Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:

Bextiyar_Vahabzade_Seirler_I_cild

.pdf
Скачиваний:
560
Добавлен:
15.04.2015
Размер:
2.57 Mб
Скачать

__________________Milli Kitabxana_________________

Sən ey mənim ən ülvi Saflığım, təmizliyim! Mənim duyğularımın Ən nəğməli, ən həzin Pərdəsində durmusan. Toz kimi səpələnmiş Kövrək xatirələrdən Bir aşiyan qurmusan. Sən şeirimin ilk sözü, İlhamımın mayası, Babamm beli kimi Daş-divarı əyilmiş Ay atamm koması!.. Uçuq barılarında Kərpiclərin qum kimi. Göyəren vəhşi güllər Çığıran arzum kimi...

Necə belini bükdü, Ocağını qaraltdı Amansız zaman sənin. Yeddi oğul çıxardı

Bir vaxt qapından sənin. Əyilsən də,

durursan

Yenə də öz yerində. Uçanlar qayıtmadı Ay babamın koması, Əlin bizə çatmadı. Sənə salam verən yox.

Nə gələn, nə gedən var. İndi uçuq qapını Tıqqıldadar yağışlar. Şəhərlərə uçalı Bəyənmədik biz səni. Qoymuşuq yalqız səni, Ay babamın koması – Mənim ilk nağıllarım, Meşələrdə qurtaran

81

__________________Milli Kitabxana_________________

Ay mənim ilk yollarım, Kölgəsi bənövşəli,

Ay böyürtkən kollarım, Hər dərədən, təpədən Mənim dəstə tutduğum Al-əlvan çiçəklərim, Lampanın dövrəsində Uçan kəpənəklərim, Hardasınız,

Siz harda? Ürəyimə köçdünüz. Siz indi yaşarsınız

Çığıran duyğularda...

Ay rəfləri kasalı, Ay taxçalı, boxçalı, Ay bağlı,

Ay bağçalı,

Qoşa pəncərələrdə Pərdələri saçaqlı Buxarılı,

Ocaqlı,

Alaca komam mənim, Balaca komam mənim. Təmiz duyğularıyla Ürəyimi, hissimi Gündə bir boy ucaldan Ay uca komam mənim.

Sən vermisən, Sən dedim

Bu ömür yollarımda Ağır duyğularımdan Daşıdığım yükü sən. Beşinci mərtəbədə Yaşasam da indi mən Evimin də köküsən, Şerimin də köküsən!..

Avqust, 1970

82

__________________Milli Kitabxana_________________

GETMƏZ SÖZ YARASI

Bir soyuq baxışın odu, həniri, Körpülər yandırdı, külü qaraldı. Bir an baxıb ötdün...

Baxışın yeri

Çapılan könlümdə ömürlük qaldı. Anın zərbəsini bir ömür yedi, Nələr etdiyini an heç bilmədi.

Yoxdur ikincisi tək ömrümüzün, Niyə zəhərlədin bir ömrü, niyə? İsti bir baxışa möhtackən özün Bəs niyə qıymadın onu özgəyə?..

Yaddaşdan bir yolluq silinib itər Hər ömrün, hər günün min macərası. Güllə yarasına nə var? tez gedər, Getməz söz yarası, eyham yarası. Niyə danışmadın, niyə ürəklə?

Xoş sözə hamının ehtiyacı var. İnsan yaşamamış yalnız çörəklə, Sınan ürəklərin öz əlacı var.

Gözümüz önündə arzular, kamlar, Narahat dünyada dinclik olarmı? Ürək sındırmaym siz, ey adamlar, Bülbül yuvasına daş atılarmı?!

Sınan bir könülə necə deyək: "Döz!" Yamasaq bilinər sınığın izi.

Bəzən xoş bir baxış, xeyirxah bir söz, Günlərlə, aylarla yaşadır bizi.

Dağsansa, sən danma təpəni, düzü, Bu darkönüllülük nə verər bizə? Xoş bir təbəssümü, gözəl bir sözü Bəzən biz qıymırıq bir-birimizə?

83

__________________Milli Kitabxana_________________

Ürək də qocalır, axı, ilbəil,

O bizə həmdəmdir, biz ona sirdaş. İnfarktdan qorxursan?

Ürək daş deyil,

Özgənin qəlbini sındırma, qardaş!

