. obyektin məsul şəxsinin

4. başqa vergi ödəyicilərinin

A) 1, 2, 4 B) 2, 3, 4 C) 1, 3,4 D) 1, 2, 3

#780

Hansı hallarda siyahıya alınmış mallar vergi orqanının vəzifəli şəxslərinin [şəxsinin], vergi ödəyicisinin [və ya onun nümayəndəsinin], iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq üçün götürülür?

1. vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda

2. vergi ödəyicisi siyahıya alınmış malların məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə

3. vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda

4. yuxarı vergi orqanının müəyyən etdiyi müstəsna hallarda

A) 2, 3 B) 2, 4 C) 1, 3 D) 1, 4

#781

Malların obyektdən götürülməsi haqqında protokolda aşağıdakı hansı məlumatlar göstərilir?

1.protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, protokolun tərtib edildiyi tarix və yer

2. götürülən malların mənşə ölkəsi barədə məlumat

3. malları götürülən şəxs barədə və götürülən malların siyahısı və miqdarı barədə məlumat

4. protokolun tərtibində iştirak edən müşahidəçilər barədə məlumat

5. götürülən malların yararlıq vəziyyəti

A) 2, 3, 4 B) 1, 3, 4 C) 1, 3, 5 D) 1, 4, 5

#782

Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış mallarla bağlı hansı hərəkətlərə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır?

1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində mallar məhv olunduqda

2. özgəninkiləşdirdikdə

3. israf etdikdə

4. 1-ci və 3-cü bəndlərdə göstərilən hallar eyni zamanda baş verdikdə da

5.gizlədildikdə və ya dəyişdirildikdə

A) 2, 3, 4 B) 1, 3, 4 C) 2, 3, 5 D) 1, 4, 5

#783

Qızıldan, gümüşdən, platindən və platin qrupundan olan materiallardan, qiymətli daşlardan və mirvaridən hazırlanmış zərgərlik məmulatları siyahıya alınarkən məsul saxlanması üçün vergi ödəyicisinə [onun qanuni və [və ya] səlahiyyətli nümayəndəsinə] və ya vergi orqanının müəyyən etdiyi digər şəxsə hansı qaydada təhvil verilir?

A) qablaşdırılır və möhürlənir

B) ümumi məbləği hesablanır

C) hər bir məmulat ayrılıqda çəkilir

D) ümumi sayı və dəyəri göstərilir

#784

Qızıldan, gümüşdən, platindən və platin qrupundan olan materiallardan, qiymətli daşlardan və mirvaridən hazırlanmış zərgərlik məmulatları siyahıya alınarkən məsul saxlanması üçün kimə təhvil verilir?

A) vergi ödəyicisinə [onun qanuni və [və ya] səlahiyyətli nümayəndəsinə] və ya vergi orqanının müəyyən etdiyi digər şəxsə təhvil verilir

B) yalnız vergi ödəyicisinə [onun qanuni və [və ya] səlahiyyətli nümayəndəsinə] təhvil verilir 

C) yalnız vergi orqanının müəyyən etdiyi digər şəxsə təhvil verilir

D) vergi orqanının müəyyən etdiyi bank idarəsinə təhvil verilir

#785

Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonrakı neçə gündən gec olmayaraq müvafiq büdcə hesabına depozitə qoyulur?

A) sonrakı gündən gec olmayaraq

B) 3 gündən gec olmayaraq

C) 5 gündən gec olmayaraq

D) 10 gündən gec olmayaraq

#786

Əmlak siyahıya alındıqdan sonra hansı hallarda siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəməyə müraciət olunur?

A) vergi öhdəliyi yerinə yetirildikdə

B) 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə

C) 90 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə

D) vergi ödəyicisinin müraciəti əsasında

#787

Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı nə etməlidir?

