Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:

Bextiyar_Vahabzade_Seirler_I_cild

.pdf
Скачиваний:
560
Добавлен:
15.04.2015
Размер:
2.57 Mб
Скачать

__________________Milli Kitabxana_________________

Sən önümdə donursansa, Mən də yoxam,

Sən də yox!

Başqa simdə çalmalısan Mənim köhnə havamı. Sən mənmisən?

Yox!

Fikrimin,

Əqidəmin

davamı!

Sizin mənə sevginizdə tapmışam İtirdiyim nə varsa.

Mənim Sizə dediklərim Ruhunuzda yaşarsa, Sizin ayaq basdığınız hər obada mən varam, Qəlbinizdə çağlaram, Dilinizdə qaynaram. Gələcəkdə yaşaram! Sabir olub,

Puşkin olub, Vurğun olub

Hər dərsimin ön sözü. Bəs nə imiş Məramının, mətləbimin Son sözü?

Harda bir ev uçubdursa, Biz o evə

Dirək olaq, Daş olaq. Adicə bir insan deyil, Bu Vətənə,

Əsl vətəndaş olaq!

1974

91

__________________Milli Kitabxana_________________

O NƏDİR?

"Dünya ulu tanrının yuxusudur" - - dedilər.

Onu bu xoş yuxudan ayıltmayın, - dedilər.

Onun oyanmasını Niyə istəmədilər? O, nə qədər yatacaq Dərin, şirin yuxuda? İntəhasız olarmı, Vaqiə də, yuxu da?

Milyon-milyon ildi ki, Fırlanır,

Yer kürəsi...

Nə benzini qurtarır, Nə odu, nə qüvvəsi, Hara gedir o belə?

Yerindədir yer elə...

Dönür günün başma Qüvvət alıb o, gündən. Nə öz oxundan çıxır, Nə də öz çevrəsindən...

Fırlanır...

Getmir ancaq Nə irəli,

Nə geri...

Fırlanıb sapa düzür O, ayları, illəri.

Yerin gözü yoxdumu? Onun da

İnsan kimi

Var olsaydı gözləri, Tərpənərdi yerindən, Çıxardı mehvərindən. Tanrmın da yuxusu Dağılardı o zaman.

92

__________________Milli Kitabxana_________________

Təzə,

Başqa bir yuxu Uydurardı yuxudan. Yer qopmadı yerindən. İnsan qopdu...

Qanadı

Aldı əməllərindən...

Möcüzələr yaratdı, Kainata ip atdı, Uçub Aya da çatdı. İnsan çıxa da bildi Yerin cazibəsindən...

İnsanın:

"Mən tanrıyam, Mən qadirəm" - Səsindən

Tanrı diksindi, durdu. Boylandı dövfəsinə...

Gördü: İnsanın özü

Dönüb Yer kürəsinə. Ancaq...

O, kürə kimi Fırlanmır öz yerində. O yeriyir, o uçur Ağlın üfüqlərində...

Yer kürəsi Tanrının

Uydurduğu yuxudur, Nağıldır, Əfsanədir...

Bəs boylanıb yuxudan çıxan insan?..

O nədir?

1974

93

__________________Milli Kitabxana_________________

DÜŞÜNCƏ - SÖZ

Özümə də görünməyən Könlüm mənim, Duyğum mənim, Sövdam mənim -

Azadlığım - öz mənəvi dünyam mənim. Öz içimdə, öz dünyamda

Hakim də mən, Məhkum da mən. Neçə yerə qol atıram

Bir özəkdə, bir tumda mən...

O coşqundur, O daşqındır.

Min rənglidir, Sürəklidir. Söz - fikrimin, düşüncəmin Qəlibidir,

Öz şəklidir.

Düşüncələr - havadakı quşa bənzər. Sözlər - quşa atdığımız daşa bənzər. Dəyə bilsə səninkidir,

Dəymədisə - Daşdan küsmə, Özündən küs.

O incidən əlini üz. Ürəkdədir o qönçələr...

Hansı gözə görünübdür düşüncələr?

1975

MƏNİM XALAM

Mina xalama

Anam öldüsə də, öz taleyimdən Küsmədim,

yerində xalam var mənim.

94

__________________Milli Kitabxana_________________

Ona güvənirəm, Sanıram ki, mən

Arxamda alınmaz qalam var mənim.