Mən səndən intiqam, sən məndən qisas?.. Alır verdiyini onsuz da zaman.

Adamlar, adamlar, düşünsək bir az,

Hamıya yer çatar, genişdir cahan. Əcəl başımıza kölgə salmamış

Sizdən "can" eşidim, sizə "can" deyim. Adamlar, adamlar,

yalnız xoş baxış,

Bir də təbəssümdür sizdən istəyim.

Yanvar, 1974

GÖYNƏRTİ

Nurəddin Bağır oğlu, bu şeiri atalarımızın xatirəsinə həsr edirəm.

Mənim atam

Öz qəlbində dəfn etmişdi öz-özünü.

İçəridən alışardı

Öz ahıyla, öz dərdilə Dağıdardı tüstüsünü.

Nə dərdini bildirərdi bir kimsəyə, nə qəmini.

Saçlarmda ağardardı sitəmini. Hər acıya qatlaşardı,

o, aşardı

Aşılmayan sirti, dağı,

84

__________________Milli Kitabxana_________________

Onun üçün ən dəhşətli bir əzabdı, Əzabından danışmağı...

Bir pərdəyə köklənmişdi onun qəlbi - Axşamı da, səhəri də,

Sevinci də, kədəri də...

Salammadı onu bir an Nə ağrısı, nə acısı Dayandığı məqamından...

Vaxt ötdükcə...

İstədiyi yönə salıb Zaman onu xamır kimi kündələdi.

Yaman onu rəndələdi...

Qırışlandı illər onun sifətində,

Zaman onun qəlbində də cığır açdı.

Ürəyi də yuxalaşdı...

Bulud kimi hey boşalıb doldu kişi, Dəymə-düşər oldu kişi. Görürdük ki, gah açılır, gah tutulur.

O, hamıdan sevgi umur, qayğı umur.

...Mən də onun özü kimi Xəsis idim

öz sevgimi bildirməyə. Ona təsəlli verməyə Utanırdım, sıxılırdım. Ürəyimi bildirməyi Öz-özümə ar bilirdim. Mənə elə gəlirdi ki, Onu öpüb qucaqlamaq Yüngül çıxar,

Çox şit çıxar. O, karıxar, O, darıxar.

85

__________________Milli Kitabxana_________________

Nə biləydim,

Elə bunu gözləyirmiş Bəlkə məndən

o, dolanda,

Bulud kimi tutulanda...

Adicə bir övlad kimi, Mən atama

nə qayğımı bildirərdim, Nə sevgimi...

Ürəyinə baş vurmadım, Qulluğunda heç durmadım...

Bilmədim bir istəyini, diləyini,

Öz sevgimlə İsitmədim ürəyini...

yaşayarkən

mənim ona kiçicik bir təbəssümüm Süzülərdi ürəyinə

könül açan bir nəğmə tək. O öldümü?

Bundan sonra

Təəssüflə axıtdığım göz yaşlarım Kimə gərək,

Nəyə gərək?

Bəli, artıq keçmiş ola! Kim görüb ki, Təəssüflə qəlb boşala? Hayıf! Hayıf! Nidasına Çatır ancaq qüdrətimiz. Əlimizdə olan zaman

Biləmmirik heç bir şeyin qədrini biz. Ey övladlar,

ayıq salmaq istəyirəm indi sizi.

Gizlətməyin atanıza, ananıza sevginizi.

86

__________________Milli Kitabxana_________________

Olursunuz, duman olun, sis olmayın,

Nədə xəsis olsanız da Sevgidə xəsis olmayın! Əbədilik bir ağrı tək Sonra sizi yandıracaq, göynədəcək.

Toydan sonra bu nağara Kimə gərək,

Nəyə gərək? İtirdiyin doğmaları, əzizləri

Qaytara ki, bilməyəcək. Qəlbinizdə döyünəcək Özünüzün özünüzə atdığımz tənə daşı,

Gözünüzdə həsrət tozu...

Ondan sonra

Kimə verə bilərsiniz Bağrınızda sızıldayan Qayğı, sevgi borcunuzu?..

Noyabr, 1973

EHTİYAT

Cəsurların dəliqanlılığına şərəfnəğməsi oxuyuruq.