A) vergi ödəyicisinin fəaliyyətini dayandırmalıdır

B) vergi ödəyicisinin əmlakını birbaşa açıq hərraca çıxarmalıdır

C) vergi ödəyicisinin əmlakının açıq hərracda satılması barədə məhkəməyə müraciət etməlidir

D) siyahıya alınmış əmlakı dövlət mülkiyyətinə keçirmək üçün müsadirə etməlidir

#788

Hansı hallarda vergi orqanı siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün dərhal məhkəməyə müraciət edir?

A) vergi öhdəliyi yerinə yetirildikdə

B) istənilən halda

C) heç vaxt dərhal məhkəməyə müraciət edilmir

D) siyahıya alınmış əmlakın yararlılıq müddəti 30 gün müddətində başa çatırsa

#789

Siyahıya alınmış əmlakın yararlılıq müddəti 30 gündən tez bitirsə, vergi orqanı nə etməlidir?

A) əmlakı dərhal satışa çıxarmalı

B) əmlakı siyahıdan çıxarmalı

C) əmlakın açıq hərracda satılması barədə dərhal məhkəməyə müraciət etməli

D) əmlakın yararlılıq müddətinin uzadılması barədə tədbirlər görməli

#790

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə müraciətinə məhkəmə hansı qanunvericilik aktına uyğun olaraq baxır?

A) Mülki Məcəlləyə

B) Cinayət-Prosessual Məcəlləsinə

C) Mülki-Prosessual Məcəlləyə

D) Vergi Məcəlləsinə

#791

Vergi ödəyicisinin vergi borclarına hansı halda faizin hesablanması dayandırılır?

A) faiz hesablanması dayandırılmır

B) siyahıya almadan sonra vergi ödəyicisi xahiş etdikdə faiz hesablanması dayandırılır

C) siyahıya alınmış əmlakın hərracda satılması barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin olunmuş borca faiz hesablanması dayandırılır

D) məhkəmə qətnaməsi elan edildikdən sonra faiz hesablanması dayandırılır

#792

Əmlakın hərracda satılması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, hansı normativ akta uyğun olaraq və kim tərəfindən qiymətləndirilir?

A) «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa əsasən vergi orqanının dəvət etdiyi mütəxəssis tərəfindən

B) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən vergi ödəyicisinin özü tərəfindən

C) Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən

D) «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirici tərəfindən

#793

Qiymətləndirici icra məmuru tərəfındən qanunvericiliklə müəyyən edilmiş qaydada hansı müddətdə dəvət olunur

A) Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində

B) Məhkəmə qərarları elan edildikdən 10 (on) gün müddətində

C) Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 5 (beş) gün müddətində

D) Məhkəmə qərarları elan edildikdən 5 (beş) gün müddətində

#794

Əmlakın hərracda satılması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi üçün qiymətləndirici qanunvericiliklə müəyyən edilmiş qaydada kim tərəfindən dəvət olunur?

A) icra məmuru tərəfindən

B) məhkəmə nəzarətçiləri tərəfindən

C) vergi orqanı tərəfindən

D) vergi ödəyicisinin özü tərəfindən

#795

Əmlakın hərracda satılması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi üçün dəvət edilmiş qiymətləndiricinin xidməti kim tərəfindən ödənilir?

A) vergi ödəyicisinin qərarı əsasında əmlakı satılan vergi ödəyicisi tərəfindən

B) məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən

C) vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondunun vəsaitləri hesabına

D) dövlət büdcəsinin vəsaiti hesabına

#796

Əmlakın hərracda satışı dedikdə nə başa düşülür?

A) vergi ödəyicisinin borcunun ödənilməsi üçün əmlakın vergi ödəyicisi tərəfindən hərracda satışı

B) vergi orqanlarının qərarı əsasında əmlakın satışı

C) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışı

D) məhkəmənin qərarı əsasında əmlakın müəyyən şərtlər daxilində satışı

#797

Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

A) bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir

B) ən az qiymət təklif etmiş alıcı

C) ən optimal qiymət təklif etmiş şəxs

D) ən yüksək qiymət təklif etmiş alıcı

#798

Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı qismində kim çıxış edir?

