Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Азербайджанский язык для стран СНГ.doc
Скачиваний:
272
Добавлен:
26.09.2019
Размер:
27.39 Mб
Скачать

Степени сравнения прилагательных.

В азербайджанском языке прилагательные имеют три степени сравнения: положительная степень, уменьшительная степень и превосходная степень.

Положительная степень сравнения прилагательных – это их начальная форма. Другие степени образуются в сравнении с этой формой. Положительная степень сравнения не принимает никакого морфологического показателя, т. е. употребляется без аффикса. Например:

Yaxşı – хороший (- ая, - ое) , pis - плохой (- ая, - ое), göy – синий (- ая,- ее) , acı – горький

(- ая, - ое) , qırmızı – красный (- ая, - ое) , hündür – высокий (- ая, - ое) , şirin – сладкий (- ая, - ое) ,qara – черный (- ая, - ое) , ağ – белый (- ая, - ое) , qoca – старый (- ая, - ое) .

В азербайджанском языке существуют формы, обозначающие меньшую степень качества или признака предмета в сравнении с положительной степенью. Они образуются морфологическим (с помощью аффиксов) и синтаксическим (в сочетании с другими словами) способами. Эти формы малоупотребительны и большинство из них относятся к прилагательным, обозначающим цвета:

qırmızı – красный, qırmızımtıl – красноватая

göy – синяя göyümtül – синеватая

ağ – белая ağımtıl – беловатая

uzun – длинный uzunsov – длинноватый

qara – черный qaraşın – черноватый

Cəlil Məmmədquluzadə.

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə XXəsr Azərbaycan ədəbiyyatında ölməz sənətkarlardan biridir. O, 1866- cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini Naxçıvanda “Russko – tatarskaya şkola” adlanan məktəbdə almış və 1883–cü ildə Qori şəhərindəki müəllimlər seminariyasına daxil olur. 1887–ci ildə oranı bitirmişdir.

Cəlil Məmmədquluzadə 1903–cü ildə Tiflisə köçmüş, orada Azərbaycan dilində çıxan “Şərqi - Rus” və rus dilində nəşr olunan “Kavkazskiy raboçiy listok” qəzetlərində əməkdaşlıq etməyə başlamışdır. “Poçt qutusu” adlı hekayəsini bu dövrdə yazmış və çap etdirmişdir.

C. Məmmədquluzadə 1905- ci il inqilabından sonra “Molla Nəsrəddin” satirik jurnalını nəşr etməyə başlamış, 1906 –cı ildən ömrünün axırına kimi həmin jurnalın redaktoru olmuşdur. Ədibin “Molla Nəsrəddin” adını daşıması da bununla əlaqədardır.

C. Məmmədquluzadə realist və satirik yazıçıdır. O, kiçik hekayələr ustası və görkəmli dramaturq kimi şöhrət qazanmışdır. Onun “Danabaş kəndinin əhvalatları” povesti, “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” və s. hekayələri, “Ananın kitabı”, “Ölülər”, “Danabaş kəndinin məktəbi” kimi pyesləri məşhurdur.

İstər “Molla Nəsrəddin” jurnalında, istərsə yazdığı hekayə və pyeslərdə Cəlil Məmmədquluzadə ictimai bərabərsizliyə,mülkədar vəkapitalistağalığına qarşı amansız mübarizə aparmışdır.

1920- ci ildə Cəlil Məmmədquluzadə Bakıya köçmüşdür. Bu böyük sənətkarın yaradıcılığı qiymətini almış, əsərləri qardaş xalqların dillərinə tərcümə edilmişdir.

Cəlil Məmmədquluzadə 1932- ci ildə Bakıda vəfat etmişdir.

Poçt qutusu

Noyabr ayının 12- ci gün idi. Hava çox soyuq idi. Xan İrəvana getməyə çox tələsirdi. O, qələmi götürüb İrəvanlı dostu Cəfər ağaya bir kağız yazdı.

