Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:

Bextiyar_Vahabzade_Seirler_I_cild

.pdf
Скачиваний:
560
Добавлен:
15.04.2015
Размер:
2.57 Mб
Скачать

__________________Milli Kitabxana_________________

Gözlərində Daşaltının ağ sulan gilələndi. O dözmədi,

yox, dözmədi,

Bu xiffətdə çox hikmət var. Yad iqlimə dözə bilməz Öz-özünü tanıyanlar!

Avqust, 1976, Şəki.

KÜLƏK - OT

"Hökmdar küləyə, xalq ota bənzər.

Külək hardan əssə, ot başını o tərəfə əyər".

Konfusi

"Hakim - dəli bir küləyə, Xalqsa - onun qabağında Tir-tir əsən ota bənzər.

Hansı yandan külək əssə, O tərəfə ot baş əyər". Konfüsinin bu ehkamı

Əsrlərlə oldu bütün hakimlərin ilk hakimi.

Dolandırdı öz başına məmləkəti məhvər kimi. Kəlama bax!

Yüz-yüz illər

Bir ölkənin bayrağında dalğalandı, Külək əsdi səmum kimi,

Ağızlara daş tıxandı, Beyinlərdə fikir dondu. Ürək yandı.

Kəlam dönüb Hakimlərin əllərində məşəl oldu.

111

__________________Milli Kitabxana_________________

Ağızlarda məsəl oldu. Gözəl, çirkin damğasıyla damğalandı,

Çirkin dönüb gözəl oldu. Yerin bağrı cadar-cadar, Axmazlarda donub qaldı,

süzülmədi həqiqətin bir damcısı. Yalan - dövlət maşınının sükançısı! Kəlama bax!

Ehkama bax! Haqsızlığı

Yüz-yüz illər sığışmadı Yerə, göyə.

Nə deyəsən

Bu sözdəki dırnaq içi "böyüklüyə", "müdrikliyə"? Külək əsdi

Gah imandan, gah gümandan, Gah o yandan, gah bu yandan Otlar əydi başlarını

Öz içindən yana-yana. Gah o yana, gah bu yana Külək əsdi...

Ot əyildi...

Külək əsdi, elə bildi,

Qüdrətinə bir səcdədir bu əyilmə. Zalım külək,

Zülmə olan əyilməni səcdə bilmə! Qorxudandır

Bu titrəmə, bu əyilmə!

Özgəsini qorxu ilə qorxudanın özü qorxur.

İnanmırsan?

Aç qəlbini sən ondan sor!

112

__________________Milli Kitabxana_________________

Bu qorxunun qabağında Sən özün də Qorxuzduğun ot kimisən. Sən qorxuyla qorunmazdın Bu qorxunun dəhşətini Bilməsəydin ot kimi sən. Ancaq bunu bilməlisən. Məhəbbətə hörmət olar, Qorxuyasa nifrət olar. Nifrət sızar damcı-damcı Nəhayətdə dağ dağılar, Daş - oyular.

Zalım külək,

Unutma ki, geci-tezi suya dönür Nərildəyən,

Guruldayan

Şimşək olub çaxan bulud. Əgər sağdan əsirsənsə, Sağa deyil,

Sol tərəfə əyilir ot,

Bu tərəfə əyilmənin sirri nədir? Bu, hörmətə əyilmə yox,

Bu, yalana dal çevirmə, Həqiqətə əyilmədir!

1976

SATQINLIQ

Səhl-Sumbat Xalq qəhrəmanı Babəki düşmən əlinə verən. Sata bildin

nəyi nəyə, kimi kimə? Tək olsaydın,

heç adını tutmaz idim, Mikrob kimi

113

__________________Milli Kitabxana_________________

ələnmisən tariximə. Babəklərin sinəsilə yol açdığı Zirvələrə çatmaq üçün,

Dərə keçdik, Təpə aşdıq. Bu yollarda

Neçə-neçə həmzələrlə, Sumbatlarla qarşılaşdıq. Satqınların hiyləsindən Neçə kərə

Tarix endi zirvələrdən dərələrə. Bu hiyləgər xəyanətlər Tariximin neçə-neçə varağını ləkələdi,

qaraladı.