M.Qorki

Ehtiyat sözündən ehtiyatlıyam, Ehtiyat - hər yerdə ehtiyac olmur. Hər sözdən özünü qorayan ilham Ayaqda sürünür, başda tac olmur. Ehtiyat güdəndə yazdım könülsüz, Eləsi qəlblərə çətin yol tapır. Ürəklə, cürətlə dediyim hər söz

87

__________________Milli Kitabxana_________________

Hələ qorxaqla da asan dil tapır. Sənətin, ilhamın, eşqin gur səsi, Qorxaq ürəklərdən niyə gen düşür? Ehtiyat güdəndə, sözün gülləsi Həmişə hədəfdən didərgin düşür. Ehtiyat güdənlər, asta gedənlər, Heç sizi görmədim mənzil başında. Ey fikrin önünə daş gillədənlər, Əliboş qaldmız siz il başında. Yolu gedə-gedə addım sayanlar, Yolunuz yarıda niyə səhv olur? Ancaq cəsarətlə addımlayanlar

Ya hər şeyi alır, ya da məhv olur. Ehtiyat - birtəhər baş dolandırmaq, Cəsarət - ya həyat, ya ölüm ancaq! Ehtiyat vergüldür, nöqtə deyil, yox! Ehtiyat çalardır, rəng ola bilməz! Deyirəm dünyada bir qəhrəmanlıq Kölə ehtiyatdan doğula bilməz. Qorxur cəsarətdən qorxu da şəksiz Onun övladıdır igidlik, hünər.

Axı, cəsarətsiz, axı, ürəksiz Qapını döyməmiş hələ bir zəfər. Cəsarət çətindir, ehtiyat asan, Qorxudur alçaldan, axı, hər kəsi.

Cürətdən qorxmayaq qorxaq qorxudan Qorxu - itaətin dayaq nöqtəsi! Dolandım - yüz ölçüb bir biçəndə mən, Yaşaya bilmədim bircə an, ancaq. Mən ziyan çəkmədim cəsarətimdən, Qorxudan qorxuram, qorxudan ancaq!

May, 1970

88

__________________Milli Kitabxana_________________

TƏLƏBƏLƏRİMƏ

Uçun, uçun,

Xəyaldakı zirvələrdən atlanın, Tələbələrim mənim.

Bu gün mənə güvəndiniz, Sabah sizə güvənim.-

Bu gün önümdəsiniz, Sabah isə ayaq açıb gəzən şirin sözlərim...

Vətənimə səpələnmiş Mənim dan ulduzlarım...

Mən öyrədən, Siz öyrənən,

Zaman keçir, yer dəyişir Bu müqəddəs dövrədə...

Bu dünyanı öyrənmişəm Mən öyrədə-öyrədə...

Mənə heç vaxt yad olmadı Sevinciniz, Qəminiz. Xəyallarla nəfəs alan Cavanlıq aləminiz. Hissinizə, duyğunuza dola-dola,

Sizin ilə addımladım Qol-qola...

Suyu hər il dəyişilən Bir dəniz var önümdə. Suyu axır, Durulur. Bir tərəfdən boşalırsa, Bir tərəfdən o, dolur. Gənclik axır,

Bu axma qoşuldum. Yaşım artdı...

Ancaq yenə

89

__________________Milli Kitabxana_________________

Sizinlə həmyaş oldum. Elə dedim: - Bu dünyaya Nə baxdım ki, nə görəm.

Beş il açıb örtdüyünüz qapılan Otuz ildir

Mən açıram, örtürəm.

Sizin üçün bitən bir şey Bitə bilmir mənimçün. Öyrədirəm, Öyrənirəm,

günbəgün. Mən həmişə

Sizin ilə həmyaşam. Hamınıza yoldaşam!

El-obada ayaq açıb Mənim gəzən sözlərim, Vətənimə səpələnmiş Ay mənim ulduzlarım,

Fikrimizdən, sözümüzdən Aldığmız işığı,

El-obada körpələrin Ürəyinə səpin siz, Biçin olmaz səpinsiz.

Bugünkü dərs Tək bu günün dərsidir. Tək bu günlə

Siz gəlməyin vəcdə, yox!..

Sizdən hörmət gözləyirəm, Səcdə, yox!..

Səcdədə bir hərəkət yox, Çırpıntı yox,

Alov yox! O, həm sakit, Həm donuq!

90

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]