Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin.

2. Bir iş görsə ki, o iş ilə rücu` qəsdi olsun. Yaxınlıq etməklə rücu` gerçəkləşir, hərçənd rücu` qəsdi olmasa da; amma şəhvətli ləms və öpüş ilə rücu`nun gerçəkləşməsi məhəlli işkaldır. Vacib ehtiyata görə əgər rücu` etmək istəməsə, gərək yenidən təlaq versin.

Məsələ 2484: Rücu` etmək üçün kişinin şahid tutması, ya da arvada xəbər verməsi lazım deyil. Hətta əgər heç kəs bilmədən özü rücu` etsə, rücu` etməyi düzdür. Amma əgər iddədən sonra kişi desə ki, iddə içərisində rücu` etmişəm, qadın onu təsdiq etməsə, kişinin öz iddasını isbat etməsi lazımdır.

Məsələ 2485: Öz arvadına ric`i təlaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə ki, bir daha ona rücu` etməsin, hərçənd bu müsalihə düz olsa da və rücu etməməsi vacib olsa da, amma onun rücu` etmək haqqı aradan getmir və rücu` etdiyi surətdə, yenidən izdivac bərqərar olur.

Məsələ 2486: Əgər bir qadına iki dəfə təlaq verib ona rücu` etsə, ya iki dəfə ona təlaq verib və hər təlaqdan sonra əqd etsə, ya bir təlaqdan sonra rücu` etsə, o biri təlaqdan sonra əqd etsə, üçüncü təlaqdan sonra o qadın ona haramdır. Amma əgər üçüncü təlaqdan sonra başqasına ərə getsə, beş şərt ilə birinci ərinə halal olar, yə`ni o qadını təzədən əqd edə bilər:

1. İkinci ərin əqdi həmişəlik olsun. Əgər onu siğə etsə, ondan ayrılandan sonra birinci ər onu əqd edə bilməz.

2. İkinci ər onunla yaxınlıq etsin və düxul olsun və vacib ehtiyat odur ki, yaxınlıq qadının fərcindən olsun.

3. İkinci ər təlağını versin, ya ölsün.

4. İkinci ərin təlaq, ya vəfat iddəsi tamam olsun.

5. Vacib ehtiyata görə ikinci ər yaxınlıq zamanı baliğ olsun.

XÜL` TƏLAĞI

Məsələ 2487: Ərinə meyli olmayan və ya ona kərahəti olan qadının mehrini və ya özünə aid olan başqa malını özünün boşanması üçün ərinə bağışlayarsa, buna, xül` təlaqı deyilir. Xül` təlaqında qadının ərinə qarşı olan meylsizliyi o həddə olmalıdır ki, onun evlilik haqqını riayət etmədiyini təhdid etsin.

Məsələ 2488: Əgər təlaq siğəsini ər özü oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa qərara alınmış şey verildikdən sonra, gərək desin:

«Zovcəti Fatimətu xalə`tuha əla ma bəzələt» və ehtiyat müstəhəbbə görə həmçinin desin: «hiyə taliqun» yə`ni arvadım Fatiməni verdiyi şey müqabilində xül` təlağı verdim və o azaddır. Qadın müəyyən olan halda bu təlaqda və mübarat təlağında onun adını demək lazım deyil.

Məsələ 2489: Əgər bir qadın bir kəsi vəkil etsə ki, onun mehrini ərinə bağışlasın və ər də həmin adamı vəkil etsə ki, arvada təlaq versin, belə ki, ərin adı Muhəmməd və qadının adı Fatimə olsa, vəkil təlaq siğəsini bu cür oxuyacaq:

«Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəhə limuvəkkili Muhəmmədin liyəxlə`əha ələyhi», ondan sonra deyəcək: «zovcətu muvəkkili xalə`tuha əla ma bəzələt fə hiyə taliqun», əgər bir qadın bir kəsi vəkil etsə ki, mehrdən başqa bir şeyi onun ərinə bağışlasın ki, ona təlaq versin, vəkil gərək «məhrəha» sözünün yerinə o şeyi desin. Məsələn; 100 tümən versə gərək desin: «bəzəltu mi`ətə tuman».

MÜBARAT TƏLAĞI

Məsələ 2490: Əgər ər və arvad bir-birlərini istəməsələr, bir-birlərindən ikrah etsələr və qadın bir malı ona təlaq verməsi üçün kişiyə versə, bu təlağa mübarat təlağı deyilir.

