Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
RAMAZAN.doc
Скачиваний:
0
Добавлен:
28.09.2019
Размер:
258.56 Кб
Скачать

Oruc tutmayanın 7 bəhanəsi

Bəhanə: Mən hesab edirəm ki, ən başlıcası – insanın qəlbinin təmiz olmasıdır. Oruc tutmaq isə o qədər də vacib deyil.

Cavab: Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir.

Bəhanə: Mən Allaha inanıram və məncə bu kifayətdir. Oruc tutmağa isə ehtiyac duymuram.

Cavab: Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o Uca Allah oruc tutmağı sənə vacib bilir. “Ey, iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə oruc yazıldı və qərara alındı ki, bəlkə təqvalı olasınız” (Qurani-Kərim, 2:183-184).

Bəhanə: Yayda oruc tutmaq mümkün deyil.

Cavab: Bəs onda, orucluğun yay aylarına təsadüf etdiyi saysız-hesabsız hallar necə olsun? Bəs, isti iqlimi olan ölkələrdə oruc tutanlar necə? Sözsüz ki, milyardlarla oruc tutan insanın nümunəsi dediyinizin əksini sübut edir.

Bəhanə: Mən qorxuram ki, zəifləyərəm, dözə bilmərəm. Mənim üçün çətin olar.

Cavab: Qətiyyən qorxmayın! Sizdən qat-qat zəif olan insanlar da oruc tutur və bundan yalnız fayda aparır. Yeri gəlmişkən, əgər Siz xəstəsinizsə və oruc tutmağın Sizə ziyanlığı barədə əsaslı həkim rəyi varsa, bu halda Siz oruc tutmamalısınız.

Bəhanə: O qədər namaz qılıb, oruc tutan tanıyıram ki, özlərini layiqli aparmırlar.

Cavab: Bəs belə isə, Siz o kəslərdən olun ki, namaz qılıb, oruc tutur və öz ləyaqətlərini qoruyurlar.

Bəhanə: Mən niyyət etdim ki, filan arzum yerinə yetsin, amma…

Cavab: Biz öz Yaradanımıza şərtmi qoyuruq? Özü də ki, biz haradan bilə bilərik ki, xeyrimiz haradadır, ziyanımız harada… Məsələn, ola bilər ki, avtomobil barədə olan yerinə yetməmiş arzumuz bizi ağır bir qəzaya gətirəcəkdi…

Bəhanə: Ramazan ayının bir və ya üç günü oruc tutmaq yetər…

Cavab: Təbii, üç gün də, lap elə bir gün də oruc tutmaq olardı. Amma iş burasındadır ki, Allahımız bizə bir ay boyunca oruc tutmağı buyurub. Onun bizim xeyir və ziyanlarımızı hər kəsdən yaxşı bildiyi halda, Onun buyuruqlarına dəqiq əməl etməmək hansı məntiqə sığardı?!

Gözəl Ramazan Sözləri

İnsan Ramazan orucunu inanaraq və savabını ümid edərək tutursa, keçmiş günahlarını örtmüş olur.

Hər kim Ramazan ayının gəlişiylə sevinsə, Allah da onun cəsədini atəşə haram edər.

Sanma ki, dərd yalnız səndə var. Səndəki dərdi nemət sayanlar da var. (Məhəmməd Peyğəmbər (s.ə.v))

Yıxılanda "ağrımadı" deyən uşaqlar kimi gizləmək istəyirəm ağrılarımı, ümidsizliklərimi.

Ən uyğun davranış özünə necə davranılmasını istəyirsənsə insanlarada elə davranmağındır. Hz. ƏLİ

Kədərlənmə! Bağlanan bütün qapılar bir gün xeyirə açılarlar, səbr et, sonra bax gör bax qapının arxasında nə var.

Nə qədər bilirsən, bil, amma bunu da bil, bilik bir çiçəkdirsə, onu qoruyan vaz da ədəbdir.

Ayıblayaram könül səni hal bilməzə hal soruşarsan, Yanında bülbül dayanarkən qarğalardan gül soruşarsan. [Hz Mövlana]

Arxamca getmə, mən qabaqcılın olmaya bilərəm. Önümdə getmə, təqibçin olmaya bilərəm. Yanımda get, beləcə ikimiz bərabər olarıq.