A) ixtisaslaşdırılmış təşkilat

B) istənilən hüquqi şəxs

C) icra məmurları

D) məhkəmə nəzarətçiləri

#799

Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

A) ən yüksək qiymət təklif etmiş

B) ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]

C) aldığının pulunu nağd ödəmiş

D) aldığının pulunu köçürmə ilə ödəmiş

#800

Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim çıxış edir?

A) hərracı təşkil edən şəxs

B) icra məmurları

C) vergi orqanı

D) maliyyə orqanı

#801

Hərracı həyata keçirən ixtisaslaşmış təşkilata icra məmuru tərəfindən verilmiş sifarişə aşağıdakı sənədlərdən hansılar əlavə edilməlidir ?

1.vergi ödəyicisinin əmlakının hərracda satışı barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı

2. icraata başlanılması barədə məhkəmə qərarına əsasən verilən icra sənədi

3. əmlakın ilkin satış qiyməti barədə məlumat

4. əmlakın hərraca qədər istismar olunma müddəti

5. əmlakın istismara yararlı olması haqda arayış

A) 1, 2, 3, 5 B) 1, 2, 3 C) 1, 3, 4 D) 3, 4, 5

#802

Hərracı həyata keçirən ixtisaslaşmış təşkilata icra məmuru tərəfindən verilmiş sifarişə aşağıdakı sənədlərdən hansılar əlavə edilməlidir?

1. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi

2. əmlak üzərinə həbs qoyulması haqqında məhkəmə icraçısı tərəfindən tərtib edilmiş aktın surəti

3. əmlakın satışına dair sənədləri tərtib etmiş şəxslərin adları və soyadları haqqında arayış

4. əmlakın satışına dair sənədləri tərtib etmiş şəxslərin yaşadıqları ünvanları haqqında arayış

5. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlər

A)1, 2, 3 B) 1, 2, 4, 5 C) 1, 2, 5 D) 3, 4, 5

#803

Hərracı həyata keçirən ixtisaslaşmış təşkilata icra məmuru tərəfindən verilmiş sifarişə aşağıdakı sənədlərdən hansılar əlavə edilməlidir?

1. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti

2. uzunmüddətli icarə hüququ satıldıqda, müqavilənin surəti və qanunvericiliklə nəzərdə tutulmuş hallarda belə müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti

3. ayrıca tikili satıldıqda, həmin tikilin istismar müddətində hesablanmış amortizasiya ayırmaları haqqında məlumat

4. tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsinin ayrılması barədə qərarın və tikintiyə razılıq verilməsi haqqında sənədin surəti

5. uzunmüddətli icarə hüququ satıldıqda, uzunmüddətli icarədə olan əmlakın icarəyə qədərki istifadəsi haqqında arayış

A)1, 2, 4 B)1, 2, 5 C)3, 4, 5 D)3, 5

#804

Məhkəmənin qərarı qüvvəyə mindiyi gün siyahıya alınmış əmlakın yararlılıq müddəti 60 gündən tez başa çatdıqda və ya qida məhsulu olduqda icra məmuru hərracın təşkilatçısına sənədləri neçə gün müddətində təqdim etməlidir?

A) 5 gün

B) 10 gün

C) 3 gün

D) 1 gün

#805

Hərracın təşkilatçısı hərracın keçirilməsinə ən azı neçə gün qalmış kütləvi informasiya vasitələrində yararlılıq müddəti başa çatmayan hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir?

A) 7 gün

B) 14 gün

C) 30 gün

D) 60 gün

#806

Hərracın təşkilatçısı hərracın keçirilməsinə ən azı neçə gün qalmış kütləvi informasiya vasitələrində yararlıq müddəti başa çatdıqda, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri ərzaq məhsulu olan hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir?

A) 7 gün

B) 14 gün

C) 30 gün

D) 60 gün

#807

Aşağıdakı məlumatlardan hansılar hərracın təşkilatçısı tərəfindən hərraca çıxarılacaq əmlak barəsində dərc etdirilən elanda əks olunmur?