Məsələ 2491: Əgər ər mübarat siğəsini oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa, gərək desin: «barə`tu zovcəti Fatimətə əla ma bəzələt» və lazım ehtiyata görə həmçinin desin «fəhiyə taliqun», yə`ni mən və arvadım Fatimə, onun verdiyi şeyin müqabilində bir-birimizdən ayrıldıq və o azaddır. Əgər başqasını vəkil etsə, vəkil gərək desin:

«Ən qibəli müvəkkili barə`tu zovcətəhu Fatimətə əla ma bəzələt fəhiyə taliqun», hər iki halda əgər «əla ma bəzələt» kəlməsinin yerinə, «bima bəzələt» desə, eybi yoxdur.

Məsələ 2492: Xül` və mübarat təlağının siğəsi gərək imkan olan halda ərəbcə səhih oxunsun və əgər mümkün olmasa, onun hökmü 2465-ci məsələdə olan təlağın hökmüdür, amma əgər qadın öz malını ərinə bağışlamaq üçün məsələn, azərbaycanca desə ki, təlaq üçün filan malı sənə bağışladım, eybi yoxdur.

Məsələ 2493: Əgər qadın xül`, ya mübarat təlağının iddəsinin əsnasında bəxşiş fikrindən qayıtsa, ər rücu` edə bilər və əqdsiz təzədən onu öz arvadı edə bilər.

Məsələ 2494: Mübarat təlağı üçün ərin aldığı mal gərək mehrdən çox olmasın, hətta vacib ehtiyata görə gərək mehrdən az olsun, amma xül` təlağında çox olsa, eybi yoxdur.

TƏLAĞIN MÜXTƏLİF HÖKMLƏRİ

Məsələ 2495: Əgər bir kişi naməhrəm qadını öz əyalı güman edib, onun ilə yaxınlıq etsə, istər o qadın əri olmadığını bilsin, istərsə də əri olduğunu güman etsin, gərək iddə saxlasın.

Məsələ 2496: Bir kişi öz arvadı olmadığını bildiyi bir qadınla zina etsə, əgər qadın onun əri olmadığını bilsə, iddə saxlaması lazım deyil, amma əri olduğunu güman etsə, vacib ehtiyata görə iddə saxlamalıdır.

Məsələ 2497: Əgər bir kişi, bir qadını onunla evlənməsi üçün ərini boşama məcburiyyətində qoymaq məqsədiylə evlilik hüquqlarına riayət etməməsi üçün aldadarsa, o qadının təlağı və əqdi səhihdir. Amma hər ikisi də böyük günah etmiş olurlar.

Məsələ 2498: Əgər qadın əqdin zimnində əri ilə şərt etsə ki, xüsusi şərait irəli gəlsə, məsələn, əgər ər uzun müddətli səfərə getsə, ya məsələn, 6 ay onun xərcini verməsə, ya uzun müddət həbsə məhkum edilsə, təlağın ixtiyarı onunla olsun, bu şərt batildir, amma şərt etsə ki, ərinin tərəfindən xüsusi şərtlərdə və ya heç bir qeyd-şərt olmadan özünə təlaq vermək üçün vəkil olsa, şərt düzdür və əri sonradan onu vəkillikdən əzl edə bilməz, əgər bu halda (vəkil olduğu halda qadın) özünə təlaq versə təlaq səhihdir.

Məsələ 2499: Əri itmiş qadın, əgər başqasına ərə getmək istəsə, gərək adil müctəhidin yanına getsin və «Minhacus-sadiqin» kitabında qeyd etdiyimiz xüsusi şərtlər daxilində müctəhid ona təlaq verə bilər.

Məsələ 2500: Dəlinin ata və ata tərəfindən olan babası, onun arvadına onun məsləhətinə olsa, təlaq verə bilərlər.

Məsələ 2501: Əgər ata, ya ata tərəfindən olan babası öz uşağı üçün bir arvadı siğə etsə, uşağın mükəlləf olan vaxtından bir qədəri siğənin müddətində olsa belə, məsələn, 14 yaşlı oğlan üçün bir qadını iki illik siğə etsə, belə ki, uşağın xeyrinə olsa, o qadının müddətini bağışlaya bilər. Amma onun daimi arvadına təlaq verə bilməz.

Məsələ 2502: Əgər şər`i höccət üzündən kişi iki nəfəri adil bilsə və öz arvadına onların qarşısında təlaq versə, bir başqası ki, onların ədaləti onun yanında sübut deyil, əgər ehtimal versə ki, onların ədaləti təlaq verənin yanında sabitdir, o qadını iddə tamam olandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli olmadığına yəqin etsə, o qadını əqd edə bilməz.

Məsələ 2503: Kişinin ric`i təlaq verdiyi qadın, iddəsi tamam olana qədər onun şər`i həyat yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər növ cinsi ləzzət almasına mane olmağa haqqı yoxdur. Caiz və hətta müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi olmadan evdən çıxması caiz deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa) nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala bilməz.