Xarici Gözəllik ilk sözü deyir. Daxili gözəllik isə son sözü deyər.

Ramazanın başlanğıcı rəhmət, ortası bağışlamaq, sonu isə, Cəhənnəmdən qurtuluşdur.

Cənnətdəki gözəl yerlər, sözü xoş, salamı çox, oruca davam edən və gecə namazı qılan insanlara verilər.

Əsl oruc, yalnız yeyib-içməyi deyil, boş və həyasız sözləri də tərk edərək tutulan orucdur.

Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar.

Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu təala yetmiş il atəşdən uzaqlaşdırar.

Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.

Ramazan ayı giəndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular.

Oruclu ikən ölənə, qiyamətə qədər oruc tutmuş kimi savab yazılar.

Oruc tutan, namaz qılan kimsə, mükafatını qiyamətdə ağlı qədər alar.

Kim Ramazan orucunu tutar və ona Şevval ayından altı gün əlavə etsə, sanki bütün il oruc tutmuş olar.

Oruclunun yuxusu ibadətdir. Susması təsbehdir, əməlləri misliylə qəbul edilir, duası məqbuldur, günahı bağışlanılar. (Məhəmməd Peyğəmbər (s.ə.v.))

Oruc tutun ki səhhətiniz yaxşılaşsın.

Oruc pərdədir. Bir gün oruc tutsanız, pis söz deməyin, qışqırıb çağırmayın. Pis bir şey etmək istəməsəniz, "mən orucluyam!" deyin və pis heç nə etməyin.

Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına genişliyi səma ilə kainat arasında olan bir xəndək salar.

Mübarək Ramazan

Ramazan Ayı, bütün insanlığa bir rəhbər olaraq göndərilən Quranın endirildiyi və içində "Min aydan daha xeyirli" (Qədr Surəsi, 3) olduğu bildirilən Qədr Gecəsinin olduğu bir bərəkət ayıdır. Bu ay boyunca, dünya üzərindəki bütün Müsəlmanlar oruc ibadətlərini yerinə yetirər, verdikləri nemətlər üçün Rəbbimizə şükr edərlər. Allah (cc), Bəqərə Surəsində, Ramazan Ayı ilə əlaqədar bu şəkildə buyurmaqdadır:

Ramazan Ayı... İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona şükür edəsiniz.

(Bəqərə Surəsi, 185)

Oruc ibadətinin Allah (cc)ın razı olacağı şəkildə yerinə yetirilməsi, güclü bir imanın, ixlasın, səmimiyyətin və Allah (cc) qorxusunun göstəricisidir. Çünki oruc, Allah (cc) ilə qul arasındakı bir ibadətdir. İnsanın bu fərzi yerinə yetirərkən nə niyyətdə olduğunu, səmimiyyətini, ixlasını, haram və halalları tətbiqdə göstərdiyi vasvasılığını ancaq Allah (cc) bilməkdədir. Bir adamın, ətrafındakılara nümayiş məqsədli ya da səmimi bir niyyətlə orucunu tutub tutmadığını heç kimin bilməsi mümkün deyil. Oruc tutan adamın bu ibadətinin qarşılığı ancaq Allah (cc) Qatındadır.

Allah (cc), orucun bütün iman sahibləri üçün fərz qılındığını Bəqərə Surəsində bu şəkildə bildirməkdədir:

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki,siz pis əməllərdən çəkinəsiniz! (Bəqərə Surəsi, 183)

Ayədə bildirildiyi kimi, orucun fərz qılınmasının hikmətlərindən biri insanların çəkinmələri, yəni pisliklərdən uzaq dayanıb, nəfslərini tərbiyə etmələridir. Bunun yolu da, Allah (cc)a səmimi bir ürəklə iman edib, Rəbbimizin əmr və tövsiyələrinə tabe olmaq, vicdanın səsini dinləyib, nəfsə qaib gəlməkdir. Belə bir adamın əxlaqı zaman içində gözəlləşəcək, imanı yetkinləşəcək və Allah (cc) qorxusu daha da güclənəcək.

