Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Азербайджанский язык для стран СНГ.doc
Скачиваний:
272
Добавлен:
26.09.2019
Размер:
27.39 Mб
Скачать

Урок 25. .

Грамматические темы.

1. Ədat – Частица

2. Модальные слова.

Частица

1. Частицы – это служебные слова, которые придают предложению или отдельным словам различные смысловые оттенки.

Например:

1. Qatarın gəlməsinə lap az qalmışdı.

До прибытия поезда оставалось совсем мало.

2. Qoy əvvəlcə ağsaqqaları ddinləyək.

Давай сперва послушаем старейшин.

3. İndi axı aşkardıqdır, hər şeyi açıq söyləmək olar.

Сейчас ведь гласность, все можно говорить открыто.

4. Təki sülh olsun.

Лишь бы был мир.

5. Məgər bu zəhərli zavodu şəhərdən uzaq yerdə tikmək olmazmı?

Разве нельзя построить этот отравляющий завод далеко от города?

6. Bəli, səni görmək üçün gəlmişəm.

Да, я пришел чтобы увидеть тебя.

По значению частицы можно разделить на следующие разряды:

1. Şiddətləndirici ədatlar – усилительные частицы : lap, hətta, ki, nə (же, совсем, даже, то, и, ни, ведь).

Mən ki bu haqda sənə demişdim.

Ведь я же об этом тебе говорил.

Əhməd lap yaxına gəldi.

2. Məhdudlaşdırıcı ədatlar - ограничительные частицы: yalnız, bircə, tək, təkcə (лишь, только, один).

Təkcə bundan xəbərim yoxdur.

Только об этом я не знаю.

Kollektivin adından yalnız mənə söz verildi.

От имени коллектива дали слово только мне.

3. Sual ədatları – вопросительные частицы: məgər, - mı, - mi, - mu - mü. (разве, неужели, ли).

Məgər bu işdən rəisin xəbəri yoxdur?

Разве начальник не знает об этом деле?

Adam da yaxşılığı unudarmı?

Неужели человек может забыть доброту?

4. Əmr ədatları - побудительные частицы:

Bax, qoy, qoyun, gərək, di, gəl, gəlin ( посмотри- ка, пусть, да, ну, же, давай).

Qoy var olsun ana vətən.

Да здравствует Родина - мать.

Di danış görək.

Ну, говори же…

5. Təsdiq ədatları – утвердительные частицы: bəli, hə (да).

Bəli. . . Bakılıyam, öz şöhrətim var.

Да, я бакинец, имею свою славу.

Hə, elə mən də onu düşünürdüm.

Да, я тоже о нем думал.

6. İnkar ədatları - отрицательные частицы: yox, xeyr, heç (нет, ни, совсем, не)

Atam bu işə heç razı olmazdı.

Отец совсем не согласился бы с этим делом.

Yox, biz bu işi belə qoymarıq.

Нет, мы так не оставим это дело.

Xeyr, yanıldınız, ona dil verən

Gözilə dünyada alovlar görən

Kəndistan yeridir,

Bəzən də ağ olur insan. . .

S. Vurğun.

Di ver cavabını, nə durmusan? Din.

Hə. . . yenə böyürür sarsaq gözlərin.

Модальные слова

Модальными называются слова, которые выражают отношение говорящего к сказанной мысли. Модальные слова имеют следующие семантические разряды:

Выражают утверждение: əlbəttə,doğrudan, həqiqətən, əslində, doğrusu, şəksiz, şübhəsiz, mütləq, yəqin, yəqin ki. Doğurdan da, dostluq böyük qüvvədir. Дейстивительно, дружба – большая сила.

Выражают предположение, вероятность: bəlkə, bəlkə də, guman ki, ehtimal ki, zənnimcə, ola bilsin ki, yəqin, gərək, görünür.

Görünür, bu il qış sərt olacaqdır. – Видимо, в этом году зима будет суровая.