Xan kağızı qoydu paketə, üstünü yazıb markasını yapışdırdı. Bu zaman qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən öz kəndlisi Novruzəlidir.

- Novruzəli poçtxananı tanıyırsan?

- Ay xan, mən kəndli adamam, mən nə bilirəm poçtxana nədi?

- Çox əcəb, nəçərnik divanxanasını ki, tanıyırsan?

- Bəli xan, başına dönüm, tanıyıram, niyə tanımıram. . .

- Qulaq as, gör nə deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə damdaş var, qapısının ağzında divara bir qutu vurulub, həmin qutu poçt qutusudur. Bu saat apar bu kağızı sal o qutunun içinə və tez qayıd gəl!

Novruzəli hər iki əli ilə qorxa- qorxa kağızı aldı. Bir az baxdı kağıza, bir az baxdı xanın üzünə. . . sonra istədi uzaqlaşsın, xan onun dalınca çığırdı:

- Novruzəli, bilməzsən, kağızı verərsən başqasına ha! Heç kəsə vermə, heç kəsə göstərmə. Tez sal qutuya, qayıt gəl.

Novruzəli ucadan cavab verdi:

- Niyə, mən uşaq deyiləm ki, kağızı başqasına verəm?! Məni o qədər xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimnən ala bilməz.

Novruzəli bu sözləri deyəndən sonra gözdən itdi.

Bir azdan nökər gəldi və xana dedi:

- Xan, bu ulaq (eşşək) kimindir, bu şeyləri kim gətirib?

Xan cavab verdi:

- Ədə, o şeyləri yerbəyer elə. Onları bizə itqapanlı Novruzəli sovqat (hədiyyə) gətirib.

Nahar iki saat çəkdi. Xan Novruzəlinin bu qədər yuvanmağına təəccüb elədi. Nökəri çağırıb dedi ki, getsin poçta tərəf və görsün Novruzəli harda qalıb. Xan çıxdı balkona bir papiros yandırdı. Ona yəqin oldu ki, Novruzəlinin başına bir iş gəlib. Elə bu vaxt polisin yasovulu dayandı qapıda və xanı görcək dedi:

- Xan, pristav buyurur ki, gələsiniz polsaya və kəndlinizə zamin olasınız.

Xan bu sözlərə oqədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub heç bilmədi ki, nə desin:

- Balam, o kəndli bir fağır adamdı, o nə edib ki, pristav onu tutub saxlayıb?!

Xan Novruzəlinin əhvalatını pristavdan öyrənib, ona zamin oldu və kəndlisini özü ilə gətirdi evə. Novruzəli həyətə girən kimi başladı ağlamağa və divarın dibinə oturdu. Xan evə girdi və bir papiros yandırıb çıxdı balkona. Novruzəlini yanına çağırıb dedi:

- Di indi əhvalatı nağıl elə, Novruzəli!

Novruzəli durdu ayağa, xana yaxınlaşıb, gözünün yaşını sildi.

- Başına dolanım, xan, məni bağışla, heç günahım yoxdu. Mən nə bilirəm, kağız nədi, poçt nədi? Başına dönüm, xan, bir qələtdi eləmişəm. Mən ölənə kimi nökərəm sənə.

- Novruzəli, heç ürəyini sıxma, mən sənə nə deyirəm ki? Sən nə pislik eləmisən ki, mən səni bağışlayam?

Xan, qurbanın olum, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim, o dinsiz qoydu cibinə, çıxdı getdi.

- Bəs sən kağızı qutuya salmadın?

- Necə ki, salmadım?! Elə kağızı qutuya salan kimi o dinsiz gəlib qutunu nətəhər açdı, kağızı götürüb apardı.

- Qutuda sən saldığın kağızdan başqa daha kağız yox idi?

- Necə ki, yox idi? Çox kağızlar vardı. Elə onların hamısını yığışdırıb apardı.

Xan qəhqəhə çəkib güldü:

- Yox, Novruzəli, gərək hamısını nağıl edəsən başdan axıra kimi.

