Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Axmaq puma sindromu

Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından biri olan pumanın ovlarına “münasibəti” müasir insanın həyatı üçün əsl nümunə təşkil edə bilər. Bu ağıllı canlının “estafet”inə nəzər salarkən ilk baxışdan təəccüblü bir şey görünmür: puma ya qurbanını ələ keçirərək onu parçalayır, ya da ov qaçaraq yırtıcıdan canını qurtarır. Amma iş burasındadır ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, başqa sözlə onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, puma “estafet”i yarımçıq tərk edir və özünə başqa yerdə qurban axtarmağa başlayır. Məsələn, o, heç vaxt ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır. İqtisadi ədəbiyyatlarda istifadə edilən “axmaq puma sindromu” anlayışı da məhz bununla izah olunur. Yəni heç bir məntiqə sığmayan hərəkətlərlə bir dovşanın ardınca illərlə qaçan insanlar bəşəriyyətin “axmaq puma”larıdırlar.  Uğur qazanmaq üçün “puma fəlsəfəsi”ni – xərclənən əmək ilə əldə ediləcək nəticə arasındakı uzlaşmanı yaxşı mənimsəmək lazımdır. İndi isə öz həyatımıza nəzər salaq. Qarşımıza qoyduğumuz hədəflər, qazandığımız uğurlar, işdən aldığımız ləzzət və karyeramız onlar üçün sərf etdiyimiz vaxta və enerjiyə dəyərmi? Yəni qazandıqlarımızın verdiyi enerji itirdiklərimizin apardığı enerjini layiqincə kompensasiya edə bilibmi?

Sırf inadkarlıq və prinsip naminə enerjimizi israf etmrikmi? “Axmaq puma sindromu” nəticəsində işlədiyimiz müəssisəyə nə qədər itki veririk? Getdiyimiz yol yüz faiz məğlubiyyətlə nəticələnəcəksə, lazımsız yerə inad edib yola davam etmək əvəzinə planlarımıza yenidən nəzər salıb “zərərin yarısında dönmək də kardır” düşüncəsi ilə geri qayıtmışıqmı? Təkrar-təkrar eyni işləri görərək fərqli  nəticə əldə edəcəyimizi zənn edib, amma istədiyimiz sonuca nail olmayaraq təəccüblənmişikmi?  Bütün gücümüzü mənasız “Leyli”lərin yolunda xərcləyərək əldən düşmüş “Məcnun” olmaq istəmiriksə, bizi əhatə edən dünyaya real gözlə baxmağı bacarmalıyıq. Real dünyamızı xülyalarımızla formalaşdırdığımız xəyal dünyasından ayırmağı bacarmalıyıq.    Əgər hələ də sərf olunmamış enerjimiz qalıbsa, pumaları özümüzə repetitor seçə bilərik! Amma diqqətli olun ki, “müəllim” yanına getmək üçün xərclədiyiniz vaxt və enerji “dərs”dən qazanacağımız enerjidən artıq olmasın! Əks təqdirdə gələcəkdə biz də pumalara yem ola bilərik.

Təbrik məktubları haqda lətifə

Məşhur şirkətlərdən birinin baş idarəsində yeni işə girmişdim. Şöbə müdirinin köməkçisi vəzifəsində çalışacaqdım. Qarşıdan gələn bayrama 10 gün qalmış müdirim xəstələndi və işə çıxmadı. Elə həmin gün baş direktor məni yanına çağıraraq: “Təbrik məktubları hazırdırmı?” – deyə soruşdu. “Bağışlayın, hansı təbrik məktubları?” – mən də suala sualla cavab verdim. “Arif müəllim bu haqda sənə heç nə deməyib? Qarşıdan bayram gəlir. Camaatın bayramını təbrik etməliyik. İndiyə qədər hazır olmalı idi, – deyə baş direktor məzəmmət etdi, – onda çalışın, sabaha kimi çatdırın”. Direktora “oldu” deyərək otaqdan çıxdım. Məktubların hamısını mürəkkəblə və gözəl xətlə yazmağı tapşırmışdı.  2000 ədəd “aşağıdakılar”a ünvanlanacaqdı: “Qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm”. Digər 1000 məktub isə vəzifə sahiblərinin adına yazılacaqdı: “Sizin və xanımınızın bayramını təbrik etməklə bərabər, gələcək işlərinizdə uğurlar arzulayıram”. Evə gələn kimi keçdim stolun arxasına. “Qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm”. 1, 5, 20, 200, 500… Yazılmamış məktublar hələ də qalay-qalaydır. Artıq ürəyim sıxılır! 700, 900… İki qutu siqareti qurtarsam da, məktublar bitmək bilmir. Gözümə yalnız çörək pulu dayanıb, yoxsa bunları elə bu dəqiqə cırıb tullayardım. 2000-ci məktubu əlimə götürəndə artıq dan yeri sökülürdü. Elə mənim də bir tərəfim sökülmüşdü, di gəl bu iş… “Yuxarıdakılar”a ünvanlanan məktubları yazmağa başlayanda stolun üstündə üç boş siqaret qutusu var idi. “Sizin və xanımınızın bayramını təbrik etməklə bərabər, gələcək işlərinizdə uğurlar arzulayıram” – daha 1000 dəfə bu cümləni yazmalıyam. 1, 5, 20, 100… Daha göz qapaqlarımı açıq saxlaya bilmirəm. 200, 500, 700… Yaz ki yazasan. Artıq qələmi də əlimdə tuta bilmirəm. Mən qələmi yox, qələm məni idarə edir. “Gələcək işlərinizdə uğurlar arzulayıram, sizin və xanımınızın bayramını təbrik etməklə bərabər”.  “Sizin və xanımınızın bayramını təbrik edir, sizə xoşbəxt gələcək, bərabər həyat arzulayıram”.  “Sizin bayramınızı təbrik etməklə bərabər, bayramda sizə gələcək Arzunu da səmimi qəlbdən salamlayıram”.  “Arzunu və Bayramı təbrik edir, onlara xoşbəxt gələcək arzulayıram”.  “Çox səmimi duyğularla xanımınızın bayramını edirəm və arzum budur ki, gələcəkdə də bir sıra uğurlu işlərə imza atsın”. “Sizin, xanımınızın, Arzunun bayramlarını təbrik edir, hamınıza xoşbəxt və uğurlu gələcək arzulayıram”. “Qarşıdan gələn bütün bayramlarda arzu edirəm ki, bərabər olasınız, gələcəkdə uğurlu işlər görəsiniz” … Səhər işin başlama vaxtında gözüm qan çanağına dönmüş şəkildə baş direktorun otağına girdim. Məktublara səthi göz gəzdirdikdən sonra: “Afərin! Gözəl yazmısan. Elə bu dəqiqə göndərin”, – dedi. Tapşırdığı kimi məktubları yolladıq. Üç gün keçməmiş bizim baş direktoru, bir neçə gün sonra isə məni də işdən yolladılar.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]