Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:

Bextiyar_Vahabzade_Seirler_I_cild

.pdf
Скачиваний:
560
Добавлен:
15.04.2015
Размер:
2.57 Mб
Скачать

__________________Milli Kitabxana_________________

BABAM, ATAM, MƏN

"Apollon-8 " gəmisi ilə kosmik səyahətim Məni bir daha inandırdı ki, biz hamımız balaca bir planetdə yaşayırıq

F.Borman

Babam həyatında yalnız bir kərə Faytonla Şəkidən Ağdaşa getmiş. O baxıb uzanan dar gədiklərə, təəccüb etmiş.

-Bu yerlər hamısı padşahındır? Deyə, faytonçudan o xəbər almış. Bəlkə də, dünyaya

o miskin, fağır

Babamın verdiyi bu, ilk sualmış. Bir dünya bilirdi Şəkini babam, bu yaşa qədər.

Onun gözlərində dünya bu gündən Böyüdü, uzandı Ağdaşa qədər.

Səksən verst dağ yolu! Zarafat deyil. Ən uzun, ən böyük yoldu babamçın. Şəkidən Ağdaşa uzanan bu yol, Böyüklük ölçüsü oldu babamçın.

Atamın qəribə adəti vardı:

Məni qollarında atıb-tutardı.

Həm də soruşardı: - De, görək məni,

Nə boyda sevirsən?

Deyərdim: - Səni

Lap bu dünya boyda istəyirəm mən.

Sevgimin böyüklük dərəcəsindən

Atam xoşlanardı.

O, uzun-uzun

Bu sözə gülərdi...

191

__________________Milli Kitabxana_________________

Axı, atamçün

Dünya, böyüklüyün son ölçüsüydü,

Atamın dünyası, dünya özüydü.

Mənimçün?

(Qorxuram xəyalım aza). Kosmosdan baxıram mən dünyamıza. Deyirəm: - Nə qədər kiçikmiş cahan. Axı, mənim dünyam, çıxıb dünyadan.

1971

DANYERİ

Son zamanlar ABŞ-da "Başqa cür düşünənlər"in adı "qara siyahıya" düşür. Bu siyahıya düşənlərdən biri də məşhur fizik, "Xalqlar arasında sülhü möhkəmlətmək üçün" beynəlxalq Lenin və Nobel mükafatları laureatı Laynus Polinqdir.

(qəzetlərdəri)

- Mənim fikrim, sənin fikrin, onun fikri... Bu nə demək?

Bir ölkənin milyon-milyon vətəndaşı Başqa-başqa düşünərsə

Bəs hökumət nəyə gərək? Biz hamımız bir fikrin bir səsiyik.

Laynus dedi: - Yox, yox, məgər Biz hamımız bircə rəngli İnkubator cücəsiyik?

Yoxmu mənim öz varlığım, öz nəfəsim?

Axı, neçin boğulmalı

192

__________________Milli Kitabxana_________________

mənim sözüm, mənim səsim?!

Susdurdular dərhal onu – "Haqq" adından haqq oğlunu. "FBR"in düzəltdiyi

Müdhiş qara siyahıya Artırıldı bir nəfər də. Adlar deyil, düşüncələr yanıb susdu. Susub yandı o dəftərdə. Hökumətlər cərgəsində Öz yerin var.

Hidrogenin, atomun var. Tankların var, topların var. Nələrin var, Nələrin var! Qüdrətini, qüvvətini

Ağır-ağır silahlara sən vermisən Bəs eyləsə, niyə qorxdun? Qorxun nədir - bilirmisən? Ürəyinin ortasından

Bir səs dedi: haqqa sığın! Sənin qorxun - haqsızlığın! Atomunla, raketinlə

Sən elə zənn eləmə ki, Hakimisən yerin, göyün.

Boş havadır səsin, küyün. Silahlara arxalanan sənin gücün – zəifliyin,

acizliyin,

gücsüzlüyün.

Haqqın uzun ipinə bax, o yumaqda əməllərin

düyün-düyün...

Heç xəbərin yox özündən.

193

__________________Milli Kitabxana_________________

Yarpaqları sol tərəfə əyən külək sağdan əsir.