Novruzəli başladı:

- Xan, başına dönüm, mən buradan getdim nəçərnik divanxanasının yanına. Qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya, bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, bilmədim salım, salmayım, çünki yadımdan çıxmışdı, səndən soruşum ki, kağızı qutuya salandan sonra durum yanında, ya gəlim evə. Fikirləşdim ki. . .

- Di, sonra necə oldu?

- Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim bir az kanara. Oturdum divarın dibində ki, bir az dincəlim. Aha, gördüm ki, bir erməni uşağı getdi düz qutunun yanına, qapağını qaldırdı. O da bir kağızı saldı qutuya, qapağı örtdü, getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, bəs kağızı qutuda qoyub gedir, bilmirəm dilimi başa düşmədi, nədi, heç üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmamışdı ki, mən bir az ürəkləndim, öz- özümə dedim: “Vallah, görünür, elə bu qutuya salınan kağızlar gərək qalsın qutunun içində”. Mən o qədər ürəkləndim ki, cəsarətlə gedib qutunun qapağını qaldırdım, kağızı saldım qutuya. Qutudan azca uzaqlaşmışdım ki, başqa bir nəfər gəldi qutunun yanına. Mən əvvəl elə bildim ki, o da qutuya kağız salmaq istəyir. Amma gördüm ki, sağ əlini uzadır qutunun içinə. Mən əlüstü duydum (hiss etdim) ki, kişi istəyir kağızları oğurlasın. . . Mən tez qaçıb yapışdım urusun qolundan. Dedim: - A kişi, hara aparırsan? Belə işlər yaxşı deyil! Axırda yalvardım ki, xan məni öldürər, barı onun kağızını ver. Dedi ki, vermərəm. Hirs vurdu təpəmə, ikiəlli yapışdım onun çiynindən, üzü üstə elə yıxdım ki, ağzı qanadı. Sonra nəçərnikin divanxanasından tökülüb məni döyə- döyə apardılar dama. Sənə qurban olum, xan! Sən olmasaydın, məni indi çoxdan göndərmişdilər Sibirə. Damda məndən başqa da bir neçə dustaq vardı. Mənə dedilər ki, o kişi qulluq adamıdı. Daha mən nə edim, xan? Sənə qurban olum, de görək günah kimdədir?

Xan çox güldü, çox qəhqəhə çəkdi.

Hava qaranlıqlaşmışdı. Novruzəli ac- acına yola düşdü, getdi kəndə.

Ay yarımdan sonra məhkəmə Novruzəlini çağırıb, ona üç ay iş kəsdi. Xan bunu eşidib, bir az peşman oldu.

(Cəlil Məmmədquluzadə)

Novruz el bayramıdır

Respublikamızda il ərizində müxəlif bayramlar keçirilir. Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və s. Həmin bayramlar istirahət günləri elan olunur. Hər kəs bu bayramları xüsusi olaraq qeyd edir. Qohumlar, dostlar bir- birinin evinə qonaq gedərlər. novruz bayramı əslində yeni il bayramıdır. Bu zaman gecə ilə gündüz bərabərləşir, il yeniləşir. Günlər yavaş- yavaş uzanır, gecələr qısalır. Novruz yeni gün deməkdir. Bu bayram ərəfəsində il təzələnir. Qış öz yerini yaza verir. Təbiət oyanır. Hər tərəfdə canlanma əmələ gəlir. Novruzgülü, bənövşə, yasəmən məktəbli balaların sinəsini bəzəyir. beləliklə, Novruz ümumxalq şənliyinə çevrilir. Bu bayramda bütün küsülülər barışırlar. Çünki bu bayram səmimiyyət, mehribançılıq bayramıdır. Novruz Azərbaycanın bütün kəndlərini, obalarını dolaşır. Kəndlərdə, hətta böyük şəhərlərdə tonqallar qalanır. Qızlar, oğlanlar tonqal üstündən atlanır, bir növ paklaşırlar. Bir çox cavanlar isə sübh tezdən başına, çay kənarına qaçır, bu taydan o taya tullanır, novruzu qarşılayırlar.

