Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
62
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Peyğəmbərlərin həyati

MÜƏLLİF: SEYYİD KAMAL

TƏRCÜMƏ EDƏN: VÜSAL HÜSEYNZADƏ

Kitabın adı:..............................Peyğəmbərlərin həyatı

Müəllif:...................................................Seyyid Kamal

Tərcümə edən:................................Vüsal Hüseynzadə

Nəşr edən:...............................................................Faiz

Çap tarixi:..............................................................2004

Çap növbəsi:.......................................................Birinci

Tiraj:......................................................................3000

ata və anamIz adəm və həvva

«İlahi! Məhəmməd (s) onun ailəsinə bizim ata-anamız olan Adəm Həvvaya salavat salam göndər

Fatimeyi-zəhra (s)

Allah-təala milyon illər bundan əvvəl dünyanı, ulduzları və göyləri yaratdı; mələkləri nurdan, cinləri isə oddan xəlq etdi. Yer bu vəziyyətdə deyildi. Dənizlər onu bürümüşdü. Dalğalar çırpınır, güclü küləklər əsir, vulkanlar püskürürdü. Böyük səma daşları və kometalar yeri həmişə hücuma mə’ruz qoyurdu. Yerdə heç cür həyat nişanəsi yox idi; nə dənizlərdə nə də quruda yaşayış əlaməti hiss olunmurdu. Milyonlarla il öncə dənizdə kiçik balıqlar göründü. Yerdə azca otlar əmələ gəldi. Sonra həyat get-gedə kamilləşdi, yerdə müxtəlif növlü sürünənlər və dinozavr kimi heyvanlar peyda oldular. Buz qatları yeri örtmüşdü. Bitki və heyvanlar tələf olur, onların yerinə yeni məxluqlar yaranırdı. Bə’zən buzlar əriyir və yenidən canlanma başlayırdı. Həmin zamanlarda yerin heç vaxt vulkan, zəlzələ, güclü tufan və möhkəm dalğalar əlindən rahatlığı yox idi. Hələ buzlar əriməmişdi. O uzaq keçmişlərdə Allah-təala yerin hündürlüklərindən, düzənliklərindən, şoranlıqlarından və məhsuldar yerlərindən bir torpaq seçdi. Bu torpaq su ilə qarışdı və yapışqan palçıq formasına düşdü. Beləcə Allah o palçıqdan insana bənzər bir mövcud yaratdı; bir baş, iki göz, iki qulaq, iki əl, iki ayaq, bir burun, ürək və sinəli bir varlıq. Palçığın suyu buxarlandı və insanın qəlibi daş kimi bərkidi. Külək əsdikcə ondan eşidilən səslər onun möhkəmlənməsindən xəbər verirdi. Allahdan başqa heç kimin xəbərdar olmadığı bu heykəl uzun müddət həmin formada eləcə yuxuda idi.

YER

Həmin müddətdə yerdə olan dəniz dalğaları və tufanlar sakitləşdi. Vulkanların çoxu söndü. Meşələr böyüdü, sıxlaşaraq heyvan və quşlarla doldu. Bulaqlar saf su ilə qaynadı, çaylar axdı. Şimal küləkləri buludları susuz yerlərə tərəf çəkirdi və sel yağışları susuz və otsuz səhraları diriltmək üçün yağırdı.

Uzaq məsafədən yerə baxdıqda fəzada günəşin ətrafına fırlanan və bunun nəticəsində də fəsillər əmələ gələn kürə şəklində yer görünür. Yayın ardınca payız, payızın ardınca qış, qışdan sonra isə bahar gəlir. Yer yaşıllaşır, bitkilər və meşələr daha təravətli və yaşıl olurlar. Gözəl çaylar axır, bulaqlar saf və sərin sularla qaynayır. Yer öz ətrafına fırlanır, gecə və gündüz yaranır.

Gündüzlər quş və heyvanlar yuxudan oyanır və hər biri öz yeminin ardınca gedirdi. Ceyranlar meşələrdə qaçışırdı, dağ keçiləri isə dağların başında. Kəpənəklər bağ və bostanlarda qanad açır gül və gül-çiçəklər axtarırdılar. Yırtıcı heyvanlar meşələrdə nə’rə çəkirdilər.

Bitkilər inkişaf edərək artırdı. Buna görə də yer həyat və yaşıllıqla dolu olurdu. Ağaclar meyvə ilə dolurdu.

Qoyun və çəpişlər yırtıcılardan qorunmaq üçün mağaralara çəkilirdilər. Hər şey Allahın yaratdığı kimi öz xətti ilə gedirdi.

Yer çox gözəl görünürdü; rəngarəng, dənizin mavi rəngi, otlarla örtülmüş meşə və təpələrin yaşıllığı, səhraların qəhveyi və buğdayı rəngi, qarların ağlığı və səhər vaxtı günəşin qırmızı rəngli şəfəqləri.

Yer həyatla, quş və heyvanlarla, meşə və bitkilərlə, gül və kəpənəklərlə dolu idi. Amma, hələ insandan bir xəbər yox idi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]