Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ayetullah Sistani aga (Risale)1.doc
Скачиваний:
26
Добавлен:
16.11.2019
Размер:
2.23 Mб
Скачать

İkinci şərt

Məsələ 803: Namaz qılan şəxsin övrəteyni örtdüyü libası vacib ehtiyata əsasən mübah olmalıdır. Qəsbi libası geyməyin haram olduğunu bilən bir şəxs və ya məsələnin hökmünü bilməməsi öz təqsiri üzündən olan bir şəxs, qəsdən qəsbi libas ilə namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Amma təklikdə övrəti örtə bilməyən şeylərin və ya təkcə övrəti örtməsi mümkün olsa belə, namaz qılanın cibinə qoyduğu dəsmal və şal kimi, hal-hazırda geymədiyi şeylərin və həmçinin üzərində – mübah olan ayrı bir geyimi olduğu halda – namaz qılanın geymiş olduğu şeylərin qəsb olmasının namaza bir zərəri yoxdur. Amma namaz qılanın bunlardan da çəkinməsi ehtiyata uyğundur.

Məsələ 804: Qəsbi libası geyməyin haram olduğunu bildiyi halda, onunla namaz qılmağın hökmünü bilməyən bir şəxs, əgər qəsdən qəsbi libasla namaz qılarsa, əvvəlki məsələdə deyildiyi kimi, ehtiyata əsasən namazı batildir.

Məsələ 805: Əgər paltarının qəsbi olmasını bilməsə və ya unutsa və onunla namaz qılsa, namaz səhihdir. Amma əgər bir şəxs özü paltarı qəsb etsə və qəsb etməsini unudub onunla namaz qılsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 806: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs namazda ikən bunu anlayarsa, əgər başqa bir şey övrət yerini örtsə, dərhal və ya namazın muvalatı pozulmadan o paltarı çıxara bilərsə, onu çıxartmalı və namazı davam etdirməlidir. Ancaq ayrı bir şey övrətini ağlı kəsən adamdan örtməyibsə və ya dərhal qəsbi paltarı çıxara bilmirsə, namazı elə həmin paltarda davam etdirməlidir və namazı səhihdir.

Məsələ 807: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz qılsa, belə ki, vaxtın axırına qədər ayrı bir paltarla namaz qıla bilməsə, yaxud onu geyməyə çarəsiz olması özünün tədbirsizliyi ucbatından olmasa, məsələn, özü qəsb etməmiş olsa, namazı səhihdir. Həmçinin oğrunun qəsbi paltarı apara bilməməsi üçün onunla namaz qılsa, və vaxtın axırına qədər başqa paltarla namaz qıla bilməsə, yaxud qəsbi paltarı, ilk fürsətdə sahibinə çatdırmaq üçün geyibsə, namazı səhihdir.

Məsələ 808: Əgər xumsu verilməyən pul ilə paltar alsa, amma onun pulu ümumi halda zimməsində olsa, (necə ki, əksər müamilələr belədir) paltar onun üçün halaldır və verdiyi pulun xumsunu borclu olur. Amma əgər xumsu verilməmiş pulun özü ilə libas alsa o libas ilə şəriət hakiminin icazəsi olmadan namaz qılmağın hökmü, qəsbi paltarla namaz qılmağın hökmü ilə eynidir.

Üçüncü şərt

Məsələ 809: Namaz qılanın təklikdə övrət yerini örtən paltarı atıcı qanı olan (yə`ni damarı kəsildikdə qanı sıçrayan) ölmüş heyvanın üzvlərindən olmamalıdır. Bu şərt vacib ehtiyata əsasən, təklikdə övrəti örtməyən libasda da sabitdir. Amma ilan kimi qanı atıcı olmayan ölmüş heyvandan paltar hazırlansa, müstəhəbb-ehtiyata əsasən onunla namaz qılınmamalıdır.

Məsələ 810: Murdarın bir qismindən, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın üstündə olarsa, namazı səhihdir.

Məsələ 811: Əgər əti halal murdarın tük və yunu kimi ruhu olmayan bir şey namaz qılanın yanında olsa, yaxud onunla hazırlanmış paltarla namaz qılsa, namazı səhihdir.

Dördüncü şərt

Məsələ 812: Namaz qılanın corab kimi övrəti təklikdə örtməyən şeylərdən başqa paltarı yırtıcıların üzvlərindən, hətta lazım ehtiyata görə, ümumiyyətlə əti haram olan heyvandan olmamalıdır. Həmçinin, bədən və libas o heyvanın sidiyinə, nəcisinə, tərinə, südünə və tükünə qarışmamalıdır. Amma əgər heyvanın bir tükü paltarın üzərində olsa zərəri yoxdur. Onlardan bir şey, misal üçün, qutuya qoyub özü ilə götürsə hökm eynidir.

Məsələ 813: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu, yaxud başqa rütubəti yaş halda namaz qılanın bədənində, ya paltarında olsa, namazı batildir. Əgər quru olsa və onun eyni aradan getsə, namazı səhihdir.

Məsələ 814: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bədənində və ya libasında olarsa, eybi yoxdur. Həmçinin namaz qılanın yanında mirvari, mum və bal olarsa da, eyni hökmü daşıyır.