Выражают результат, обобщение: demək, deməli, ümumiyyətlə, beləliklə, xülasə, bir sözlə, müxtəsər, nəhayət.

Deməli, sabah tezdən ova gedəcəyik. –Значит, завтро рано утром пойдем на охоту.

Выражают эмоциональное отношение: təəssüf ki, hayıf ki, demə, qəribədir.

Təəssüf ki, hər şey gözlədiyimiz kimi olmadı. К сожалнию, не все было так как мы ожидали.

Наиболее употребительными в азербайджанском языке являются следующие модальные слова:

Doğurdan da (и в правду, действительно, на самом деле), əlbəttə (конечно), şübhəsiz (несомненно), görünür (очевидно, видно, по- видимому), beləliklə (таким образом), məsələn (например), demək (значит), ümumiyyətlə (в общем), məncə (по- моему), deyəsən (наверно) və s.

В большинстве случаев модальные слова употребляются в начале и середине предложения.

В начале предложения после модальных слов ставится запятая:

Nəhayət, həkim gəlib çıxdı. - Наконец, пришел врач.

В середине предложения модальные слова отделяются запятыми с обеих сторон:

Onun bu işdə, şübhəsiz, təcrübəsi çoxdur- В этом деле он, несомненно, имеет большой опыт.

Ənvər Məmmədxanlı

Ənvər Məmmədxanlı 1913 –cü ildə Cöyçay şəhərində anadan olmuş və ibtidai təhsilini də orada almışdır. Gənc Ənvər 1931 –ci ildə Bakı sənaye texnikumunu bitirmiş, 1931 – 1936- cı illərdə Azərbaycan Neft İnstutunda, 1936- 1938- ci illərdə isə Moskva Ali Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdır.

O, Böyük Vətən müharibəsi illərində cəbhəyə getmiş, müxbir – yazıçı kimi fəaliyyət göstərmişdir.

Ə. Məmmədxanlı 1934- cü ildə “Burulğan” adlı ilk povestini yazmışdır. Bu əsər Bakı neftçilərinin həyatına həsr edilmişdir. O, “Bakı gecələri”, “Bahar”, “İldırım işığında”, “Yeddinci yol”, “Əfsanəli dağlar”, “Afaq”, “And”, “Vətən”, “Bəxtiyar”, “Buz heykəl”, “Boyunbağı” və s. kimi hekayələri ilə oxucuların dərin rəğbətini qazanmışdır.

Ə. Məmmədxanlı həm də görkəmli dramaturqdur. O, “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli”, pyeslərinin müəllifidir.

Ə. Məmmədxanlı gözəl nazir və dramaturq olmaqla bərabər, həm də bacarıqlı tərcüməçi idi. O, A. S. Puşkinin “Kapitan qızı”, “Dubrovka”, L. N. Tolstoyun “Anna Karenina”, Stendalın “Qırmızı və qara”, Floberin “Madam Bovari” əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Sanki canlı, cansız - ətrafda nə varsa, dönüb buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, damarlarda qan donur. Belə bir gecədə Ukraynanın ucsuz – bucaqsız qarlı çölləri ilə bir kölgə hərəkət edir. O, gənc bir qadındır. Körpəsini bağrına basıb təngnəfəs haraya isə tələsir. O, Faşistlərin əlinə keçmiş kəndlərindən baş götürüb qaçır, namusunu və körpəsini xilas etmək üçün üzünü Şərqə tutub uzaqlaşır. Qarşıda bir çay vardır. Cəbhə xətti o çay boyundan keçir. Oradan topların gurultusu gəlir. Gənc ana tələsir. O, özününkülərə qovuşmalıdır. O, körpəsini çayın o tayındakı böyük və azad torpağa keçirməlidir. Özü ölsə də, bu şaxtalı gecədə məhv olsa da, körpəsini xilas etməlidir.

Ana durmadan gedir. O, çox gedir, lakin qarlı səhrəlar qurtarmaq bilmir. O yorulur, şaxta qılınc kimi kəsir.

