Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnamə-dublikatın iki hissədən ibarət olması məlumdur. Vergi ödəyicisi tərəfindən bank hesabı açılarkən həmin hissələr necə istifadə olunur?

A) onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.

B) onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra müvafiq maliyyə orqanına göndərir.

C) onun bir hissəsi vergi ödəyicisində qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.

D) onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə vergi ödəyicisi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.

#325

Bank idarəsi müvafiq qeydləri apardıqdan sonra Şəhadətnamə-dublikatın hansı hissəsini onu vermiş vergi orqanına göndərir?

A) bildiriş adlanan digər hissəsini

B) hər iki hissəsini

C) birinsi hissəsini

D) göndərmir

#326

Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir?

A) 5 gün müddətinə

B) 1 gün müddətinə

C) 10 gün müddətinə

D) 15 gün müddətinə

#327

Eyni Şəhadətnamə-dublikatla neçə bankda hesab açmaq olar?

A) 2 bankda

B) yalnız şəhadətnamə-dublikatda göstərilmiş bankda [bankın filialında]

C) istənilən 1 bankda [bankın filialında]

D) məhdudiyyət qoyulmur

#328

Şəhadətnamə-dublikat neçə gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir?

A) 10 gün

B) 20 gün

C) 15 gün

D) 5 gün

#329

Şəhadətnamə dublikatın bildiriş hissəsi neçə gün müddətində bank idarəsi tərəfindən qaytarılmadıqda, vergi orqanı onun səbəblərini dəqiqləşdirməyə başlayır?

A) 3 gün

B) 5 gün

C) 15 gün

D) 10 gün

#330

Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər?

A) səyyar vergi yoxlaması və operativ vergi nəzarəti

B) operativ vergi nəzarəti və kameral vergi yoxlaması

C) səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti

D) səyyar və kameral vergi yoxlamaları

#331

Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün hansı halları aydınlaşdırmalıdırlar?

A) əhəmiyyətli olan bütün halları, o cümlədən vergi orqanı üçün əlverişli olan halları

B)əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları

C) vergi ödəyicisinin ödənişlərini maksimallaşdıran bütün əhəmiyyətli halları

D) vergi ödənişlərinin məbləğini minimallaşdıran bütün əhəmiyyətli halları

#332

Vergi ödəyicisinin hansı vergilər üzrə son 3 təqvim ilindən çox olmayan fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılır?

A) mənfəət vergisi, ƏDV, yol vergisi və əmlak vergisi

B) mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, yol vergisi və torpaq vergisi

C) torpaq vergisi, aksiz, mənfəət vergisi və mədən vergisi

D) sadələşdirilmiş vergi, ƏDV, əmlak vergisi və gəlir vergisi

#333

Vergi ödəyicisinin hansı vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla son 3 ildən çox olmayan fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılır?

A) mənfəət vergisi, ƏDV, mədən vergisi və əmlak vergisi

B) mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi və torpaq vergisi

C) ƏDV, aksiz, sadələşdirilmiş vergi və mədən vergisi

D) sadələşdirilmiş vergi, ƏDV, əmlak vergisi və gəlir vergisi

#334

Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamalarının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda …

A) vergi orqanının həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər almaq hüququ yoxdur

B) vergi orqanı yalnız məhkəmənin qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər

C) vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər

D) vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilməz

335

Tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən neçə iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.

  1. 5 iş günü

  2. 10 iş günü

  3. 15 iş günü

  4. 20 iş günü

#336

Aşağıdakı hansı halda vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağan deyildir?

A) növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə

B) kameral vergi yoxlaması keçirildikdə

C) növbəti səyyar vergi yoxlaması keçirildikdə

D) operativ vergi nəzarəti keçirildikdə

#337

Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyicilərinin tələbi əsasında keçirilən növbədənkənar vergi yoxlaması vergi orqanının əvvəlki yoxlamanı keçirən vəzifəli şəxsləri tərəfindən keçirilə bilərmi?

A) bütün hallarda keçirilə aparıla bilər

B) müstəsna hallarda keçirilə bilər

C) heç bir halda keçirilə bilməz

D) yalnız yuxarı vergi orqanının əsaslandırılmış qərarı əsasında keçirilə bilər

#338

Vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi hansı hallarda qadağan deyildir?

A) qadağa müəyyənləşdirən hal nəzərdə tutulmamışdır, yəni istənilən halda

B) yalnız növbəti səyyar vergi yoxlaması keçirildikdə

C) növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə

D) yoxlanılmış dövrün təkrar yoxlanılması qadağandır, yəni təkrar yoxlamaya yol verilmir.

#339

Vergi ödəyicisi hansı hallarda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini tələb edə bilər?

A) heç bir halda bu mümkün deyildir

B) hər hansı bir əsas olub-olmadan istənilən halda

C) yuxarı vergi orqanının xahişi və vergi ödəyicisinin müraciəti olduqda

D) vergi ödəyicisi vergi yoxlamasının nəticəsi ilə razılaşmadıqda

#340

Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə hansı orqana müraciət etmək hüququ vardır?