Onu soldan axtarma sən.

Orda, burda sən özünü çox öyürsən, Əslindəsə, Sən qorxudan uçunursan, üşüyürsən.

Qorxmadığın bir məmləkət de, varmı heç?

Belə qanlı silahları olan ölkə qorxarmı heç?

Sən qorxursan dünən, bu gün. Min hidrogen bombasından qorxuludur sənin üçün

qanan bir baş, yanan ürək!

Sən atomdan qorxmamısan Bir fıkirdən, düşüncədən qorxduğuntək!

Boyalan həqiqətdən, Həqiqəti rəzalətdən

Öz gözüylə gördüyünü boş nağıldan Seçə bilən,

bir ağıldan, niyə qorxdun? – Bilmirəm mən!

Əgər o, bir böhtançısa, yalançısa,

Niyə onun dediyini Məmləkətdən gizlədirsən? Niyə onu həbs edirsən? Milyon-milyon qoşunun var. O isə tək.

Niyə qorxdun?

Təkbaşına Laynus sənə neyləyəcək? Dəhşətlidir "qara dəftər" – Qananların,

haqq oduna yananların

194

__________________Milli Kitabxana_________________

siyahısı!

Başlarını yerə dikib Qoyun kimi otlayanlar – Əsarəti hürr sayanlar,

Bu Vətənin hər neməti, sizə ehsan! Ey Vətənçün alışanlar, Susmayanlar, danışanlar, Qismətiniz ölüm, zindan!

Atomun var, raketin var, Sən qorxursan.

Bu qorxunun ağırlığı Sənin haqsız işlərinin Çəkisidir,

dəyəridir.

Üfüqdəki al rəngə bax, Dan yeridir,

Dan yeridir!

1972

ŞAİRLƏRİ ÖLDÜRÜRLƏR

Müstəbidlər başa düşmür şairləri.

O zaman ki başa düşür, fərman verir ölümünə

A. Voznesenski

Öldürdülər Nerudanı. Öldürdülər ömrü boyu Qəm çəkəni, dərd udanı,

Öldürdülər azadlığın nəğməsinə Nəğməsilə saz tutanı...

Öldürdülər şairləri Kimisini birdən-birə Bıçaq ilə,

Güllə ilə. Kimisini

195

__________________Milli Kitabxana_________________

ürəyinə yeridərək söz zəhərin gilə-gilə...

Öldürdülər, hədə ilə, qorxu ilə, təhdid ilə...

Öldürürlər şairləri, qana-qana. Bilə-bilə.

Şairlərin dillərini bağlayanda Öldürdülər onları öz əllərilə...

Ürəyini dəlib çıxan fikirləri demək üçün, Şair dözər hər zülümə. Dodağını kilidləmək Şair üçün bərabərdir min ölümə! Öldürürlər şairləri – Öldürürlər, xəyalları, fikirləri...

Yox-yox!

Fikir ölə bilməz.

O, şairin özündə yox, sözündədir.

Ədalətlə cilalanan, Həqiqətdən qüvvət alan Qadir sözün qabağında Güllə nədir,

atom nədir?..

O deyəcək öz sözünü. Qaynayacaq, o daşacaq, o coşacaq.

Söz - həmişə Ədalətin düşmənilə vuruşacaq!

Söz - yerlərdə sürünməmiş, Dodaqlarda çiçək açmış. Doğru sözün qabağında

196

__________________Milli Kitabxana_________________

Yalan sözün rəngi qaçmış. Söz-nəbzidir,

haqq səsidir zəmanənin, Aynasıdır zəmanənin.

Ey müstəbid, dünənə yox, bu günə bax!

Sən aynanı sındırmamış

O aynada

Öz eybəcər üzünə bax! Yalanların boyasıyla bəzəsən də üzünü sən, O aynada görəcəksən düzünü sən!

Yaxşı görür Şairlərin iti gözü Yalan ənlik-kirşanın

Dalındakı murdar üzü! Haqla-nahaq, Gerçəkliklə yalançılıq üzləşdiyi gündən bəri, Öldürürlər şairləri...

Haqq istəmək, Düz danışmaq hələ qalsın bir tərəfə

Göz yaşı da, hıçqırıq da

Yasaq olan bir ölkədə Qatı zülmət işıqlıqda, nur kölgədə...