Bir ay boyunca Allah (cc)ın Quranda bildirdiyi bu əmrini tutan və sərhədlərini aşmayan möminlər, nəfslərini tərbiyə edərlər. Bu ibadət ayrıca möminlərin, digər ibadətlərini yerinə yetirərkən də necə bir eqoist tərbiyə içində olmaları lazım olduğu mövzusunda da düşünmələrinə və nəfsin belə bir təlimə nə qədər ehtiyacı olduğunu anlamalarına vəsilə olar.

İnsan, Ramazan Ayında aldığı bu xüsusi tərbiyənin nemətlərindən həyatı boyunca hər sahədə faydalanar. Nəfsini tərbiyə etmiş -yəni əlindəki nemətlərin Allah (cc)a aid olduğunu və acizliyini fərq etmiş- bir insanın əxlaqında müsbət istiqamətdə bir çox dəyişiklik meydana gəlir. Möminin, Ramazan Ayında orucla birlikdə başlayan bu Allah (cc)a yönelişindeki dayanıqlılığını davamlı artıraraq davam etdirməsi isə, Allah (cc)ın icazəsiylə mənəvi istiqamətdə çox böyük bir güclənməyə və bunun nəticəsində də Allah (cc)ın icazəsiylə, Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazanmalarına vəsilə olacaq.

Müqəddəs Ramazan ayı..

Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə “laylat alkadr” – "qüdrətli, əzəmətli" gecə adlanır.

Quranda bu gecə haqda belə yazılır:

“Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini g?zləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür” (Qədr surəsi, ayə 1-5).

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayin sultanı" da adlandırırlar...

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər oruc tutmalıdırlar... (“Bəqərə”:185)

Müqəddəs Ramazan ayı ilahi rəhmət və bərəkət ayıdır. Bu ayda Uca Allah öz bədələrinin üzünə sonsuz rəhmət və məğfirət qapılarını açır. Əlbəttə, ilahi rəhmət hansısa zaman çərçivəsi ilə məhdudlaşmır, sadəcə olaraq, insanı dünyaya bağlayan tellər bu ayda zəifləyir və insanın nəfsi ilə mübarizəsi asanlaşır. Mübarək Ramazan ayı məişət problemlərindən uzaqlaşıb mənəviyyatla məşğul olmaq, Yaradanla daha çox ünsiyyətdə olmaq üçün bir fürsətdir. İnsan hansı hadisənin yaxınlaşdığını anlamalıdır.

Həzrət Peyğəmbər (s) hədislərin birində bu ayı “İlahi ziyafət” adlandırır. Hər bir oruc tutan Allaha qonaqdır, Allah da öz qonaqları qarşısında mənəvi və maddi nemətlərlə dolu bir süfrə açır. Fərqi yoxdur zəngin ya fəqir, alim ya cahil – bütün oruc tutanlar Uca Tanrının ziyafətinə dəvətlidirlər. Hər kəs bacardığı qədər bu ziyafətdən faydalana bilər. Öz qonaqlarını əziz tutan Allah oruc tutan bəndəsinin hər nəfəsinə savab yazır. Bir halda ki, hamımızı Allah Öz ziyafətinə dəvət edir, hədiyyə də ziyafət sahibinə layiq olmlıdır. Uca Yaradan buyurur: “Orucun mükafatını Özüm verəcəm”. Bəziləri bu hədisi belə tərcümə edirlər: “Orucun mükfatı Özüməm”.