QƏSBİN HÖKMLƏRİ

Qəsb odur ki, insan zülm ilə başqasının haqqına, ya malına sahib olsun. Bu da əql, Qur`an və rəvayətlərin hökmü ilə haramdır. Peyğəmbəri Əkrəmdən (s) rəvayət olunub ki, hər kəs başqasından bir qarış yer qəsb etsə, Qiyamətdə o yeri onun 7 mərtəbəsindən zəncir kimi onun boynuna atacaqlar.

Məsələ 2504: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin, əgər bir kəs məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa, günah etmişdir.

Məsələ 2505: Əgər girov qoyan və girov götürən qərar qoysalar ki, o şey ki, girov qoyulmuşdur, girov götürənin, ya 3-cü şəxsin əlində olsun, girov verən girov qoyduğu əşyanın əvəzini ödəməmiş qoyduğu girovu götürə bilməz. Əgər götürsə, gərək dərhal qaytarsın.

Məsələ 2506: Bir kəsin yanında girov qoyulan malı başqası qəsb etsə, mal sahibi və girov götürən şəxsin hər biri qəsb edilmiş şeyi tələb edə bilər. Belə ki, o şeyi ondan alsalar, yenə də girovdadır.

Məsələ 2507: Əgər insan bir şeyi qəsb etsə, gərək sahibinə qaytarsın. Əgər o şey aradan getsə və qiyməti olsa, gərək onun əvəzini 2515 və 2516-cı məsələlərdə deyilən şərhlə ona versin.

Məsələ 2508: Əgər qəsb edilmiş şeydən mənfəət əldə edilsə, məsələn, qəsb edilmiş qoyundan quzu olsa, o mal sahibinindir. Həmçinin, bir evi qəsb etmiş bir kəs orada oturmasa da, gərək onun icarəsini versin.

Məsələ 2509: Əgər uşaqdan, ya dəlidən onların malı olan bir şeyi qəsb etsələr, gərək onu onun vəlisinə versinlər. Əgər o şey aradan getsə, əvəzi ödənilməlidir.

Məsələ 2510: Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hər ikisi bütünlüklə o şeydən istifadə etsələr, hər biri təklikdə o şeyi qəsb etməyi bacarmamasına baxmayaraq onlardan hər biri, o şeyə bütünlüklə zamindirlər.

Məsələ 2511: Əgər qəsb edilmiş bir şeyi digər bir şey ilə qarışdırsalar, məsələn, qəsb olunmuş buğdanı arpa ilə qarışdırsalar, belə ki, onları ayırmaq mümkün olsa, əziyyət ilə olsa da, gərək ayrılsın və sahibinə qaytarılsın.

Məsələ 2512: Əgər bir şəxs düzəldilmiş qızıl parçasını məsələn, qəsb etdiyi sırğanı əritsə, gərək onu əritdikdən qabaq və sonrakı qiymətinin fərqi ilə sahibinə versin. Əgər qiymətinin fərqini ödəməsə, desə ki, onu əvvəlki kimi düzəldəcəyəm, malik məcbur deyil ki, qəbul etsin. Həmçinin malik onu, əvvəlki kimi düzəltməyə də məcbur edə bilməz.

Məsələ 2513: Qəsb edilmiş bir şeyi əvvəlkindən yaxşı olacaq bir şəkildə dəyişdirilsə, məsələn, qəsb edilmiş qızıldan sırğa düzəltsə, belə ki, mal sahibi «malı bu halda mənə ver» desə, gərək ona versin və ondan çəkdiyi zəhmət üçün muzd ala bilməz. Həmçinin malikin icazəsi olmadan onu əvvəlki halına salmağa haqqı yoxdur. Amma malikin icazəsi olmadan onu əvvəlki, ya başqa şəklə salsa, iki halət arasında olan qiymət fərqinə zamin olması mə`lum deyil.

Məsələ 2514: Əgər qəsb edilmiş bir şeyi əvvəlkindən daha yaxşı olacaq bir şəkildə dəyişdirsələr və mal sahibi desə ki, gərək onu əvvəlki şəklə salasan, əgər bu istəkdə onun müəyyən hədəfi olsa, vacibdir ki, qəsb edən onu əvvəlki şəklə salınsın. Belə ki, onun qiyməti, dəyişdirmək vasitəsilə əvvəlkindən az olsa, gərək onun fərqini də sahibinə versin. Belə ki, qəsb edilmiş qızıldan əgər sırğa düzəldilsə və onun sahibi desə: «onu əvvəlki şəklə sal» o halda əridəndən sonra onun qiyməti sırğa düzəltməmişdən qabaqkı qiymətdən az olsa, gərək onun fərqini ödəsin.