A) Daxili İşlər Nazirliyinə

B) Maliyyə Nazirliyinə

C) Məhkəməyə

D) Ədliyyə Nazirliyinə

#341

Kameral vergi yoxlaması hansı sənədlər əsasında və hansı orqan tərəfindən keçirilir?

A) vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanı tərəfindən

B) vergi ödəyicisinin təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyi ilkin sənədləri əsasında vergi orqanları tərəfindən

C) digər vergi ödəyicilərinin məlumatları əsasında maliyyə orqanı tərəfindən

D) vergi ödəyicisinin təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyi ilkin sənədləri əsasında vergi ödəyicisi tərəfindən

#342

Kameral vergi yoxlaması harada keçirilir?

A) vergi ödəyicisinin obyektində

B) yerlərə getmədən vergi orqanında

C) banklar və ya kredit təşkilatlarından alınmış məlumatlar əsasında həmin təşkilatlarda

D) məlumat alındığı mənbədə

#343

Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair qərarı göndərilir?

A) 10 gün

B) 15 gün

C) 7 gün

D) 5 gün

#344

Kameral vergi yoxlaması hansı müddət ərzində həyata keçirilir?

A) vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 20 gün müddətində

B) vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 30 gün müddətində

C) sənədlərin vergi orqanına təqdim edildiyi gündən 20 gün müddətində

D) sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində

#345

Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən neçə gün müddətində keçirilir?

A) 10 gün

B) 15 gün

C) 20 gün

D) 30 gün

#346

Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı hansı tədbirləri görə bilər?

A) dərhal növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinə başlanıla bilər

B) vergi ödəyicisinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edə bilər

C) vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər

D) heç bir tədbir görmək hüququ yoxdur

#347

Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür?

A) vergilər üzrə artıq hesablama olduqda heç bir tədbir görülmür

B) vergilər üzrə əksik hesablama olduqda müvafiq düzəliş edilir

C) vergilər düzgün hesablanır və bu barədə vergi ödəyicisinə qərar göndərilir

D) vergilərin düzgün və ya səhv hesablanması ilə əlaqədar vergi ödəyicisinə bildiriş göndərilir

#348

Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə göndərilən Qərarda vergilərin hesablanmasına dair məlumatdan başqa daha hansı məlumatlar göstərilməlidir?

A) vergi ödəyicisinin və vergi orqanının hüquqları

B) yalnız vergi ödəyicisinin hüquqları

C) heç bir əlavə məlumat göstərilmir

D) hesablamanın səbəbləri və Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ

#349

Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan vergi qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə vergi orqanı hansı tədbirləri görür?

A) heç bir tədbir görmədən vergi bəyannaməsinin təqdim olunmasını gözləyir

B) vergi ödəyicisi barədə əlaqəli məlumatlar əsasında vergi hesablayır

C) vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarında olan hesablarına sərəncam verir

D) vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmədə iddia qaldırır

#350

Hansı hallarda xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər?

A) həmişə əsas götürülür

B) heç vaxt əsas götürülə bilməz

C) vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olmadıqda

D) vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olduqda

#351

Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvlər üzrə vergi ödəyicisinə hansı məsuliyyət tədbirləri görülür?

A) vergi ödəyicisi bu cür səhvlərə görə maliyyə sanksiyaları tətbiq edilir

B) faizlərin ödənilməsi istisna olmaqla vergi ödəyicisi bu cür pozuntulara görə məsuliyyət daşımır

C) vergi ödəyicisinin xahişi olduqda məsuliyyətdən azad edilir.

D) faizlərin ödənilməsi də daxil olmaqla vergi ödəyicisi bu cür pozuntulara görə məsuliyyət daşımır

#352

Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvləri vergi ödəyicisi hansı müddət ərzində düzəltmək hüququ vardır?

A) 10 gün

B) 20 gün

C) 30 gün

D) 45 gün

#353

Növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

A) 10 gün

B) 15 gün

C) bildiriş göndərilmir

D) 5 gün

#354

Səyyar vergi yoxlamasının neçə forması vardır?

A) 1

B) 4

C) 2

D) 5

#355

Səyyar vergi yoxlaması hansı orqanın qərarı əsasında keçirilir?

A) maliyyə orqanlarının

B) vergi və maliyyə orqanlarının

C) dövlət xəzinədarlıq və statistika orqanlarının

D) vergi orqanının

#356

Aşağıda göstərilən hallardan hansı biri olduqda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər?

A) səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən tərəfindən pozulduqda

B) yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə

C) səyyar vergi yoxlamasının keçirilməsi zamanı aparılan inventarizasiyanın keçirilməsi müddəti uzadıldıqda

D) səyyar vergi yoxlaması zamanı vergi yoxlamasını aparan vəzifəli şəxslər xəstələndikdə

#357

Növbəti səyyar vergi yoxlaması neçə gündən artıq davam edə bilməz?

A) 31 gün

B) 20 gün

C) məhdudiyyət yoxdur

D) 30 gün

#358

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]