Birdən anaya elə gəlir ki, qucağındakı körpə donur. O, ətrafına baxır, bir sığınacaq axtarır.

Budur, qarşıda iki qara kölgə vardır. Onlar qoşa qayın ağaclarıdır. Ana ağaclara tərəf gedir. Bir an nəfəsini dərmək üçün ağaclara söykənib dayanır.

Ananın ürəyi qorxulu bir mahnı oxuyur. Uşaq donacaqdır. O, bu şaxtaya davam gətirə bilməyəcəkdir. Lakin ana dərhal – Yox! Yox! – deyə bu fikrinə etiraz edir. O, körpəsini şaxtaya təslim etməyəcəkdir. Bütün dünya donsa da, o ürəyini məşəl edib. Körpəsini isindirəcəkdir. Ana tələsik əynindən yun jaketini çıxarır. Körpəni bürüyür.

Sonra başından yaylığını da çıxarıb yenə körpəni bürüyür: fərqi yoxdur, özü donacaq. Lakin körpə salamat qalmalıdır. Ana balasını xilas etməlidir. İndi o, son qüvvəsi ilə körpəsini sinəsinə sıxır və pıçıldayır:

- Artıq səni bürüməyə bir şeyim qalmadı, bala, indi gümanım bir ürəyimədir. Son nəfəsimə kimi onun da istisi sənindir. . . Ana susur, onun göz qapaqları kilidlənir, nəfəsi bir şüşə kimi qırılıb ayaqları altına tökülır. . . O, hərəkətsiz bir halda qayın ağacına söykənib qalır.

İndi onun yarıçılpaq vücuduna amansız qış gecəsi başqa bir don biçir. Şaxtanın buz barmaqları ona ulduzlu naxışlardan zərif bir paltar toxuyur. . .

***

Səhər açılmaqdadır. Qoşa qayın ağacları qarşısında üç nəfər ağ xalatlı adam dayanmışdır. Onlar üç nəfər kəşfiyyatçı qızıl əsgərdir. Başlarını açıb hərəkətsiz halda dayanmış və susmuşlar. Onlar bütün həyatları boyu unuda bilməyəcəkləri bir mənzərə qarşısında dayanmışlar. Bu, donmuş qadının buzdan tökülmüş heykəlidir.

Onlardan biri ağır addımlarla qayın ağaclarına, qadının buz heykəlinə tərəf gedir. Ananın qolları arasında üstü buz bağlamış bağlamanı yoxllayır. O, həyacandan titrəyən barmaqları ilə qarı çırpır, sındırdığı buz təbəqəsi altında nə isə görür, açır. . . birdən lap içəridən bir cüt uşaq ğözü kəşfiyyatçı qızıl əsgərin gözlərinə zillənir. Gənc döyüşçü diksinir, qeyri- ixtiyarı bir addım gerı çəkilir və həyəcanla:

- Körpə donmamışdır! Körpə sağdır, yoldaşlar! – deyə qışqırır.

Səhər işığında körpənin gözləri qamaşır və gülümsəyir.

Kəşfiyyatçılar göz yaşlarını saxlaya bilmirlər. Onlar bir daha ananın möhtəşəm buz heykəlinə baxırlar.

Bir azdan geri dönürlər, onlar qolları üstündəki bu körpəni öz ağır kəşfiyyatlarının şah əsəri kimi aparırlar. Buz heykəl isə onları inti qama, qisasa çağıran tuncdan tökülmüş ədəbi bir abidəyə çevrilir.

Ответьте на вопросы:

1. Hekayədə təsvir olunan hadisə hansı dövrə aiddir?

2. Ana öz körpəsini xilas etmək üçün nə edir?

3. Hekayə nə üçün “Buz heykəl” adlandırılmışdır?

4. Körpəni kimlər xilas edirlər?

Упражнение. Прочитайте предложения.

