Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
62
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Bayram məclisi

Herodis böyük bir bayram məclisi qurmuşdu. O məclisdə qadınlar rəqs edir, kişilər şərab içirdilər. Kasıb və yoxsul insanlar sarayın bayırında acından ah-nalə edirdilər. Onlar zülm altında əziyyət çəkir və soyuqdan titrəyirdilər.

Məhrum və yoxsul camaat çılpaq idi. Onların bədənlərini örtmək üçün heç bir paltarları yox idi. Amma, hakim Herodis əyninə ipək paltar geyinmiş, qızıl, gümüş və qiymətli bəzək daşları ilə bəzənmiş taxt üzərində oturmuşdu.

Zindanın divarları arxasından isə Yəhyanın səsi ucalırdı:

-Ey Herodis! Ey zalım! Ey işğalçı! Ərli bir qadınla evlənmək sənə halal deyil.

Bayram salonu cavan qız və kişilərlə dolu idi. Avaz və musiqi səsi ucalırdı.

Herodis taxt üzərində oturmuşdu. Yeni həyat yoldaşı onun yanında idi. Onun gözlərindən hiylə, fəsad və şər qığılcımları saçırdı.

Herodis uzun müddət saxlanmış şərab camlarını başına çəkirdi. Bu zaman saraya rəngli ipək paltarları ilə öyünən gözəl bir qız daxil oldu.

Birdən Herodis ayağa qalxdı. O, yeni yoldaşına müracit edərək dedi:

-Qızın çox gözəldir.

O qadın hiyləgərliklə dedi:

-Qızım Salumi sənin üçün rəqs edəcəkdir.

Hakim məst halda dedi:

-Mənim üçün?

-Hə, sənin üçün.

Salumi yaxınlaşdı. İşvə və nazla dedi:

-Mən sənin üçün rəqs edəcəyəm.

Hakim qışqırdı:

-Məmləkətimin yarısını sənə bağışlayıram.

-Yox. Mən nə qədər istəsəm.

-Nə qədər istəsən sənə verəcəyəm.

Salumi çılpaq ayaqları ilə oynamağa başladı.

-Herodis ona vurulmuşdu. O, şərab camlarını başına çəkirdi.

Yəhudi qadın dedi:

-Salumini sənə verirəm.

Herodis şadlıqdan dəli olmuşdu.

Salumi yaxınlaşdı. O dedi:

-Nəyi mən istəsəm?

Herodis ona vurğunluqla qışqırdı:

-Nə istəyirsən de! Məmləkətimin yarısını sənə bağışlayıram.

Salumi əf`i ilan kimi burula-burula oynadığı halda dedi:

-Mən Yəhyanın başını istəyirəm: Zəkəriyya oğlu Yəhyanın.

-Yox! Yox! Başqa nə istəyirsən istə. Tax-tacımı sənə verərəm.

Anası fəsad və şərlə dedi:

-Yəhya sənə Salumi ilə evlənməyə icazə verməyəcək.

-Yəhya mənim səadətimin qarşısını alacaq?

-Hə! Yəhya.

Salumi dedi:

-İstəyirəm mənim üçün qızıl bir teştdə Yəhyanın başını gətirəsən.

Herodis əl çalır və şadlıq edirdi. Gözləri şərlə qaynayırdı. Avaz və musiqi dayandı.

Herodis qışqırdı:

-O məhbusu mənim yanıma gətirin! Yəhyanı bura gətirin!

Balaca qızlar salondan qaçdılar. Bayram salonu dəhşətli bir məhkəməyə çevrildi.

Mə`murlar Yəhyanı gətirdilər. Onu zəncirlə bağlamışdılar. Çöhrəsi səmavi nurla parlayırdı. Ağ bulud parçası kimi işıq saçırdı.

Herodis qışqırdı:

-Mən bu qadınla evlənirəm. Mən bu məmləkətin hökmranıyam.

Yəhya qəzəblə buyurdu:

-Belə bir iş sənin üçün halal deyil.

Herodis qışqırdı:

-Tezliklə bu qadının qızı ilə də evlənəcəyəm. Salumi ilə evlənəcəyəm.

Yəhya qışqırdı:

-Olmaz! Kişi ərli qadınla evlənə bilməz. Kişi öz qadınının qızı ilə evlənə bilməz.

Herodis kinlə qışqırdı:

-Başını bədənindən ayıracağam ki, səsin kəsilsin.

Yəhya elə qışqırdı ki, sarayın divarları lərzəyə düşdü:

-Sənin üçün halal deyil. Sənin icazən yoxdur.

Herodis qışqırdı:

-Cəllad, cəld onun boynunu vur!

Beləliklə zülm qılıncı Allahın peyğəmbərinin başını kəsmək üçün havaya qalxdı. Dəhşətli bir hadisə baş verdi: Yəhyanın başı mərmər daşlar üstündə dığırlandı. Amma, hələ də ondan səs eşidilirdi:

-Sənin üçün halal deyil. Sənin üçün halal deyil. Sənin üçün ha lal de yil...

Herodis qorxdu. Üzünü adamlarına tutub, məş`əlləri söndürmələrini və onun yanına gəlmələrini əmr etdi.

Yəhya şəhid oldu. Amma, sözləri hələ də sarayın içində və şəhərdə eşidilirdi.

Yəhya özündən sonra gələcək peyğəmbərlər barəsində xəbər vermişdi. O, həzrət İsanın peyğəmbərliyini təsdiq edən və onun gəlməsini xəbər verən ilk insan idi.

Allah-təala Qur`anda buyurmuşdur:

«Salam olsun ona (Yəhyaya), doğulduğu, dünyadan getdiyi və diriləcəyi gün».

Həzrət Məhəmməd peyğəmbər (s) bu barədə buyurmuşdur:

«Qiyamət günü heç kəs Allahla günahsız halda görüşməyəcəkdir, Zəkəriyya oğlu Yəhyadan başqa».

Həmçinin buyurmuşdur:

«Zəkəriyya oğlu Yəhyadan başqa, Adəmin övladları arasında günah və ya günah fikri etməyən bir kəs yoxdur».

Həzrət İsa Məsih Yəhyanın şəhid olmasını eşitdikdə çox qəmgin olub buyurdu:

«Zəkəriyya oğlu Yəhyadan üstün bir kəs anasından doğulmamışdır».

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]