Məsələ 815: Əgər bir şəxs libasının, əti halal və ya haram heyvandan hazırlandığı barədə şəkk edərsə, istər müsəlman ölkəsində hazırlanmış olsun, istərsə kafir ölkəsində hazırlanmış olsun, onunla namaz qılmaq caizdir.

Məsələ 816: Sədəfin, əti haram heyvanın üzvlərindən hazırlanmış olduğu mə`lum olmadığından, insanın onunla namaz qılması caizdir.

Məsələ 817: Namazda sincab dərisi geyinməyin eybi yoxdur. Amma müstəhəbb ehtiyat odur ki, sincab dərisi ilə namaz qılınmasın.

Məsələ 818: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unutduğu bir libasla namaz qılarsa, namazı səhihdir.

Beşinci şərt

Məsələ 819: Kişi üçün qızıldan toxunmuş paltar geymək haram və onunla namaz batildir. Amma qadın üçün namazda və başqa vaxtlarda eybi yoxdur.

Məsələ 820: Sinəyə qızıl zəncir taxmaq, barmağa qızıl üzük taxmaq, qola qızıl qolbağlı saat bağlamaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma qadın üçün namazda və qeyri vaxtlarda eybi yoxdur.

Məsələ 821: Əgər bir kişi, üzük və ya libasının qızıldan olduğunu bilməsə və ya unudarsa, ya da qızıldan olub-olmadığı barədə şəkk edərsə, belə ki, onunla namazı qıldıqda, namaz səhih olar.

Altıncı şərt:

Məsələ 822: Namaz qılan kişinin təklikdə övrətini örtə bilən paltarı, gərək xalis ipəkdən olmasın. Namazdan digər vaxtlarda da onu geyinməsi haramdır.

Məsələ 823: Əgər paltarın astarı tamamilə və ya bir hissəsi xalis ipəkdən olsa, kişi üçün onu geyinmək haram və onunla namaz batildir.

Məsələ 824: Kişinin, xalis ipəkdən və ya başqa bir şeydən hazırlandığını bilmədiyi bir libası geyinməsi caizdir. Onunla namaz qılmağın da eybi yoxdur.

Məsələ 825: Əgər kişinin cibində ipək dəsmal və ya ona oxşar bir şey olsa, eybi yoxdur və namazı batil etmir.

Məsələ 826: Qadın üçün namaz və ya başqa vaxtda xalis ipək geyməyin eybi yoxdur.

Məsələ 827: Çarəsizlik halında, xalis ipək və ya qızıldan hazırlanan libasın geyilməsinin eybi yoxdur. Həmçinin, libas geyməkdə çarəsiz qalan bir şəxsin, bundan başqa bir libası yoxdursa, bu libaslarla namaz qıla bilər.

Məsələ 828: Əgər qəsbi ya xalis ipək və ya qızıldan toxunan paltardan başqa bir paltarı yoxdursa və paltar geyinməyə zərurət duymursa, gərək çılpaqlara aid göstərişə əməl etsin və namaz qılsın.

Məsələ 829: Yırtıcı heyvandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətindədirsə, vaxtın axırına qədər məcburiyyət öz halında qalsa, o paltarla namaz qıla bilər. Amma əgər paltar geymək məcburiyyətində deyilsə, çılpaqlar üçün söylənən tə`limat üzrə namaz qılmalıdır. Həmçinin yırtıcı olmayan, amma əti haram olan heyvandan hazırlanan libasdan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətində olmazsa, lazım ehtiyata görə bir dəfə o libasla, bir dəfə çılpaqlar tə`limatına görə olmaqla iki namaz qılmalıdır.

Məsələ 830: Namazda övrət yerini örtmək üçün bir şeyi olmayan şəxs, kirayə etməklə və ya satın almaqla olsa belə, bunu hazırlaması vacibdir. Amma onu hazırlamaq, əlində olan pula nisbətən çox pul tələb edirsə və ya pulu paltar üçün xərcləməsi onun halına zərər verəcəkdirsə, çılpaqlara aid olan göstərişə əsasən, namaz qıla bilər.

Məsələ 831: Paltarı olmayan şəxsə başqası paltar bağışlayarsa və ya ariyəyə verərsə, əgər bunu qəbul etmək onun üçün çətin deyilsə, qəbul etməlidir. Hətta icarə və ya hədiyyəni tələb etmək onun üçün çox çətin deyilsə, libası olan şəxsdən icarə və ya hədiyyəni tələb etməlidir.

Məsələ 832: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir libası geymək, onun hörmətsizliyinə və xar olmasına səbəb olduğu təqdirdə, haramdır. Amma o libasla namaz qılarsa, satiri (örtüyü) təkcə o olmasa belə, namazı səhihdir.

Məsələ 833: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, haram deyil, onunla namaz qılmaq da batil deyil. Amma vacib ehtiyata əsasən kişinin özünü qadın formasına, qadının da özünü kişi formasına salması caiz deyil.

Məsələ 834: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan ya mələfəsinin namaz qılanın libasının şərtlərinə malik olması lazım deyil. Amma ona «geyinmişdir» deyiləcək şəkildə, məsələn ona büründüyü təqdirdə onunla namaz qılmaq caiz deyildir.

Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar

Məsələ 835: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]