Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergitutma məqsədləri üçün dividend dedikdə, nə nəzərdə tutulur?

A) hüquqi şəxsin öz təsisçilərinin [payçılarının] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

B) fiziki şəxsin xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

C) səhmdarların yalnız hüquqi şəxsin xeyrinə xalis mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

D) hüquqi şəxsin öz təsisçilərinə [payçılarına] və yaxud səhmdarlarına natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr

#75

Aşağıdakılardan hansı dividend sayılmır?

1. hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir

2. səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi ilə bağlı edilən ödənişlər

3. səhmlərin [hissələrin, payların] nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər

4. hüquqi şəxsin öz təsisçilərinin [payçılarının] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

A) 1, 3, 4 B) 1, 2, 3 C) 2, 3, 4 D) 1, 2, 4

#76

Aşağıdakılardan hansı Azərbaycan mənbəyindən gəlir sayılmır?

A) Azərbaycan Respublikasında muzdlu işdən gəlir

B) Azərbaycan Respublikasında istehsal edilmiş malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir

C) vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

D) qeyri-rezident tərəfindən ödənilən pensiya

#77

Aşağıdakılardan hansı qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlirinə aid deyil?

A) Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir

B) daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara [işlərə, xidmətlərə] aid edilə bilən eyni cinsli, yaxud bənzər [oxşar] malların [işlərin, xidmətlərin] təqdim edilməsindən əldə edilmiş gəlir

C) daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir

D) Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olmayan şəxsdən alınan faizlər şəklində gəlir

#78

Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir?

1. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlir

2. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar xərclərin Vergi Məcəlləsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir

3. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

4. Azərbaycan Respublikasının hüdudlarından kənardakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

A) 1, 3, 4 B) 2, 3, 4 C) 1, 2, 3 D) 1, 2, 4

#79

Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid deyildir?

1. rezidentlərdən alınan faizlər şəklində gəlir

2. qeyri-rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir

3. rezident tərəfindən ödənilən pensiya

4. qeyri-rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər

A) 1, 4 B) 3, 4 C) 1, 2 D) 2, 4

#80

Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olan şəxsdən alınan faizlər şəklində gəlir hansı halda Azərbaycan mənbəyindən gəlirə aid edilir?

A) həmin şəxsin bu faizlər üzrə borcu bu cür nümayəndəlik və ya əmlakla bağlı olduqda

B) həmin şəxsin bu faizlər üzrə borcu bu cür nümayəndəlik və ya əmlakla bağlı olmadıqda

C) heç bir halda aid edilmir

D) bütün hallarda aid edilir

#81

Aktivlərinin neçə faizdən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır?

A) 25 faizdən

B) 35 faizdən

C) 45 faizdən

D) 50 faizdən

#82

İdarəetmə və maliyyə xidmətlərinin göstərilməsindən əldə edilən gəlir aşağıdakı hansı hallarda Azərbaycan mənbəyindən gəlirə aid edilir?

1. bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə

2. bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə

3. bu gəlir heç bir halda Azərbaycan mənbəyindən gəlirə aid edilmir

4. bu gəlir müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə

A) 1, 4 B) 3, 4 C) 1, 2 D) 2, 4

#83

Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?

A) 1 ildən

B) 2 ildən

C) 3 ildən

D) 5 ildən

84

Maddi aktivlərin dəyəri neçə manatdan çox olduqda, onlar əsas vəsait sayılır?

  1. 100 manatdan

  2. 200 manatdan

  3. 300 manatdan

  4. 500 manatdan

#85

Vergitutma məqsədləri üçün faizlər dedikdə, nə nəzərdə tutulur?

A) borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin [ssudaların] və ya depozitlərin [hesabların] verilməsi üçün ödəmə

B) krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarının idarə edilməsinə görə ödəmə

C) valyutanın, pul vəsaitlərinin və əskinasların [numizmatika əşyalarından başqa] tədavülü ilə bağlı ödəmə

D) istehsal edilmiş mallara görə ödəmə

#86

Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?

A) balans mənfəəti

B) mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət

C) mühasibat mənfəəti

D) dolayı vergilər çıxıldıqdan sonra qalan mənfəət

#87

Vergitutma məqsədləri üçün iştirakçı dedikdə, nə başa düşülür?

A) səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı

B) yalnız səhmdar və ya müəssisənin mənfəətində iştirakçı

C) müəssisənin səhmdarı olmayan şəxslər

D) vergi ödəyicisinin ailə üzvü

#88

Vergitutma məqsədləri üçün əmlak dedikdə, nə nəzərdə tutulur?

A) yalnız daşınan əmlak

B) yalnız daşınmaz əmlak

C) hər hansı daşınan və daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri

D) yalnız maddi əmlak və pul vəsaitləri

#89

Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?

A) ilin sonuna əsas vəsaitlərin dəyəri

B) əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri

C) əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri

D) əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası

#90

Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

A) ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər

B) kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər

C) istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər

D) sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər

#91

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]