Упражнение . Переведите на русский язык.

Könüllü iş, bərəkətli torpaq, günəşli hava, susuz çöllər, düzsüz xörək, dünənki hadisə, bugünki qazet, cümlədəki söz, həyətdəki uşaq, açıq qapı, sınıq gab, qırıcı təyyarə, kəsici alət.

Acgöz, girdəsifət, çoxsaylı, uzunsaçlı, şəhərlərarası, hazırcavab, gülərüz, həyatsevər, açıqürəkli, stolüstü, istiqanlı, sözdəyişdirici.

Упражнение. Прочитайте и переведите.

Ağ çala, qara toxum Nə gözəl ellərim var.

Əlim ilə əkərəm. Ördəkli göllərim var.

Dilim ilə biçərəm. Şirvan, Muğan düzündə

(Tapmaca) Məhsullu çöllərim var.

(Bayatı)

Упражнение. Переведите на азербайджанский язык.

Счастливые люди, великая победа, знаменитый художник, известный композитор, красивый танец, национальные традиции, официальная церемония, официальный визит, иностранные гости, демократическое государство, последние сообщения, внимательная ученица, интересный пример, новый музей, следующая осень, длинное объяснение, предыдущий сезон, активный человек, следующий раз, официальная беседа, открытая дверь.

Упражнение. Составьте предложения со словами:

Şirindil,mehriban, cəld, acı, gözəl, atıcı, cəsur, mərd, soyuq, möhkəm, yaşıl, hündür, varlı, şöhrətli, dahi.

Упражнение. Напишите вместо точек нужные прилагательные.

1. Usta şagirdləri . . . . bir sexə gətirdi. 2. Uşaqlar. . . nəğmə oxuyurlar. 3. Biz . . . mənzilə köçəcəyik. 4. Xəvər . . . şaqirddir. 5. Biz Azərbaycan dilində . . . kitablar oxuyuruq. 6. Kərim dayı oğluna . . . kostyum aldı.

Упражнение. К следующим прилагательным найдите синонимы.

Uca (dağ), kiçik (bacı), qüvvətli (oğlan), cəsur (adam).

Упражнение. Найдите к следующим прилагательным прилагательные, противоположные по значению (антонимы).

Образец: şirin – acı

Şirin, böyük, uzun, isti, ağ, dadlı, hündür, yaxşı, geniş, qoca, balaca, qısa, pis, dar, ağır, alcaq, dadsız, qara, acı, yüngül, soyuq, cavan

Упражнение. Подберите к этим словам подходящие по смыслу прилагательные и запишите.

Tarla, kağız, həyat, gecə, qara, hava, ana, bağban, bağ, nar, xasiyyət,prospekt, aerodrom, meşə, meyvə.

Упражнение. Переведите.

Ağ, narın, yumşaq. Turş, sulu, yumru, qırmızı. Göy, uzunsov, dadlı.

Sarı, yumru, ətirli, şirin.

Упражнение. Перепишите предложения, вставляя аффикс –li, - lı, - lu, - lü. Переведите.

1. Nərgiz üz… qatıqdan boşqaba töküb stola qoydu. 2. Anamın əlləri, üstü un… idi. 3. Maşınımız en… küçə ilə irəliləyirdi. 4. Müharibələr günah… insanların qırılmasına səbəb olur. 5. Ürək… görülən işin nəticəsi pis olar. 6. Bazar… hay- küy adamı bezdirirdi. 7. Bilik… insan qanad… quş kimidir (Atalar sözü). 8. Dirrik… pomidorlar qızarırdı. 9. Cəmil can…, qüvvət… oğlandır. 10. Yolumuzun çoxu su… səhralardan keçirdi. 11. Tarixi abidələr bizə dil… əsrlərdən xəbər verir.

Упражнение. Спишите, вставляя нужные слова по смыслу.