A) hər bir lot üzrə ayrı-ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, yerləşdiyi ünvan və siyahı üzrə əmlakın ayrı-ayrılıqda ilkin satış qiyməti

B) hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri, əmlakın sahibi barədə məlumat

C) ilkin satış qiymətinin daşınmaz əmlakın 5 faizi, daşınan əmlakın 10 faizi həcmində hesablanan behin məbləği və həmin məbləğin köçürüləcəyi bank hesabı

D) hərracın sifarişçisinin adı, ünvanı və digər rekvizitləri

#808

Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı aşağıdakı məlumatlardan hansılar hərracın təşkilatçısı tərəfindən hərraca çıxarılacaq əmlak barəsində dərc etdirilən elanda əks olunur?

1. əmlakın sahibinin maliyyə vəziyyəti barədə məlumat

2. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları və bu hesablara köçürüləcək vəsaitin miqdarı

3. hərracın sifarişçisinin adı, hüquqi ünvanı və ödəniş qabiliyyəti barədə məlumat

4. hərracın keçirilmə tarixi, vaxtı və yeri, əlaqə telefonunun nömrəsi

5. hərracın təşkilatçısının adı, ünvanı, əlaqə telefonu və sair rekvizitləri

A) 2, 4, 5 B) 1, 3, 4 C) 2, 3, 5 D) 1, 4, 5

#809

Qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı nə vaxtdan yaradılır ?

A) məlumat dərc edildiyi andan

B) məlumat televiziya kanallarından birində elan ediləndən sonra

C) məlumat dərc ediləndən 1 gün sonra

D) məlumat dərc ediləndən 3 gün sonra

#810

Məlumatın dərc edildiyi andan hansı şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır?

A) qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə

B) istənilən hər bir kəsə

C) yalnız sahibkarlıqla məşğul olanlara

D) yalnız mülkiyyətində torpaq sahəsi olanlara

#811

Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?

A) 10 gün

B) 5 gün

C) 3 gün

D) 1 gün

#812

Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına yazılı surətdə nəyi bildirməlidirlər?

A) hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını

B) nağd pul vəsaitinin nə qədər olduğunu

C) sahibi olduğu əmlakın dəyərini

D) heç nəyi

#813

Aşağıdakı sənədlərdən hansılarını təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər?

1. müvafiq qaydada sənədləri tərtib etmiş

2. sənədləri elanda göstərilən müddətdə təqdim etmiş

3. elanda göstərilən bank hesabına behin köçürülməsi barədə bildiriş təqdim etmiş

4. hərracda iştirak etməsi üçün pul vəsaitinin yetərli olması barədə sənəd təqdim etmiş

5. ailə üzvləri haqqında arayış təqdim etmiş

A) 1, 3, 5; B) 2, 3, 4; C) 1, 2, 3; D) 3, 4, 5

#814

Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış [hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş] ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hara verilir?

A) hərraca qoyulmuş əmlakın qeydiyyatda olduğu təşkilata

B) hərracın təşkilatçısına

C) özəlləşdirmə idarəsinə

D) birja mərkəzinə

#815

Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış [hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş] ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilən sifarişə aşağıdakı sənədlərdən hansılar əlavə edilir?

1. elanda göstərilmiş bank hesabında pul qalığının məbləği

2. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd

3. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti

4. fiziki şəxslər tərəfindən yaşayış yeri haqqında arayış

5. hüquqi şəxslər və [və ya] fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti

A) 2, 3, 5 B) 1, 4, 5 C) 1, 2, 3 D) 3, 4, 5

#816

Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı tərəfindən aşağıdakı göstərilən hansı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar?

1. hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma, yaxud müflis vəziyyətində olduqda

2. sənədlər sifarişlərin qəbulu müddəti ərzində təqdim edildikdə

3. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə

4. sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə

5. ərizə müvafiq səlahiyyəti olan şəxs tərəfindən təqdim edildikdə

A) 2, 4, 5 B) 1, 3, 4 C) 2, 3, 5 D) 1, 4, 5

#817

Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı tərəfindən aşağıdakı göstərilən hansı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar?

