Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsi barədə əsaslandırılmış məlumatı əsasında hansı tədbirlər görülür?

A) bu məlumat vergi orqanını rəhbəri [rəhbərin müavini] tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir

B) heç bir araşdırma aparılmadan bu məlumat əsasında həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir

C) bu məlumat əsasında dərhal həmin əşyaların nümunə kimi götürülməsi həyata keçirilir

D) heç bir tədbir görülmür

#414

Səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi haqqında qərarın forması hansı orqan tərəfindən təsdiq edilir?

A) Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Ədliyyə Nazirliyi tərəfindən

B) Nazirlər Kabineti tərəfindən

C) Vergilər Nazirliyi tərəfindən

D) Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən

#415

Vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırıldıqdan sonra zəruri hallarda kim tərəfindən möhürlənir?

A) vergi ödəyicisi tərəfindən

B) müşahidəçilər tərəfindən

C) müşahidəçilərin və yoxlayıcıların iştirakı ilə vergi ödəyicisi tərəfindən

D) yoxlayıcı tərəfindən

#416

Əşyaların nümunə kimi götürülməsi həcmi, miqdarı, müddəti və götürülmə ilə əlaqədar digər şərtlər nəyə əsasən müəyyən edilir?

A) vergi ödəyicisi tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən

B) vergi orqanının səyyar vergi yoxlaması aparan vəzifəli şəxs tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən

C) Vergilər Nazirliyi tərəfindən müəyyən edilən miqdara, həcmə və müddətə əsasən

D) Azərbaycan Respublikasının ərazisində qüvvədə olan standartlara və normativlərə əsasən

#417

Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla neçə gündən artıq olmayan müddətə götürülə bilər?

A) 10 gündən

B) 20 gündən

C) 30 gündən

D) 15 gündən

#418

Nümunə kimi götürülmüş əşyaların saxlanılması və onların qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi kimin hesabına həyata keçirilir?

A) vergi ödəyicisinin

B) vergi orqanının

C) maliyyə orqanının

D) bələdiyyənin

#419

Nümunə kimi götürülmüş əşyalar harada tədqiq edilir?

A) vergi ödəyicisinin ticarət obyektində

B) əşyanın istehsal olunduğu yerdə

C) istənilən yerdə

D) qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda

#420

Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar kimə verilir?

A) vergi ödəyicisinə qaytarılır

B) vergi orqanı tərəfindən satılmaq üçün ticarət obyektlərinə verilir

C) qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alındıqdan sonra vergi ödəyicisinə qaytarılır

D) məhkəməyə göndərilir

#421

Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?

A) vergi ödəyicisi tərəfindən ödənilir

B) ödənilmir

C) yerli maliyyə idarəsi tərəfindən ödənilir

D) vergi orqanı tərəfindən ödənilir

#422

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]