Məsələ 2515: Qəsb etdiyi yerdə əkin, ya ağac əksə, o ağacın və əkinin barı onundur. Belə ki, torpağın sahibi razı olmasa ki, əkin, ya ağac onun yerində qalsın, qəsb edən şəxs gərək dərhal öz ağac, ya əkininin zərəri olsa da, yerdən çıxartsın. Həmçinin ağac, ya əkin o yerdə olan müddətdə yerin icarəsini yer sahibinə versin və yerdə olan xarablıqları düzəltsin, məsələn, ağacların yerini doldursun. Əgər bunların vasitəsilə yerin qiyməti əvvəlkindən az olsa, gərək onun fərqini də versin. O, yer sahibini məcbur edə bilməz ki, yeri ona satsın, ya icarə versin. Həmçinin yer sahibi onu məcbur edə bilməz ki, əkin, ya ağacı ona satsın.

Məsələ 2516: Əgər yer sahibi ağacın, ya əkinin onun yerində qalmasına razı olsa, oranı qəsb edən şəxs lazım deyil ki, ağacı, ya əkini oradan çıxartsın, amma gərək o yerin icarəsini qəsb etdiyi vaxtdan yer sahibi razı olan vaxta qədər versin.

Məsələ 2517: Əgər qəsb edilmiş şey aradan getsə, o halda ki, inək və qoyun kimi «qiyməti» olsa, gərək («qiyməti» o şeyə deyilir ki, tələbatın cəlb olunmasında rol oynayan xüsusiyyətləri baxımından onun misli çox deyildir) gərək onun qiymətini versin və əgər onun bazar qiyməti istək və təklif vasitəsilə fərq etsə, gərək tələf olduğu vaxtda olan qiyməti versin.

Məsələ 2518: Əgər qəsb edilmiş şey aradan getsə və məsələn, arpa və buğda kimi «misli» olsa, qəsb olunmuş şey ödənilməlidir. («Misli» o şeyə deilir ki, tələbatın cəlb olunmasında tə`sirli olan xüsusiyyətlər baxımından onun misli çoxdur.) Amma ödənilən şeyin tələbatın cəlb olunmasında tə`sirli olan maddə və növ xüsusiyyətləri qəsb etdiyi və aradan getdiyi şeyin mislində olsun. Məsələn, əgər ə`la növ düyü qəsb edibsə, ondan aşağı növ düyünü qaytara bilməz.

Məsələ 2519: Əgər «qiyməti» olan bir şey, qəsb edilsə və aradan getsə, belə ki, onun yanında olan müddətdə müəyyən bir xüsusiyyət tapıbsa və buna görə də qiyməti artıbsa, məsələn, kökəlsə, sonra tələf olsa, əgər bu kökəlmə qəsb edənin yaxşı bəsləməsinə görə olmayıbsa, gərək kök olan vaxtın qiymətini versin. Amma əgər yaxşı bəsləməsinə görə kökəlibsə, artan hissənin qiymətini verməsi lazım deyil.

Məsələ 2520: Qəsb edilmiş şeyi əgər başqası ondan qəsb etsə və aradan getsə, mal sahibi onların hər birindən onun əvəzini ala bilər, ya da onların hərəsindən əvəzin bir qədərini tələb edə bilər. Belə ki, onun əvəzini birincidən alsa, onda birinci də verdiyi şeyi ikincidən ala bilər. Amma əgər mal sahibi ikincidən alsa, ikinci qəsb edən sahibinə verdiyi şeyi birincidən tələb edə bilməz.

Məsələ 2521: Əgər satdıqları bir şeydə müamilənin şərtlərindən biri olmasa, məsələn, o şey ki, gərək çəki ilə alış-veriş edilsin, çəkisiz müamilə etsələr, müamilə batildir və belə ki, satıcı və alıcı müamiləni nəzərə almadan razı olsalar ki, bir-birinin malında istifadə etsinlər, eybi yoxdur. Əgər belə olmasa, bir-birlərindən aldıqları şey qəsbi mal kimidir və gərək hər biri onu digərinə qaytarsın. Bu halda əgər hər birinin malı o birisinin əlində tələf olsa, istər müamilənin batil olduğunu bilsin, istərsə də bilməsin, gərək onun əvəzini versin.

Məsələ 2522: Əgər satıcıdan görməsi və ya bir müddət onun yanında qalıb bəyənərsə, alması üçün bir mal alarsa və o mal tələf olarsa, məşhura əsasən, gərək onun əvəzini sahibinə versin.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]