Elə ki, darıxdım, Minib maşına

Gedirəm Ağdaşa, düz xalamgilə. Yaxşı deyirlər ki, hamı bir yana, Ananın ətiri xaladan gələr.

Bu necə ətirdi, bu necə etir, Ruhum sakit olur, ürəyim aram. O ətri duydumsa əriyir illər, İlkimə qayıdıb uşaq oluram. Bu necə ətirdi, oyanır mənim

Könlümdə ən şirin, ən dadlı çağlar? Niyə göz önümdə dayanır mənim Qalanan təndirlər, yanan ocaqlar?

Bu necə ətirdi, İlkin duyğular,

Köhnə binəsinə qayıdır yenə? Bu necə ətirdi, onda nə sirr var, Məni məndən alıb qaytarır mənə.

Bu necə ətirdi, bu necə ətir, -

Məni göyüm-göyüm niyə göynədir? Bu nə göynərtidir? Deyə bilmirəm, Niyə göynəyirəm, niyə, bilmirəm?

Niyə bu göynərti, niyə bu ağrı, Alır öz əlimdən ixtiyarımı? Bu sızı, hamıya əziz olduğum Qayğısız günlərin intizarımı?

Tutmaq istəyirəm baxışlarını

Min mətləb gizlənir hər qayğısında. Ötən günlərimin naxışlarını Görürəm xalamın kəlağayısında.

95

__________________Milli Kitabxana_________________

-Ay oğul, saçını nə tez ağartdm? Deyə, əllərini çəkir başıma. Deyirəm: - Tez niyə, əlliyə çatdım. Yox! İnana bilmir xalam yaşıma.

Anamın diliylə o, məni oxşar, Nəsihət eləyər hər görüşündə. Mənim özüm boyda uşaqlarım var, Xalam "uşaq" - deyir mənə bu gün də.

Yox! Heç nə yayınmaz onun gözündən, Dərdimi üzümdən oxuyur mənim. Xalama güvənib sanıram ki, mən, Arxamda alınmaz qalam var mənim.

O necə qaladır? Uludan ulu. Hansı bir qüwəti özündə gizlər? Qayğıyla, sevgiylə doludur, dolu O titrək dodaqlar, o yaşlı gözlər. O necə qaladır? Zəif bir vücud! Üfürsən yıxılar,

Gücsüz bir qarı.

Qoluma güc gəlir, könlümə ümid Çiynimə qonanda zəif qolları.

O elə qala ki, baş əyməz yada, Könül çiçək açır hərarətindən. Dünya şər qüvvəyə dönüb axsa da, Onun qucağında amandayam mən.

Köksünə baş qoydum, dedi: - qadası! Sandım ki, çiynimdən yük endirmişəm. Xalamın sinəsi - sevgi qalası

Mən bu istiliyi harda görmüşəm?

Xalam uşaqları, sizə sözüm var İndidən yanmayan sonra bərk yanar. Düzünü deyim ki, anam sağ ikən, Qədrini o qədər bilməmişəm mən.

96

__________________Milli Kitabxana_________________

Ayıltmaq istərəm indidən sizi Yaman nigaranam xalamdan yana, İndidən yandırın ürəyinizi Qoymayın od tutub sonradan yana.

Siz də olarsınız ikiqat yetim Yaxşı başa düşün, yaxşı, siz məni. Anasız qaldığım bəsimdir mənim, Amandır, qoymayın xalasız məni.

1976

İYİRMİ BEŞ İL

Ömür yoldaşıma

Elə bil dünəndir Sabir bağında Çıxdın qabağıma ağ çiçək kimi. Elə bil dünəndir, ağ paltarında Qondun evimizə kəpənək kimi.

Nə tez başa gəldi iyirmi beş il? Balalar yetişir, qocalırıq biz. Nələri itirdik - qayıdan deyil, Görəsən, nə imiş bəs qazancımız?

Sönməmiş könlümün odu, həvəsi, Balalar səslənir: "Bəsindir dayan!" Oğlumuz toy umur, bizim toy səsi Hələ getməmişkən qulağımızdan.

Bu necə dünyadır? Yolu bir qarış, Ayıra bilmirsən çoxunu azdan...

Həzzindən, zövqündən hələ doymamış Çəkirlər süfrəni qabağımızdan.

97

__________________Milli Kitabxana_________________

Bu necə dünyadır anlamıram mən, Nə gəliş bəllidir, nə gediş bizə. Xəbərimiz olmur gəlişimizdən, İnana bilmirik getməyimizə.