1. . . . ağaclar . . . meşənin görkəmini dəyişmişdi. 2. Çoban sürünü . . . çəməndə otarırdı. 3. Kamil baba bizə . . . nağıllar danışdı. 4. Anası Günelə . . . çəkmə almışdı. 5. Rəfiqəsi Aygünə . . . kitab verdi.

Слова: sökük, uçuq, açıq, çapıq, çökük, kəsik, boğuq.

Упражнение. Переведите. Выпишите прилагательные и составьте предложения.

1. Uzaqdan kəndin uçuq daxmaları görünürdü (Mir Cəlal). 2. Mə`ruzəçinin sönük nitqi, boğuq səsi dinləyiciləri əsəbləşdirirdi. 3. Mirzənin cırıq papağı yolda qar üstündə qalmışdı. 4. Günəş kəsik parçaları yığışdırdı.

Упражнение. Переведите.

1. Xəstə başını yumşaq balınca qoydu. Yumşaq danışıq hamının xoşuna gəlir. 2. Duzlu xörək adamı tez susuzladır. Duzlu söz ürək açır. 3. Ağır daşı tək götürməzlər. Ağır həyat darıxdırıcı olur. 4. Qalın meşədə kəndə gedən cığırı itirdik. Qalın insan tez sınar.

Упражнение. Переведите. Обратите внимание на значения прилагательных. Составьте предложения.

aydın səma – aydın fikir təmiz paltar – təmiz söz

yüngül taxta – yüngül məsələ açıq qapı – niyyət

uzun ömür – uzun ip ağ parça – ağ gün

yaxşı yoldaş – yaxşı fikir qara paltar – qara xəbər

göy üzü – göy çəmən ağır daş – ağır xasiyyət

Упражнение. Составьте предложения со словами:

Gözəl, səbirli, dadlı, əlvan, qoca, səmimi, mehriban, zəhmli, bacarıqlı, zəhmətkeş, gülərüz, cəsur, qəhrəman, fərəhliyırtıcı, igid.

Упражнение. Спишите, раскрывая скобки.

1. Köşkün dörd yanı (ən yaşıl, yamyaşıl) ağaclarla örtülmüşdür. 2. Gölün (gömgöy, ən göy) səthində bir dənə də olsun ləpə yox idi. 3. Kəndimizin (ən böyük, daha böyük)üzüm sahəsi vardır. 4. Pələng (ən yırtıcı, çox yırtıcı) heyvandır. 5. Sinifimizin fəalları (ən yüksək, çox yüksək) mükafata layiq görüldülər.

Упражнение. Переведите.

Yaşlı, xırda, igid, qorxaq, qoca, narın, qoçaq, qocaman, cəsarətli, ağciyər, gözəl, ürəkli, cəsarətsiz, qəhrəman, yaraşıqlı, cəsur, qəşəng.

Упражнение. Переведите синонимичный ряд слов.

səmimi – mehriban – xeyirxah - əliaçıq

kiçik – balaca – körpə - xırda

Упражнение. Переведите.

daşlı, fırtınalı, silahlı, bilikli, mehriban, nəzakətli, əliaçıq, xeyirxah, çirkin. yağmurlu, qara, diqqətli, pis, çirkin, kobud, yaxşı, düşüncəsiz, geniş, səsli, təmiz, dar, yağmursuz, diqqətsiz, ac, səssiz, qalın, güclü, nazik, mehriban, gücsüz, çalışqan, fikirli, düşüncəli, fikirsiz, tənbəl.

Novruz bayramı

Açın qapıları gələn sabaha,

Günəşli bahara çıxırıq daha,

Deyirəm min şükür böyük Allaha,

Güldən çələng hörmək əyyamı gəlib,

Yurdumuza Novrnz bayramı gəlib.

Küşmüşlər öpüşsün, barışsın bu gün,

Xoş söhbət etməkdə yarışsın bu gün,

Qoy Fərəh – fərəhə qarışsın bu gün,

Xalqıma tanrının salamı gəlib,

Yurdumuza Novruz bayramı gəlib.