1. sənədlər sifarişlərin qəbulu müddəti ərzində təqdim edildikdə

2. ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə

3. məlumatda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda

4. şəxsin özü haqqında verdiyi məlumatlar dəqiq və dürüst olduqda

A) 2, 4 B) 1, 3 C) 2, 3 D) 1, 4

#818

Siyahıya alınmış əmlakın hərracda satılması ilə əlaqədar hərracın təşkilatçısı tərəfindən şəxslər hansı hallarda hərracda iştirak etmək üçün buraxılmırlar?

1. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə

2. hərracın təşkilatçısı şəxsin iştirakını məqsədəuyğun hesab etmədikdə

3. sənədlər sifarişin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə

4. hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma, yaxud müflis vəziyyətdə olduqda

5. hərracın sifarişçisinin razılığı olmadıqda

A) 1, 2, 5 B) 2, 3, 4 C) 1, 3, 4 D) 3, 4, 5

#819

Hərracın təşkilatçısı tərəfindən ərizə və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə hansı müddət ərzində qaytarılır?

A) növbəti iş günü ərzində qaytarılır

B) imtina günü

C) 3 iş günü ərzində

D) 5 iş günü ərzində

#820

Məhkəmənin qərarı əsasında keçirilən hərracda iştirak etmək üçün şəxslər aşağıda göstərilən hansı sənədləri hərracın təşkilatçısına təqdim edirlər?

1. hərracda iştirak barədə ərizəni və ona əlavə olunmuş sənədləri

2. şəxsin maliyyə dayanıqlılığı barədə arayış

3. vergi ödəyicisinin borc məbləği barədə vergi orqanının arayışı

4. təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını

A) 2, 4 B) 1, 3 C) 2, 3 D) 1, 4

#821

Hərracda iştirak etmək üçün müraciət etmiş şəxs öz ərizəsini nə vaxt geri götürə bilər ?

A) istənilən vaxt

B) ərizələrin qəbulu başa çatdıqdan sonra

C) heç vaxt

D) ərizələrin qəbulu başa çatanadək

#822

Hərracın şərtlərinə uyğun olaraq, hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılırmı?

A) qaytarılmır

B) yarısı qaytarılır

C) qaytarılır

D) üçdə iki hissəsi qaytarılır

#823

Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə hərracın təşkilatçısının qərarı hansı sənədlə rəsmiləşdirilir?

A) aktla

B) protokolla

C) sərəncamla

D) əmrlə

#824

Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə hərracın təşkilatçısının qərarını rəsmiləşdirən protokolda hansı məlumatlar qeyd edilir?

A) yalnız müraciətləri [ərizələri] qəbul edilənlərin adları

B) yalnız müraciətləri [ərizələri] rədd edilənlərin adları

C) müraciətləri [ərizələri] qəbul edilən və rədd edilən şəxslərin adları

D) hərracın keçirilməsinə tam hazır olma barədə məlumat

#825

Məhkəmənin qərarı əsasında keçirilən hərracda iştirak etmək üçün müraciət edən şəxslər nə vaxt hərracın iştirakçısı statusunu əldə edirlər?

A) hərracın keçirildiyi gün

B) hərrac keçirildikdən sonra

C) Müraciətlər [ərizələr] qəbul edildikdən dərhal sonra

D) Müraciətlərin [ərizələrin] qəbuluna dair protokol imzalandıqdan sonra

#826

Məhkəmənin qərarı əsasında keçirilən hərracda hərracın təşkilatçısı aşağıda göstərilən hansı işləri yerinə yetirməlidir?

1. hərracın gedişində yaranan mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda da hərracı baş tutmuş elan edir

2. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir

3. satışın baş tutub-tutmadığını təsdiq edir

4. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda belə hərracı dayandırmadan sonadək davam etdirir

5. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir

A) 2, 4, 5 B) 1, 3, 4 C) 2, 3, 5 D) 1, 4, 5

#827

Hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin satış qiyməti və ya ona əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər hansı qaydada elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər?