Doğrudan da , dostluq böyük qüvvədir. Görünür, bu il qış sərt olaçaq. Deməli, sabah tezdən ova gedəçəyik. Beləliklə, maraqlı və gərgin oyun qurtardı. Nəhayət, qış günləri qurtardı. Məncə, narahat olmağa heç bir əsas yoxdur. Bəlkə, alma şirəsi içəsiniz. Nəhayət, həkim gəlib çıxdı. Onun bu işdə, şübhəsiz, təcrübəsi çoxdur.

Упражнение. Переведите предложения.

1. Məgər sənin bunlardan xəbərin yoxdur? 2. Kaş müharibə tezliklə qurtara. 3. Elə arzuladığım bu idi. 4. Bircə onun ğəlməyini gözləyirik. 5. Mən ki almaları apardım. 6. Məgər sənin bunlardan xəbərin yoxdur. 7. Axı o gələbilməz. 8. Mən ki sənə tapşırmışdım. 9. O, dünyanın bütün ölkələrində olub və dünyada ən məşhur idmançılarından biridir. Bəs sənin tələbə yoldaşın haradadır?

Упражнение. Переведите предложения.

1. Я говорилс ним только один раз. 2. Я горорил только с ним. 3. Эти животные видят только ночью. 4. Он ест только овощи. 5. Из всех предложений только ваше нам подходит. 6. У нас только одна цель.

Упражнение. Переведите.

1. Bu işin öhdəsindən ancaq sən gələ bilərsən.

2. Kaş bu işlərin hamısını bizə tapşıra idilər.

3. Qoy həmişə günəş olsun.

4. Məgər sizin bu məsələdən xəbəriniz yox idi?

5. Dünən uşaqlarla gəzməyə getmişdinmi?

6. Nərnin kursumuzun ən intizamlı tələbələrindəndir.

Упражнение. Спишите, вставляя слово ən – самый. Переведите.

1. . . . qədim zamanlarda insanlar daş alətlərdən istifadə etmişlər. 2. Usta Ramazan nitqinin sonunda . . . tə`sirli bir söz demək istədi. 3. Onlar burada . . . maraqlı bir tamaşa gözləyirdilər. 4. Son illərdə Bakıda . . . böyük tikinti işləri aparılmışdır. 5. Göy göl Azərbaycananın . . . gözəl, . . . mənzərəli guşələrindən biridir.

Упражнение. Переведите.

  1. Tahir də Əkbər kimi çox mehriban, çox çalışqan bir adam idi. 2. Ən yaxşı mükafatlar yarışda birinci yeri tutanlara verildi. 3. Bu il məktəbimizin idmanşıları çox böyük nailiyyətlər qazandılar. 4. Kəndimizin gələcəyi daha gözəl olacaq. 5. Jmıx çox faydalı yemdir. 6. “ Qaraca qız ” ən maraqlı hekayələrdən biridir.

Lüğət

Çalmaq – ужалить iliyinə işləmək – пронизывать до мозга

Damar – сосуд костей

Qılınc kimi – как меч zilləmək - уставиться

Zəhərli – ядовитый möhtəşəm - грандиозный

Qovuşmaq – соединиться simlər - струны

Упражнение. Прочитайте стихотворение.

Tellər oynadı

Bir mən idim, bir sən idin, bir də yamaclar. . .

Meşə yolu, yarpaq dolu yaşıl ağaclar,

Onda ki, ağ çiyinlərə töküldü saçlar,

Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,

Ürəyimdə kaman kimi tellər oynadı.

Bir biz idik, bir duz idi, bir də al boya. . .

Dağ başında uçan quşlar, endilər çaya.

Sən dedin ki, “bütün dünya qoy dönsün toya”,

Çaldı qaval, uzaq kənddə ellər oynadı,

Ürəyimdə kaman kimi tellər oynadı.

Пословицы и поговорки

Ehtiyat igidin yaraşığıdır

Осторожность никогда не мешает.

Göz ürəyin aynasıdır

Глаза зеркало души.