Vurduq bir zindana iyirmi beş il, Ötdü günlərimiz ağlı-qaralı.

Sənin duyğuların - bir nəğməli göl, Mənim duyğularım min macəralı...

Sən nə dalğalandın, nə çalxalandın, Haldan-hala düşdüm mən hər dəm, gülüm, Sən məni bir dəfə sevib dayandın,

Mən səni hər rəngdə sevirəm, gülüm.

Daş atdım,

Əlimdən çıxdı bir xata. Bulana-bulana yenə duruldun. Könlümdən keçəni duymadınsa da, Ömrümə, günümə havadar oldun.

Düşdü yuvamıza, düşdü qan-qada, Başımız üstündə ildırım çaxdı. Səsimiz, nəğməmiz bir olmasa da, Suyumuz, selimiz bir arxdan axdı. Ata ocağının qələmdən çıxan Çörəyi mənəmsə, ürəyi sənsən. Başmda çal-çarpaz ildırım çaxan İsti yuvamızın dirəyi sənsən.

Mənim xəyallarım uçdu havada Sən məni göylərdən endirən oldun. Bizim qurduğumuz isti yuvada Fəhlə mən oldumsa, usta sən oldun.

Elə ki, bəxtimin gözü yumuldu, Yoluma nur saçan çilçıraq oldun.

98

__________________Milli Kitabxana_________________

Mənim nəşələrim özümün oldu, Ancaq dərdlərimə sən ortaq oldun.

Başıma dolanan dərd-sərimin Odunu qəlbindən keçirən oldun. Səndən gileylənən şeirlərimin, Sahibi mən oldum, qulu sən oldun.

Yanıb yaxılanda şeirim üçün mən, Sən elə bildin ki, gizli qəmim var. Ayrıla bilmədin öz aləmindən Bilmədin, mənim də öz aləmim var.

Gülüm, aynasıdır üzüm, üzünün, Məni əldən saldı axtarışlarım. Üzünə əks etdi mənim günbəgün, Üzümdə açılan sərt qırışlarım.

Fikrim dərə keçdi, təpələr aşdı, Ardımca bir addım gəlmədin ancaq. Sən məni dindirdin,

Dilim danışdı,

Şerimi dindirə bilmədin ancaq. Ötdüyün mahnını bir yol çaşmadın Mən çaşdım...

Dərədən boylandım dağa.

Öz könül mahnını sən çalışmadın, Mənim iniltimə uyuşdurmağa...

Elə bil dünəndir, Sabir bağında Çıxdın qabağıma ağ çiçək kimi. Elə bil dünəndir, ağ paltarında Qondun evimizə kəpənək kimi.

Aradan nə keçdi? İyirmi beş ildə Qara saçımızda ağardı illər! Təkcə istəyimiz qaldı könüldə, Qalan nə vardısa, apardı illər.

99

__________________Milli Kitabxana_________________

İndi xəyal yorğun, könül şikəstə...

Gəncliyi dadmamış qocalırıq biz. Övlad qayğısında, bir murad üstdə Birləşir uyuşmaz nəğmələrimiz.

Eyni yük altında neçə yoxuşu, Arzumuz, qəsdimiz birgə aşıbdır. Özgə budaqların iki yad quşu İndi bir budaqda doğmalaşıbdır. Budağın eşqinə darda, çətində

Nəfəsin könlümə qol-qanad vermiş. Zaman ötüşdükcə

Məhəbbətin də

İlk rəngi, ilk dadı dəyişilərmiş.

Demə qocalmısan, gülüm, doğrusu Mənimçün bir az da sonalaşmısan. Balamın anası, nə sirrdir bu?

İndi mənimçün də analaşmısan.

Dekabr, 1974

MƏN KİÇİK BİR ÜRƏYƏM

Yenə Şəkiyə gəldim bir az dincəlim deyə, Özümə gəlim deyə.

Ancaq... bir gün, bir saat dincələ bilmədim mən Ürəyimin səsindən...

O səs... O səs izlədi hara getdimsə məni, Gülərüzlü görmədi burda bir kimsə məni. O səs qulaqlarımda bir top kimi gurladı, Fərəhimi həbs edib, nəşəmi oğurladı. Pozdu rahatlığımı,

dincliyimi, yuxumu...

Dedim: Dincəlmək bumu?

100

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]