Bir ölkəni yaraladı, Neçə yerə paraladı.

Mənə açıq düşmən deyən bir düşmənin İçi də bir, çölü də bir.

İçindəki nifrətini Üzündə də o, gizlətmir.

Niyə qorxum bu düşməndən? Bu meydanda ya o, ya mən! O düşməndən qorxuram ki, İçindəki zülmətini, Qəzəbini, nifrətini

Üzündəki gülüş ilə örtə bilə! Səhl-Sumbat! Yollarıma diyirlədin Xəyanətin ilk daşını. Üzündəki gülüş ilə Sən axıtdın

Bir ölkənin göz yaşını. Bu gülüşlə

Xəyanətin zəhərinə bal qatmısan

114

__________________Milli Kitabxana_________________

Bu gülüşlə

anamızı ağlatmısan.

Sən həmişə yanımızca hərlənirsən, Sağımızda Səhl-Sumbat, Solumuzda Səhl-Sumbat.

Can atırıq zirvələrə - Yolumuzda Səhl-Sumbat. O Sumbatdan törəyənin Soyu-Sumbat. Huyu-Sumbat. Dili-mənim,

Əli-qənim.

Qazır mənə quyu Sumbat! Gah quzeydən, gah güneydən Baş qaldıran yel kimisən. Namərdliyin yol yoldaşı, Kişiliyin qənimisən.

Yüz qızıla, bir "sağ ol"a Sata bildin kişiləri, Özün söylə,

Aldıqların satdığına dəyərdimi? Aldığına

arzuların göyərdimi? Qızıl getdi, "sağ ol" itdi, Özün öldün.

Xəyanətin Tariximin kürəyində

Damğa kimi durur ancaq. Gücünə bax,

Əsrimizə çatdı səsi. Satılanın böyüklüyü, Satqınlığın dərəcəsi! Düşdü gələn əsrlərə Xəyanətin boz kölgəsi. Neçə-neçə Səhl-Sumbat

115

__________________Milli Kitabxana_________________

baş qaldırdı o kölgədən,

Səsi gəldi o ölkədən, bu ölkədən. Səhl-Sumbat,

Dünən maskan gülüş idi, Bu gün nədir?

Gəliri də, çıxarı da, Mayası da, Maskası da bilməcədir, bilməcədir!

Səni çox da qınamıram Satqınlığı vaxtın özü hünər saydı.

Məgər satan olardımı Əgər alan olmasaydı?!

Avqust, 1979

BƏLİ ƏSƏBİYƏM

Mənə "əsəbisən" deyən - düz deyir. Mənim nöqsanımı demək istəyir. Söz atdın...

Könlümdə qopdu zəlzələ,

Bilmədim, nə zaman çıxdım özümdən. Toxundun könlümə

üstəlik hələ

Deyirsən, lal olum, qışqırmayım mən? Dəmir dəmirdi ki, toxunsan əgər

O da cingildəyər, o da səslənər.

Mən ki istəmərəm bir ürək sına, Əsəbiyəm,

çünki həyəcanım var.

Hardasa bir haqqın tapdanmasına Mən dözə bilmərəm, isti qanım var.

116

__________________Milli Kitabxana_________________

Mənə biganədir soyuqqanlılıq, Hər şeyə öz ölçüm, öz tərəzim var. Sənin qərəzinin mənə dəxli yox,

Mənim öz görüşüm, öz qərəzim var. De, necə od tutub alışmayım mən –

Fikirsiz, məsləksiz ölü canlara? Bəli, əsəbiyəm, heç çəkinmədən

Mənim əqidəmə toxunanlara.

Dünyaya gəlmişəm, qanam. Anladım,

Ürəyim od tutub yanar.

Bəli, əsəbiyəm, çünki insanam, Mənim nifrətim var, məhəbbətim var. Quzuya da bəli,

Qurda da bəli?

Deyirsən, olmasm baxışım mənim? Nöqsanım budursa əgər...

deməli,

Ancaq naxışımdır yanlışım mənim.

İyul, 1979

NARAHAT OLANDA...