A) öz biletlərini qaldırmaqla

B) əlini yuxarı qaldırmaqla

C) istənilən qaydada

D) yazılı şəkildə bildirməklə

#828

Hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin satış qiyməti və ya ona əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla nəyi bildirirlər?

A) elan olunmuş qiymətə əmlakı satmağa razı olduqlarını

B) elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını

C) elan olunmuş qiymətə əmlakı almağa razı olmadıqlarını

D) satış qiymətindən narazı olduqlarını

#829

Məlumdur ki, məhkəmənin qərarı əsasında hərracın keçirilməsi zamanı hərracı aparan şəxs tərəfindən hər yeni elan olunmuş qiymət üç dəfə təkrar edilməlidir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərrac iştirakçılarının sayı neçə nəfər olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır?

A) bir nəfər

B) yalnız iki nəfər

C) ən azı iki və daha çox

D) üç və daha çox

#830

Məlumdur ki, məhkəmənin qərarı əsasında keçirilən hərracda elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu vaxt hərracı aparan şəxs aşağıdakı hansı məlumatları bildirməlidir?

1. əmlakın satılmadığını

2. əmlakın satıldığını

3. satış qiymətini

4. əmlakın alış qiymətini

5. qalib gəlmiş şəxsin biletinin nömrəsini

A) 3, 4, 5 B) 2, 3, 4 C) 1, 2, 3 D) 2, 3, 5

#831

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən hərrac hansı halda baş tutmamış hesab olunur?

A) ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa

B) ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 1 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa

C) ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların yalnız biri biletini qaldırarsa

D) ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların bir neçə nəfəri biletini qaldırarsa

#832

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca neçə gün qalmış kütləvi informasiya vasitələrində müvafiq elan dərc olunur?

A) 5 gün

B) 10 gün

C) 15 gün

D) 20 gün

#833

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, ikinci, üçüncü və dördüncü hərraclarda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin neçə faizinədək aşağı salına bilər?

A) müvafiq olaraq 5, 25 və 40 faizədək

B) müvafiq olaraq 10, 20 və 30 faizədək

C) müvafiq olaraq 10, 20 və 40 faizədək

D) müvafiq olaraq 10, 25 və 50 faizədək

#834

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, bu zaman ikinci və sonrakı hərraclar arasındakı müddət, həmçinin yararlılıq müddəti başa çatan [yaxud bu müddət ərzində qurtaran] əmlakın növbəti hərracları arasındakı müddət neçə gündən çox olmamalıdır?

A) müvafiq olaraq 5 gündən və 3 gündən

B) müvafiq olaraq 10 gündən və 1 gündən

C) müvafiq olaraq 20 gündən və 5 gündən

D) müvafiq olaraq 10 gündən və 3 gündən

#835

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında hərrac keçirildikdə, hansı halda yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması mümkündür?

A) həmin məhsulların hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır

B) vergi orqanının əsaslandırılmış qərarı olduqda

C) istənilən halda

D) müvafiq dövlət orqanının qərarı olduqda

#836

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında hərrac keçirilərkən yararlılıq müddəti başa çatmış yeyinti məhsulları qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda…

A) həmin əmlak 2 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır

B) həmin əmlak 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır

C) həmin əmlak hərracda satıla bilməz

D) həmin əmlak 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməlidir

#837

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən hərrac başa çatdıqdan sonra aşağıdakı hansı sənədlər tərtib edilir?

1. hərracın yekunları üzrə iki nüsxədə akt tərtib edir

2. hərracın təşkilatçısı hərracın yekunları üzrə iki nüsxədə protokol tərtib edir

3. qanunvericiliyə uyğun olaraq sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır

4. qanunvericiliyə uyğun olaraq hərracın təşkilatçısı və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır

A) 1, 4 B) 2, 4 C) 2, 3 D) 3, 4

#838

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən hərracda qalib gəlmiş şəxsin ödədiyi beh nə vaxt geri qaytarılmır?

A) qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzaladıqda

B) qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etmədikdə

C) heç bir halda beh geri qaytarılmır

D) qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə

#839

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən hərrac başa çatdıqdan sonra qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina edən sifarişçiyə qarşı hansı tədbirlər görülür?

A) sifarişçi qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir

B) sifarişçi qalib gəlmiş şəxsə yalnız behin tam məbləğini geri qaytarmalıdır

C) sifarişçi qalib gəlmiş şəxsə behin tam məbləğini geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir

D) sifarişçi qalib gəlmiş şəxsə yalnız hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir

#840

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən hərracdan sonra aşağıdakı göstərilən hansı hallarda və hansı şəxslər tərəfindən ödənilən beh geri qaytarılır?

1. hərrac baş tutduqda bütün iştirakçılar tərəfindən ödənilən beh

2. hərracda iştirak edən və onu udan şəxslərin behi

3. hərrac baş tutmadıqda bütün iştirakçıların behi

4. hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi

A) 1, 4 B) 3, 4 C) 2, 3 D) 2, 4

#841

Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən neçə təqvim günü müddətində hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi haqqında elanın verildiyi kütləvi informasiya vasitələrində verilir?

A) 3 gün

B) 5 gün

C) 10 gün

D) 15 gün

#842

Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci neçə bank günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür?

A) 1

B) 3

C) 5

D) 10

#843

Vergi öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəmənin qərarı əsasında keçirilən hərracdan sonra nə vaxt əmlaka mülkiyyət hüququ hərracın qalibinə keçir?

A) hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan

B) hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan beş iş günündən sonra

C) hərrac baş tutmuş hesab edilən andan sonra

D) əmlakın [və ya müəyyən lotun] qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi [sənədləri] təqdim edildikdən sonra

#844

Siyahıya alınmış əmlakın açıq hərracda satışında aşağıdakı hansı qurumların vəzifəli şəxslərinin birbaşa və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir?

1. Ədliyyə orqanlarının, o cümlədən icra məmurlarının

2. İqtisadi İnkişaf Nazirliyinin

3. Maliyyə Nazirliyinin

4. Vergi orqanlarının

5. Hərracın təşkilatçısının

A) 1, 2, 3 B) 2, 4 C) 1, 4, 5 D) 3, 4, 5

#845

Əmlakın satılmasından əldə edilən məbləğlər ilk növbədə hansı ödənişin yerinə yetirilməsinə yönəldilir?

A) hesablanmış vergilərin

B) hesablanmış maliyyə sanksiyalarının

C) inzibati cərimələrin

D) tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin

#846

Siyahıya alınmış əmlakın hərracda satılmasından əldə edilən məbləğlər tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə hesablanmış vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldikdən sonra vəsaitin qalan hissəsi …

A) vergi ödəyicisinin yeni borcu yaranmadıqda 5 bank günü ərzində vergi ödəyicisinə qaytarılır

B) vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır

C) vergi ödəyicisinin yeni borcu yaranmadıqda onun razılığına əsasən gələcək ödənişlər hesabına aid edilir

D) vergi ödəyicisinin yeni borcu yarandıqda 1 ay müddətində ona qaytarılır

#847

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdınlmiş açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş vergi borcunun dövlət büdcəsinə ödənilməsi hansı orqan tərəfindən təmin edilir

A) dövlət maliyyə orqanı

B) vergi orqanı

C) icra məmuru

D) hərracın təşkilatçısı

#848

Hansı dövlət orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışından əldə olunan vəsait barədə rüblük məlumatı Vergilər Nazirliyinə təqdim edir.

A) Maliyyə Nazirliyi

B) Dövlət Gömrük Komitəsi

C) İqtisadi İnkişaf Nazirliyi

D) Ədliyyə Nazirliyi

#849

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı hansı normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda və qaydada icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satıla bilər.

A) Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsində

B) “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda

C) “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda

D) Azərbaycan Respublikasının Vergi Məcəlləsində

#850

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada hansı orqanın müəyyən etdiyi ticarət şəbəkələrində satıla bilər

A) icra xidmətinin

B) vergi orqanının

C) maliyyə orqanının

D) gömrük orqanının

#851

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada haralarda satıla bilər

A) yalnız açıq hərraclarda B) vergi orqanlarının müəyyən etdiyi ticarət şəbəkələrində C) icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində

D) ixtisaslaşdırılmış dövlət ticarət şəbəkələrində

#852

Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satışında vergi orqanlarının vəzifəli şəxslərinin və ya digər işçilərinin bilavasitə və ya dolayısı ilə alıcı kimi hansı hallarda iştirak etməsinə yol verilir?

A) vergi orqanının müəyyən etdiyi bütün hallarda yol verilir

B) müstəsna hallarda yol verilə bilər

C) bütün hallarda yol verilir

D) heç bir halda yol verilmir

#853

Vergi ödəyicisinin vergi öhdəlikləri siyahıya alınmış əmlakın satışından sonra yerinə yetirilməmiş qaldıqda, başqa ad altında fəaliyyət göstərən, lakin məhkəmənin qərarı əsasında həmin vergi ödəyicisinə məxsus olması müəyyən edilən və bu Məcəllədə müəyyən edilmiş qaydada siyahıya alınma tətbiq edildiyi gündən hansı dövr ərzində aparılmış əməliyyatda onun aktivlərini almış şəxs, aldığı aktivlərin dəyərindən bu cür aktivlərə görə ödədiyi hər hansı məbləğlər çıxılandan sonra qalan məbləğdə vergi ödəyicisinin öhdəlikləri üzrə birgə məsuliyyət daşıyır?

A) sonrakı 1 illik dövr

B) sonrakı 3 illik dövr

C) əvvəlki 3 aylıq dövr

D) əvvəlki 3 illik dövr

#854

Vergi ödəyicisinin vergi öhdəlikləri siyahıya alınmış əmlakın satışından sonra yerinə yetirilməmiş qaldıqda, başqa ad altında fəaliyyət göstərən, lakin məhkəmənin qərarı əsasında həmin vergi ödəyicisinə məxsus olması müəyyən edilən və Vergi Məcəlləsində müəyyən edilmiş qaydada siyahıya alınma tətbiq edildiyi gündən əvvəlki 3 illik dövr ərzində aparılmış əməliyyatda onun aktivlərini almış şəxs, vergi ödəyicisinin hansı məbləğdə öhdəlikləri üzrə birgə məsuliyyət daşıyır?

A) aldığı aktivlərin dəyərindən bu cür aktivlərə görə ödədiyi hər hansı məbləğlər çıxılandan sonra qalan məbləğdə

B) aldığı aktivlərin dəyərinə bu cür aktivlərə görə ödədiyi hər hansı məbləğlər əlavə edilməklə alınan məbləğdə

C) aldığı aktivlərin dəyərinə bərabər məbləğdə

D) aldığı aktivlərə görə ödədiyi hər hansı məbləğdə

#855

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı göstərilən hansı hallarda silinə bilər?

1. Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda

2. Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə

3. vergi ödəyicisi iflasa uğramaq təhlükəsi ilə rastlaşdıqda

4. vergi ödəyicisinə təbii fəlakət və ya digər qarşısıalınmaz qüvvə nəticəsində böyük həcmdə ziyan dəydikdə

A) 2, 4 B) 1, 2 C) 3, 4 D) 1, 4

#856

Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

A) məhkəmənin

B) vergi ödəyicisinin

C) sərbəst auditorun

D) vergi orqanının

#857

Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

A) məhkəmənin

B) yuxarı vergi orqanının

C) sərbəst auditorun

D) vergi ödəyicisinin

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]