Unutmayaq ki, müqəddəs Ramazan ayı yalnız ibadət ayı deyil. Bu ayda insan günahları tərk etməli, tövbə etməlidir. Ancaq ibaətlə günahların tərki bir birini tamamlayır, cismin orucu ilə ruhun orucu bir birini tamamladığı kimi. Həzrət Əli (ə) buyurur: “Qəlbin orucu və günah fikirlərdən uzaqlaşmaq, mədənin orucu və yeməkdən uzaqlaşmaqdan daha yaxşıdır”. Bu ayda nəinki günahları tərk etməli, hətta halal işlərin bəzilərindən də çəkinməliyik. Bizim əməllərimiz yüklənmiş çuvala bənzəyir. Savab işlər yükü ağırlaşdırsa da, günhalar çüvaldakı deşik tək yükü azaldır. Günah çoxaldıqca savab da radan gedir. Ona görə savabın sayından daha mühümü tərk olunmuş günahların sayıdır. Ancaq günahkarlar məyus olmamalıdır, çünki Allah rəhmlilərin ən rəhmlisidir. Günahların ən böyüyü ilahi rəhmətdən məyusluqdur. Allah bağışlayan, günahları örtən və mehribandır. Necə ki, Qurani-Kərim buyurur: “Həqiqətən Allah tövbəkarları sevir”. Bağışlanmaq üçün isə ən gözəl fürsət Ramazan ayıdır. Biz gərək həm bağışlanma diləyək, həm başqalarını bağışlayaq. Bir gün həzrət Peyğəmbərin hüzuruna bir kişi gəldi və ona Qədr gecəsində dua öyrətməyi xahiş etdi. Peyğəmbər (s) belə bir dua öyrətdi: “İlahi, Sən bağışlamaq isətyirsən, mən isə bağışlanamaq. Sənin qapına elə bir şey üçün gəlmişəm ki, hər ikimiz onu istəyirik”.

Orucla yanaşı, mübarək Ramazan ayının digər əlamətdar hadisəsi Qədr gecəsidir. Bildiyiniz kimi, Quran Peyğəmbərimizin (s) qəlbinə 23 il ərzində hissə-hissə nazil olurdu. Ancaq Qədr gecələrinin birində Allah Qurani-Kərimi bütövlükdə Peyğəmbərin (s) qəlbinə nazil etmişdi. Bu barədə Qədr surəsində danışılır. Bu gecənin əhəmiyyətini vurğulayan Allah Peyğəmbərə xitabən buyurur: “Nə biləsən Qədr gecəsi nədir?!” İlahi Həqiqət insanın anlaya biləcək bir hala – Quran halına tənəzzül edərək Peyğəmbərin (s) qəlbinə vəhy olundu. Daha sonra Qədr surəsində ilahi qədərə işarə edilir. İnsanların əməllərinə görə Allah gələn Qədr gecəsinə kimi bir sıra hadisələri onların qismətinə yazır. Məsələn, Həcc ziyarətinin insanın qədərinə məhz Qədr gecəsi yazılır. Daha sonra Qədr surəsində əhya saxlayanlar barədə Allah buyurur: “Salam olsun onlara dan yeri sökülənə qədər”. Bu gecəni yatmayıb ibadət edənlərin hər birinə Allah Təala bir-bir salam göndərir. Allahın salamına layiq olmağın özü böyük bir nemətdir.

Ramazana ayının hansı gecəsinin Qədr olduğu nə Quranda, nə də hədislərdə göstərilməyib. Peyğəmbər (s) üç gecədən birinin Qədr olduğunu bildirib – 19-cu, 21-ci və 23-cü gecə. Buna səbəb isə insanları daha çox gecəni oyaq qalıb Allaha ibadət etməyə təşfiq etməkdir. Qədr gecəsində müsəlmanlar qüsl alır, məscidə gedir, birgə ibadətlərdə iştirak edir, daha sonra isə bir guşəyə çəkilib Uca Yaradanla təkbətək ünsiyyətə girirlər.

Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər. Hədislərin birində buyurulur: “Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!” Bu bayramın özünəməxsus əməlləri var. Fitr bayramında oruc tutmaq haramdır. Bayram axşamı ailə başçısı ailə üzvləri adından imkansız müsəlmanlara yardım məqsədilə fitrə zəkatı çıxarır. Adambaşı fitrə zəkatı buğda, ya arpa, ya xurma, ya düyü və s. kimi məmulatlardan təqribən üç kiloqram təşkil edir.

Fitr bayramı günü gün çıxandan zöhr azanına kimi bayram namazı qılınır. Bayram namazı həm camaatla həm də fərdi qaydada qılına bilər. Bayram namazı iki rükətdir. Birinci rükətdə Həmd və surədən sonra 5 qunut tutulur, ikinci rükətdə isə - 4 qunut. Bayram namazının qunutunda oxumaq üçün dua kitablarında xüsusi dua qeyd olunsa da, qunutlarda istənilən duanı etmək kifayət edir.

Ənənələr

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, boylu qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 sutka davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".(Bəqərə surəsi, 187)

Peyğəmbərimiz (s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını)tutmalı və ya fidiyə verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]