Buna dözmək? Necə dözmək?

Xunta qeyri-qanunidir. Əxlaqsızın törəməsi bicə dözmək,

Necə dözmək?

Oktyabr, 1973

197

__________________Milli Kitabxana_________________

50 YAŞIM

Mən necə oldu ki, çatdım əlliyə? – Yox, deyə bilmərəm,

Dedilər: - Niyə?

Bir içim su kimi içdim mən onu. Əllicə an imiş, demə, əlli il. İllərin nə təhər sovuşduğunu Bilərək yaşamaq, yaşamaq deyil.

Bilmədim...

Könlümün həyəcanları, Qovladı bu dağdan o dağa məni. Ömrün arzu dolu pilləkanları Uçurdu budaqdan-budağa məni.

Gün doğdu...

Həvəslə, Yanan ürəklə

Çalışdım, vuruşdum...

Gün axşam oldu.

İli qarşıladım təzə diləklə,

Bir də ayıldım ki, il tamam oldu.

Yol getdim...

Saymadım yağışı, qarı.

"Məqsədə tələsən dincəlməz" - dedim. Yanımdan ötüşdü verst ağacları, Macalım olmadı, saya bilmədim.

Elə qanadlandım, Mən elə uçdum,

Sürətim döndərdi ayı həftəyə. Arzular ardınca göylərə uçdum, Yerin təqvimləri yaramır göyə.

198

__________________Milli Kitabxana_________________

Zəhər də içmişəm, bal da yemişəm. Ömrümün yolları min keşməkeşdə. Mən vaxtı heç zaman gözləməmişəm, Vaxt özü qapımı döyüb həmişə.

Məni yaşadan da təlatüm oldu, Dalğalar qoynunda ötdü anlarım. Mənim zaman ölçüm, vaxt ölçüm oldu, Ölçüyə gəlməyən həyəcanlarım.

Mühit dənizidir önümdə masa, Ləpədir ömrümün hər anı, qardaş. Dalğalar ürəkdə baş qaldırmasa, Həyatda axtarma dalğanı, qardaş.

Yaşadım, bildirib vaxta həddini Dəli dalğaları mən yara-yara. Yaşadım...

Eşq olsun vaxtın həddini Özünə sığdıran çırpıntılara!

Zirvədən ötübdür, döşə qar yağır, Yel əsir,

qapını qış döyür...

Nə qəm.

Əllimi xərclədim...

Xoşbəxtliyimdir,

Neçəm qaldığını deyə bilmərəm.

Gah müdrik qocayam, cah cavanam mən, Yadıma salıram gah da ilkimi.

Könlümə sığmayan təlatümümdən Yaşadım əllimi bircə il kimi.

1975

199

__________________Milli Kitabxana_________________

QOCALAR

Çənə əl üstündə, əl çomaq üstə Qocalar əyləşir tin başlarında. Sinə bayatılı, könül şikəsti, Ömür varaqlanır yaddaşlarında.

Yaşıdlar köç edib, cavanlar işdə Tək-tənha oturmaq son əlacları. Həyatın amansız yalqızlığında Tutur əllərindən əl ağacları. Yumub gözlərini düşünür onlar. Durur göz önündə ötən zamanlar.

Yerdə çuxur açır çomağın ucu, Sonuncu həddinə dirənib ömür. Dünyadan aldığı, dünyaya borcu Nəymiş?

Düşüncənin sonu görüm

Çomağın ucuna dikib gözünü, Onlar saatlarla oturar belə. Fikir bir gəmi ki, bilinmir yönü, Çırpmır, çıxammır ancaq sahilə.

Onlar düşündükcə boşalar, dolar. Birdən düyün düşər fıkrin əvvəli. Doqqazlar başında bizim qocalar Düşüncə heykəli, fikir heykəli!

Əvvəllər deyərdim, onlar bu qədər Bekarca oturub darıxmır məgər? Kitab oxuyardım darıxmamqçün Onların yerinə olsaydım əgər.

Bir qalın kitabmış hər ömür, demə, Oxumaq istəsən, yum gözlərini.

200

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]