Zamanın dolanbac pillələrindən

Keçmək istəyirəm, keçə bilmirəm.

Narahat çırpınan dünyamızda mən,

Necə rahat olum, necə, bilmirəm?

Dinclik, rahatlıqdır mənim düşmənim. Buludlar üstünə, ey könlüm, şığı! Alır dincliyimi əlimdən mənim Könül sakitliyi, can rahatlığı!

117

__________________Milli Kitabxana_________________

Rahatsa nə yanır, nə qanır ürək Necə başa vurum bilmirəm, günü...

Elə bil, sinəmdə dayanır ürək, Axı, eşitmirəm döyüntüsünü.

Narahat olanda çıxıb özündən Qəlbim qulağımda top kimi gurlar. Onda bilirəm ki, yaşayıram mən, Onda bilirəm ki, ürəyim də var.

Tufansız ürəklər durğun göl kimi, Suyu təzələnməz, Dibi lillənər. Narahat ürəklər daşqm sel kimi, Hər daşın üstündə bir cür dillənər. İçindən oyulub qəlbim döyünsün, Yarışa çağırsın daşqm selləri. Təzə bir mahnıyla sel kimi hər gün Oyatmaq istərəm yatmış çölləri.

Dibi görünməyən ümman göstərin Baş vurum,

Kəşf edim dərinliyini.

Mənə əzab verin, iztirab verin, Dadım səadətin şirinliyini!

İyul, 1979, Şəki

YAMAN SIXIR GECƏ MƏNİ...

İllər qədər uzun çəkdi Bu intizar gecəm mənim. Ümidimin gözlərini

Şübhələrlə sürmələdi bu qəm mənim. Bu gecənin bir ömrünə həsrətimdən

118

__________________Milli Kitabxana_________________

Neçə-neçə ömür qatdım.

Bir diləkdən min diləyə körpü atdım. Ax bu gecə sübhə qədər

Nələr, nələr - Ola bilər?

Bir diləyim günəş kimi Pəncərəmdə gülə bilər.

İtkin düşən tək qardaşım gələ bilər. Qəfil bomba bir şəhəri

Yer üzündən silə bilər.

O bombanm bir neçəsi atılarsa, Yer kürəsi başdan-başa ölə bilər. Hər şey, hər şey ola bilər,

Mıxı mismar eləyən var. Geyinmişəm mən gecəni, Yaman sıxır gecə məni.

Darıxıram... Hara qovum bu həsrəti, kədəri mən?

İntizarın bir günündə qocalmışam İki göz də borc almışam Gözləyirəm səhəri mən.

Mənim üçün

Səhər yolda qala bilər. Bu andaca gələ bilər, Doğulmamış ölə bilər. Hər şey, hər şey ola bilər. Mıxı mismar eləyən var. Hardan gəlib hara getdim,

Heç bilmədim bu nə yoldu. Bir gecənin intizan

Bir ömürdən uzun oldu. Bu intizar, bu həsrətmiş Bəlkə, mənim -

Öz taleyim, Öz qədərim.

119

__________________Milli Kitabxana_________________

"Açıl" - dedim, açılmadı al səhərim. Ümid güldü pəncərədə

Gün yerinə, Dan yerinə.

Ürəyimdən işıq düşdü Ümidimin gözlərinə. Dedim: - Vaxtın axarında Gecə, gündüz silsilədi.

Bu gecələr Lap nə qədər Uzun olsa Səhərlərə hamilədi.

Mıxı mismar eləyən var...

Oktyabr, 1979

EKRAN QARALANDA...

- Qurtardı bugünkü verilişlərimiz Dinləyin sabahın proqramını. ...

Hələ ki, bu günüm bitməyib...

Nə tez

Sabaha keçirsən? İnsafın hanı?

Sabaha caladın nə tez bu günü? Ölməmiş sən ona kəfən biçirsən. Tamam yaşamamış günün ömrünü İndidən sabaha niyə keçirsən?

Yatmaq istəmirəm... Keçmə sabaha! Gecənin ömrünü uzadaq bu cür. Gənclik müftə imiş, qocalıq baha, Fələkdən gün çalaq, ömürdən ömür.

120

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]